Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. Azərbaycanda DƏHŞƏTLİ OLAY: İki maşının arasında qalıb öldü

    Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
    Fevralın 12-də saat 9 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində kənd sakini M.İsmayılov idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi N.Məmmədlinin idarə etdiyi “UAZ” markalı avtomobilə vurub. Bu zaman Gəncə şəhər sakini olan 55 yaşlı T.Allahverdiyev hər iki nəqliyyat vasitəsinin arasında qalaraq ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./Publika

    Muxalifet - 13-02-2019

  2. Daha bir rayonda kasıba “qotur inək” verilib? - UCAR SAKİNİ NARAZIDIR, NAZİRLİK İSƏ BİLDİRİR Kİ, GÜNAHKAR ONUN ÖZÜDÜR…

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində layihəyə qatılanlara xəstə və yaşlı mal-qara verilməsi ilə bağlı daha bir fakt ortaya çıxıb. Belə ki, Ucar rayonunun Lək kənd sakini Sevinc Həsənova ona verilən heyvanların xəstə olduğunu bildirib. Şikayətçinin təqdim etdiyi fotolardan da görünür ki, inəklər arıq və xəstə durumdadır.

    Muxalifet - 13-02-2019

  3. Fəhlələr Ermənistan-Gürcüstan dəmir yolunu bağlayıblar

    Ermənistanın Alaverdi rayonundakı misəritmə zavodunun əməkdaşları bu gün Ermənistan-Gürcüstan dəmiryolunu bağlayıblar.

    “Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

    Bildirilib ki, aksiya iştirakçıları zavodun gələcək fəaliyyətinə aydınlıq gətirilməsini tələb ediblər.

    Muxalifet - 13-02-2019

  4. Məşhur aparıcılar barədə həbs qərarı

    Bu gün Beykoz 1 Asliye Hüquq Məhkəməsi aparıcı Ece Erkən və Bircan Baliyə yayım qadağasına tabe olmadıqlarına görə həbs cəzası verib.
    Muxalifet.az "Posta"ya istinadən xəbər verir ki, aparıcılar 2 həftəlik müddət ərzində etiraz etmədikləri təqdirdə həbsxanaya girəcək.
    Qeyd edək ki, stilist Hakan Akkaya bir il öncə Ece Erken və Bircan Balinin aparıcılıq etdiyi proqramda onun şəxsiyyətini alçatdığı iddiası ilə məhkəməyə müraciət etmişdi.

    Muxalifet - 13-02-2019

  5. ​Prezidentdən vətəndaşlara ŞAD XƏBƏR: Bu il...

    Bu il ən azı 30 min ictimai iş yaradılacaq ki, hələlik iş tapa bilməyən vətəndaşlar bu işlərə cəlb olunsun və maaş alsınlar.
    Bunu Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

    Muxalifet - 13-02-2019

  6. ​Kəşmirdə məktəbdə partlayış: 28 yaralı

    Hindistan və Pakistan arasında bölüşdürülməyən Kəşmir bölgəsində yer alan Puluama şəhərində özəl məktəblərdən birində partlayış baş verib.
    Muxalifet.az "CNN"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 28 şagird yaralanıb. 
    Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxana rəsmilərinin verdiyi açıqlamaya görə, yaralı şagirdlər arasında həyati təhlükəsi olan yoxdur.
    Açıqlamada partlayışın sinifdə meydana gəldiyi bildirilib.
    Hadisənin səbəbi araşdırılır. Faktla bağlı istintaq başladılıb. 

    Muxalifet - 13-02-2019

  7. “Heç vaxt Rusiyaya pis araq göndərmərik” - LUKAŞENKO PUTİNƏ SÖYLƏDİ

    Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko qonşu ölkəyə ərzaq ixracatı barədə danışıb.
    Muxalifet.az  “360” telekanalına istinadən xəbər verir ki, bununla bağlı Lukaşenko Putinə bildirib:
    “Nə münaqişə baş verirsə versin, nə qalmaqal olursa olsun, bilməyiniz lazımdır ki, biz heç vaxt rusiyalılara nə pis araq, nə də pis qəlyanaltı ixrac etmərik. Bunu dəqiq bilməyiniz lazımdır”.

