Axtarış

The search found 105785 results in 0.103 seconds.

Search results

  1. Tiflisdən azərbaycanlıların qədim abidəsi ilə bağlı qərar

    Gürcüstanın Marneuli rayonunun Qasımlı kəndində yerləşən “Dəmirqaya” adlandırılan yaşayış yerinə mədəni irs abidəsi statusu verilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb.
    Yaşayış məskəni eramızdan əvvəl V-IV minilliyə, Eneolit dövrünə aiddir. Dağ yamacında yerləşən mağaranın sahəsi 5,5 metr X 7,3 metr, daxili məkanın sahəsi isə 3,6 metr X 5,5 metr təşkil edir.

    Muxalifet3 - 28-02-2019

  2. Türkiyə və ABŞ arasında növbəti danışıq

    Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan telefon danışığı aparıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Tvitter mikrobloqunda məlumat paylaşılıb.
    Söhbət zamanı Suriya ilə bağlı son proseslər, ABŞ-ın regiondan çıxması və təhlükəsiz bölgə ilə bağlı fikir mübadiləsi aparılıb.
     

    Muxalifet3 - 28-02-2019

  3. Heç kəsin yaşamaq istəmədiyi ölkə - VİDEO

    Rəsmi adı Banqladeş Xalq Cumhuriyyəti olan və Cənubi Asiyada yerləşən dünyanın yüksək nüfuzlu ölkələrindən biridir. Xalq müsəlmandır. Dövlət olaraq yoxsuldur. Rəsmi dil isə Benqalcadır.
    Banqladeşə getmək üçün viza lazımdır. Tropikal iqlimi olan ölkəyə səyahət üçün ən idel vaxt Aprel-May aylarıdır.

    Muxalifet3 - 28-02-2019

  4. Bir dəqiqədə bir qadını iki dəfə soydu – Video

    Buryatiya Rusiyanın təhlükəsiz ərazilərindən sayılsa da, son vaxtlar bu respublikada kriminal hadisələrin sayı artıb. Oğurluq lap çoxalıb.

    Muxalifet3 - 28-02-2019

  5. Moskvada təyyarə qəzası: pilot və sərnişini öldü

    Moskva yaxınlığında yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
    Muxalifet.az xəbər verir ki, “Oxotnik C72” təyyarəsi bağ evinin üstünə düşüb.
    Təyyarənin pilotu və sərnişini həlak olub.
     

    Muxalifet3 - 28-02-2019

  6. ABŞ təyyarələri Rusiya sərhədində kəşfiyyat apardı

    ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 kəşfiyyat təyyarəsi Baltik və Qara dəniz sahillərində uçuş həyata keçirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “PlanRadar” müşahidə saytı məlumat yayıb.
    Bildirilib ki, İtaliyadan havaya qalxan “Boyinq P-8A” təyyarəsi Bolqarıstan hava sərhədini keçdikdən sonra Krımın qərbində uçuş edib.
    Təxminən eyni zaman kəsiyində “Boyinq RC-135 V” təyyarəsi isə İngiltərənin aviabazalarından birindən hərəkətə keçib və bir neçə dəqiqə sonra Kalininqrad sərhədində kəşfiyyat aparıb.

    Muxalifet3 - 28-02-2019

  7. SON DƏQİQƏ: Rusiya gəmisi körpüyə belə çırpıldı - VİDEO

    Rusiyaya məxsus karqo gəmisi Cənubi Koreya sahili yaxınlığında körpüyə çırpılıb.
    Muxalifet.az xəbər verir ki, yayımlanan videogörüntülərdə gəminin işlək körpüyə çırpılma anı əks olunub.
    Hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilmir.
     

    Muxalifet3 - 28-02-2019

  8. Netanyahu məhkəmədə ifadə verəcək - Korrupsiya İTTİHAMI

    Korrpusiyada ittiham edilən İsrail Baş naziri Benyamin Netanyahu haqqında 3 müxtəlif ittihamnamə qəbul edilib.
    Muxalifet.az xəbər verir ki, qəbul edilən prosesual sənədə görə yaxın zamanda baş nazirin məhkəmədə ifadə verməsi gözlənilir.
    İttihamların seçkiləri öncəsi qəbul edilməsi Netanyahunun mənsub olduğu “Likud” partiyası tərəfindən ciddi etirazla qarşılanıb.
     

