Axtarış
The search found 105785 results in 0.143 seconds.
Search results
BAKIDA DƏHŞƏT: Əmisiqızı ilə eşq yaşadı, oteldə...
Bakıda 5 il əvvəl qısqanclıq zəminində qətl törədən Kürdəmir rayon sakini Asim Ağamalıyev Ali Məhkəməyə kassasiya şikayəti verib.
Muxalifet.az “ölkə.az”a istinadən xəbər verir ki, əmisi qızını boğaraq öldürən A.Ağamalıyevin məhkəmə prosesi aprel ayının 16-da hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, 2014-cü il noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan" otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyiti tapılıb.Muxalifet - 28-02-2019
“Qalatasaray” Fatih Terimlə 5 illik müqavilə imzaladı
Türkiyənin "Qalatasaray” klubu baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb.
BakuPost xəbər verir ki, 66 yaşlı mütəxəssis daha 5 il İstanbul təmsilçisini çalışdıracaq.
Onunla yeni anlaşma 2024-cü ilədək nəzərdə tutulub. F.Terim bu müddətdə ildə 3 milyon avro qazanacaq.
"Qalatasaray” rəhbərliyi yaxın günlərdə müqaviləni Türkiyə Futbol Federasiyasında qeydiyyatdan keçirəcək.
Qeyd edək ki, 2017-ci ilin dekabrında kluba qayıdan F.Terim "sarı-qırmızılar”la 1,5 illik müqavilə imzalamışdı.Muxalifet - 28-02-2019
Kredit güzəştləri kimlərə şamil olunacaq? - VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov "Real TV"nin canlı efirində vətəndaşları maraqlandıran suallara cavab verib.
Muxalifet - 28-02-2019
“Mənə İrana getmək ömürlük qadağan edilmişdi” – Namiq Qaraçuxurlu
Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu İranda ona qoyulan qadağadan bəhs edib.
İfaçı 2003-cü il baş tutan konsertindən görüntü paylaşaraq ona qoyulan qadağadan danışıb:Muxalifet - 28-02-2019
Musa Quliyev: Pensiya yaşına beş il qalanların işdən çıxarılması məsələsinə baxıla bilər
Oxu.Az-ın müxbirinin suallarını Milli Məclisin (MM) Səhiyyə, Əmək və sosial siyasət komitələrinin üzvü Musa Quliyev cavablandırır:
- Musa müəllim, Ombudsman Elmira Süleymanova son bir illik fəaliyyəti ilə bağlı hazırladığı və parlamentə göndərdiyi hesabatında bir sıra təkliflərlə çıxış edib və həmin təkliflərdən birində də pensiya yaşına 10 il qalmış qadınların, yeddi il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunmasını irəli sürür. Siz bu barədə nə deyərdiniz? Bu məsələ mümkündürmü, realdırmı?Muxalifet - 28-02-2019
"Ermənistan ən azı iki nəsil öncəki helikopterləri əldə edib" – HƏRBİ EKSPERT
"Ermənistanın "Airbus" şirkətindən əldə etdiyi helikopterlər mülki təyinatlıdır və ən azı iki nəsil əvvəlki məhsullara aiddir… Ümumiyyətlə Ermənistan HSK-nın bu günə qədər heç bir aviasiya vasitəsinin zirehlənməsi və ya silah sistemləri ilə (top, nişangah, termal, lazer və ya İR məsafəölçən, atəşi idarəetmə sistemi və s.) təchiz edilməsi faktına rast gəlinməyib, çünki bütün bunlar Ermənistanın potensialı xaricindədir".Muxalifet4 - 28-02-2019
Paşinyanın Türkiyəyə Qarabağ ittihamı və “soyqırım” riyakarlığı
“Təəssüf ki, Türkiyə hakimiyyətinin mövqeyi ikitərəfli münasibətlər məsələsini ciddi şəkildə müzakirə etməyə imkan vermir.”
Muxalifet.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan İrana səfəri çərçivəsində erməni icmasının nümayəndələrilə görüşündə deyib.Muxalifet - 28-02-2019
Türkiyə Futbol Federasiyasının prezidenti istefa verdi
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören istefa verdiyini bəyan edib.
Y.Demirören Türkiyənin totalizator şirkətlərində pay sahibi olmasının rəsmiləşməsi səbəbindən vzifədən istefa verdiyini bildirib. O, 7 illik federasiya prezidenti olduğu dövrdə ona dəstək olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana minnətdar olduğunu əlavə edib.
Qeyd edək ki, TFF-nin yeni prezidenti bu ilin iyun ayında seçiləcək. Həmin vaxta kimi Y.Demirörenin vəzifəsini müşaviri icra edəcək./PublikaMuxalifet - 28-02-2019
“Əsəd atasını qucaqlayan oğul kimi idi!” - Qasım Süleymani
Muxalifet.az xəbər verir ki, Suriyanın prezidenti Bəşər Əsədin İrana sürpriz səfəri barəsində çıxış edən Kasım Süleymani deyib: “Bəşər Əsəd atasından ayrı qalan oğul kimi dini lider Xamaneini qucaqladı. Bu, kiçik bir şey deyil”. İranın Qum şəhərində çıxış edən Qasım Süleymani Fələstində İsrailə qarşı Hizbullahın olmayacağı təqdirdə bölgədə vəziyyətin başqa cür olacağını iddia edib. Əsəd bazar ertəsi günü qəflətən Tehrana səfər edərək İranın dini lideri Xamanei və İran prezidenti Həsən Ruhani ilə görüşmüşdü.
