Axtarış

The search found 105785 results in 0.02 seconds.

Search results

  1. Soçidəki Sammitdə sürpriz! Son anda xəbər verilib

     Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında baş verən Suriya mövzusunda üçlü zirvə görüşünün başa çatmasından sonra sürpriz bir hadisə baş verib.
     
     Rusiyanın Soçi şəhərində reallaşan sammitdən sonra mətbuat konfransı keçirilib və ardınca liderlər yeməyə keçib.

    Muxalifet3 - 15-02-2019

  2. Şok edən S. Ərəbistanı iddiası! 17 nəfəri belə qaçırıblar

    Amerikanın CNN televiziyasının xəbərində, Oregan əyalətində həddindən artıq sürətlə avtomobili idarə edən 20 yaşlı səudiyyəli tələbənin etdiyi yol qəzasında 16 yaşında bir amerikan vətəndaşının ölümünə səbəb olduğu bildirilib.
     
     Səudiyyəli tələbənin qəsdən öldürmə cinayətindən mühakimə olunmasının tələb edildiyi, Səudiyyə Ərəbistanı tərəfindən ödənilən 100 min dollar girovla sərbəst buraxılan bu şəxsin hakim qarşısına çıxmadan iki həftə əvvəl ortadan qeyb olduğu ifadə edilib.

    Muxalifet3 - 15-02-2019

  3. ABŞ və Rusiya Ermənistanda toqquşur - Vaşinqton İrəvana qarşı bəyanat verdi

    Erməni hökumətinin Suriya rejiminə dəstəyi və Rusiyaya artan reveransları Ağ Evi hövsələdən çıxardı; Dövlət Departamenti Paşinyan hökumətini zülmə və zalıma dəstəkdə suçladı; İrəvandan qorxaq reaksiya gəldi...

    Muxalifet - 15-02-2019

  4. Trampa təhlükəli tövsiyə: “Ölkəni mühasirəyə alaq, Rusiya girə bilməsin”

    “Trendmacro” şirkətinin investisiyalar üzrə direktoru Donald Luskin ABŞ-ın “Fox News” televiziyasına verdiyi müsahibədə, Venesuelanın dövlət neft şirkəti PDVSA-ya tətbiq olunan sanksiyaların ölkəyə təxminən 20 milyard dollarlıq ziyan vurduğunu açıqlayıb və Rusiyanın Venesuelanın dövlət başçısı Nikola Maduronu xilas etməsinə yol verməmək üçün tam təşəkküllü dəniz blokadası tətbiq olunmasını təklif edib.
     

    Muxalifet3 - 15-02-2019

  5. ​Novruz Məmmədov bu qanuna dəyişiklik etdi

    Nazirlər Kabinetinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edib.
    Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

    Muxalifet - 15-02-2019

  6. Dünyanı gözləyən FƏLAKƏT: həşəratlar yox olsa...

    Həşəratların yox olması dünya miqyaslı fenomen bir hadisədir. Əgər bunu durdurmaq mümkün olmasa, nəticələr sadəcə fəlakət olacaq.
    Muxalifet.az xəbər verir ki, İsveçrə mediasında yayımlanan yazıda avstraliyalı ekoloq, Sidney Universitetinin professoru Fransisko Sançez-Bayonun rəhbərliyi altındakı alimlər qrupunun həşəratların sayının öyrənilməsinə həsr olunan 73 müxtəlif təhqiqatı incələyərək olduqca qorxulu nəticəyə gəldikləri göstərilib.

    Muxalifet - 15-02-2019

  7. ​Azərbaycanlı biznesmenin kafesinə SİLAHLI HÜCUM: 100 nəfər əlbəyaxa oldu - VİDEO

    Moskvanın cənub-şərqində yerləşən kafedə atışma ilə müşayiət olunan kütləvi dava zamanı azı 10 nəfər xəsarət alıb.
    Hadisə ilə əlaqədar olaraq 20 nəfər saxlanılıb.
    İnsident fevralın 14-ü saat 23:00 radələrində, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində baş verib.

