Axtarış

The search found 105785 results in 0.153 seconds.

Search results

  1. ​“Bağışlamaq səlahiyyəti uca Allaha və prezidentə məxsusdur” – Siyavuş Novruzov

    “Xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin hamısının bu hadisədən nümunə götürmələri lazımdır”.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ötən həftəsonu Bakıya gəlişinə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.
    Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycan hakimiyyəti öz fəaliyyətində hər zaman humanizm prinsiplərini rəhbər tutub:

    Muxalifet - 18-02-2019

  2. ​Azərbaycanda məktəbli qızın FACİƏVİ ÖLÜMÜ: Meyiti hamamdan tapıldı

    Biləsuvarda 11-ci sinif şagirdi babasının evində ölüb. 
    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə fevralın 17-si gecə saat 22 radələrində baş verib.
    Rayonun Xırmandalı kəndində yaşayan 2001-ci il təvəllüdlü Elxanə Hüseynzadənin dəm qazından zəhərlənərək ölməsi barədə məlumat daxil olub. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub.

    Muxalifet - 18-02-2019

  3. Azərbaycanın himninin başqa dildə oxunması qadağan edilir

    Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir.
    Bu, yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsində (üçüncü oxunuş) əksini tapıb.
    Qanunun 8-ci (Azərbaycan Respublikasının Dövlət himninin istifadəsinə dair məhdudiyyətlər) maddəsinə əsasən, himn başqa dildə oxuna bilməz.
    Layihə Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

    Muxalifet - 18-02-2019

  4. ​“Hansı duxlu oğlan var ki, mənim qeybətimi qırsın?!” - VİDEO

    ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı xanəndə Elnarə Abdullayeva olub.
    Muxalifet.az bildirir ki, xanəndə qeybətlə bağlı maraqlı açıqlama verib: 
    "Müəyyən vaxtlarda, müəyyən yerlərdə mənim söhbətim gedib. Amma mənim nə söhbətim gedə bilər ki? Deyəcəklər ki, ya yaxşı oxuyur, ya da pis. Hamıya eyni təsiri bağışlaya bilmərəm. Ola bilsin ki, kimsə mənim oxumağımı eşidəndə desin ki, televizoru söndür. Amma başqa mənada mənim söhbətimi, nə də qeybətimi edə bilərlər ki? Hansı duxlu oğlan var ki, mənim qeybətimi qırsın?!"

    Muxalifet - 18-02-2019

  5. ​“Sizə bəzi rəqəmləri demək istəyirəm” - Nazir vergidən gizlədilən milyardlardan danışdı

    "Sizə bəzi rəqəmləri demək istəyirəm. Bu rəqəm həmin məsələlərlə bağlı müəyyən fikir yaradacaq. 2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri topdansatış obyektlərində 930. mln manat, market şəbəkələrində 122 mln. manat, özəl tibb müəssisələrində isə 230 mln manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib", - nazir bildirib.
    M.Cabbarov məlumat verib ki, 2018-ci ildə hər 1000 vergi ödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb.  Buyoxlamalar 0,4 faiz göstərici deməkdir. 

    Muxalifet - 18-02-2019

  6. ​BDU rektorluğuna iddialılar arasında QIZĞIN MÜBARİZƏ – Abel Məhərrəmovun adamları yenidən mövqe qazanmağa çalışır

    Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov İspaniyada baş verən məlum qalmaqal sonrası vəzifəsindən azad edildiyi gündən, onun yerinə müxtəlif iddialı şəxslər meydana çıxdı. Hansı ki, bu adamların bir çoxu elə A.Məhərrəmovun keçmiş komandasının üzvləri idi. Lakin təhsil naziri Ceyhun Bayramovun dekabrın 21-də imzaladığı əmrlə BDU rektorunun səlahiyyətləri təhsil nazirinin müavini Firudin Qurbanova həvalə edildi.

    Muxalifet4 - 18-02-2019

  7. SOCAR İDDİALARA CAVAB VERDİ: “İdarə rəisinin saxlanıldığı barədə məlumatlar həqiqət deyil”

    "Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) vergi yoxlamaları nəticəsində pozuntular aşkarlandığı və  şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin saxlanıldığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

    Muxalifet4 - 18-02-2019

  8. ​Azərbaycan əhalisinin sayı AÇIQLANDI

    Ötən il ölkə əhalisinin sayı 83372 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9981457 nəfərə çatıb.
    Dövlət Statistika Komitəsindən Muxalifet.az-a verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. 
    Ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır. 

    Muxalifet - 18-02-2019

  9. ​Ramil Usubov polis kapitanına VƏZİFƏ VERDİ

    Daxili İşlər naziri Ramil Usubov Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis müavini təyin edib.
    General-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis kapitanı Anar Şıxəliyev bu vəzifəyə təyinat alıb.
    Xəbəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən Unikal.org-a təsdiqləyiblər.
    Qeyd edək ki, bir neçə ay öncə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəis müavini, polis mayoru Rza Əliyev vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi təyin edilib./Unikal

    Muxalifet - 18-02-2019

  10. "Bu məsələdə mənə aid tək bir şey var, o da..." - General adı hallanan bank borcu haqda danışdı

    Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Ənvər oğlu Paşayev barəsində yayılan xəbərlərə münasibət bildirib. Muxalifet.az xəbər verir ki, o, musavat.com-a açıqlamasında ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC-ə külli miqdarda borcu olması haqda xəbərlərin doğru olmadığını deyib. Bəzi saytların yaydığı məlumatda bildirilirdi ki, generalla bank arasında borc məsələsi var. Şahmar Paşayev bankdan verilən kreditin təyinatı haqda da danışıb.

