Axtarış
The search found 105785 results in 0.032 seconds.
Search results
Ermənilər rusiyalı gənclərə inqilab etməyi öyrədirlər - VİDEO
Rusiyanın “Pervıy kanal” telekanalında Yerevanda baş tutmuş bir seminardan reportaj nümayiş etdirilib. Həmin seminarda Nikol Paşinyanın inqilabının əsas fiqurları Rusiyadan gəlmiş gənclərə dövlət çevrilişlərinin necə edildiyini öyrədiblər. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, təşkilatçılar tədbirin gizli keçirilməsini nə qədər arzu etsələr də, “Russia Today” telekanalının apardığı gizli çəkiliş onların planlarını pozub. Rusiyalı jurnalistlər aydınlaşdırıblar ki, Ermənistanda bu cür tədbirlərin keçirilməsi üçün pul ABŞ tərəfindən ayrılır.
Muxalifet - 16-02-2019
Misirdə terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub
Misirin Sinay yarımadasında törədilmiş terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub. Bir çox hərbçinin yaralandığı və onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
AZƏRTAC Misir KİV-lərinə istinadla xəbər verir ki, Silahlı Qüvvələrin mətbuat katibi Tamər Rifai bildirib ki, terrorçular yarımadanın şimalındakı hərbi posta hücum ediblər. Onlardan yeddi nəfəri təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Muxalifet - 16-02-2019
Bakı metrosunda bıçaqlanma: yaralı var
Bu gün saat 16:00 radələrində metronun "Gənclik" stansiyasında bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib. Onun sözlərinə görə, bıçaqlanan Şəmistan Quliyev adlı şəxsdir. Hazırda polis əməkdaşları ona xəsarət yetirənin kimliyini müəyyən etmək istiqamətində iş aparır.
Yaralı Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.
Muxalifet3 - 16-02-2019
Zabit Səmədovdan “Neolit” davasına REAKSİYA
Fevralın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Neolit" restoranında azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqala K-1 döyüşçüsü, kikboksinq üzrə Avropa və dünya çempionu Zabit Səmədov da biganə qalmayıb.
Dünya çempionu sosial şəbəkədəki hesabında Azərbaycan və çeçen xalqlarının tarixən bir-birinə bağlı olduğunu, iki xalq arasında daim qardaşlıq münasibətləri olduğunu bildirib.Muxalifet - 16-02-2019
Rusiyanı qaz bazarında əvəz edə bilərik - Ukraynalı namizəd
Avropaya qaz tədarükü məsələsində Ukrayna Rusiyanı əvəz edə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukrayna prezidentliyinə namizəd, deputat Sergey Taruta paylaşıb.
“Ukrayna qaz məsələsində Avropa üçün problem olmaya bilər. Ukrayna özünün qaz hasilatını artırıb, Avropaya tədarük edə bilər. Rusiyanı qaz tədarükündə əvəz edə və dünya qaz bazarında gücə çevrilə bilərik”, – deyə o bildirib.
Muxalifet3 - 16-02-2019
Birinci vitse-prezidentin adından ehsan süfrəsi açıldı – MƏRASİMDƏ 1000 NƏFƏR İŞTİRAK EDİB / VİDEO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tövsiyəsi ilə Gəncənin “İmamzadə” Dini-Memarlıq Kompleksində ehsan verilib.
Muxalifet.az Kəpəz TV-yə istinadən xəbər verir ki, kompleksin mərasim zalında 1000 nəfər üçün ehsan süfrəsi açılıb.
Mərasim Heydər Əliyev Fondunun təşəbüsü ilə təşkil edilib.
Ehsan süfrəsi ətrafında Gəncə və ətraf rayonlarda yaşayan din xadimləri, aztəminatlı ailələrin üzvləri, Gəncə Uşaq Evinin sakinləri bir araya gəliblər.Muxalifet4 - 16-02-2019
Çeçenlərlə azərbaycanlıların bu görüşü erməniləri MƏYUS ETDİ - VİDEO
Rusiyanın paytaxtı Moskvada baş vermiş insidentdən sonra azərbaycanlılarla çeçenlər bir araya gəliblər.
Muxalifet.az xəbər verir ki, hər iki tərəfin nümayəndələri bu hadisələri təxribat adlandırıb və heç kimi buna uymamağa çağırıb.
Fuad Malikoğlu Abbasov adlı şəxs görüşü sosial şəbəkədə canlı yayımlayıb. Məclisdə çıxış edən çeçenlərdən biri azərbaycanlılarla qardaş olduqlarını və həmişə dost münasibəti saxladıqlarını dilə gətirib:Muxalifet3 - 16-02-2019
Ziyafət Əsgərovdan çeçenlərlə bağlı SENSASİON AÇIQLAMA: "Rusiyadan bunu qızışdıran..."
Milli Məclis Sədrinin birinci müavini, Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı məsələyə münasibət bildirib.
Ziyafət Əsgərov Demokrat.az-a açıqlamasında deyib ki, yaranmış vəziyyət təxribat xarakteri daşıyır:Muxalifet - 16-02-2019
Papa Teodorun keşişlik statusunu əlindən aldı
Roma Papası Fransisk Vaşinqtonun keçmiş baş yepiskopu 88 yaşlı Teodor Makkarrikin keşiş statusunu əlindən alıb.
Muxalifet3 - 16-02-2019
Bu ölkədən Bakıya aviareys açılır?
“Kuwait Airways” yay mövsümündə Bakıya aviareys açmağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Kuwait Airways”in idarə heyətinin sədri Yusuf əl-Casim KUNA agentliyinə müsahibəsində deyib.
