Axtarış
The search found 105785 results in 0.02 seconds.
Search results
Ailə qurmaq üçün İDEAL YAŞ
Ailəni neçə yaşda qurmaq lazımdır ki, bu ailə xoşbət və möhkəm olsun? Alimlər bu suala cavab tapıb.
Muxalifet.az saglamolun.az-a istinadən bildirir ki, alimlər yüzlərlə ailə cütlüklərin münasibətlərini təhlil etdikdən sonra ailə qurmaq üçün ideal yaş təyin edib. Mütəxəssislərin fikrinə görə, bu 28-32 yaşlar arasıdır.
Bu yaşlarda ailə quran insanlar özünü daha xoşbəxt hiss edir və bu yaş qrupunda boşanmaların faizi ən aşağıdır.Muxalifet - 13-02-2019
Pensiyalarla bağlı əhaliyə MÜHÜM XƏBƏR
Əmək pensiyalarının ötən ayın artımı ilə birlikdə yaxın günlərdə verilməsinə başlanılacaq. Artıq bununla bağlı texniki işlər aparılır. Ümumilikdə isə bu artım 1 milyon 200 min nəfəri əhatə edəcək.
Muxalifet3 - 13-02-2019
“Trampla Putin kosmosda görüşsünlər” - SƏFİRDƏN QEYRİ-ADİ TƏKLİF
ABŞ-ın Moskvadakı səfiri Con Hantsman gözlənilməz təklif edib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, səfir Rusiya və ABŞ prezidentlərinin yeni görüşünü kosmosda təşkil etmək fikrini irəli sürüb. Əlbəttə, bu təklif zarafatyana səsləndirilib.
Hantsman deyib ki, “bununla da qravitasiya qüvvəsinin öhdəsindən gəlmək mümkün olacaq. Bu isə “bizim üçün mümkün olmayan şey yoxdur” təəssüratı yaradacaq”.Muxalifet4 - 13-02-2019
Nüsrət indi də divara dırmaşdı - VİDEO
Düz səpmə hərəkəti ilə sosial şəbəkələrdə fenomenə çevrilən qəssab Nüsrət Gökçə Nyu-York şəhərindəki restoranında işçiləri ilə birlikdə yallı rəqsi oynayıb.
Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, bir müddət yallı oynayan Nüsrət sonra düz divara dırmaşmağa başlayıb.
Nüsrət video çarxı İnstaqram səhifəsində paylaşıb. O, işçiləri ilə birlikdə "Nusr-Et Steakhouse" restoranında "Çave reşler" oyun havasının musiqi sədaları altında yallı oynayıb.
Muxalifet4 - 13-02-2019
ABŞ Rusiyaya qarşı "öldürücü zərbə"yə hazırlaşır
ABŞ Senatı günün sonuna qədər Rusiyanın energetika və bank sektoruna, o cümlədən dövlət borclarına qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul etməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Sanksiyaların “Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi”, “Ukraynaya qarşı aqressiya” əsasları ilə tətbiqi nəzərdə tutulub.
Bundan əlavə, Rusiyanın xam neft istehlakına qarşı da məhdudiyyətlərin olacağı istisna edilmir.
Muxalifet3 - 13-02-2019
"Hakimiyyət başa düşdü ki, ölkəni hansı fəlakətə gətirib çıxarıb" - CƏMİL HƏSƏNLİ
19 yanvar mitinqinin effekti onun iştirakçılarının sayından daha böyükdür. Bunu Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində bu aksiyanın ölkədəki ictimai-siyasi vəziyyətə təsirini şərh edərkən deyib.
C.Həsənli qeyd edib ki, bu son beş ildə Milli Şuranın keçirdiyi 20-ci mitinq idi və daha möhtəşəm, çoxminli idi.
Muxalifet4 - 14-02-2019
"Minimum əmək haqqının artımı bir çox insanın həyat şəraitinə təsir edəcək" - DEPUTAT
"Otuz gün işləyib 155 manat maaş alıram. Gündəlik yolpulu, yemək pulunu çıxanda ortada bir şey qalmır. Bəs mənim işıq, qaz, su pulumu kim ödəməlidir? Gərək bu maaşları 2-3 dəfə artırsınlar ki, dolana bilək".
Dövlət qurumlarından birində xadimə işləyən Zeynəb Əmiraslanovanın ehtiyacları yenicə qaldırılmış maaş artımından qat-qat artıqdır.
