Axtarış
The search found 105785 results in 0.023 seconds.
Search results
Qanunsuz ov edən ərəb cərimələndi
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi yaxınlığında icazəsiz ova cəhd edən əcnəbi vətəndaş saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Birləşmiş Ərəb Əmirliyi vətəndaşı Al Oud Mubarak Al Kaam Saeed Alameri olduğu məlum olub.
Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.
Muxalifet3 - 14-02-2019
Gürcüstan Rusiyadan qaz alacaq - Müxalifət etiraz edir
Gürcüstan hakimiyyəti Rusiyadan təbii qaz almaq üçün danışıqlar aparır.
Muxalifet.az oxu.az-a istinadən bildirir ki, bu fikirləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobuliya parlamentin komitə iclasında deyib.
Onun sözlərinə görə, diversifikasiya olacaq və qazın qiymətində rəqabət yaranacaq.
"İstəyirik ki, qazın bir deyil, bir neçə tədarükçüsü olsun", - nazir deyib.
O bildirib ki, Rusiya ilə danışıqlar çətindir və vaxt tələb edir, çünki Gürcüstan şərtlərin yaxşılaşdırılmasını istəyir.Muxalifet - 14-02-2019
Nazir müavini: "Startapların inkişaf etdirilməsinə böyük diqqət ayırılır"
Bu gün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Vergilər Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçirilib.
Muxalifet - 14-02-2019
Şəhid pilotların ailələri ziyarət edildi - Komitə
Fevralın 14-ü Azərbaycanda Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir. Hərbi təyyarəçilərimiz ölkəmizin ərazi bütövlüyünün qorunmasında şücaət və qəhrəmanlıq nümunələri göstəriblər. İşğalçı Ermənistanın növbəti hərbi fitnəkarlığının qarşısının alınması məqsədilə 2016-cı ilin aprelində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatına havadan dəstək verən hərbi helikopter heyətinin üç üzvü – baş leytenant Əbu Bəkir İsmayılov, mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə qəhrəmancasına həlak olublar. Şəhid pilotlarımızın xatirəsini xalqımız əziz tutur.
Muxalifet3 - 14-02-2019
Erməni deputat bundan sonra MODEL OLACAQ
Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatı Naira Zoqrabyan yaxın vaxtlarda model karyerasına başlayacaq.
Muxalifet.az bildirir ki, bu barədə Sputnik Ermənistan "Qraparak" nəşrinə istinadən xəbər verir.
Qeyd olunur ki, "Şadoyan Fashion"la əməkdaşlıqdan sonra Zoqrabyan Fransada fəaliyyət göstərən zərgərlik şirkətindən təklif alıb. Deputata şirkətin siması olması və onun məhsullarını nümayiş etdirmək təklif olunub.Muxalifet - 14-02-2019
Ayaqları tutulan meyxanaçının müalicəsi başladı - Video
Xəbər verdiyimiz kimi, insult keçirən meyxanaçı Ağakərim bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Muxalifet.az-ın axşam.az-a istinadən verdiyi məlumatına görə, ayaqları tutulan ifaçını müalicə etdirməyə ailəsinin maddi gücü çatmayıb. Heydər Əliyev Fondu Ağakərimin müalicə xərclərini öz üzərinə götürüb.
"Hər şey daxil" verilişi meyxanaçını xəstəxanada ziyarət edib. Proqramın aparıcısı prodüser Tarix Əliyev (Tolik) bildirib ki, ifaçının müalicəsi başlayıb.Muxalifet3 - 14-02-2019
DİM: 4 nəfərin başqasının yerinə imtahan verməsinin qarşısı alınıb
Fevralın 10-da keçirilən sınaq imtahanında tətbiq edilən “üzün tanınması” texnologiyasına əsaslanan proqram-texniki vasitə ilə 4 nəfərin başqasının yerinə imtahana girmək cəhdinin qarşısı alınıb.
Muxalifet - 14-02-2019
Azərbaycanda bu qidalar bazardan yığışdırılacaq
Azərbaycanda qida məhsullarında sağlamlıq üçün təhlükəli maddələr aşkar olunacağı təqdirdə, istehsalçılar həmin məhsulları bazardan geri çağırmalı olacaqlar.
Muxalifet.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.
O bildirib ki, bu cür təcrübə hazırda avtomobil istehsalçıları tərəfindən tətbiq olunur:Muxalifet3 - 14-02-2019
Ərdoğan: “Türkiyə İranla ikitərəfli mexanizm qurmağa hazırdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla ikitərəfli ticarət əlaqələrini genişləndirmək üçün müvafiq mexanizm qurmağa hazır olduqlarını bildirib.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Soçidə Suriya məsələsinə dair Trükiyə, İran və Rusiya prezidentləri arasında keçirilən üçtərəfli görüş öncəsi iranlı həmkarı Həsən Ruhani ilə görüşü zamanı bildirib.Muxalifet - 14-02-2019
“Məktəbdən çıxdım ki, atamın dərmanlarını alım” - Qarabağ əlilinin GÜLSATAN QIZI
Səhər alaqaranlıqlı "İnşaatçılar” metro stansiyasının həndəvərində dayanıb sevgilimi gözləyirdim. Metronun qarşısında görüşüb ona "14 fevral” hədiyyəsini verəcəkdim. Sonra onu işə ötürüb mən də öz işimin dalınca gedəcəkdim. Sevgilim yubandığından metronun o baş-bu başına gedib-gəlirdim ki, vaxtı "öldürüm”.
Muxalifet3 - 14-02-2019
Tanınmış klubun vitse-prezidenti istefaya göndərildi
Fransanın "Monako" klubunun vitse-prezidenti Vadim Vasilyev postundan ayrılıb.