    Muxalifet - 13-02-2019

  8. ​Paytaxtda orta aylıq maaş 782 manatdır

    2018-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,1 faiz artaraq 782,6 manat olub.

    Muxalifet - 13-02-2019

  9. Naibə Allahverdiyeva: "Təkər qaraldanları seriala çəkirlər" - MÜSAHİBƏ

    Səhnəmizin “Tomka”sı kimi yaddaşlara həkk olunan, hazırda ATV-də yayımlanan “Həyətimiz” adlı yumoristik teletamaşada “Bəstişka” obrazını canlandıran Xalq artisti Naibə Allahverdiyeva Oxu.Az-a müsahibə verib. O, müsahibəsində sənət aləmində baş alıb gedən özbaşınalıqdan, bayağı əsərlərdən, rejissorların qeyri-peşəkarlığından danışıb. - Naibə xanım, son vaxtlar çəkilən film və seriallarda sizi görmürük. Bu, bəlkə tələb etdiyiniz qonorarın yüksək olmasından irəli gəlir? - Serial və filmlərə çəkilmək üçün heç bir təklif almıram. Yalnız komediya janrında filmlərə təkliflər gəlir.

    Muxalifet - 13-02-2019

  10. ​Paşinyandan ŞOK ADDIM: bu yolla pul toplayacaq

    Ermənistanın baş naziri Nikol Paşinyan ordu quruculuğuna lazım olan büdcəni təmin etmək üçün qəribə yol tapıb.
    Ermənistan dövləti qeyri-qanuni yolla əmlaka sahib olanların mülklərini məhkəmənin qərarı olmadan müsadirə edəcək və əldə olunan vəsaiti ordu üçün xərcləyəcək.
    Bu barədə baş nazir Nikol Paşinyan parlamentdə hökumətin proqramına dair sualları cavablandırarkən məlumat verib:

    Muxalifet - 13-02-2019

  11. Rusiya sərhədini pozan azərbaycanlı həbs edildi

    Rusiya Federasiyanın Udmurtiya Respublikasında yaşayan Azərbaycan vətəndaşı miqrasiya qanununu pozduğuna görə həbs edilib.
    Bununla bağlı Udmtv.ru portalı məlumat yayıb.
    Bildirilib ki, 43 yaşlı İsgəndərov İsgəndər Qənbər oğlu ötən ilin martında İjevskdə saxlanılıb. O, Rusiya ərazisinə qanunsuz daxil olmaqda ittiham edilib.
    Məlumatlara görə, bundan əvvəl o, miqrasiya qanunlarını pozduğu üçün saxlanılıb və Rusiya ərazisinə girişi 2025-ci ilədək qadağan edilib. Buna baxmayaraq, İ.İsgəndərov sənədlərini dəyişərək, yenidən Rusiyaya daxil olub.

    Muxalifet - 13-02-2019

  12. ​Nazarbayev bədənlərini satan qadınlara səsləndi: “Ayıbdır!”

    Qazaxısan Prezidenti Nursultan Nazarbayev qazaxıstanlı gənclərəri işləməyə çağırıb.
    Muxalifet.az “Tengrinews.kz”a istinadən xəbər verir ki, Prezident çağırışında bildirib:
    "Mən həmişə gənclərə deyirəm ki, hətta mənzil yığışdırmaq belə ayıb deyil. Düzdür? Amma işsiz və bədbəxt olmaq utandırıcıdır. Bu qədər iş olduğu halda qadınlara öz bədənini satmaq ayıbdır”.

    Muxalifet - 13-02-2019

  13. 200-dən çox incəsənət nümayəndəsi ADO üçün müraciət etdi - SİYAHI

    Ölkəmizin ilk müstəqil teatrı olan ADO maliyyə çətinliklərindən dolayı məkanını itirə bilər. Yaranmış problemlə bağlı 200-dən çox incəsənət nümayəndəsi mədəniyyət naziri Əbülfəs Qarayevə açıq müraciət edib.

