Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
Putin Lukaşenko ilə xizək sürdü - VİDEO
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Soçidə birlikdə xizək sürüblər.
Muxalifet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, prezidentlər daha əvvəl isə bir sıra məsələlər ətrafında görüş keçiriblər.Muxalifet - 13-02-2019
Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır
Bakının Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətə məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar bu gün saat 23:00-dan etibarən Koroğlu metrostansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət məhdudlaşdırılır.
Nəqliyyat vasitələrinin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək.
Muxalifet3 - 13-02-2019
Türkiyədə 1921-ci ilə aid qəbiristanlıq aşkarlandı
Türkiyənin Sakarya şəhərində 1921-ci ildə baş vermiş meydan müharibəsinə aid olduğu hesab edilən, 2 min məzardan ibarət qəbiristanlıq aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, məzarlar Türkiyənin Sivas Cümhuriyyət Universitetinin alimləri tərəfindən 2015-ci ildən etibarən yer radarlarının köməyi ilə aparılan axtarış nəticəsində aşkarlanıb.
Qeyd edək ki, bu, dünya hərb tarixində ən çox davam edən meydan müharibələrindən biri kimi yadda qalıb. Bu müharibə 1921-ci il avqustun 23-dən sentyabrın 13-dək, təxminən bir ay müddətində davam edib.
Muxalifet3 - 13-02-2019
ABŞ, HƏQİQƏTƏN DƏ RUSİYA VƏ ÇİNİ TƏCRİD ETMƏK İSTƏYİR – “ABŞ-ın gözündə Çin və Rusiya İŞİD-dən də pisdirlər”
Çinin qabaqcıl özəl telekommunikasiya şirkəti “Huawei”-in maliyyə direktoru Men Vançjounun ABŞ Ədliyyə Nazirliyi ilə problemləri yaranıb. İrana qarşı yönəldilmiş sanksiya qanunu və intellektual mülkiyyətin oğurlanması ilə əlaqədar onun Amerikaya ekstradisiya olunması istənilir.
ABŞ-ın fikrinə görə, “Huawei” şirkətinə qarşı yönəlmiş son ittihamlar Çinin dürüst oyun oynamadığını əks etdirir və qlobal baxımdan bu ABŞ-ın maraqlarına qarşı gəlməkdir.
ABŞ Milli Kəşfiyyat direktorunun dəftərxanası qlobal təhlükə barəsində öz dəyərləndirməsini dərc edib.Muxalifet - 13-02-2019
Tarixi faktlar sübut edir ki, Qarabağ... - Zubeydi
Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf Azərbaycandır. Bunu tarixi faktlar sübut edir. Qarabağ tarixi Azərbaycan torpağıdır. Biz ölkəmizə qayıtdıqdan sonra qəzetlərimizdə Qarabağın işğalı barədə mütləq yazacağıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Livan və Amerika Birləşmiş Ştatlarında çap olunan “Cedarnyus” qəzetinin baş redaktoru Mişel əl-Zubeydi Qusarda azərtac -a müsahibəsində söyləyib.Muxalifet3 - 13-02-2019
Azərbaycanlı məşhur vəfat etdi - VİDEO
Azərbaycanın xalq rəssamı Altay Hacıyev vəfat edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət Nazirliyi yayıb.
Fevralın 12-də dünyasını dəyişən Altay Hacıyev 1931-ci il aprelin 2-də Bakıda rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb.
1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib.
Altay Hacıyev 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.Muxalifet3 - 13-02-2019
İran televiziyası "Mançester Yunayted" klubunun embleminə senzura tətbiq edib
İran televiziyası İngiltərənin "Mançester Yunayted" klubunun embleminə senzura tətbiq edib.
"ITASportPress" xəbər verir ki, klubun embleminə Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa PSJ-si ilə matça həsr olunan verilişdə müdaxilə olunub. Bildirilir ki, telekanalın rəhbərliyi İngiltərə klubunun loqotipindəki şeytan obrazını qəbuledilməz sayıb.
Əvvələr İranın dövlət televiziyası İtaliyanın “Roma” klubunun loqotipinə qarşı senzura tətbiq edib.
Muxalifet - 13-02-2019
“Rusiya NATO-nu dağıtmağa çalışır…” – ŞOK İDDİA
Rusiya NATO-nu dağıtmağa çalışır. Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo bildirib. "Dövr dəyişib. Bir vaxtlar SSRİ-nin təcavüzkarlığından qorxurduq, bu gün isə komandirlərimiz Rusiyanın hücumlarına yönəlib. Vladimir Putin birliyimizi dağıtmağı planlaşdırır. Bu səbəbdən NATO-nun şərq qanadında hərbi mövcudluğumuzu möhkəmləndirmişik", - Pompeo deyib.
Muxalifet3 - 13-02-2019
Ramil Usubov onu rəis təyin etdi
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri olub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Əmrə əsasən, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev vəzifəsindən azad edilib.
O, Yevlax rayon Polis İdarəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Balakən rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov vəzifəsindən azad edilərək Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Muxalifet - 13-02-2019
Rusiyanın 43 şəhərində xəstəlik epidemiya həddini aşdı
Rusiyanın regionlarında qrip və kəskin respiratorlu virus infeksiyası (KRVİ) ilə xəstələnmə halları artmaqda davam edir, 43 şəhərdə xəstəlik epidemiya həddini aşıb.
Muxalifet.az xəbər verir ki, bir həftə bundan əvvəl xəstəlik ölkənin 34 şəhərində epidemiya həddini keçmişdi.
