Axtarış

The search found 105785 results in 0.02 seconds.

Search results

  1. Gürcüstan Prezidenti Qaxa getdi - FOTO

    Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna gedib.
    AzərTAc xəbər verir ki, Gürcüstan Prezidentini Zaqatala Beynəlxalq Hava Limanında Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

    Muxalifet - 28-02-2019

  2. Dollar kreditləri ilə bağlı güzəştlərdən kimlər yararlanacaq? - EKSPERTDƏN ŞƏRH

    İqtisadçı ekspert Rövşən Ağayev Problemli kreditlərin həllilə bağlı qərardan görünən əsas məqamları izah edib.

    Muxalifet.az ekspertin fikirlərini təqdim edir:

    1) Güzəşt yalnız fiziki şəxslər üçün nəzərdə tutulub;

    2) Güzəşt yalnız 10 000 ABŞ dollarına qədər olan borclara aid olacaq;

    3) Güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq.

    Muxalifet4 - 28-02-2019

  3. Venesuela ABŞ-a sərt qarşılıq verdi: Müharibə istəyirlər, amma..

    Venesuelanın xarici işlər naziri Jorge Arreaza Venesuela prezidenti Nicolas Maduro və ABŞ prezidenti Donald Trampın görüşüb, problem müzakirə etməsi ilə bağlı  təklifinə ABŞ-ın rədd cavabı verməsinə sərt qarşılıq verib. Arreaze "Bu hər zaman onların etdikləri bir şeydi. Dialoq istəmirlər. Müharibə istəyirlər. Amma bird aha məğlub olacaqlar" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 28-02-2019

  4. Bu şəxslərin gənclər təşkilatlarının üzvü olması QADAĞAN EDİLİR

    Azərbaycanda gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilir.
    Muxalifet.az xəbər verir ki, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna yeni müddəanın daxil edilməsi təklif olunur.
    Qanuna əlavə edilən 9-1-ci (Gənclər təşkilatları) maddəsinə əsasən, gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi, həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədilə 16 yaşdan 35 yaşınadək olan fiziki şəxslər tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır.

    Muxalifet - 28-02-2019

  5. Türkiyə millisinin yeni baş məşqçisi - FOTO

    Futbol üzrə Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. 
    Muxalifet.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Şenol Günəşlə 4 illik müqavilə bağlanılıb. 

    Muxalifet - 28-02-2019

  6. Səudiyyə Ərəbistanı şahzadəsi Azərbaycana gələcək

    Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal mart ayında Azərbaycana səfərə gələcək.
    Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən verilən məlumata görə, o, VII Qlobal Bakı Forumunda iştirak edəcək.
    Türki əl-Faysal Səudiyyə Ərəbistanı Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədridir. O, Səudiyyə Ərəbistanının ABŞ və Böyük Britaniyada səfiri vəzifəsində də çalışıb. Turki əl-Faysal 2017-ci ildə Bakıda keçirilmiş V Qlobal forumda da iştirak edib.

    Muxalifet - 28-02-2019

  7. BMT-dən İsrailə pis xəbər! - BUNU HEÇ GÖZLƏMİRDİLƏR...

    BMT-nin İnsan Hüquqları İstintaqı keçən il 189 Fələstinlinin etirazlar əsnasında öldürülməsinin müharibə cinayəti sayıla biləcəyini bəyan edib.
     
    Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında İsrail qüvvələrinin ötən il Qəzza ilə sərhəddə fəaliyyətləri haqqında istintaqın detallarını açıqlayıb. Hesabatda, İsrail qüvvələrinin Qəzzada 189 Fələstin vətəndaşını qətlə yetirdiyi və bu rəqəmin müharibə cinayətinə bərabər olduğu ifadə edilib.

    Muxalifet3 - 28-02-2019

  8. ŞOK: Fransada ermənilərin azərbaycanlılara hücumunda DAŞNAKSÜTYUN İZİ AŞKARLANDI

    Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin Xocalı soyqırımı ilə bağlı "San-Eustache" kilsəsində keçirdiyi tədbirə hücumunun təfərrüatı məlum olub. 

