Axtarış

The search found 105785 results in 0.186 seconds.

Search results

  1. ​Alimlərdən XƏBƏRDARLIQ: Az yatmaq ölümcül fəsadlara yol açır

    Alimlər təcrübəni siçanlar üzərində aparıblar.
    Gün ərzində 7 saatdan az davam edən yuxu insult riskini artırır. Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "Nature" jurnalında məqalə dərc edilib. Alimlər təcrübəni siçanlar üzərində aparıblar. Gəmiriciləri iki qrupa bölüblər. Birinci qrup ən azı 7 saat yatıb. Digər qrupu isə tez-tez yuxudan oyadıblar. Nəticədə məlum olub ki, yuxudan ayıldılan siçanlarda leykosit miqdarı artıb. Amma heç bir qrupda xolesterin miqdarı və çəkisi dəyişməyib.

    Muxalifet - 15-02-2019

  2. Daha bir avtobus qəzası - BU DƏFƏ BAKI-QAZAX YOLUNDA

    Kürdəmir rayonunda yol qəzası baş verib.

    "Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı km-də, rayonun Çöhranlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Kürdəmir rayon sakini Füzuli Ata oğlu Əzimovun idarə etdiyi "Azərsu" ASC-yə məxsus "Mitsubishi" markalı pikapa dönmə əməliyyatı edərkən İlqar Məhəmməd oğlu Alıyevin idarə etdiyi sərnişin avtobusuna çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyat vasitəsinə xeyli ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 15-02-2019

  3. Rusiyada üzərində “şəhid kəməri” olan şəxslər saxlanıldı

    Rusiyanın Surqut şəhərində üzərində “şəhid kəməri” və silah olan bir neçə nəfər saxlanılıb.
    K-inform” Instagram-akkauntunda polisin keçirdiyi xüsusi əməliyyatın videosu yayılıb.
    Bildirilir ki, saxlanılan şəxslər Surqut şəhərində terror aktı törətməyi planlaşdırıblar.
    Onların sayı açıqlanmasa da, əməliyyat zamanı tutulanların sayının 2-5 arasında olduğu iddia edilir.
     

    Muxalifet3 - 15-02-2019

  4. Tramp ölkədə fövqəladə vəziyyət ELAN ETDİ

    ABŞ Prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyətin elan edilməsi barədə sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders Tvitter mikrobloqunda yazıb.
    “Prezident cənub sərhədində humanitar böhranla bağlı sənədi imzaladı”, - deyə Sanders bildirib.
    Qeyd edək ki, cənubdan kütləvi miqrant axınından dolayı Meksika-ABŞ sərhədində gərgin vəziyyət hökm sürür.
     

    Muxalifet3 - 15-02-2019

  5. ​Uşaqlarda ən çox təsadüf edilən bədxassəli şiş qan xərçəngidir

    Uşaqlarda rast gəlinən onkoloji xəstəliklər 1 faiz təşkil edir. Az rast gəlinməsinə baxmayaraq, sosial və humanizm nöqteyi-nəzərdən çox aktualdır. Dünyada bir il ərzində 300 min uşaq onkoloji xəstəliyə görə qeydiyyata düşür. Azərbaycanda isə bu rəqəm təqribən 350-yə bərabərdir. Muxalifet.az bildirir ki, bu barədə AZƏRTAC-a Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə rəhbəri ali ixtisas kateqoriyalı onkoloq, tibb elmləri doktoru Reyman İsmayılzadə məlumat verib. - Həkim, uşaqlarda onkoloji xəstəliklərin yaranmasının səbəbləri nədir?

    Muxalifet - 15-02-2019

  6. ​Azərbaycanda vulkan püskürdü

    Şamaxıda yenidən vulkan püskürüb.
    Muxalifet.az-ın xəbərinə görə, təbiət hadisəsi rayonun Kiçik Xınıslı kəndində baş verib.
    Qeyd edək ki, bu, son günlər baş verən növbəti təbii hadisədir. Belə ki, fevralın 13-də də Şamaxı rayonunda vulkan püskürüb.
    Təbii hadisə rayonun dağlıq Quşçu kəndində qeydə alınıb.
     

    Muxalifet3 - 15-02-2019

  7. “İrana qarşı müharibə intihara bərabərdir” — Məhəmməd Cavad Zərif

    Almaniyada keçirilən 55-ci Beynəlxalq Münhen Təhülkəsizlik Konfransı davam edir.
    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə iştirak edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın “NBC News” kanalına müsahibə verib.