    Muxalifet4 - 13-02-2019

  14. “Dağlıq Qarabağ heç zaman Azərbaycanın olmayıb” - Manoyan SƏRSƏMLƏDİ

    Yanvarın sonlarında tarixdə ilk dəfə olaraq Daşnaksütyun Partiyasının qurultayı Dağlıq Qarabağda keçirildi. Bu, Qarabağ məsələsinin daşnaklar üçün ən əsas məsələlərdən biri olduğunu və partiyanın onun həllini Qarabağın Ermənistana birləşdirilməsində gördüyünü ortaya qoyur. Bu barədə Daşnaksütyun Partiyasının həmsədri Kiro Manoyan Turan agentliyinə müsahibəsində bildirib. "Bizim mövqeyimiz belədir ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir, çünki o, heç zaman Azərbaycanın tərkibində olmayıb və olmayacaq.

    Muxalifet3 - 13-02-2019

  15. ​Türkiyə vətəndaşı Azərbaycanda ağır qəza törətdi - ÖLƏN VƏ YARALI VAR

    Balakən rayonunda yol qəzası baş verib.
    “Report”un məlumatına görə, hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun rayonun “Beş bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
    Türkiyə dövlət qeydiyyat nişanlı TIR ilə “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Yük maşının sürücüsü olan Türkiyə vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 13-02-2019

  16. Türkiyə və Rusiya İran əleyhinə konfransda iştirak etməyəcəklər

    Türkiyə XİN-in yüksək vəzifəli məmuru bildirib ki, onun ölkəsi Varşavada işə başlamış Yaxın Şərqdə təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransa öz nümayəndəsini göndərməyəcək.

    AZƏRTAC xəbər verir ki, adı çəkilməyən məmur fevralın 12-də “Hurriyet Daily News”a bildirib: “Türkiyənin bir ölkənin əleyhinə yönəlmiş (indiki halda İran) siyasi görüşdə iştirakdan imtina etməsi şübhə altına alına bilməz”.

    Muxalifet - 13-02-2019

  17. ​Bu ölkənin adı rəsmən dəyişdi

    Makedoniyanın adının dəyişdirilməsi bu gün qüvvəyə minib.
    Muxalifet.az xəbər verir ki, ölkə konstitusiyasında edilən dəyişikliyə əsasən, Makedoniya Şimali Makedoniya Respublikası adlandırılıb.
    Bu qərardan dərhal sonra Yunanıstan sərhədində Makedoniyanın adı yazılan lövhələrin dəyişdirilməsinə başlanılıb. Üç gün ərzində dəyişikliyin yekunlaşdırılması gözlənilir.
     

    Muxalifet3 - 13-02-2019

  18. Dünyanın ən gözəl qadınlarına sahib 20 ölkə - FOTOLAR

    Dünyanın ən gözəl qadınlarına sahib olan ölkələrin hansının lider olması hər zaman mübahisə mövzusu olub.

    Muxalifet - 13-02-2019

  19. Kamran Ağayev: Pul qazanmağım niyə başqalarını qıcıqlandırır?

    Millimizin qapıçısı Kamran Ağayevin “Keşlə” klubunun Türkiyədəki təlim-məşq toplanışını iki gün erkən tərk etməsi birmənalı qarşılanmayıb.
    Muxalifet.az xəbər verir ki, onun müqaviləsi olduğu “Coca-Cola”nın Novruz bayramı üçün nəzərdə tutulmuş reklam çəkilişi üçün Azərbaycana tez döndüyü bildirilir.
    Nəticədə, onun komandası qapıçısız qalıb və yoxlama oyununa üçüncü qapıçı Şahin Zəkiyevlə çıxıb (ikinci qapıçı Davud Kərimi zədəli olub – S.M.). Bu isə baş məşqçi Tərlan Əhmədovun xoşuna gəlməyib.

    Muxalifet3 - 13-02-2019

  20. ​Moskvada son 140 ilin ən şiddətli qarı yağdı - Foto

    Rusiyanın paytaxtı Moskvada 140 ilin ən intensiv qarı yağıb.
    Bu gün səhərə qədər yağan qar küçə və prospektlərin bağlanmasına səbəb olub.
    Qeyd edilir ki, hər metr üçün 11 litr suya bərabər qar yağıb. Hava şəraiti ilə bağlı çox sayda təyyarə reysi ləğv edilib.

    Muxalifet - 13-02-2019

Pages