    Muxalifet4 - 18-02-2019

  11. Köçəryan və başqaları nədə ittiham olunur?

    Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Robert Köçəryan, general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyanın cinayət işləri üzrə ilkin araşdırmanı tamamlayıb. Novator.az-ın məlumatına görə, fevralın 15-dən təqsirləndirilən şəxslərin istintaq materialları ilə tanışlıq mərhələsi başlayıb.

    Muxalifet - 18-02-2019

  12. ​ŞOK: Ukrayna təyyarələri Donetskə HÜCUM ETDİ

    Ukraynanın Donetsk şəhərinin mərkəzində üç partlayış baş verib.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Donetsk separatçılarının “Daxili İşlər Nazirliyi”ndən bildiriblər.
    Qeyd edilir ki, şəhərin bu hissəsində “Donetsk Xalq Respublikası”nın başçısının iqamətgahı yerləşir.
    Məlumata görə, iki partlayış mehmanxanadan bir neçə yüz metrlikdə olub. Burada ATƏT-in xüsusi monitorinq missiyasının nümayəndələri yaşayırlar. Üçüncü partlayış isə boş ərazidə baş verib. Heç kim zərər çəkməyib.

    Muxalifet - 18-02-2019

  13. İqbal Ağazadəyə qarşı edilən dələduzluğun məbləği məlum oldu

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
    “Report”un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Muxalifet - 18-02-2019

  14. ​Fədayə Laçının apelyasiya şikayətinə baxılacaq vaxt məlum oldu

    Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Nurəngiz Qarayeva deyib.
    Vəkil bildirib ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində fevralın 28-də baxılacaq.
    Prosesə hakim Elmar Rəhimov sədrlik edəcək.

    Muxalifet - 18-02-2019

  15. ​“AZZA”dan alınmış tortun içərisindən ELƏ BİR ŞEY ÇIXDI Kİ... - FOTO

    “AZZA” şirniyyat evindən alınmış tortun içərisindən sellofan torba çıxıb.

    Muxalifet - 18-02-2019

  16. RUSİYANIN BU SİLAHLARI İLK DƏFƏ SƏRGİLƏNDİ - FOTOLAR

    Muxalifet.az xəbər verir ki, Abu Dabidə keçirilən IDEX 2019 adlı Müdafiə Texnologiyaları Sərgisində 65-dən artıq Rusiya şirkəti silahlarını təqdim edib.

    Sərgi dünən açılıb.

    Hazırda Rusiya Körfəz və Yaxın Şərq bazarında yeni silah satışı müqavilələri imzalayıb.

    Rusiyanın sərgidə təqdim elədiyi ən yeni silahlarından bəziləri:

    Muxalifet - 18-02-2019

  17. Xərçəngi tez aşkarlamaq üçün nə etməli? – İsrail həkimləri 6 əlaməti göstərir

    Hamıya məlumdur ki, xərçəng xəstəliyi erkən mərhələdə aşkarlandıqda müalicə olana bilər. Buna görə də, xərçəngin əlamətlərini bilmək vacibdir.
    Medicina.az bu əlamətləri təqdim edir:
    Bir vacib məqam var ki, xərçəng şişi digər orqanlara metastaz vermədən üzə çıxarılıb, müalicə olunduqda müsbət nəticə əldə etmək mümkündür. Birincisi bu zaman tətbiq edilən prosedurlar effektiv olur və xəstənin həyatını xilas etmək şansı artır.
    Buna görə də xəstəlikdən vaxtında yaxa qurtarmaq üçün bir neçə məqama diqqət yetirilməlidir.

    Muxalifet - 18-02-2019

  18. ​Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
    DİM-dən Muxalifet.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1878 namizəddən 27 nəfər imtahana gəlməyib.

    Muxalifet - 18-02-2019

  19. ​Türkiyədə kömür MƏDƏNİ ÇÖKDÜ - Ölənlər var

    Türkiyənin Muğla vilayətinin Milas mahalında kömür mədənində çökmə baş verib.
    Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər dağıntılar altında qalıb.
    Onlardan 2-nin öldüyü, 1 nəfərin isə yaralandığı bildirilir.

    Muxalifet - 18-02-2019

  20. Bakıda ağaclar kəsilmək üçün MÜHASİRƏYƏ ALINDI: "Günlərin bir günü yoxa çıxarılacaqlar..." - FOTOLAR

    Bakının Nəsimi rayonu, 20 yanvar küçəsi, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında növbəti "ağac soyqırımı"na hazırlıq işləri görülür.

    Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, ərazidə bina tikən tikinti şirkəti sakinlərin etirazı nəticəsində ağacların kəsilməsi prosesini müvəqqəti dayandırsa da, ancaq ağaclar hasara alınıb.

    Muxalifet - 18-02-2019

Pages