    Muxalifet - 15-02-2019

  8. Azərbaycanda 360 adda mal və xidmət bahalaşıb

    2018-ci ildə Azərbaycanda orta illik baza inflyasiya 1,8% təşkil edib, halbuki 2017-ci ildə bu göstərici 13,2% idi. 
    Muxalifet.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən il orta illik inflyasiya 2,3% olub.
    Ərzaq malları üzrə 1,7%, qeyri-ərzaq malları üzrə 2,6%, xidmətlər üzrə 2,7% inflyasiya qeydə alınıb.
    2018-ci ildə inflyasiyanın hesablanması üçün istifadə olunan 521 adda mal və xidmətdən 121-nin qiyməti azalıb, 40-nın qiyməti isə dəyişməz qalıb. Beləliklə, 360 adda mal və xidmət növünün qiymətlərində artım müşahidə olunub.

    Muxalifet - 15-02-2019

  9. “Amerika röyası” - okeanın o tayına getmək istəyənlər oxusun...

    Trampın Amerikasına köçməyin yolları və əngəlləri barədə bilmədiklərimiz

    Amerikada yaşamaq bir çox ölkələrin vətəndaşlarının arzuları sırasındadır. Eləcə də azərbaycanlıların “Amerika röyası” var. Amma son illərdə bu axına qoşulanların sayı artdığı kimi, dələduzlara tuş gələn, röyasını kabusa çevirənlər də var. Bəs Amerikada yaşamaq istəyənlərin keçdikləri yol hansıdır? Daha dəqiq desək, Amerikada yaşamaq üçün hansı addımlar atılmalıdır?

    Muxalifet - 15-02-2019

  10. ​Şəbnəmə ərindən 380 minlik hədiyyə

    Həyat yoldaşı müğənni Şəbnəm Tovuzluya "Sevgililər günü"nə özəl bahalı hədiyyə verib.
    Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, ifaçıya əri Novxanıda yerləşən 380 min manat dəyərində bağ evi alıb.
    Bu barədə məlumat verən sənətçi bildirib ki, çoxdan həmin evi gördüyünü və bəyəndiyni yoldaşına deyib. O da hədiyyə olaraq evin açarlarını və tək qaş üzük alaraq "Sevgililər günü" münasibəti ilə onu təbrik edib

    Muxalifet - 15-02-2019

  11. ​Fermerlerin NƏZƏRİNƏ: Bu gündən yeni qaydalarla SATIŞ BAŞLADI

    Bu gündən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılır.
    Kənd Təsərrüfatı Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər.
    Texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.

    Muxalifet - 15-02-2019

  12. Bu gün Münhen Təhlükəsizlik Konfransı işə başlayır

    Bu gün 55-ci Münhen Təhlükəsizlik Konfransı işə başlayır.
    “Report” xəbər verir ki, bu il Münhen Forumunda təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfər, o cümlədən 35 dövlət və hökumət başçısı, 80 müdafiə və xarici işlər naziri iştirak edəcək.
    Forumun rəhbəri Volfqanq İşinger jurnalistlərə açıqlamasında qeyd edib ki, bir neçə yüksək çinli siyasətçinin iştirakdan imtina etməsinə baxmayaraq, builki Münhen Təhlükəsizlik Konfransı 50 ildən çox tarixi ərzində ən vacib və ən böyük konfrans olacaq.

    Muxalifet - 15-02-2019

  13. “Atamın qatilinin əlini sıxmaq asan deyil” – Livanın baş naziri

     Livanın baş naziri Saad Hariri 2009-cu ildə Suriya rejiminin lideri Bəşər Əsəd ilə əl görüşməklə həyatının ən çətin anlarından birini yaşadığını deyib.
     
     Hariri məruz qaldığı sui-qəsd nəticəsində həyatını itirən atası və keçmiş baş nazir Rəfiq Haririnin ölümünün 14-ci ildönümü münasibətilə Livanın "En-Nahar" qəzetinə verdiyi açıqlamada, 2009-ci ildə təzyiqlər altında Suriyanın paytaxtı Dəməşqə getdiyini bildirib.