O, Azərbaycanda mimimum əmək haqqının artırılmasından yararlanan 450 min insandan biridir.Muxalifet4 - 14-02-2019
“Narko-barondan müsadirə olunan pullarla divar tikilsin” - TƏKLİF
Senator Ted Kruzun (R-Texas) irəli sürdüyü EL ÇAPO Aktı Prezident Trampın ABŞ-Meksika sərhədində divar tikməsinə yardımçı ola bilər.
Gizlədilmiş Vəsaitlərin Qanuni Toplanması ilə Nizam-İntizamı Bərpa Etmək (Ensuring Lawful Collection of Hidden Assets to Provide Order) adlanan qanun layihəsi Senator tərəfindən hələ 2017-ci ildə irəli sürlümüşdü.
Bu həftənin çərşənbə axşamı Konqresdə yenidən təqdim olunan layihə kartel liderlərindən müsadirə olunmuş milyardlarla dolların sərhəd təhlükəsizlyi məqsədləri üçün yönləndirilməsinə yol aça bilər.Muxalifet4 - 14-02-2019
"Tehran hökumətinin çökməsinə az qalıb" - İRAN ŞAHININ OĞLU
İranın son şahı Məhəmməd Reza Pəhləvinin oğlu deyib ki, İran cəmiyyəti 1979-cu il İslam İnqilabı ərəfəsində olduğu kimi indi də “qığılcım nöqtəsinə” yaxındır və Tehran hökumətinin çökməsinə az qalır.
Sürgündə yaşayan vəliəhd Reza Pəhləvi “Azadlıq” radiosunun Fərda redaksiyasına müsahibəsində deyib ki, “biz həqiqətən də İran rejiminin süqutuna yaxınlaşmışıq”.
O əlavə edib ki, hazırda İrandakı vəziyyət 1979-cu ildəkinə bənzərdir. Həmin il İranda baş verən təlatümlü etirazlar nəticəsində şah ölkəni tərk edərək sürgünə getməyə məcbur olmuşdu.Muxalifet4 - 14-02-2019
Gürcüstan qaz tədarükünü artırmaq üçün Rusiyadan “mavi yanacaq” ala bilər
Gürcüstan təbii qaza olan tələbatını tam ödəmək və qaz tədarükünün şaxələndirilməsi məqsədilə Rusiyadan “mavi yanacaq” ala bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia parlamentin İqtisadi siyasət komitəsinin iclasındakı çıxışı zamanı söyləyib.
Muxalifet - 14-02-2019
Qaraciyəri necə sağaldaq? - 6 sadə üsul
Qaraciyər orqanizmin ən çətin işini görən orqanlarından biri hesab olunur. Həzm zamanı yaranan zərərli maddələri zərərsizləşdirərək bədəndən çıxarır. Bu zaman qaraciyərdə yığılan zəhərli maddələr bu orqanın özünə ziyan vurur. Belə olan halda qaraciyərin özü əlavə köməyə ehtiyac duyur.
Muxalifet.az Medicina.az-a istinadən qaraciyərin təmizlənməsi üçün 6 üsulu təqdim edir:1. Çoxlu limonlu su için
Muxalifet - 14-02-2019
Yaponiya Lavrovun Kuril barədə dediklərinə sərt reaksiya verib – «Qəbuledilməzdir!»
Muxalifet.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrovun «Yaponiya ilə sülh müqaviləsinin bağlanması ərazi mübahisəsinin həlli ilə eyniyyət təşkil etmir» səciyyəli fikrini Yaponiya nazirlər kabineti Baş katibinin müavini Koiti Xaqiuda çərşənbə günü «yolverilməz» adandırıb.
«Rusiya tərəfinin bu mövqeyi mütləq şəkildə yolveilməzdir» – deyə, o, jurnaistlərə bildirib.Muxalifet - 14-02-2019
“Real” ardıcıl yeddinci dəfə “Ayaks”ı məğlubiyyətə uğratdı - VİDEO
UEFA Çempionlar Liqasında 1/8 finalın daha bir görüşü Hollandiyanın paytaxtı Amsterdamda baş tutub.
Nurda yerli “Ayaks”la Madrid “Real”ı üz-üzə gəlib.
