Axtarış

The search found 105785 results in 0.022 seconds.

Search results

  1. “Bakını “İsgəndər”lə bombalamağı” təklif edən rusiyalı ekspertdən İZAHAT İSTƏNİLDİ

    Azərbaycanlı jurnalist Fuad Abbasov rusiyalı hərbi ekspert Vladimir Yevseyevdən işlətdiyi ifadəsinə görə izahat tələb edib. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, olay Moskvada keçirilən “Rusiya və Azərbaycan arasında mədəni körpü beynəlxalq mədəni dialoqun əsası kimi” tədbirində yaşanıb. Abbasov bildirib ki, onu təəccübləndirən dəvət olunmamasına baxmayaraq, ermənil diasporunun böyük dostu sayılan ekspert Yevseyevin tədbirdə iştirakı olub. Yevseyev bir müddət öncə “Bakını “İsgəndər”lə bombalamaq” təklifini səsləndirib.

    Muxalifet4 - 17-02-2019

  2. ŞOK XƏBƏR: Fətullah Gülən həbs edildi, Türkiyəyə gətirilir...

    FETÖ lideri Fətullah Gülən saxlanılıb və yaxın zamanda Türkiyəyə ekstradisiya ediləcək.
     
    Bu sözləri türkiyəli jurnalist Əli Tarakçı Akit TV-də yayımlanan "Tərs qütblər" verilişində deyib. O iddia edib ki, ABŞ Güləni nəzarətdə saxlayır:
     
    "Prezident Rəcəb Tayyib Ərdoğanın ötəngünkü açıqlamasında vacib sözlər var idi. Baxarsınız, Gülən qəti olaraq saxlanılıb və sabah Türkiyəyə gətirilir. O, sabah Türkiyədə olacaq".
     
    ***
     

    Muxalifet4 - 17-02-2019

  3. ​“BİZ SİZİNLƏYİK” - Pensdən Ukraynaya dəstək

    ABŞ-ın vitse-prezidenti Mayk Pens Münhendə Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşü zamanı ölkəsinin Kiyevə dəstəyinin davam edəcəyini bildirib.

    Bu barədə Ukrayna dövlət başçısının rəsmi saytında qeyd olunub.
     
    “İcazə verin mən sizə və Ukrayna xalqına çox sadə bir siqnal verim: “Biz sizinləyik”, - Pens deyib.

    Muxalifet4 - 17-02-2019

  4. “Mən rüsumları, divarı sevirəm..." - TRAMP PARODİYA EDİLDİ

    Amerikalı məşhur aktyor Alek Boldvin “Saturday Night Live” adlı teleşousunda ölkə başçısı Donald Trampı parodiya edib və onun fövqəladə vəziyyət elan etmək qərarına gülüb.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “HollivudReportyor” nəşri yazıb.

    Məlumata görə, veriliş zamanı “Tramp” Meksika sərhədindəki divarların ona təhlükəsizliyi təmin etmək üçün lazım olduğunu qeyd edib, daha sonra ona Çinə qarşı rüsumlar barədə suallar ünvanlandırılıb.

    Muxalifet4 - 17-02-2019

  5. ​Qar və dumanlı hava Qobustanda zəncirvari qəzaya səbəb oldu

    Bakı-Şamaxı-Yevlax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
     
    Report-un məlumatına görə, zəncirvari qəza yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
     
    Yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan "Ford" markalı maşın beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən təxliyyə etməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-dü də əzilib.
     

    Muxalifet4 - 17-02-2019

  6. Fətullah Gülənin tutulması iddialarına Ərdoğanın sözçüsündən CAVAB GƏLDİ

    Mətbuatda və sosial şəbəkələrdə FETÖ rəhbəri Fətullah Gülənin ABŞ-da tutulması və hətta səhər saatlarında Türkiyəyə gətiriləcəyi xəbəri yayılıb.

    Muxalifet.az bildirir ki, musavat.com CNN Türk kanalına istinadən xəbər verir ki, bununla bağlı gəzən iddialara Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın keçirdiyi mətbuat konfransında cavab verib.

    Jurnalistlərin məsələ ilə əlaqədar sullarına İ.Qalın "bizə belə bir xəbər gəlməyib" deyə, cavab verib.

    Muxalifet4 - 17-02-2019

  7. Müxalifət fevralın 23-nə mitinq təyin etdi - SİYASİ MƏHBUSLARIN AZAD EDİLMƏSİ...

    Milli Şura fevralın 23-də saat 15-dən 17-dək Məhsul stadionunda mitinq keçirmək barədə qərar qəbul edib. Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib. "Mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və başqa demokratik çağırışlardan ibarətdir.

