Axtarış
The search found 105785 results in 0.026 seconds.
Search results
İcbari tibbi sığortaya dair yeni qaydalar hazırlanacaq - Novruz Məmmədov tapşırıq verdi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla icbari tibbi sığortada iştirak etmək hüququ olan tibb təchizatçıları və ya tibbi ərazi bölmələri üçün tələblər barədə təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bununla bağlı baş nazir Novruz Məmmədov müvafiq sərəncam imzalayıb.Muxalifet - 14-02-2019
"APA Holdinq"-in fəaliyyəti bərpa olunur? – VÜSALƏ MAHİRQIZINDAN AÇIQLAMA / YENİLƏNİB
"APA Holdinq"-in keçmiş rəhbəri Vüsalə Mahirqızı şirkətin fəaliyyətini bərpa edəcəyi barədə xəbərə münasibət bildirib. V.Mahirqızı Demokrat.az-a açıqlamasında xəbərin doğru olmadığını söyləyib. O, "APA Holdinq" fəaliyyətini bərpa edəcəyi barədə xəbərin səhv olduğunu deyib: "Hazırda bizim fəaliyyətimiz var, ancaq bu media sahəsində deyil. "APA Holdinq"-in bərpa olunacağı barədə xəbərlər səhvdir". *** Bu il martın 1-dək "APA Holdinq" fəaliyyətini bərpa edəcək. Bu barədə "APA Holdinq"-in keçmiş əməkdaşlarından məlumat daxil olub. Məlumata görə, şirkətə rəhbərliyi yenə Vüsalə Mahirqızı edəcək.
Muxalifet4 - 14-02-2019
Cahangir Hacıyev şikayətinə əlavələr etdi, məhkəmə təxirə düşdü
Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə sabiq bank rəhbərinin vəkillərinin kassasiya şikayətinə əlavələr verdikləri elan olunub. Bildirilib ki, həmin əlavələr digər tərəflərə təqdim olunmayıb. Buna görə də məhkəmə iclası martın 14-dək təxirə salınıb.Muxalifet - 14-02-2019
Əfv Məsələləri Komissiyası bu gün növbəti iclasa toplaşır
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Trend-in məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılması nəzərdə tutulub.
Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilir. Komissiyanın ötən iki iclasında 200-ə qədər müraciətə baxılıb.
Muxalifet - 14-02-2019
Prezident Sumqayıtla bağlı SƏRƏNCAM imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az-ın xəbərinə görə, sərəncamda Sumqayıt Şəhər İcra Hakimiyyətinə şəhərin 70 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
2019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur.Muxalifet - 14-02-2019
Xədicə "Sevgililər günü"ndə hamamda çəkilən VİDEOsunu paylaşdı
Sosial şəbəkədən etdiyi paylaşımlarla adından söz etdirən türkiyəli müğənni Xədicə hamamdan çəkdiyi videonu təqibçiləri ilə bölüşüb. Muxalifet.az Haberler-ə istinadən Xədicənin Instagram hesabından paylaşdığı videonu təqdim edir:
Muxalifet - 14-02-2019
Türkiyədə daha bir PKK terrorunun qarşısı alındı
Türkiyənin Adana şəhərində daha bir PKK terrorunun qarşısı alınıb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində 24 nəfər şübhəli qismində saxlanılıb. Həbs edilənlərin terror hazırlığında olduğu bildirilir.
Mersin və Konyada isə sosial şəbəkələrdə PKK terror təşkilatını təbliğ və terrorçu fəaliyyət üçün açıq çağırışlar etdiklərinə görə 14 nəfər həbs olunub.Muxalifet - 14-02-2019
Bülbülü deportasiya etdilər - Avropa ölkəsindən inanılmaz qərar
Üç gün əvvəl İraqın Ərbil Beynəlxalq Hava Limanından Avstriyanın paytaxtı Vyanaya uçan sərnişin təyyarəsində maraqlı olay yaşanıb.
Ərbildə təyyarənin salonuna daxil olan bülbül Vyanada yaxalanıb.
Avstriyanın müvafiq qurumları qaçaq bülbülün İraqa deportasiya edilməsi barədə qərar qəbul edib. Təyyarə ilə Vyanadan Ərbilə göndərilən bülbüllə bağlı qərar hər iki ölkədə ən çox müzakirə edilən və gülüş hədəfinə çevrilən mövzu olub. Ərbil Beynəlxalq Hava Limanının rəhbərliyi qəfəsdə geri göndərilən bülbülün sərbəst buraxılacağını açıqlayıblar./BakuPostMuxalifet - 14-02-2019
İranlı fotoqraf: "Trampın o fotodan istifadə etməsi mənim üçün utancdır”
ABŞ prezidenti Donald Tramp İranda İslam inqilabının 40-cı ildönümü ilə bağlı yazdığı mesajda iranlı bir qadının fotoşəklindən istifadə etmiş və aşağıdakı sözləri yazmışdı: “40 illik korrusiya, 40 illik təzyiq, 40 illik terror... İrandakı rejim 40 il içində sadəcə iflası gətirib. Uzun zamandır, əzab çəkən İran xalqı daha parlaq gələcəyə layiqdir”. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, fotoşəklin müəllifi Yelda Muayyeri ABŞ prezidentinin onun fotolarından istifadə etməsinə sərt təki göstərib.