"Report" klubun saytına istinadən xəbər verir ki, qərar Knyazlıq təmsilçisinin prezidenti Dmitri Rıbolovlev tərəfindən qəbul olunub.
"Monako" hazırda Fransa çempionatında 24 turdan sonra 19 xalla 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Vadim Vasilyevin daha öncə futbolçuların satışından faiz götürdüyü üzə çıxıb.Muxalifet - 14-02-2019
Dünyada həşəratlar yox olur: Böyük fəlakət olacaq
Həşəratların yox olması dünya miqyaslı fenomen bir hadisədir. Əgər bunu durdurmaq mümkün olmasa, nəticələr sadəcə fəlakət olacaq.
Muxalifet.az xəbər verir ki, İsveçrə mediasında yayımlanan yazıda avstraliyalı ekoloq, Sidney universitetinin professoru Fransisko Sançez-Bayonun rəhbərliyi altındakı alimlər qrupunun həşəratların sayının öyrənilməsinə həsr olunan 73 müxtəlif təhqiqatı incələyərək olduqca qorxulu nəticəyə gəldikləri göstərilib.Muxalifet3 - 14-02-2019
Viruslardan qoruyan təbii vasitələr. Soyuqdəymə və qripə qarşı!
Payız və qız aylarında soyuqdəymə və qripp xəstəlikləri artır.
Ekspertlər soyuq fəsillərdə viruslardan qorunmaq üçün ədviyyatlardan daha tez-tez istifadə etməyi tövsiyə edirlər.
Ədviyyatlar soyuq fəsillərdə bədən temperaturunu tənzimləyir, həzmi və əhvalı yaxşılaşdırır.
Muxalifet.az saglamolun.az-a istinadən bildirir ki, Rusiyalı diyetoloq Lyudmila Babiç qidalara az miqdarda qıtığıtu kökünü ("xren") əlavə etməyi tövsiyə edir.Muxalifet - 14-02-2019
SON DƏQİQƏ: Bakıda maşın gənc qızı vurub QAÇDI
Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.
Naməlum avtomobil gənc qızı vuraraq hadisə yerindən qaçıb.
Hadisə xəzər rayonu ərazisində, “Dres” qəsəbəsi yaxınlığında “Oba” marketin yanında baş verib.
Hadisə yerində olan muxbirin məlumatına görə qızın bədəni qanlar içində yerdə qalıb.
Onun yaşayıb, yaşamadığı məlum deyil./YenicagMuxalifet - 14-02-2019
Diplomatın meyiti Rusiya XİN binasının tualetində tapıldı
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Smolensk meydanındakı binasında əməkdaşlardan birinin cəsədi tapılıb. Oleq Krivtsov adlı işçinin cəsədi binanın 19-cu mərtəbəsinin tualetində xadimə tərəfindən tapılıb. Krivtsovun ürəktutmasından öldüyü ehtimal edilir.
Qeyd edək ki, 68 yaşlı Oleq Krivtsov nazirliyin silahların yayılmasının qarşısının alınması və nəzarət edilməsi departamentinin baş məsləhətçisi kimi işləyib.
Muxalifet3 - 14-02-2019
Qalatasaray - Benfika: start heyətləri açıqlandı - YENİLƏNİR
Bu gün Avropa Liqasında 1/16 final mərhələsində növbəti oyunlar keçiriləcək.
Gün ərzində 15 qarşılaşma baş tutacaq.
Bu raundun ilk oyununda bir qarşılaşma olub ki, “Fənərbaxça” “Zenit”i məğlub edib – 1:0.
Digər görüşlərdə isə 8 matç saat 21:55-də, 7-si isə gecəyarı start götürəcək.
Türkiyə təmsilçisi “Qalatasaray” öz meydanında “Benfika”nı qəbul edəcək.
Avropa Liqası. 1/16 final, ilk oyunlar14 fevral
Muxalifet - 14-02-2019
Putindən ABŞ-a önəmli mesaj
Rusiya prezidenti Vladimir Putin Moskva, Ankara və Tehranın ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsindəki mövqeyini ifadə edib.
RİA “novosti”nin məlumatına görə, Rusiya, Türkiyə və İran liderlərinin sammitinin yekunlarına dair keçirilən brifinqdə Putin bildirib ki, üç ölkə ABŞ qoşunlarının Suriyadan çıxarılacağına ümid edir və bu ərazilərin hökumət qoşunlarının nəzarətinə verilməsini yeganə doğru qərar hesab edir.Muxalifet3 - 14-02-2019
Fermerlər üçün mühüm yenilik: Ölkədə hansı məhsuldan nə qədər əkildiyini bilmək mümkün olacaq
Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib. Təqdimatda nazir müavini İlhamə Qədirova çıxış edərək bildirib ki, sistem bütün kənd təsərrüfatı proseslərini özündə ehtiva edir: “Bu, fermerlərə çıxışı, səmərəliliyi və şəffaflığı təmin edəcək”.
Nazir müavininin sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi aqrar sektorun digər dövlət qurumları ilə əlaqəli şəkildə inkişafına kömək edəcək.
Muxalifet - 14-02-2019
Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan “Kazım bəy” adlı romanı nəşr olunacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən Milli Elmlər Akademiyasında bir çox tədbirlərin həyata keçirilməsi üçün ciddi hazırlıq işləri aparılır.
Muxalifet.az trend-ә istinadәn bildirir ki, bunu Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.Muxalifet3 - 14-02-2019
Çox danışırlar, amma fəaliyyət yoxdur - Ərdoğan
Türkiyə təəssüf edir ki, Avropa İttifaqı (Aİ) suriyalı qaçqınların yerləşdiyi ölkələrə söz verdiyi maddi yardım etmədi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.Muxalifet3 - 14-02-2019