Digər 1/8 final matçlarında olduğu kimi, bu görüşün ilk hissəsində də hesab açılmayıb. Baxmayaraq ki, meydan sahibləri qol vursa da, ilk dəfə VAR sistemi işə düşərək qolun oyundankənar vəziyyətdə vurulduğunu qeydə alıb.Muxalifet - 14-02-2019
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ürəyi zəif olanlar baxmasın - VİDEO
Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib, ölən və yaralanan var.
Balakən rayonunda yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub. Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə Balakən rayonunun Puştətala kənd sakini, 1986-cı il təvəllüdlü Samir Nurəddin oğlu Alqayevin idarə etdiyi “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə S.Alqayev hadisə yerində ölüb. B.Saminə isə Balakən Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.Muxalifet - 14-02-2019
Terror təşkilatı PKK haqqında “bomba” iddia!
Terror təşkilatı PKK işğalda saxladığı İraq və Suriya sərhədindəki bölgələrdə silah ticarəti aparır.
İraq Mosulundakı Ərəb Tayfalarının sözçüsü Muzahim Əhməd El-Huveyt Anadolu Agentliyinə verdiyi açıqlamada, PKK-nın sərhəd bölgələrində varlıq göstərdiyini xatırladaraq, "PKK İraq ilə Suriya sərhəd bölgələrində ağır və yüngül silah ticarəti edir" deyə bildirib.
Huveyt təşkilatın sərhəd bölgəsində mina və sursat alveri də etdiyini deyib.Muxalifet3 - 14-02-2019
Madurodan sərt çıxış! “Guaido hesab verəcək”
Venesuelanın dövlət başçısı Maduro özünü saxta prezident elan edən Guaidonun gec-tez məhkəmə qarşısında hesab verəcəyini deyib.
Venesuelanın prezidenti Nikolas Maduro Livanda yayımlanan Əl Mayadeen kanalına verdiyi müsahibədə, Xuan Guaidonun ölkəni parçalamağa və ABŞ prezidenti Donald Trampı Venesuelaya müdaxilə etməsi üçün inandırmağa çalışdığını bildirib.Muxalifet3 - 14-02-2019
Tramp və Səudiyyə Ərəbistanına şok! Qəbul edildi
ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanına verdiyi hərbi dəstəyin kəsilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Demokratların əksəriyyətdə olduğu Nümayəndələr Palatasının Baş Məclisində keçirilən səsvermədə sözügedən layihəyə 177 əleyhinə, 248 lehinə olmaqla qəbul olunub.Muxalifet3 - 14-02-2019
Müsəlman KonqresmendənTrumpa sərt cavab: “Sən nə vaxt öyrənəcəksən”?
ABŞ Konqresinin Müsəlman üzvü Elxan Omar anti-semitizm mübahisələri səbəbilə ona istefa çağırışı edən ABŞ prezidenti Donald Trampa cavab verib.
Omar Twitter hesabından verdiyi açıqlamada, Trampa, "Bütün həyatın boyu Yəhudilərə, Müsəlmanlara, yerlilərə, qaçqınlara, qara dərili insanlara nifrət ticarəti etdiniz. Mən sözlərimin təsir etdiyi insanlardan öyrəndim. Sən nə vaxt öyrənəcəksən" deyə cavab verib.Muxalifet3 - 14-02-2019
“ABŞ-ın çevriliş cəhdi uğursuz oldu” – Maduro
Venesuela prezidenti Nikolas Maduro hökumətini devirmək cəhdlərinin sona çatdırıldığını deyib. Maduro Avropa Birliyini də gözü qapalı bir şəkildə Donald Trampın müxaliflərinə dəstək vermə siyasətini izləməklə günahlandırıb.
“Euronews”-un xəbərinə görə, Maduro ABŞ və bir çox Avropa Birliyi ölkəsinin müvəqqəti prezidenti kimi tanıdığı Milli Məclis sədri Xuan Guaidonun hərbi çevriliş etməyə ümid etdiyini, ancaq Venesuela ordusunun çevrilişə dəstək vermədiyini söyləyib.Muxalifet3 - 14-02-2019
Paşinyan Qarbağı qaytarmaq istəyir, amma... - Putinin adamından SENSASİON SÖZLƏR
“Paşinyan Qarabağ nümayəndələrinin danışıqlar masasında iştirakını ona görə istəyir ki, ərazilərin qaytarılması məsələsində məsuliyyəti onlarla bölsün”.
Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Strateji Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.
Politoloq qeyd edib ki, Paşinyan necə hərəkət edəcəyini bilmir.Muxalifet - 14-02-2019