Axtarış

The search found 105785 results in 0.037 seconds.

Search results

  1. "Rüstəm İbrahimbəyov bir daha siyasi proseslərdə iştirak etməyəcək" - Eldəniz Quliyev

    “Bakıda Rüstəm İbrahimbəyovun təşkil etdiyi məclis iclas deyildi. Onun 80 illiyi ilə bağlı yubiley tədbiri idi. Biz bir neçə saat bir yerdə olduq. Orada siyasi söhbətlər olmadı”.

    Muxalifet.az xəbər verir ki, bu sözləri BakuPost-a açıqlamasında tanınmış kinodramaturq, Milli Şura üzvü Eldəniz Quliyev deyib.

    Muxalifet - 18-02-2019

  2. Xameneyidən çağırış: “Avropaya aldanmayın!”

    İranın ali dini lideri Ayətulla Əli Xameneyi hökuməti nüvə sazişinin iştirakçısı olan Avropa ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) tərəfindən aldanmamağa çağırıb.
    Muxalifet.az “Press TV”yə istinadən xəbər verir ki, Xameneyi bu gün dövlət televiziyası ilə çıxışında hökumətə xəbərdarlıq edib. Bildirib ki, iranlı rəsmilər dostu düşməndən ayırmağı bacarmalıdır. 

    Muxalifet - 18-02-2019

  3. Kənd Təsərrüfatı Nazirliyində YENİ TƏYİNAT

    Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
    Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin edilib.
    Nazirlikdən verilən məlumata görə, bu vəzifəyə Elnur Heydərov təyinat alıb. Yeni direktor buna qədər Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb.
    Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinə tabe olan yeddi elmi-tədqiqat institutundan biridir.

    Muxalifet - 18-02-2019

  4. ​Ombudsman Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Elmira Süleymanova Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

    Muxalifet - 18-02-2019

  5. Azərbaycanlı Türkiyədə SAXTA PULLA TUTULDU

    Türkiyədə saxta pulla alış-veriş edən azərbaycanlı E.C. saxlanılıb. 
    “Habertürk”ün məlumatlarına görə, o, Türkiyənin Karabük vilayətində ələ keçib. 
    Bildirilib ki, onun alış-veriş etdiyi mağazanın sahibi pullardan şübhələndiyi üçün polisə məlumat verib. 
    Üzərinə baxış zamanı həmin şəxsdən doqquz ədəd 200, 22 ədəd 100 və 22 ədəd 50 türk lirəsi olan saxta əskinas aşkarlanıb. Azərbaycanlı dindirildikdən və tibbi müayinədən keçirildikdən sonra həbsxanaya göndərilib.
    Faktla bağlı araşdırmalar davam edir. 

    Muxalifet - 18-02-2019

  6. Əfv Komissiyasının üzvləri Ramil Usubov görüşüblər - “Siyasi məhbus siyahılarını təqdim etdik”

    Hazırda Azərbaycan gündəmində olan əsas mövzulardan biri də gələn ay Novruz bayramında imzalanma ehtimalları yüksək görünən əfv sərəncamıdır. Əfv Komissiyasının iclaslarının intensivləşməsi və hüquq müdafiəçilərinin bu istiqamətdə gördükləri işlər əfv ümidlərini durmadan artırır.

    Muxalifet - 18-02-2019

  7. Tacir Fədayə Laçından ayrılmağının səbəbini açıqladı - “O pis vərdişin yolçusu..."

    Mən Tacir Şahmalıoğlu olaraq deyirəm, gəlib qanımı yoxlasınlar, görsünlər ki, qanımda narkotik çıxacaqmı? Muxalifet.az aznews.az-a istinadən Tacir Şahmalıoğlu ilə müsahibəni təqdim edir: - Tacir müəllim, bir müddət bundan öncə mətbuatda ananızın məskunlaşdığı evdən çıxarılması haqqında məlumatlar yayılırdı. Bu məsələnin sonu necə yekunlaşdı? - 10 nəfər yanğınsöndürən, 10 nəfər polis, 10 nəfər də məhkəmə işçisi gəlmişdi. Onların sayını görəndə dəhşətə gəldim. Baxdım ki, onlarla bacara bilməyəcəm. Onlara müqavimət göstərmək lazım idi. O da mənlik deyildi.