    Muxalifet4 - 17-02-2019

  8. Taleh Bağırzadə aclığı dayandırıb - GÖRÜŞ İMKANI...

    Dindarların Hüquqlarını Müdafiə Komitəsinin həmsədrləri Rövşən Əhmədli və Eldəniz Quliyev ötən gün Qobustan həbsxanasına baş çəkiblər. Onlara "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə, həmin təşkilatın fəalları Cabbar Cabbarov və İslam Partiyasının rəhbəri Mövsüm Səmədov ilə görüş imkanları yaradılıb.

    R.Əhmədli Turan-a bildirib ki, görüş otağında vəkillərin iştirakı ilə hər məhkumla ayrıca görüş olub.

    Muxalifet4 - 17-02-2019

  9. ABŞ təyyarələri Venesuela istiqamətində uçuşlara başlayıb

    ABŞ Hava Qüvvələrinin tonlarla humanitar yardımla dolu təyyarələri Venesuela sərhədində yerləşən Kolumbiya şəhərinə uçuşlara başlayıb. Bu, sosialist prezident Nikolas Maduronun gücünün zəiflədilməsi səyləri çərçivəsində olan addımlardan biridir.

    Muxalifet4 - 17-02-2019

  10. "İki qardaş xalqın dostluğunu poza bilməyəcəklər" - ÇEÇEN NAZİR / VİDEO

    Çeçenistanın mətbuat və informasiya naziri Canbulat Umarov İctimai Televiziyaya eksklüziv açıqlama verib. O, bildirib ki, Çeçen və Azərbaycan xalqları böyük mədəniyyətin davamşılarıdır: "Bu zənginlik indiki möhkəm qardaşlıq əlaqələrinə çevrilib. Hər hansı cinayət hadisələrini sosial şəbəkələrdə yayanlar iki qardaş xalqın dostluq münasibətlərini poza bilməyəcəklər". Muxalifet.az həmin açıqlama ilə bağlı videonu təqdim edir:

    Muxalifet4 - 17-02-2019

  11. Keçmiş nazir müavini və övladlarının xaricdəki biznesi üzə çıxdı - ŞOK FAKTLAR / FOTOLAR

    “Azərbaycan məmurlarının korrupsiya yolu ilə mənimsədiklərini yatırmaq üçün Avropada İngiltərə və Çexiyadan başqa daha bir ölkə var – Slovakiya. Tam da Avstriya ilə sərhədində, əsrarəngiz Dunayın sahilindəki Bratislavanın bu sarıdan ayrı bir özəlliyi var. Bu şəhərdə xeyli sayda Azərbaycandan çıxarılmış böyük pullarla şirkətlər, hətta özəl universitet belə fəaliyyət göstərir. Bu barədə ayrıca yazacağam”.

    Muxalifet4 - 17-02-2019

  12. Donetsk separatçılarının tərəfində döyüşən Elvin Seyidov əsir düşdü - “RUSİYA PASPORTU VƏD ETMİŞDİLƏR...",+VİDEO

    Ukraynanın şərqində, Donetsk separatçılarının tərəfində döyüşən Azərbaycan vətəndaşı əsir düşüb.

    Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxs bir aya yaxındır separatçıların tərəfində döyüşdüyünü bildirib.

    Əsir düşən şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən dindirilərkən  kamera qarşısında özünü Elvin Seyidov kimi təqdim edib. Deyib ki, yanvarın 13-də Azərbaycandan Dağıstana gedib. Oradan isə döyüşmək üçün Donetskə göndərilib.

    Muxalifet4 - 17-02-2019

  13. "İŞİD-dəki yaraqlılarınızı Suriyadan çıxarın" - ABŞ prezidenti Avropaya səsləndi

    ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini, xüsusi ilə Böyük Britaniya, Fransa və Almaniyanı İŞİD terror qruplaşmasının 800-dən çox döyüşçüsünü geri götürməyə çağırıb.
     
    RİA Novosti-nin məlumatına görə, Tramp həmin terrorçular barədə məhkəmə qərarının verilməsini məqsədəuyğun saydığını bildirib.
     
    “Xilafətin çökməsinə az qalıb. ABŞ İŞİD döyüşçülərinin Avropaya necə daxil olacağını oturub müşahidə etmək istəmir. Onsuz da çox iş görürük və çox pul xərcləyirik. İndi digərlərinin fəallaşmasının vaxtıdır”, - deyə o vurğulayıb.