    Muxalifet3 - 15-02-2019

  14. ​Peşə məktəblərinin şagirdləri imtahan verəcək

    Fevralın 17-də respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçiriləcək.
    Dövlət İmtahan Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, şagirdlərin imtahan binasına buraxılışı saat 10:45-də başa çatacaq.
    Həmin gün 3432 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

    Muxalifet - 15-02-2019

  15. RUSİYADAN SENSASİON QARABAĞ AÇIQLAMASI...

    Paşinyan Qarabağı Azərbaycana qaytarmaq istəyir?

    Zərdüşt Əlizadə: “Milli mənafeyini izhar etməyi bacarmayan xalq torpaqlarını heç vaxt görməyəcək”

    “Torpaqları qaytarmaq üçün dəyişmək, vətəndaş olmaq lazımdır”

    Muxalifet - 15-02-2019

  16. ​Zahid Orucdan yeni vəzifəsi ilə bağlı AÇIQLAMA

    Deputat Zahid Oruc prezidentin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsindən danışıb.
    Bu barədə sosial şəbəkədə açıqlama yayan deputat şəxsinə göstərdiyi etimada görə ölkə prezidenti İlham Əliyevə təşəkkürlərini bildirib:

    Muxalifet - 15-02-2019

  17. ​Dünyada BİR İLK: Donuzdan insana qaraciyər köçürüləcək

    5 ilə donuzlardan qaraciyər transplantasiyası Türkiyədə Malatyada həyata keçiriləcək
    "Malatya Universiteti Türkiyədə qaraciyər və orqan transplantasiyası üzrə irəlidə gedən universitetlərdən biridir. Bütün dünyada olduğu kimi Türkiyədə qaraciyər bağışlanması problemi var. Ona görə də bu problem üzərində ciddi işlər aparırıq. Yaxın 5 ildə donuzdan insana qaraciyər köçürülməsi prosesinin başlanılacağı gözlənilir”. 

    Muxalifet - 15-02-2019

  18. ​TANINMIŞ MEYXANAÇIDAN AFƏTƏ ŞOK SÖZLƏR: "Ona verilən maşının salonu da Nəsiminin dərisindəndir"

    Meyxanaçı Ələkbər Yasamallı müğənni Afət Fərmanqızı ilə bağlı qalmaqallı açıqlama verib. 
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, "Hər şey daxil" verilişinə qonaq olan ifaçı Afətin Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxumasını ələ salıb. 
    "Nəsiminin dərisini soydular nəsə verən olmadı. Afət oxudu 240 minlik maşın verdilər. O maşının salonu da Nəsiminin dərisindəndir", - Ələkbər bildirib.

    Muxalifet - 15-02-2019

  19. ​Bakıda ər və arvadı dəhşətli qəzaya düşdü – ÖLƏN VƏ YARALANAN VAR

    Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
    Dünən saat 11650-də Sahil qəsəbəsi ilə Hacı Zeynalabdin Tağıyev qəsəbəsini birləşdirən yolda "VAZ 2121 -Niva" və "Toyota" markalı iki avtomobil toqquşub.
    Qəza nəticəsində "Niva"nı idarə edən 1970-ci il təvəllüdlü sürücü həlak olub, onun xanımı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
    Faktla bağlı araşdırma aparılır./Publika

    Muxalifet - 15-02-2019

  20. İsrail üçün trilyonlar xərclədik, ancaq... - SENSASİON ÇAĞIRIŞ

    İsrail dünyanı hipnoz edib. Tanrı xalqın gözünü açsın və İsrailin daha mənfi işlər görməməsinə yardım etsin.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri amerikalı siyasətçi, Respublikaçılar Partiyasının üzvü Devid Duk deyib.
    “İsrail üçün müharibələrdə trilyonlar xərclədik. Yəhudi lobbisi bir sədd inşası üçün İsrailə Amerikadan pulların göndərilməsini təmin edir. Amma İsrailin özü ABŞ-dakı səddə qarşı çıxır. Mən deyirəm: Bir divar inşa et, xərcini İsrailə ödətdir!” – deyə siyasətçi üsyankar şəkildə fikrini qeyd edib.

    Muxalifet - 15-02-2019

Pages