    Muxalifet3 - 15-02-2019

  8. Azərbaycanda sürücü sərnişinin qucağında oturub avtobus idarə edir - VİDEO

    Azərbaycanda sürücü sərnişinin qucağında oturub avtobus idarə edir.
    Muxalifet.az xəbər verir ki, bununla bağlı video Bakı-Sumqayıt sərnişin avtobusunda lentə alınıb. 
    Görünütlərdən də göründüyü ki, avtobusu idarə edən şofer başqa bir nəfərin qucağında oturaraq avtobusu idarə edir.
    Video bu gün saat 12:44-də Büllur Çərkəzqızı tərəfindən çəkilib.
    Həmin görüntüləri təqdim edirik/azxeber
     

    Muxalifet - 15-02-2019

  9. “Anam pulları hamamda gizlətdi, çünki...” — Mahsun Kırmızıgül

    Məşhur müğənni Mahsun Kırmızıgül anası Faika Arıkın evindən oğurlanan 2 milyon lirə (təxminən 643 min 400 manat) ilə bağlı açıqlama verib.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahsun anasına pulları banka qoymağı təklif etdiyini, ancaq onun buna razı olmadığını söyləyib.
    “Anamın 2 milyon lirəsinin olduğunu bilmirdim. 30 ildir arzuladığı məscidi tikdirmək üçün yığdığı pullar oğurlananda çox pis olmuşdu. Pulun varsa banka qoyaq dedim. Ancaq dindar olduğu üçün faiz və bank təklifini qəbul etmədi”, - deyə Mahsun vurğulayıb.

    Muxalifet3 - 15-02-2019

  10. Neftin qiyməti rekord həddə çatdı

    Dünya birjalarında neftin qiyməti rekord həddə çatıb.
    London birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 2,23 faiz artaraq bir barel üçün 66,01 dollar təşkil edib.
    Sonuncu dəfə “Brent” markalı neftin qiyməti 66 dollardan (bir barel) yuxarı 2018-ci ilin noyabrın 20-də satılıb./oxu.az

    Muxalifet - 15-02-2019

  11. Vətəndaşlarımız Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək

    Türkiyədə yaşayan Azərbaycan vətəndaşları “ASAN Xidmət” vasitəsilə şəxsiyyət vəsiqələri ala bilər.
    Muxalifet.az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Komitə ilə “ASAN xidmət” arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimində çıxış edərkən deyib.
    F.Muradov bildirib ki, hazırda Türkiyədə yaşayan və müxtəlif sənədlərin alınmasına ehtiyacı olan Azərbaycan vətəndaşlarının sayı müəyyənləşdirilir.
    Sənədlərin və şəxsiyyət vəsiqələrinin verilməsi üçün “ASAN Xidmət”in səyyar resurslarından istifadə olunacaq.
     

    Muxalifet3 - 15-02-2019

  12. Bu şəhər ərəblərə aiddir - Ərdoğan

    Menbiçin 85-90 faizi ərəblərə aiddir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber” telekanalına açıqlamasında deyib.
    “YPG/PYD-nin Menbiçdən çıxması şərtdir. Obama dönəmində bu barədə söz verildi, yerinə yetirilmədi. Tramp dönəmində də söz verilib. Lakin yenə yerinə yetirilmir. Bizə “Çıxacaqlar, tərk edəcəklər” deyilir. Bundan əlavə, Menbiç xaricində İdlib də böyük önəm kəsb edir. 300-400 min insanın olduğu şəhərdə böyük qarşıdurmalar oldu. Ölkəmiz kütləvi miqrant axınına məruz qalacaq”, - deyə Ərdoğan bildirib.
     

    Muxalifet3 - 15-02-2019

  13. TÜRKMƏNİSTANDA KQB METODLARI – Ölkədən çıxış nəzarətə götürülüb…

    “Deutsche Welle”, (Almaniya)

    Muxalifet - 15-02-2019

  14. Azərbaycanda məktəblilər araqdan zəhərləndi

    Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
    Muxalifet.az-ın report-a istinadən məlumatına görə, rayon sakinləri olan 16 yaşlı iki gənc alkoqollu içkidən zəhərlənib.
    Onlardan biri içkinin təsirindən bir müddət şoka düşüb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
    İlkin məlumata görə, hər iki gənc məktəblidir və eyni sinifdə oxuyurlar. Məktəblilərin zəhərlənmələrinə səbəb isə alkoqollu içkini normadan artıq qəbul etmələri olub.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 15-02-2019