    "Report"un əldə etdiyi məlumata görə, tədbir başlamazdan əvvəl kilsəyə daxil olaraq təşkilatçılara və qonaqlara vulqar söyüşlərlə hücum edən və özlərini “FRA Nor-Seround” erməni gəncləri adlandıran şəxslərin bir qismi Ermənistandakı Daşnaksütyun Partiyasının Avropa təmsilçiləridir. 

    Muxalifet4 - 28-02-2019

  9. İran XİN rəhbərindən sərt sözlər

    İstefa edən, amma istefası president Ruhani tərəfindən qəbul edilməyən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünyada güc mərkəzləri ABŞ və Avropa ətrafında meydana gəlmədiyini söyləyib.
     
    Tehran Universitetində təşkil edilən bir konfransda çıxış edən Cevad Zərif, "Dünya Qərb orbitində fırlanmır, dünyanın enerji mərkəzləri ABŞ və Avropanın ətrafında toplanmır, indi dünya dəyişdi, bu gün gücün təməli elm, texnologiya, müstəqillik, inanc və sosial etimaddır” deyib.
    Müxalifət.az

    Muxalifet3 - 28-02-2019

  10. ​“İran Azərbaycana qarşı təxribata göz yumdu” - Politoloq

    “İranın teokratik rejimi Azərbaycana olan bütün kin-küdurətini işə salıb. Bundan İrandakı ermənilər və Ermənistan tərəfi fəal şəkildə yararlanmağa çalışır. Yəni, cəmi 100 min nəfər olmalarına baxmayaraq, Dağlıq Qarabağın təşviq edilməsi məqsədilə bundan istifadə etmək istəyirlər”.
    Bu fikirləri AzVision.az -a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfərinin bütün protokol qaydaları əvvəlcədən razılaşdırılıb. N

    Muxalifet - 28-02-2019

  11. ​Bu yolda hərəkət qismən məhdudlaşdırılır

    Mart ayının 1-də təmir-tikinti işləri ilə əlaqədar nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
    Bildirilib ki, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, martın 1-də, günorta saatlarında, Bibiheybət məscidindən başlayaraq şəhərə doğru istiqamətdə olan yolda hərəkət qismən məhdudlaşdırılır.

    Muxalifet - 28-02-2019

  12. Rusiyadan Pakistan və Hindistana təklif

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın müharibə şəraitində olan Hindistan və Pakistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 28-02-2019

  13. İtkin düşən gəncin meyiti tapıldı: İntihar edib

    Fevralın 22-də itkin düşən 1990-cı il təvəllüdlü Quliyev Pərviz İlqar oğlunun meyiti tapılıb. 
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, onun Sumqayıtda yerləşən dəniz kənarında olan obyektlərin birində intihar etdiyi məlum olub.
    Məlumata görə, P.Quliyev özünü kəndirlə asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

    Muxalifet - 28-02-2019

  14. Pakistandan Hindistana müsbət jest: Hazırıq..

    Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi dövlət televiziyasına bildirib ki, əsr götürülən pilotu gərginliyi azaltmaq üçün Hindistana geri qaytarmağa hazırdırlar.
    Müxalifət.az

    Muxalifet3 - 28-02-2019

  15. “Baku Medical Plaza”dan görünməmiş rüsvaylıq: xəstəni əməliyyat adıyla aldatdılar - TƏFƏRRÜAT

    Bakının ən bahalı klinikalarından hesab olunan "Baku Medical Plaza” adı növbəti qalmaqalda hallanır.
    Muxalifet.az medicina.az-a istinadən xəbər verir ki, Ağcəbədi rayonu sakini 15 yaşlı Sevda Məmmədova bu xəstəxanada əməliyyata hazırlaşsa da, onu əməliyyatı baş tutmayıb. Buna səbəb isə xəstəxana rəhbərliyinin yeniyetmə qızın ailəsini aldatması olub. 