Muxalifet - 28-02-2019
“Pulu gətirsələr də, o xəstəni əməliyyat etməyəcəm” - 15 yaşlı Sevdanın həkimi danışdı
"Baku Medikal Plaza”nın uzman otroped travmatoloqu Vüsal Mahmudov 15 yaşlı Sevda Məmmədovanın əməliyyatının baş tutmaması ilə bağlı xəstənin yaxınlarının yaydığı məlumata münasibət bildirib.
Muxalifet - 28-02-2019
İlham Əliyev hərbi çağırışla bağlı sərəncam verdi
Prezident İlham Əliyev fevralın 28-də Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Muxalifet - 28-02-2019
Dələduz şirkət rəhbəri 10 il cəza aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və mənimsəmədə təqsirləndirilən şirkət direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Cəfərov 10 il azadlıqdan məhrum edilib.Muxalifet - 28-02-2019
ANS-in keçmiş işçisinin dəhşətli ölümü ilə bağlı ŞOK FAKTLAR - CİNAYƏT İŞİ AÇILDI
Fevralın 22-də Bakıda itkin düşən və bu gün meyiti tapılan Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Quliyev Pərviz İlqar oğlunun ölümü ilə bağlı cinayət işi açılıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, P.Quliyevin asılı vəziyyətdə meyitinin tapılması ilə əlaqədar Sumqayıt şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Faktla bağlı zəruri ekspertizalar təyin edilib, müvafiq araşdırmalar aparılır.Muxalifet - 28-02-2019
Pakistan-Hindistan böhranında sürpriz! Ərdoğana vasitəçilik təklif olundu
Pakistan Ordusuna məxsus döyüş təyyarələrinin Hindistan hava sahəsinə girməyə çalışdıqları bildirilib. Pakistan döyüş təyyarələri Hindistan döyüş təyyarələri tərəfindən əngəllənib. Hindistanın baş naziri Modi gərginlikdən bəhs edərkən, Rusiya iki ölkə arasında vasitəçilik etməyə hazır olduqlarını söyləyib. Pakistanın baş naziri İmran Xan Ərdoğanı Hindistanla gərginliyin azaldılmasında rol oynamağa çağırdığını söyləyib.
Muxalifet3 - 28-02-2019
Zaxarova rus deputatların Xocalı yürüşündə iştirakından danışdı
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında erməni jurnalistin rusiyalı deputatlardan ibarət nümayəndə heyətinin fevralın 26-da Bakıda keçirilən Xocalı yürüşündə iştirakı ilə bağlı sualını cavablandırıb.
O, Rusiyanın Qarabağ münaqişəsini böyük faciə hesab etdiyini deyib.Muxalifet - 28-02-2019
Banklar vətəndaşların kreditə ödədiyi artıq pulları GERİ QAYTARACAQ - VİDEO
"Əgər vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyibsə, iki məzənnə arasındakı fərqi geri alacaq".
Muxalifet.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın baş direktoru Rəşad Orucov REAL TV-nin canlı efirində prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanın müzakirəsi zamanı deyib:
Muxalifet4 - 28-02-2019
Pakistanın baş naziri Ərdoğanı VASİTƏÇİ OLMAĞA ÇAĞIRDI
Pakistanın baş naziri İmran Xan Türkiyə prezidentini Pakistanla Hindistan arasında vasitəçi olmağa çağırıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, İ.Xan bu məsələnin müzakirəsi üçün Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq niyyətindədir.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın iki ölkə arasında vasitəçi olmağa hazır olduğunu demişdi. M.Çavuşoğlu deyib ki, Türkiyə regionda vəziyyətin gərginləşməsindən narahatdır.Muxalifet - 28-02-2019
“Nar” Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələrini mükafatlandırdı
Gənclərdə oxumaq həvəsini artırmaq və onlarda motivasiya yaratmaq məqsədilə, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uğurlu layihələr həyata keçirməkdə davam edir. Mobil operator Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq çərçivəsində universitetin Radiotexnika və rabitə fakültəsinin 2018-ci dərs ilinin 2-ci tədris semestri üzrə fərqlənən tələbələrini mükafatlandırıb. “Nar”-ın baş ofisində təşkil edilən görüşdə yüksək nəticələr göstərən Cavid Namazov, Elvin Əmənov və Ülkər Əhmədzadəyə mobil operator xüsusi hədiyyələr təqdim edib.
Muxalifet4 - 28-02-2019
İngiltərədə 27 min uşaq qanqster dəstələrinin üzvüdür
İngiltərənin yetkinlik yaşına çatmayanlar üzrə komissarının hesabatında deyilir ki, hüquq-mühafizə orqanları bu ölkədə 27 min uşağın qanqster dəstələrinin üzvü olduğunu müəyyən edib.
Muxalifet - 28-02-2019
Fədayə Laçın və polkovnik azadlığa çıxmaq istəyir - yalnız 20 il cəza alan Əli Ağami...
Müğənni Fədayə Laçın və digərləri aldıqları cəzadan narazı qalaraq apellyasiya məhkəməsinə müraciət ediblər.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Məhkəmə prosesi də təqsirləndirilənlərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Məlum olub ki, yalnız Əli Ağami apellyasiya şikayəti verməyib.Muxalifet - 28-02-2019