    Muxalifet - 18-02-2019

  8. Dünyamin Xəlilov deyib, onlar imzalayıb, nəticədə dövlətin milyardları talanıb... - "ADIMA 23.5 MİLYON YAZIBLAR, ÖDƏMƏK FİKRİM YOXDUR..."

    Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşmişdi.

    Muxalifet - 18-02-2019

  9. ​Kamal Abdulla saytları məhkəməyə verir - “Onlardan alınan vəsait...”

    Akademik Kamal Abdulla bəzi saytları məhkəməyə verib, maddi təzminat tələb edəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə qərar K.Abdullanın rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetinin Elmi Şurasının bu gün keçirilən iclasında qəbul edilib. Rektor çıxışında bildirib ki, çox böyük islahatlar aparıldığı bir dönəmdə müxtəlif mətbuat orqanlarında ali təhsil ocağının rəhbərliyi və kollektivini hədəf alan böhtan xarakterli yazılarla tez-tez rast gəlinir və bunun qarşısını almaq üçün ölçü götürməyin vaxtı çatıb. 

    Muxalifet - 18-02-2019

  10. “Lotu Quli”nin yaxın adamı AZADLIĞA BURAXILDI

    Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Emil Xəlilova hökm oxunub.
    Hakim Ənvər Seyidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E.Xəlilovun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun işinə xitam verilib. E.Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.

    Muxalifet - 18-02-2019

  11. Rusiya ilə Gürcüstan arasında danışıqlar davam edir - NÖVBƏTİ MƏRHƏLƏ PRAQADA KEÇIRILƏCƏK

    Rusiya ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin normallaşmasına dair danışıqların növbəti mərhələsi fevralın 27-də keçiriləcək.
    Gürcüstan Xarici İşlər Nazirliyi xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Praqada görüşəcəklər.

    Muxalifet - 18-02-2019

  12. ​Nobel PROSPEKTİNDƏ QƏZA: Yaralının vəziyyəti ağırdır - VİDEO

    Bakıda yol nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az Baku.ws-a istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.
    Hadisə şahidlərinin sözlərinə görə, BMW markalı maşın yolu keçən yaşlı kişini vurub.
    Yaxınlıqdakı maşınlardan biri piyadanı təcili xəstəxanaya çatdırıb. Piyadanın vəziyyətinin orta-ağır olduğu bildirilir.
    Hadisə yerindən görüntünü təqdim edirik:

    Muxalifet - 18-02-2019

  13. İdlibdə dəhşətli bombalı avtomobillə təcavüz: Çox sayda ölü və yaralılar var

     Suriyanın İdlib şəhərinin mərkəzindəki Əl-Qüsur küçəsində iki bomba yüklü avtomobil partlayıb. İlkin məlumatlara görə, 15 nəfərin həyatını itirdiyi, 30 nəfərin yaralandığı açıqlanıb.
     
    Suriyada "gərginliyi azaltma bölgəsi" elan edilən İdlibdə gərginlik günü-gündən yüksəlir. Rejimin bombardman altına aldığı İdlib əyalətindəki müxaliflər rejim güclərinə qarşılıq verməyə başlamış, müəyyən bölgələrdə atəşkəs tamamilə pozulmuşdu.

    Muxalifet3 - 18-02-2019

  14. ​Bu ölkələr Rusiyanın nüvə hədəfi ola bilər - SİYAHI

    Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən ABŞ və Rusiyanın çıxışı Avropanı yenidən özünü “barıt çəlləyi” üzərində hiss etməyə məcbur etdi. Belə fonda alman siyasətçilərinin bəyanatı tamamilə aydın səslənir ki, Almaniya öz ərazisində Amerika nüvə silahını saxlamalı deyil. Bu fikir “Rosbalt.ru”da dərc edilən analitik məqaləsində yer alıb.

    Muxalifet - 18-02-2019

  15. ​"Ərdoğan Putinin ən çox güvəndiyi liderlərdəndir" - Dmitri Peskov

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin ən çox etibar etdiyi dövlət başçılarından biridir.
    Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin “Hurriyet” qəzetinə müsahibəsində “Ərdoğan Putinin ən çox güvəndiyi liderlər sırasındadırmı?” sualına cavabında deyib: “Əlbəttə. Onlar bir-birilərini çox yaxşı başa düşürlər” – Peskov vurğulayıb.