O bildirib ki, aviaşirkət iyun ayından başlayaraq Bakı da daxil olmaqla, Avropa və Asiyanın bir neçə şəhərinə uçuşlar həyata keçirməyi nəzərdə tutur.
Muxalifet3 - 16-02-2019
Danışılmış oyuna görə Azərbaycandan qovulmuş futbolçu Bakı klubunda - FOTO
“Səbail” PFK daha bir legioner futbolçunu heyətinə qatıb.
Muxalifet.az xəbər verir ki, Bakı klubu nigeriyalı Oke Akpoveta ilə mayın 31-dək müqavilə imzalayıb.
27 yaşlı nigeriyalı hücumçu 2009-2011-ci illərdə Nigeriyanın “Vari Vulvz” klubunda çıxış etdikdən sonra 2011-ci ildə Danimarkanın məşhur klublarından olan “Bronbü” ilə dörd illik müqavilə bağlayıb. Lakin qol vura bilmədiyi üçün 2014-cü ilin yanvarın 6-da müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.Muxalifet3 - 16-02-2019
ABŞ müttəfiqlərinin bu hərəkətinə göz yummayacaq - Pens
ABŞ NATO-dakı müttəfiqlərinin Şərqdəki rəqiblərindən silah almasına göz yummayacaq.
Muxalifet.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı ABŞ-ın vitse-prezident Mayk Pens deyib.
“NATO-dakı müttəfiqlərimiz rəqiblərimizdən silah alarsa, əl-qolu bağlı oturmayacağımızın mesajını verdik”, - Pens bildirib.
Muxalifet3 - 16-02-2019
DƏHŞƏT: Universitet binası uçdu, tələbələr DAĞINTILAR ALTINDA QALDI - Video
Rusiyanın Sankt-Peterburq şəhərində universitet binasının dam örtüyü çöküb.
Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
"Lomonosov küçəsi, ev 9-da Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin beşmərtəbəli binasında dam örtüyünün pilətələri ikinci mətəbəyə qədər uçub", - deyə agentliyin həmsöhbəti bildirib.Muxalifet - 16-02-2019
Əzrayil kimlərin canını alan zaman özünü bəzəyər?
Bir gün Əzrayil (ə) İbrahimin (ə) yanına gəlir ki, onun canını alsın. Ancaq İbrahim (ə) ölümü seçmir. Əzrayil (ə) də Allaha nəzər salır və deyir: "İbrahim (ə) ölümü xoş qarşılamır". Allah da Əzrayilə (ə) vəhy edir: "İbrahimi (ə) azad burax, çünki sağ qalmağını istəyir. Mənə ibadət et". (Erfan)
Bu macəradan bir müddət keçir və bir gün İbrahim (ə) qoca bir kişini görür ki, hər nə yeyir, həzm edə bilmir. O yemək ağzından bayıra tökülür. Bu mənzərəni görən zaman çox təsirlənir və həyatı davam etdirməyi acı görür. Ona görə də ölümə qarşı əlaqəsi yaranır.Muxalifet3 - 16-02-2019
Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb
Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb.
Muxalifet.az trend-ə istinadən bildirir ki, fevralın 15-də MPK-460” gəmisi “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.
SOCAR-dan Trend-ə verilən məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov “Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.Muxalifet3 - 16-02-2019
“Ermənistandan sığınacaq istəmək məcburiyyətindəyik” –İCRA BAŞÇISI LERİK SAKİNİNİN TORPAĞINI ZORLA ƏLİNDƏN ALIB
Lerik rayon sakini, Nəriman Nərimanov küçəsi ev 21 də yaşayan Quliyev Eldəniz Şadkamal oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən rayon sakini deyir ki, Lerikin icra başçısı və “Azərenerji” rəhbərliyi ona məxsus topraq sahəsini zəbt ediblər:
Muxalifet4 - 16-02-2019
Bakıda qadın evdən 10 min dollar oğurlayıb
Bakıda evdən oğurluq edən qadın saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 10.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədova saxlanılıb.
Muxalifet3 - 16-02-2019
Azərbaycan neftinin qiyməti bahalaşıb - YENİLƏNDİ
Son məlumatlara əsasən, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,9 dollar artaraq 68,06 dollar təşkil edib.
Muxalifet.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,68 dollar artaraq 66,25 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,18 dollar bahalaşaraq 55,59 dollar olub.
Muxalifet3 - 16-02-2019
İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi - SƏFİRİN BƏYANATI
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş hadisə ətrafında vəziyyəti nəzarət altında saxlayır. Virtualaz.org-un əməkdaşı ilə söhbətində bunu Azərbaycanın Rusiyadakı fövləqadə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.
Səfir qeyd edib ki, dövlət başçısı yaranmış vəziyyətlə əlaqədar zəruri bütün göstərişləri verib. O cümlədən Azərbaycanın Moskvadakı səfirliyinə də tapşırıqlar verilib. Azərbaycan səfirliyi bu məsələ ilə sıx məşğuldur, münaqişənin həllinə cəlb edilmiş azərbaycanlılarla görüşlər keçirilib.Muxalifet - 16-02-2019
Bu ölkə ilə böyük iqtisadi əməkdaşlıq planlaşdırırıq - Zərif
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Kürd Regional Rəhbərliyinin (İKRR) Təhlükəsizlik Agentliyi üzrə müşaviri Məsrur Bərzani ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, qapalı keçən görüşdən sonra mediaya açıqlama verən Zərif Bərzani ilə İKRR və İraq arasındakı ikili münasibətlər, İKRR-də hökumət qurulması, parlamentin açılması, həmçimin Suriya və regional məsələləri müzakirə etdiklərini bildirib. XİN başçısı İran, İraq və İKRR arasında ticarət əlaqələrinin vacibliyindən danışıb:Muxalifet3 - 16-02-2019