Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
Azərbaycanda mərasim niyə ləğv edildi? - Məsullar SUSUR
Güney Azərbaycanın Həmədan şəhərində “Aşıqlar və Musiqilər” mərasiminin ləğv edilməsi ilə bağlı məsələ hələ də həllini tapmayıb.
Muxalifet.az xəbər verir ki, mərasimin keçirilməsinə qadağa qoyulsa da, əyalətin məsul şəxsləri bu barədə açıqlama verməkdən boyun qaçırırlar.
Bildirilir ki, mərasimin təşkil olunmasına Həmədan Əyaləti Musiqi Dərnəyi qadağa qoyub. Yerli əhalinin sözlərinə görə, bu qurum Azərbaycan aşıqları və ümumiyyətlə türk musiqisinə qarşı hər zaman qərəzli mövqe sərgiləyib.Muxalifet3 - 17-02-2019
Direktoru döyən "Drakon"a cinayət işi açıldı
Məktəb direktorunu döyən "Drakon" ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb.
Muxalifet.az-ın musavat.com-a istinadən məlumatına görə, Rza Rzayevə Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxsin əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
İş baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.Muxalifet3 - 17-02-2019
"Real Madrid"ə gözlənilməz zərbə - 10 dəqiqə ərzində
İspaniya La Liqasının 24-cü turunda "Real Madrid" doğma meydanda "Girona"nı qəbul edib.
Muxalifet.az xəbər verir ki, "kral klubu" gözlənilmədən rəqibinə 2-1 hesabı ilə məğlub olub.
"Girona"nın qollarını Stuani (65) və Portu (75) vurub. "Real"ın heyətində isə Kazemiro fərqlənib.
Bu nəticədən sonra "Real Madrid"lə lider "Barselona" arasındakı xal fərqi doqquza yüksəlib.
Muxalifet3 - 17-02-2019
Tehranda 180 restoran bağlandı - Bahalaşma
Ətin və digər ərzaq mallarının bahalaşması ilə əlaqədar son bir neçə ay ərzində Tehranda 180 restoran bağlanıb.
Muxalifet.az xəbər verir ki, ölkədə inflyasiya və qiymətlərin hər ay yüksəlməsi restoranlara gedənlərin sayının kəskin azalmasına səbəb olub.Muxalifet3 - 17-02-2019
Müdafiə nazirindən ABŞ rəsmisinə düzəltmə
Türkiyənin milli müdafiə naziri Hulusi Akar, "Suriyadakı başlıca məsələ sərhədimizin və xalqımızın və təhlükəsizliyidır. Biz Suriyanın ərazi bütövlüyünə və siyasi birliyinə hörmət edirik" deyib. Nazir Akar ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Jeffrinin bu yöndəki fikrinə də düzəltmə edib. ABŞ rəsmisinin "Suriyada 500 min adam öldürüldü" sözlərinə qarşılıq Akar, "Bizim rəqəmlərimizə görə, rejim və terrorçular tərəfindən öldürülən insanların sayı 1 milyondur" deyə bildirib.
Müxalifət.azMuxalifet3 - 18-02-2019
Çavuşoğlu Pompeo ilə danışıb
Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə danışıq baş tutub.
Diplomatik mənbələrdən alınan məlumata görə, Çavuşoğlu ABŞ-dan olan həmkarı Pompeo ilə telefon danışığı aparıb. Danışıqda Suriya məsələsi və ikili münasibətlərin müzakirə olunduğu bildirilib.
Müxalifət.azMuxalifet3 - 18-02-2019
PKK lordları! Türkiyə və Ərdoğan haqqında həqarət sözlər
Böyük Britaniya Parlamentinin yuxarı qanadı Lordlar Palatasında terrorçubaşı Abdullah Öcalanın direktivlərinin müzakirə olunduğu bir yığıncaq təşkil edilib.
Muxalifet3 - 18-02-2019
Rusiyadan hər kəsi təəccübləndirəcək “Venesuela” qərarı!
Rusiyanın "Qazprom" dövlət şirkətinin ən böyük səhmdarı olan "Qazprombank", Venesuelada PDVSA dövlət neft şirkətinin bütün əməliyyatlarını və hesablarını dondurub.
