Axtarış

The search found 105785 results in 0.037 seconds.

Search results

  1. ​Azərbaycanda qadın din xadimlərinə maaş veriləcək

    Azərbaycanda din xadimi olan qadınlar bu ildən maddi dəstək alacaqlar.
    Muxalifet.az xəbər verir ki, bu barədə azvision.az -a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır.

    Muxalifet - 16-02-2019

  2. ​SURİYA İLƏ BAĞLI SENSASİON AÇIQLAMA: “Biz oyun qurmasaq, Türkiyə...”

    ABŞ-ın Cənubi Karolinadan olan respublikaçı senatoru Lindsi Qraham bəyan edib ki, Vaşinqton Avropa ölkələrindən Suriyanın Türkiyə ilə sərhəddində bufer zona yaradılması üçün hərbçi göndərməyi istəyəcək. Əvəzində isə ABŞ prezidenti Donald Tramp amerikalı əsgərlərin bir hissəsini Suriyada qoyacaq.
    Qraham bu fikirləri Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı səsləndirib. Bildirib ki, “İŞİD xilafətindən sonrakı strategiya” adlanan bu planı Trampla ətraflı şəkildə müzakirə ediblər. 

    Muxalifet - 16-02-2019

  3. ​Bakıda xüsusi səs siqnalları ilə təchiz edilmiş işıqforların quraşdırılacağı ərazilər AÇIQLANDI

    Görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş, xüsusi səs siqnalları ilə təchiz edilmiş işıqforlar Bakının əksər küçə və prospektlərində, əsasən, həmin insanların üz tutduğu sosial obyektlərin yerləşdiyi küçələrdə olacaq.
    Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA ) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

    Muxalifet - 16-02-2019

  4. Sahibsiz itlər Ağa Nemətulla küçəsində yaşayanları boğaza yığıb... - “Hər an fəlakətə səbəb ola bilər”

    Bakının mərkəzində də sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib.

    Muxalifet.az xəbər verir ki, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 20/1 ünvanda yaşayan sakinlər virtualaz.org-a müraciətində xüsusilə səhər və axşam saatlarında qorxudan küçəyə çıxa bilmədiklərindən şikayətləniblər.

    Muxalifet - 16-02-2019

  5. ​Axtarışda olan şəxs Rusiyada tutuldu - Ekstradisiya edilib

    Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub.
    DİN Mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 144-cü (Adam oğurluğu) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan B.Qəhramani Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində tutularaq ölkəmizə ekstradisiya olunub.

    Muxalifet - 16-02-2019

  6. ​Azərbaycanda BÖYÜK DƏYİŞİKLİK: 2023-cü ilə qədər...

    Bu il iyulun 1-nə qədər Bakıdakı “Mall” tipli iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaq-doldurma məntəqələri (YDM-lər) ixtisaslaşmış avtomobil satışı obyektləri və şadlıq evləri real vaxt rejimində Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmalı olacaq.
    Bu məsələ Nazirlər Kabinetinin təsdiqlədiyi “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ndə öz əksini tapıb.

    Muxalifet - 16-02-2019

  7. Anası prezidentə məktub yazdı, transfer təklifləri yağdı

    Rusiyalı futbolçu Konstantin Yurçikin anası Vladimir Putinə məktub yazıb.
    Muxalifet.az fanat.az-a istinadən xəbər verir ki, buna səbəb oğlunun özünə klub tapa bilməməsi olub. Karyerasına 2014/15 mövsümündə "Torpedo"nun aşağı yaş qrupları üzrə komandalarında başlayan Yurçik sonra bir çox komandada baxışdanr keçirilsə də, bəyənilməyib.

    Muxalifet - 16-02-2019

  8. AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ” - Təsadüf, səhlənkarlıq, ya arvadı erməni olanların növbəti təxribatı?