    Muxalifet4 - 17-02-2019

  14. “ONLAR HƏMIN RAKETLƏRLƏ M-346 TƏYYARƏLƏRİNİ TƏCHİZ EDƏCƏKLƏR...” - Azərbaycanın müasir raketləri Ermənistanda təşvişə səbəb oldu

    Bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin, konkret olaraq Hərbi Hava Qüvvələrinin silahlanmasına supermüasir “SOM-B1” qanadlı raketləri daxil olub. Həmin raketlər “Stealth” texnologiyası ilə hazırlanıb və məxsusi olaraq hava hücumundan, habelə raket hücumundan müdafiə obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub

    Erməni hərbi ekspert Van Ambardzumyan NEWS.am-a açıqlamasında belə deyib.

    Muxalifet4 - 17-02-2019

  15. ÇEÇEN-AZƏRBAYCANLI QARŞIDURMASININ ARXASINDA ERMƏNİ BARMAĞI - Tərəfləri üz-üzə qoymağa çalışırlar

    Ermənilər sosial şəbəkələrdə Moskvada azərbaycanlılar və ermənilər arasında baş vermiş insidenti gərginləşdirməyə səsləyirlər. Trend-in məlumatına görə, erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini "maksimum dərəcədə" bu vəziyyətdən faydalanmağa çağırırlar. Arman Abovyan adlı istifadəçi yazıb: "Deməli, uşaqlar, sizin əlbəttə ki, bizim üçün xoş hadisədən xəbəriniz var, mən Moskvada azərbaycanlılar və çeçenlər arasında baş vermiş qarışıqlıqdan danışıram. Bununla əlaqədar qarşımızda hansı vəzifələr var?

    Muxalifet4 - 17-02-2019

  16. Bakıda temperatur 8 dərəcə aşağı düşəcək, rayonlara qar yağacaq - PROQNOZ

    Fevralın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti təşkil edəcək.

    Muxalifet4 - 17-02-2019

  17. İran "Fateh"i təqdim etdi

    İran bu gün qanadlı raketlərlə təchiz olunmuş “Fateh” sualtı qayığını nümayiş etdirib.
    Muxalifet.az xəbər verir ki, qayığını təqdimat mərasimi İranın cənubundakı Bəndər-Abbas liman şəhərində keçirilib. Mərasimdə İran Prezidenti Həsən Ruhani də iştirak edib.
    “Fateh” sualtı qayığı 600 ton ağırılığındadır, ən müasir silahlara – torpeda, dəniz minaları və qanadlı raketlərə malikdir”, - mərasimdə bildirilib.
    Sualtı qayıq 200 metrdən çox dərinliyə enə bilir və bu vəziyyətdə 5 həftə işləmək qabiliyyətinə malikdir.
     

    Muxalifet3 - 17-02-2019

  18. Çeçen nazirdən azərbaycanlılara MESAJ: “Bunu unutmayacağıq...” - VİDEO

    “Qardaş Azərbaycan xalqını salamlayıram. Böyük qürurla qeyd etmək istəyirəm ki, çeçen xalqı burada beynəlxalq terrorçuların yaratdığı fitnə, çeçenlərin həlak olduğu zaman Azərbaycanın bizə açdığı isti qardaşlıq qucağını heç bir zaman unutmayacaq”.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Çeçenistanın mətbuat və informasiya naziri Canbulat Umarov Moskvada baş verən son insidentlə bağlı İctimai Televiziyaya açıqlamasında deyib.

    Muxalifet3 - 17-02-2019

  19. ​Yığmamızın çeçen əsilli məşqçisindən Moskvadakı insidentə REAKSİYA - FOTO

    Fevralın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Neolit" restoranında azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqala Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da biganə qalmayıb.
    F.Umudovun qeyd edib ki, Moskvada baş verən hadisə kiminsə təxribatının nəticəsidir, bu insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz:

    Muxalifet - 17-02-2019

  20. Qar qonşu ölkədə fəsadlar törətdi

    Fevralın 16-da axşamdan başlayan güclü külək, çovğun və qasırğa Gürcüstanda ciddi fəsadlar törədib. Güclü külək nəticəsində Tiflisin bəzi rayonlarında ağaclar aşıb, elektrik xətləri qırılıb. Ən çox ziyan ölkənin bölgələrində qeydə alınıb.
    Çovğun və qasırğa səbəbindən Gürcüstanın beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil magistralının Qudauri-Kobi hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

    Muxalifet3 - 17-02-2019

Pages