İngilis xəbər agentliyi “Reuters”-ə məlumat verən yüksək səviyyəli bir qaynaq, Rusiyanın dövlət şirkəti Gazprom-un ən böyük səhmdarı Gazprombankın PDVSA dövlət neft şirkətinə aid hesabları dondurmaq qərarına gəldiyini deyib.
“Reuters”-ə açıqlama verən mənbə, Qazprombankın bu qərarının "ABŞ sanksiyalarından qorunma" məqsədli olduğunu söyləyib.Muxalifet3 - 18-02-2019
Polşa ilə İsrail arasında böhran böyüyür
İsrailin baş naziri Binyamin Netanyahunun polşalıları yəhudi soyqırımı ilə əlaqələndirməsindən sonra Polşanın baş naziri Mateusz Morawiecki-nin "Visegrad Qrupu"nun İsraildə keçiriləcək yığıncağına qatılmayacağı bildirilib.
Qeyd edək ki, Polşada keçirilən “Yaxın Şərq” konfransında İsrail baş naziri Binyamin Netanyahunun, "Polşalıların bəziləri Holokostda faşistlərlə əməkdaşlıq edib” deməsindən sonra iki ölkə arasındakı gərginlik davam edir.
Bu hadisədən sona Polşanın baş naziri Mateusz Morawiecki İsrailə rəsmi səfərini ləğv etdiyini açıqlayıb.Muxalifet3 - 18-02-2019
Rusiya üçün inanılmaz təklif! “Torpaqlarımızı birləşdirək”
Belarus prezidenti Aleksandr Lukaşenko cümə axşamı Rusiyanın dövlət başçısı Vladimir Putin ilə görüşüb. Görüşdən sonra iki dövlət başçısı mətbuat konfransı keçirib. Mətbuat konfrasında Lukaşenko ölkəsinin ərazisini Rusiya ilə birləşdirməyə hazır olduğunu söyləyib. Putini işarə edərək “Biz ikimiz sabah birləşə bilərik, problem yoxdur” deyən Lukaşenko, “Bəs siz Ruslar və Belaruslar buna hazırsınız" - deyə sual edib. Lukaşenki sözlərinin davamında isə "İki dövlət, onun xalqları ə əyalətləri qüvvələrimizi birləşdirməyə hazırıq" deyə əlavə edib. Müxalifət.az
Muxalifet3 - 18-02-2019
ABŞ-da Əsədə “Fəratın şərqi” mesajı
Dünyanın uzun müddətdir gündəmində olan ABŞ-ın Suriyadan çıxarılması ilə bağlı ən səlahiyyətli şəxsdən yeni bir açıqlama verilib. ABŞ-ın Suriyadakı xüsusi nüməyəndəsi Ceyms Jeffrey, "ABŞ-ın Suriyadan çıxarılması qəti olaraq ani və sürətlo olmayacaqdır. Biz müttəfiqlərimizlə məsləhətləşərək addım-addım çəkiləcəyik” deyib.
Almaniyanın Münhen şəhərindəki Təhlükəsizlik Konfransında çıxış edən ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffrey, Suriyadan çəkilmənin ani və sürətli deyil, müttəfiqlərimizlə məsləhətləşərək tədricən olacağını bildirib.Muxalifet3 - 18-02-2019
Paşinyan üçün “dar ağacı” - iki ay qaldı
Düşmən ölkədə “məxməri inqilab” cavablardan çox suallar yaradıb; qərbyönlü erməni KİV-i: “Hökumətin təzə proqramı süfrə arxası deyilən tostlar əsasında tərtib olunub və sənədin reallığa heç bir dəxli yoxdur...”
Muxalifet - 18-02-2019
Avropa ölkəsindən qalmaqal açıqlama: “YPG-yə borcluyuq”
Suriyadan çəkilməsi ilə bağlı ziddiyyətli bəyanatlar verən Fransa, yeni bir açıqlama ilə bölgədə qalmağa niyyətli olduğunu ortaya qoyub. Fransanın müdafiə naziri Florence Parly, terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-nin təşkil etdiyi SDG üçün "YPG-nin qolu olan SDG-yə borcluyuq" deyib.