    Muxalifet3 - 28-02-2019

  9. İlin ən yaxşı smartfonu seçildi

    “Mobile World Congress 2019” beynəlxalq sərgisinin münsiflər heyətinin qərarı ilə “Huawei Mate 20 Pro” 2018-ci ilin ən yaxşı smartfonu seçilib.
    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tədbirin saytında deyilir.
    Məlumata əsasən, fevralın 25-28-də Barselonada keçirilən sərgi çərçivəsində telekommunikasiya sahəsi üzrə ekspertlər, jurnalistlər, mobil operatorlar tərəfindən 30-dan çox nominasiyada qurğular, proqram və mobil texnologiyalar qiymətləndirilib.

    Muxalifet3 - 28-02-2019

  10. Qəhvəyə sarıkök qatsaq nə olar? — Orqanizmə faydalı əlavələr

    Elə insanlar var ki, səhər yuxudan duran kimi qəhvə içməsələr, gün onlar üçün əziyyət olur. Lakin qəhvənin insan orqanizminə zərər vurmaması üçün onu məhdud miqdarda istifadə etmək lazımdır.
    Muxalifet.az-ın “Medicina.az”a istinadən məlumatına görə, qəhvənin orqanizmə faydalı olması üçün onu aşağıdakı kimi dəmləyərək qəbul etmək lazımdır:
     Göbələklə - immunitet üçün
    Əgər siz indiyə kimi göbələkli qəhvə haqda eşitməmisinizsə, o zaman bu materialı diqqətlə oxuyun.

    Muxalifet3 - 28-02-2019

  11. Azərbaycanda geoloji parklar yaradılır

    Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü - geoloji parklar yaradılır.
    Muxalifet.az-ın məlumatına görə, bununla bağlı "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna dəyişikliklər edilir.
    Qanuna təklif edilən yeni əlavəyə əsasən, geologi parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.

    Muxalifet3 - 28-02-2019

  12. ​İntihar edən keçmiş ANS əməkdaşının görüntüləri yayıldı – EKSKLUZİV FOTO

    İtkin düşməsi ilə bağlı məlumat yayılan, keçmiş ANS telekanalının əməkdaşı, Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Pərviz Quliyevin Sumqayıt şəhərində, dəniz kənarında yerləşən obyektlərin birində intihar etməsi ilə bağlı xəbər vermişdik.
    Az öncə isə redaksiyamıza inthar edən Pərviz Quliyevin olduğu iddia edilən fotoşəkil göndərilib.
    Bizimyol.info-ya daxil olan fotoşəkili oxucularımıza təqdim edirik:

    Muxalifet3 - 28-02-2019

  13. ​İstanbuldan Moskvaya uçan təyyarə şübhəli çantaya görə təcili enib

    İstanbuldan Moskvaya uçan Türkiyə Hava yollarına məxsus “Boeing 737” təyyarəsi Odessa aeroportunda qəza enişi edib.
    Muxalifet.az xəbər verir ki, hazırda ukraynalı kinoloqlar təyyarəni yoxlayırlar. Odessa vilayətinin Milli Polis İdarəsinin müşaviri Ruslan Forostyak  aviareys zamanı gözlənilməz hadisə yaşandığını bildirib.

    Muxalifet3 - 28-02-2019

  14. ​“YouTube”də problem yaranıb

    Bu axşam “YouTube” sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.
    Muxalifet.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-dan etibarən, sosial şəbəkədəki problemlərlə bağlı kütləvi şikayətlər daxil olmağa başlayıb.
    Şikayətlərin 67 faizi videoçarxların açılmaması, 21 faizi səhifənin ümumi işi ilə bağlı olub. Bir çoxları isə öz akkauntlarına girə bilmədiklərini qeyd ediblər.
    Problem əsasən Rusiya, Ukrayna, ABŞ, Meksika və Braziliyada qeydə alınıb.
     