Muxalifet - 14-02-2019
Mənzil dələduzu olan iş adamına HÖKM OXUNDU
Bir evi bir neçə nəfərə satmaqda ittiham edilən Cavid Umudlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən C.Umudlu 8 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet - 14-02-2019
Hava kəskin dəyişir, güclü yağış, QAR YAĞACAQ - Nazirlikdən XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-na keçən gecədən başlayaraq fevralın 17-si səhərədək havanın arabir yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.Muxalifet - 14-02-2019
İş adamına 8 il həbs cəzası verildi - DƏLƏDUZLUĞUN SONU
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan iş adamı Cavid Umudlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən C.Umudlu 8 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet - 14-02-2019
Prezidentdən nazir müavini ilə bağlı sərəncam
Prezident İlham Əliyev xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Mahmud Məmməd-Quliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olub. Sabah onun 70 yaşı tamam olur.Muxalifet - 14-02-2019
Vladimir Putin: “Türkiyə ilə birlikdə Suriyada əhəmiyyətli yol qət etmişik”
“Türkiyə ilə birlikdə Suriyadakı tərəflər arasında dialoqa yeni impuls verə biləcəyimizə əminəm”.
“Report” “Anadolu” agentliyinə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə üçtərəfli toplantıdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.
Muxalifet - 14-02-2019
DYP TƏLƏBƏYƏ “AVTOBUS SÜRÜCÜSÜ” ADI İLƏ 5 CƏRİMƏ YAZDI: Azərbaycanda heyrətamiz olay - FOTO
Binəqədi rayon Polis İdarəsinin DYP şöbəsi tələbəyə cərimə yazıb.
Muxalifet - 14-02-2019
“Sarı jiletlilər”in etirazında 7500 nəfər həbs edilib
Fransanın bütün şəhər və əyalətlərini bürüyən, hökumətin vergi-iqtisadi siyasətinə və prezident Emmanuel Makronun hakimiyyətinə qarşı yönələn “sarı jiletlilər” etiraz aksiyaları zamanı indiyədək ümumilikdə 8400 nəfər saxlanılıb.
Muxalifet.az “France Info”ya istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, saxlanılan Fransa vətəndaşlarından 7500-ü həbs edilərək polis nəzarəti altında tutulurlar.Muxalifet - 14-02-2019
Tələbələr üçün Prezident təqaüdü artırıldı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.
Sənədə əsasən, ali məktəb tələbələri üçün Prezident təqaüdü 185 manatdan 210 manata qədər artırılıb.
Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.Muxalifet - 14-02-2019
ABŞ İsrailin düşməninə raket satdı
ABŞ Livan Hava Qüvvələrinə APKWS Lazerlə İdarə olunan raket ixracı həyata keçirib.
ABŞ-ın Livan səfirliyi tərəfindən edilən açıqlamada, "Amerika Birləşmiş Ştatları Livan Silahlı Qüvvələrinə 16 milyon dollardan artıq dəyərə malik APKWS lazerlə idarə olunan raket ixracı həyata keçirib. APKWS lazerlə idarə olunan raketləri Livan Hava Qüvvələrinin yeni A-29 Super Tucano hücum təyyarələri üçün mühüm komponentdir" ifadələrinə yer verilib.Muxalifet3 - 14-02-2019
Putin kriminal avtoritetlərə “əlcək” atır - YENİ QANUNDA NƏLƏR VAR?
Rusiya prezidenti ölkədəki kriminal ierarxiya ilə açıq müharibəyə başlayır.
Muxalifet.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına “Cinayətkar ierarxiyada yüksək məqam tutmaq haqqında” qanun layihəsi göndərib.
Putin hesab edir ki, hazırda kriminal avtoritetlər cinayətkar aləmda daşıdıqları statuslarından istifadə edərək, məsuliyyətdən yayına bilirlər:
“Belə şəxslər üçün cinayətkar ierarxiyada yüksək məqam tutmaq faktına görə cinayət məsuliyyəti nəzərdə tutulmayıb”.Muxalifet - 14-02-2019
Ruhaniylə Putinin görüşündə tərcümə problemi
Soçidə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında görüş keçirilib.
Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya və İran prezidentlərinin görüşü tərcümə sisteminin nasazlığına görə baş tutmayıb.
Putin söhbətə İranda terror aktlarıyla əlaqədar başsağlığı verməklə başlayıb, amma Ruhani tərcümə sistemində yaranmış problemə görə üz ifadəsi və əl hərəkətləri ilə onu başa düşmədiyini bildirib.
Təxminən iki dəqiqə davam edən fasilədən sonra texniki problem aradan qalxıb və tərəflər görüşü davam etdirib.Muxalifet - 14-02-2019