Parly ABŞ-ın bölgədən geri çəkilməsi ilə kartların yenidən paylanacağı, lakin heç kimin nəticələri təxmin edə bilməyəcəyini söyləyib. Parli terror təşkilatı PKK/YPG-ni də tərifləməkdən geri qalmayıb. Parly İŞİD-la mübarizədə YPG-yə bolclu olduqlarını deyib.
Muxalifet3 - 18-02-2019
Məhəmməd bin Salman Pakistana rəsmi səfər edib
Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistana ikigünlük səfərlə baş çəkib. Muxalifet.az Trend-ə istinadən bildirir ki, hava limanında vəliəhd şahzadəni Pakistanın baş naziri İmran xan qarşılayıb.
Daha sonra iki ölkə lideri baş nazirin iqamətgahına yollanıb. İki gün ərzində M.bin Salman Pakistan siyasətçiləri ilə, həmçinin Prezident Arif Alvi və Qərargah rəisi general Kamar Bacvu ilə də, görüşlər keçirəcək.
Səfər çərçivəsində tərəflərin müəyyən sənədlərin imzalayacağı gözlənilir.Muxalifet - 18-02-2019
CƏBHƏDƏ GƏRGİNLİK: Ordumuzun mövqeləri atəşə TUTULDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub. Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Berkaber və Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Məzəm və Cəfərli kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Muxalifet - 18-02-2019
Azərbaycan vətəndaşları GÜRCÜSTANA BURAXILMADI
Yanvar ayında 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.
Yanvarda qonşu ölkəyə ümumilikdə 1587 xarici vətəndaşın girişinə qadağa qoyulub.
Gürcüstana buraxılmayan xarici vətəndaşlar arasında İran vətəndaşları 576 nəfərlə birinci yeri tutub. İkinci yerdə isə Hindistan vətəndaşlarıdır. Keçən ay bu ölkənin 366 vətəndaşı Gürcüstana buraxılmayıb.Muxalifet - 18-02-2019
XƏBƏRDARLIQ: Bakıda qar yağacaq - bu gecədən...
Fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, şimal küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 6-8° aşağı enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq.Muxalifet - 18-02-2019
Əsəd öz xalqını yox saydı: “Müxaliflər Suriyanı deyil, Türkiyəni təmsil edir”
Milyondan çox suriyalıları qətl edən əli qanlı Bəşər Əsəd konstitusiya komissiyasında müxalifəti təmsil edəcək olan nümayəndələr haqda,”Onlar Suriya xalqını deyil, Türkiyəni təmsil edirlər” deyib.
Muxalifet3 - 18-02-2019
Razin "tolkuçkası”: ticarət azalıb, “sökülsün” deyənlər artıb...
Avtomobil Yolları Dövlət Agentliyi Bakıxanov qəsəbəsində yollara asfalt çəkir; sakinlər isə buradakı ticarət mərkəzlərindən şikayətçidirlər...
“Bircə bu ”talkuçka"nı da köçürsəydilər, lap əla olardı. Amma çətin söksünlər. Yarım metrə yolu genişləndirməklə tıxaclar düzəlməz, qardaş...". Hələ də Stepan Razinin adı ilə çağırılan Bakıxanov qəsəbəsindəki eyniadlı ticarət mərkəzi haqda danışan həmsöhbətimiz Vüqar belə fikirləşir.
Muxalifet - 18-02-2019
Amerikada “Azərbaycan Mərkəzi”nə rəhbərlik edən xanım
Amerikadakı azərbaycanlıların təsis etdiyi təşkilatların həyata keçirdiyi tədbirlərin mahiyyəti ilə yaxından tanış olduqca, bir məsələnin şahidi oluram. Bu qrumların əksəriyyəti icma, bir neçəsi isə formalaşmış təşkilat kimi fəaliyyət göstərir. Sanki icmaya bənzəyənləri yalnız daxili auditoriyaya hesablanıb. Yəni azərbaycanlıları bir araya gətirmək, milli, rəsmi bayramlarımızı birlikdə qeyd etmək, müxtəlif dərnəklər açıb yeni nəsil amerikalı soydaşlarımızı dil kurslarına, rəqs qruplarına cəlb etməkdən ibarətdir.
Muxalifet - 18-02-2019