    Muxalifet - 18-02-2019

  16. Türkiyə qırmızı xəttini müəyyən etdi: Ya əməliyyat, ya da.. - Analiz

     Haber7.com müəllifi Taha Dağlı Türkiyənin Suriya ilə sərhədində qurulması planlaşdırılan təhlükəsiz bölgə ilə bağlı "Ya əməliyyat, ya təhlükəsiz zona" adlı bir köşə yazısı qələmə alıb.
     
    Taha Dağlı – Haber7
     
     Suriyada İŞİD-ın işğalındakı son torpaq parçası olan Deyrizzordaki Bagoz qəsəbəsi də PKK işğalına girdi. İki terror təşkilatı eynilə daha əvvəl Rakkada olduğu kimi, burada da əməkdaşlıq edib.
    Beləliklə, Suriyada İŞİD işğalında heç bir yer qalmadı.
    Yəni Amerikanın İŞİD bəhanəsi aradan qalxıb.

    Muxalifet3 - 18-02-2019

  17. Ermənistanda aclıq edən məhbusların qohumları aksiya keçiriblər

    Ermənistanın Nubaraşen cəzaçəkmə müəssisəsinin qarşısında aclıq edən məhbusların qohumları aksiya keçiriblər. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş tələb ediblər. Onlar bu müəssisədəki şəraitin faşist düşərgələrini xatırlatdığını söyləyiblər. Aksiya iştirakçılarından biri deyib ki, yüz məhbus aclıq aksiyasına başlamağa hazırlaşır: “Onlar bir günün 1,5 günlə əvəz olunmasınadək aksiyanı davam etdirəcəklər”.

    Muxalifet - 18-02-2019

  18. İsraildən Məscid-i Aksa ilə qalmaqal: Yenidən açıldı

     İsrail polisi işğal altındakı Şərqi Qüdsdə olan Məscid-i Aksa-nın bütün qapılarını bağladı. Bir neçə saat sonra İsrail polisi tərəfindən qapıları bağlanan Məscid-i Aksa yenidən açıldı.
     
    Qüds İslami Vəqflər İdarəsinin sözçüsü Firas Dibs etdiyi yazılı açıqlamada, Şərqi Qüdsün Köhnə Şəhər hissəsində yer alan Məscid-i Aksa-nın bütün qapılarının İsrail polisi tərəfindən bağlanıldığını bildirib.
    Bir neçə saat sonra İsrail polisi tərəfindən qapıları bağlanan Məscid-i Aksa yenidən açılıb.

    Muxalifet3 - 18-02-2019

  19. ​Yurçeviçin millimizlə ilk matçı - Rəqib və vaxt açıqlandı

    Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Muxalifet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Litva yığması ilə üz-üzə gələcək. Martın 25-də “Bakcell Arena”da təşkil olunacaq görüş saat 18:00-da başlayacaq. Qeyd edək ki, Azərbaycan millisinin Nikola Yurçeviçin rəhbərliyi altında ilk sınağı martın 21-də səfərdə Xorvatiyaya qarşı olacaq. AVRO-2020-nin seçmə mərhələsindəki ilk görüş Zaqreb şəhərindəki "Maksimir" stadionunda keçiriləcək.

    Muxalifet - 18-02-2019

  20. ​Azərbaycana məxsus təyyarədə nasazlıq yarandı - AZAL-dan AÇIQLAMA

    "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəmə strukturu “Buta Airways” aviaşirkətinin bu gün yerli vaxtla saat 10:50-də yerinə yetirməli olduğu İstanbul-Bakı aviareysi baş tutmayıb.
    Bu barədə xəbəri "Report"a AZAL-ın sözçüsü Paşa Kəsəmənski təsdiqləyib.
    Onun sözlərinə görə, uçuşun həyata keçirildiyi "Embraer" markalı sərnişin təyyarəsində nasazlıq yaranıb. Sərnişinlər Bakıya AZAL-ın bu gün saat 23:50-də İstanbuldan Bakıya uçacaq təyyarəsi ilə qayıdacaqlar.

    Muxalifet - 18-02-2019

Pages