  15. ​Bakıda YANĞIN: ölən var

    Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd çarpayı yanıb.
    Yanğının kəşfiyyatı zamanı ev sahibi 1983-cü il təvəllüdlü Kornaunov Vasiliy Dimitriyeviçin meyiti aşkarlanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    Muxalifet - 15-02-2019

  16. Döyüşdən sonra dava Həbibə 250 min dollara başa gəldi

    UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla döyüşdən sonrakı davaya görə cərimə ödəyib.
    TASS-ın məlumatına görə, ödənilən məbləğ ABŞ-ın Nevada ştatının Atletika komissiyasına daxil olub.
    Bildirilir ki, Həbib yoldaşlarına görə 50 min dollar cərimə ödəyib. İdmançı vəkilin xidmətlərinə görə 200 min dollar da ödəməli olub.

    Muxalifet - 16-02-2019

  17. Trampın Türkiyə səfiri bəlli oldu

    ABŞ prezidenti Donald Trampın Xarici İşlər Nazirliyinin müşavirlərindən Devid Satterfieldi Türkiyə səfiri kimi namizəd göstərdiyi bildirilib. Ağ Evdən edilən yazılı açıqlamada, Trampın David Michael Satterfieldi Türkiyə səfiri kimi göndərmək istədiyi bildirildi. Hazırda ABŞ Xarici İşlər Nazirliyində Yaxın Şərq Əlaqələri üzrə müşavir vəzifəsində çalışan Sattefieldin Türkiyə səfiri olması üçün Senatda keçiriləcək səsverməni gözləməsi lazımdır. Qeyd edək ki, Tramp rəhbərliyi ABŞ-ın keçmiş Türkiyə səfiri Con Bassın yerinə bir təyinat etməmişdi. Müxalifət.az

    Muxalifet3 - 16-02-2019

  18. Venesueladakı çevriliş cəhdi çökdü

     Venesuela prezidenti Nikolas Maduro ölkəsindəki "dövlət çevrilişi cəhdinin uğursuzluğa uğradığını", həllin dialoq, hörmət və qarşılıqlı ankayışdan keçdiyini söyləyib.
     
    Prezident Maduro etdiyi çıxışında, müxalif Milli Məclis sədri Xuan Guiadonu ABŞ başda olmaqla, bir çox Qərb və Latın Amerikası ölkələri "müvəqqəti dövlət başçısı" kimi tanıması ilə bağlı, "Ağ Ev özünü çıxışı olmayan bir küçəyə saldı. Çevriliş cəhdi uğursuz oldu, indi yeganə çıxış yolu dialoq, anlaşma və hörmətdir" deyib.
     
    SƏHV ETDİLƏR
     

    Muxalifet3 - 16-02-2019

  19. ABŞ-da silahlı hücum: Çox sayda ölü və yaralı var

     ABŞ-da İlinoys ştatının Avrora şəhərindəki bir iş yerində silahla atəş açılması nəticəsində 5 nəfərin həyatını itirdiyi, 5 polis məmurunun da yaralandığı bildirilib.
     
    Avrora şəhərinin Polis şefi Kristen Ziman keçirdiyi mətbuat konfransında, silahlı hücumla bağlı məlumat verib.
    Hücumda 5 adamın həyatını itirdiyini, 5 polis məmurunun da yaralandığını bildirən Ziman, təcavüzkarın ölü ələ keçirildiyini ifadə edib.
    Ziman təcavüzkarın adının Qari Martin (45) olduğunu və atəş açdığı iş yerində çalışdığını qeyd edib.
     

    Muxalifet3 - 16-02-2019

  20. ABŞ-a Türkiyədən soyuq duş: Türk xalqı İncirlik bazasının bağlanmasını istəyir

    Türkiyə ilə ABŞ münasibətləri bir daha tarixi bir sınaqdan keçir. Türkiyə Suriyanın şimalındakı terror ünsürlərini təmizləyib, 4 milyon Suriyalını evə qaytarmaq istərkən, ABŞ mövqeyini birmənalı şəkildə ortaya qoymur. ABŞ prezidenti Donald Trampın "Suriyadan çəkiləcəyik” açıqlamasının üzərindən 2 ay keçməsinə baxmayaraq konkret bir addım atılmayıb.
     
    ABŞ NƏBZ YOXLADI
     

    Muxalifet3 - 16-02-2019

Pages