    Təhsil eksperti Nadir İsrafilov: “Mən bunun təsadüf olduğunu düşünmürəm”
    “Bunun təsadüf olduğuna inanmıram. Çünki bu üç rəngi heç vaxt bir yerdə görməmişəm. Məkrli qonşularımızın gizli məqsədləri hər zaman üzə çıxıb. Görəsən, daha nə etməlidirlər ki, biz ayılaq? Bu məsələyə laqeyd qalmamalıyıq”

    Muxalifet - 16-02-2019

  9. ​"Ford" şirkəti «ağıllı» döşək yaradıb - VİDEO

    Sevgililərin arasında qalmaqalın yaranmaması üçün
    Avtomobil istehsalçıları təkcə avtomobillərin buraxılışı və yeni mühərriklər üzərində düşünmürlər. Onlar nəqliyyatdan daha uzaq olan məsslələr üzərində də çalışa bilərlər. Məsələn, Ford cütlüklərin birlikdə necə yatdıqlarına diqqət yetirib.

    Muxalifet - 16-02-2019

  10. DYP sürücü və piyadalara XƏBƏRDARLIQ ETDİ

    Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın küçə və prospektlərində piyadalarla bağlı maarifləndirci tədbir keçirib.
    DİN-in Mətbuat xidmətindən Muxalifet.az-a daxil olan məlumata görə, tədbirdə yol hərəkəti qaydalarını pozan piyadalar müəyən edilib, onlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı əməl etməli olduqları qaydalar izah olunub.

    Muxalifet - 16-02-2019

  11. İran Səudiyyə Ərəbistanını hədələdi: “Cavabımız fərqli olacaq”!

    İran İnqilab Mühafiçiləri Ordusunun komandiri general Məhəmməd Əli Cəfəri Pakistan sərhədindəki Sistan və Bəlucistan əyalətində İnqilab Mühafizəçiləri Ordusunun mənsublarını hədəf alan terror hücumundan sonra Pakistan və Səudiyyə Ərəbistanını günahlandırıb.
     
    İran mediasında Əl Cəfəri Pakistan rəhbərliyini terrorla mübarizədə öz məsuliyyətlərini yerinə yetirməyə çağırıb.

    Muxalifet3 - 16-02-2019

  12. “Avropada müsəlman olmaq çox çətindir”

    Brüssel Regional Parlamentinin müstəqil millət vəkili Mahinur Özdemir Avropada müsəlman kimi yaşamağın çətin olduğunu söyləyib.
     
    Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları (SETA) Vəqfinin Berlin Nümayəndəliyi tərəfindən Berlin Yunus Əmrə İnstitutunda "Müsəlmanların Avropada siyasi təmsilçiyi" mövzulu bir panel təşkil edilib.

    Muxalifet3 - 16-02-2019

  13. Əsəd rejimi yenə Idlibi vurdu

    Suriyada Əsəd rejimi və terrorçu qruplar, "İdlib Gərginliyi Azaltma Bölgəsi" sərhədləri içərisindəki mülki əhalinin məskunlaşma yerlərinə gecə saatlarında 100-dən çox topçu hücumu reallaşdırıb.
     
    Qeyd edək ki, rejim güclərinin dünən axşam saatlarında İdlibin cənubunda Xan Seyhun mahalına təşkil etdiyi 25 top və raket hücumunda 8 mülki şəxs həyatını itirmiş, 9 nəfər isə yaralanmışdı.

    Muxalifet3 - 16-02-2019

  14. Adnan Oktardan “bazarlıq” məktubu

    Səkkiz ay əvvəl başlayan əməliyyatlarla 40 illik planının məhv edildiyini görən Adnan Oktar, həbsxanadan çıxmaq üçün bazarlıq danışıqlarına cəhd göstərdiyi bildirilib.
    Hal-hazırda Silivri Həbsxanasında həbs həyatı sürən Adnan Oktar, onunla birlikdə nəzarətə alınan 135 adamdan 35 nəfərinin etirafçı olmasından sonra İstanbul Təhlükəsizlik Xidməti rəhbərliyinə bir məktub yazıb. Milliyət qəzetinin xəbərinə görə, Oktar məktubunda, "Mehdilikdən vaz keçərsəm məni azad edərsinizmi" deyə yazaraq bazarlıq etməyə cəhd edib.