Rusiyanın fevralın 4-dən 10-dək müşahidə edilən 61 şəhərində qrip və KRVİ-yə yoluxma halları həftəlik epidemiya həddindən orta hesabla 28,6 faiz yüksək idi. Bu həddin aşması 43 şəhərdə müşahidə edilib.Muxalifet3 - 13-02-2019
Daşnaksütyunla Paşinyan arasında qarşıdurma SON HƏDDƏ
Ermənistanda Daşnaksütyun partiyası ilə baş nazir Nikol Paşinyan arasında qarşıdurma güclənir. Partiyanın xüsusi komissiyasının əlaqələndiricisi və sabiq iqtisadi inkişaf naziri Artsvik Minasyan keçirdiyi mətbuat konfransında yeni hökumətin apardığı daxili və xarici siyasəti sərt tənqid edib.
Muxalifet3 - 13-02-2019
Hacıqabulda İNTİHAR HADİSƏSİ: 25 yaşlı gənc...
Hacıqabul rayonunda 25 yaşlı gənc intihar edib. Muxalifet.az-ın report-a istinadən məlumatına görə, Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndinin sakini, 1994-cü il təvəllüdlü Əbil Əfsər oğlu Əbilov özünü yaşadğı evdə asaraq intihar edib. İntiharın səbəbi məlum deyil. Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Muxalifet - 13-02-2019
SON DƏQİQƏ: İrana qarşı hücum edildi – ÖLƏN VƏ YARALILAR VAR
İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı hücum olub.
Muxalifet.az xəbər verir ki, Sistan və Bəlucistan əyalətində hərbi personalı daşıyan avtobusa hücum edilib. Hücum nəticəsində 20 nəfər ölüb, 20-si yaralanıb.
Hadisənin harada və hansı şəraitdə baş verdiyi barədə məlumat verilməyib.
Muxalifet3 - 13-02-2019
Korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlandı
Azərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıb.
Muxalifet.az xəbər verir ki, bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov Feysbuk hesabında canlı yayım zamanı deyib.
K. Cəfərov qeyd edib ki, korrupsiya hər bir ölkədə olduğu kimi, Azərbaycanda da var:Muxalifet3 - 13-02-2019
“Nəinki Dağlıq Qarabağ Azərbaycana qayıdacaq, üstəlik Ermənistan olacaq “Qərbi Azərbaycan”...” - ANDRANIK TEVANYAN
“Günahkarlıq prezumpsiyasına əsaslanan keçid dövrü ədalət mühakiməsi Ermənistanda bütün düşmənlərin vura biləcəyi zərbədən daha çox zərbə vuracaq”.
Bunları “Politekonomiya” araşdırma institutunun direktoru Andranik Tevanyan özünün “Facebook” səhifəsində baş nazir Nikol Paşinyana cavab olaraq yazıb.
Muxalifet - 13-02-2019
Azərbaycanda pul bazası azalıb
Azərbaycanda pul bazası bu il fevralın 1-nə 8 709,2 mln.manat təşkil edib.
Muxalifet.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 836,5 mln. manat və yaxud 8,8% azdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 52,4 mln. manat və yaxud 0,6% azalıb.
Muxalifet3 - 13-02-2019
Neft hasilatını ən çox hansı ölkə azaldıb?
Yanvarda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) üzrə xam neft hasilatı 930 min barrel azalaraq sutkada 30 milyon 830 min barrelə çatıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, keçən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan istehsal isə gündəlik 5 milyon 570 min barrel təşkil edib. Bununla da, yanvarda OPEK üzrə ümumi istehsal sutkada 36 milyon 400 min barrel olub.Muxalifet3 - 13-02-2019
Prezident sakinlərlə mahnı oxudu - VİDEO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Beyləqan rayonunda səfərdədir.
Prezident səfər çərçivəsində sakinlərlə səmimi söhbət edib.
Prezident görüşdə sakinlərlə mahnı oxuyub./azxeber
Həmin videonu təqdim edirik:Muxalifet - 13-02-2019
Gürcüstanın Azərbaycanla sərhəddəki planı...
Gürcüstan hökuməti Azərbaycanla sərhəddə yerləşən Saqareco rayonunun Udabno kəndində ictimai mərkəz tikərək istifadəyə verib.
Muxalifet.az xəbər verir ki, ölkənin Baş naziri Mamuka Baxtadze fevralın 13-də mərkəzin açılışını edib.
M.Baxtadze çıxışında bildirib ki, bölgələrin bərabər inkişafı hökumətin əsas prioritetlərindən biridir. Bu cür ictimai mərkəz istənilən kənd üçün çox faydalıdır. Bu cür mərkəzlərin yaradılmasının əsas məqsədi bölgə əhalisinin bütün lazımi xidmətlərdən yararlanmasına şərait yaratmaqdır. Mərkəz kənddə 200-dən çox dövlət xidməti göstərəcək.Muxalifet3 - 13-02-2019
ABŞ bu ölkəyə 16 milyonluq raket verdi
Bu gün ABŞ Livan ordusuna 16 milyon dollarlıq lazerlə idarə olunan raket təhvil verib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Beyrut səfirliyindən məlumat verilib.
Səfirlikdən verilən məlumata əsasən, sözügedən raketlər A-29 Super Tukano hərbi təyyarələrinin ayrılmaz hissəsidir.
Qeyd edək ki, ABŞ 2005-ci ildən bu günə qədər Livan ordusuna 2.3 milyard dollardan artıq yardım göstərib.
Muxalifet3 - 13-02-2019