    Muxalifet - 28-02-2019

  16. Abşeron və Sumqayıtda internet bərpa edildi - YENİLƏNDİ

    Abşeron rayonunun və Sumqayıt şəhərinin internetlə təchizatında yaranmış problem aradan qaldırılıb.
    “Report”un məlumatına görə, hazırda hər iki bölgəyə normal internet verilir.
    Xatırladaq ki, internetin kəsilməsinə səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan “Delta Telecom” şirkətinə məxsus fiber-optik kabelin zədələnməsi olub. 18 saatlıq axtarışdan sonra kabelin zədələndiyi yer bu gün saat 10:00-da müəyyən edilib.

    Muxalifet - 28-02-2019

  17. SƏHİYYƏ NAZİRİ PREZİDENTİN ƏLEYHİNƏ GEDİR – Oqtay Şirəliyev Xocalı soyqırımı günü 40 nəfəri işsiz qoydu

    Bütün ölkə Xocalı soyqırımının 27-ci ildönümünü qeyd etdiyi bir gündə - 26 fevral 2019-cu il tarixində - səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin Tələbə poliklinikasının ləğv edilməsi haqqında əmr imzalayıb. Hətta həmin tibb müəssisəsində əslən Xocalıdan olan, ailəsini qətliamda itirən Yeganə İsmayılova kimi insanların çalışdığını da nəzərə almayıb.

    Muxalifet4 - 28-02-2019

  18. ​ABŞ türk liderin milyonlarını geri qaytardı

    ABŞ Qırğızıstana eks-prezident Kurmanbek Bakiyevin oğurladığı 4,6 milyon dolları qaytarıb.
    Bu məlumatı Qırğızıstan Maliyyə Nazirliyi yayıb. Nazirlik ABŞ-la əldə edilən razılaşmaya əsasən, Bişkekin bu vəsaiti tibbi avandanlıqların alınmasına, həmçinin su təmizlənməsi üçün sistemin əldə edilməsinə xərcləməli olduğunu bildirib.
    Qeyd edək ki, ABŞ-la Qırğızıstan arasında Bakiyevin aktivlərinin geri qaytarılması haqqında razılaşma cari ilin 25 fevralında imzalanıb.
    Bakiyev 2010-cu ildə hakimiyyətdən devrilib. O, hazırda Belarusda yaşayır./Axar

    Muxalifet - 28-02-2019

  19. “Bu yaşıma qədər belə iş tutmamışam” – “Lyuk” oğrusunun peşmançılığı – VİDEO

    Abşeron rayon Polis İdarəsinə Qobu qəsəbəsində kanalizasiya quyularının qapaqlarının oğurlanması barədə məlumat daxil olub.
    ARB TV xəbər verir ki, əraziyə baxış keçirilib və hadisənin baş verdiyi anın videogörüntüləri ortaya çıxıb.
    Məlum olub ki, "Hyundai Elantra" markalı avtomobillə ara küçələrdə hərəkət edən şəxslər 7-dən çox kanalizasiya quyusunun qapağını çıxardaraq avtomobilin yük yerinə qoyublar.
    Keçirilən əməliyyat tədbirləri ilə əvvəllər məhkum olunmuş Rıza Soltanov və Zülfəli Yusifov saxlanılıb.

    Muxalifet - 28-02-2019

  20. Qazaxıstanda nələr baş verir, Putin Nazarbayevi əvəzləmək istəyirmi?! - “BU MƏSƏLƏ KREMLİN GÜNDƏMİNDƏDİR...”

    Bu ilin əvvəllərindən başlayaraq Qazaxıstanı lokal da olsa etiraz aksiyaları bürüyüb. Müxtəlif regionlarda, o cümlədən paytaxtda insanlar sosial tələblərlə və ya hüquqlarının pozulması ilə bağlı tez-tez etiraz aksiyaları keçirirlər. 

    Muxalifet - 28-02-2019

Pages