    Muxalifet3 - 16-02-2019

  15. ​Vulkan püskürməyib, gil kütləsi üzə çıxır - İnstitutdan Şamaxı AÇIQLAMASI

    Şamaxının Xınışlı kəndində palçıq vulkanının püskürməsi barədə yayılan məlumatlar düzgün deyil.
    Muxalifet.az xəbər verir ki, bunu trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.
    Onun sözlərinə görə, həmin kənd və onun yaxınlığında vulkan yoxdur:
    "Bu axıntı da vulkan püskürməsi nəticəsində baş verməyib. Adətən, zəlzələdən sonra yerdə çatlar yarandıqda orada yaranmış gil kütləsi üzə çıxır və axıntı yaranır".

    Muxalifet - 16-02-2019

  16. İşğal üçün getdi, Müsəlman oldu

    Sovetlər İttifaqının işğalı müddətində orduya qatılaraq Əfqanıstana gələn Rus hərbçisi əsir düşdüyü Əfqan mücahidlərin mərhəmətindən təsirlənərək müsəlman olub və adını dəyişdirərək Şeyx Abdullah olub.
     
    Rus hərbçisi Xakimov Əfqanıstandakı həyatından danışaraq hazırda ölkənin qərbində bir muzeyin gözətçiliyini etdiyini deyib.

    Muxalifet3 - 16-02-2019

  17. ​Rəqsanə 3 aya tanınmaz dərəcədə dəyişdi - VİDEO

    Müğənni Rəqsanə İsmayılova xeyli çəki atıb.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, üç ay bundan əvvəl əkizləri dünyaya gələn sənətçi artıq kilolarından azad olub.
    Rəqsanə hamiləlik dövründə lentə aldığı şəkli ilə indiki halını kollaj edərək instaqram səhifəsində paylaşıb. İfaçının qısa müəddət ərzində belə dəyişməsi hər kəsi təəccüblənirib.
    Qeyd edək ki, müğənni bir müddət bundan əvvəl ciddi pəhrizə başladığını, su, meyvə və az miqdarda qida qəbul etdiyini açıqlamışdı.

    Muxalifet - 16-02-2019

  18. DAHA BİR MƏMUR HAQDA ŞOK FAKTLAR - Slovakiya, Ukrayna və Türkiyədəki obyektləri və... + FOTOLAR

    Azərbaycan məmurlarının korrupsiya yolu ilə mənimsədiklərini yatırmaq üçün Avropada İngiltərə və Çexiyadan başqa daha bir ölkə var – Slovakiya. Tam da Avstriya ilə sərhədində, əsrarəngiz Dunayın sahilindəki Bratislavanın bu sarıdan ayrı bir özəlliyi var. Bu şəhərdə xeyli sayda Azərbaycandan çıxarılmış böyük pullarla şirkətlər, hətta özəl universitet belə fəaliyyət göstərir. Bu barədə ayrıca yazacağam”.

    Muxalifet4 - 16-02-2019

  19. Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?!

    Moskvada fevralın 14-də axşam azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesinə bir qrup silahlı çeçenin basqın etməsinə dair yeni təfərrüatlar məlum olub. Azərbaycan və Çeçenistan rəsmilərinin də reaksiya verdiyi, təxribat məqsədi ilə təşkil olunduğu ehtimal edilən hadisələrin detalları barədə “Rosbalt” agentliyi yazır. Virtualaz.org xəbər verir ki, situasiya ilə yaxından tanış olan mənbə “Rosbalt”ın əməkdaşı Yuri Verşova əhvalatın necə başladığını nəql edib.

    Muxalifet - 16-02-2019

  20. ​Dünya Putini nakaut edən qadın cüdoçudan DANIŞIR - FOTOLAR

    Rusiya prezidenti Vladimir Putin Soçi görüşündən sonra milli cüdoçularla görüşüb.
    Gərgin müzakirələrin ardından cüdo paltarını geyinən prezident idmançılarla döyüşüb.
    Putinin milli cüdoçu Natalia Kuziutlə keçirdiyi görüşə yerli mediada daha geniş yer ayrılıb. Media N.Kuziutin üçün “Putini nakaut edən cüdoçu” ləqəbindən istifadə edib.
    Dörd dəfə Avropa çempionu olan Kuziutin yarışdan sonra Putinlə şəkillərini paylaşıb.

    Muxalifet - 16-02-2019

Pages