    Muxalifet3 - 28-02-2019

  15. Xaçmazda YANĞIN: ikimərtəbəli ev

    Fevralın 28-də axşam saatlarında Xaçmaz şəhərində yanğın hadisəsi baş verib.
    Azərtac xəbər verir ki, yanğın şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən ikimərtəbəli evdə qeydə alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb.
    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğınsöndürənlər alovun qonşuluqdakı evlərə keçməsinin qarşısını ala biliblər.
    Yanğının başvermə səbəbləri araşdırılır.

    Muxalifet - 1-03-2019

  16. DOLLAR KREDİTLƏRİ PROBLEMİNİN YARIMÇIQ HƏLLİ… – 10 min dollardan artıq kredit götürən vətəndaşın günahı nədir?

    Və ya nədən güzəştlər yalnız 10 min ABŞ dollarınadək kreditlərə və fiziki şəxslərə şamil edildi? Bu sənədi hazırlayıb ölkə başçısına təqdim edənlər yenə ya bilərəkdən, ya da bilmədən “qaş düzəldən yerdə, göz çıxarıblar” 4 ilə yaxın davam edən dollar kreditləri probleminin çözülməsi istiqamətində, nəhayət ki, hökumət tərəfindən ciddi sayıla biləcək addım atıldı. Ölkə başçısı tərəfindən imzalanmış fərmanla hökumət elə özünün elan etdiyi devalvasiya nəticəsində əhalinin bir qisminin (!) banklara olan faiz borcunun əhəmiyyətli hissəsini öz üzərinə götürmüş oldu.

    Muxalifet - 1-03-2019

  17. ​Bakıda tələbələr arasında kütləvi dava - BIÇAQLANANLAR VAR

    Binəqədi rayonunda 9 tələbənin iştirakı ilə dava düşüb.
    Hadisə Azadlıq metrosunun yaxınlıqdakı parkda baş verib.
    Azərbaycan Memarlıq və İnşaat Universitetinin 9 nəfər ikinci kurs tələbəsi aralarında mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Dava zamanı 1999-cu il təvəllüdlü Əliyev Zili Elman oğlu, 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət Rüfət oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Abbas Mehdi oğlu bıçaqlanıb. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə Vüqar oğlu isə döyülərək müxtəlif bədən xəsarətləri alıb.

    Muxalifet - 1-03-2019

  18. ​Azərbaycanda geoloji parklar yaradılacaq

    Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü - geoloji parklar yaradılır. 
    UNESKO-nun Qlobal Geoloji Parklar Şəbəkəsi Azərbaycanda geoloji parkların yaradılması təşəbbüsü ilə çıxış edib
    Bununla bağlı “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişikliklər ediləcək.
    Qanuna dəyişikliklərin qəbulundan sonra, bir sıra geoloji parkların, o cümlədən “Qobustan palçıq vulkanları” geoloji parkının yaradılması nəzərdə tutulur.

    Muxalifet - 1-03-2019

  19. ​Qısqanclıq zəminində arvadını öldürmək istədi, amma... - ŞOK CİNAYƏT

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Trend-in məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
    Məhkəmənin hökmü ilə o, 11 il 3 ay azadlıqdan məhrum edilib.
    İttihama görə, ötən il sentyabrın 6-da Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov 1997-ci il təvəllüdlü Aydan Hətəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.

    Muxalifet - 1-03-2019

  20. ABŞ Usame Bin Ladinin oğlunun başına 1 milyon dollar mükafat qoydu

    ABŞ hökuməti “Əl Qaidə”nin keçmiş lideri Usame Bin Ladinin oğlu Həmzə Bin Ladinin başına 1 milyon dollar mükafat qoyub.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb. Açıqlamada Həmzə Bin Ladinin “Əl Qaidə” terror təşkilatında yüksələn lider olduğu və 2015-ci ildən bu yana ABŞ hərbi bazalarına hücuma təşviq edən videolar çəkdiyi, 2011-ci ildə öldürülən atasının intiqamını almağa çağırışlar səsləndirdiyi ifadə olunub.

    Muxalifet - 1-03-2019

Pages