Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. ​Martda 23 dərəcə isti olacaq - AYLIQ PROQNOZ

    Mart ayı qışla yaz arasında keçid dövrü olduğundan hava şəraitində tez-tez dəyişmə müşahidə olunur. Mart ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.

    Muxalifet - 28-02-2019

  2. ​Ombudsmanın hesabatı Prezident Administrasiyasına göndərildi

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2018-ci il üzrə illik məruzəsini Prezident Administrasiyasına, Milli Məclisə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərib.

    Muxalifet - 28-02-2019

  3. ​23 yaşlı Tünzaləyə 16 il cəza verildi - qolunu sındıran ərini öldürmüşdü

    Ərini öldürməkdə təqsirləndirilən 23 yaşlı Tünzalə hakim qarşısına çıxarılıb.
    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə ittiham edilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
    Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
    Hökmə əsasən T.Ağayeva 16 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 28-02-2019

  4. "Hər şey onların gözünün qarşısında olub" - Vergilər Nazirliyinin rüşvətə görə həbs edilən əməkdaşı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri – Elçin Qaybalıyev və Ziyad Lətifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
    Elan olunmuş ittiham üzə həmin şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

    Muxalifet - 28-02-2019

  5. ​Ölkəyə gələn turistlərin sayı AÇIQLANDI

    2019-cu ilin yanvar ayında ölkəmizə 191,4 min xarici vətəndaş gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.
    Bu barədə Muxalifet.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
    Əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Orta Asiyadır - bu regionlardan müvafiq olaraq 60,9% və 35,4% artım baş verib.

    Muxalifet - 28-02-2019

  6. ​Moskvanın mərkəzində generalı döydülər - VİDEO

    Moskvada “Maloy Nikitski” küçəsində sənaye nazirinin keçmiş müavini, ehtiyatda olan general-polkovnik Aleksandr Brindikov yol münaqişəsi səbəbindən iki kişi tərəfindən döyülüb.
    Muxalifet.az-ın “TASS” agentliyinə istinadən xəbərinə görə, avtomobilini binalardan birinin qarşısında saxlamaq istəyən generalın yoluna başqa bir avtomobil çıxıb. Brindikov siqnal verərək ona yol verilməsini istəyib. Lakin onun bu istəyi digər sürücünün xoşuna gəlməyib və o, yanındakı kişi ilə maşından düşərək generalı döyüb. 

    Muxalifet - 28-02-2019

  7. Bakıda Cəfər Cabbarlıya “novostroykadan” təzə ofis verəcəklər - GÖRKƏMLİ DRAMATURQUN XATİRƏSİ NECƏ ƏLƏ SALINIR...

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyi söküləcək, yerində çoxmərtəbəli bina inşa ediləcək. Artıq tikinti şirkəti ilə alqı-satqı müqaviləsi də imzalanıb.

    Muxalifet - 28-02-2019

  8. Maşınla vurulan piyada xəstəxanada öldü

    Fevralın 27-də saat 21 radələrində Gəncə şəhəri M.A.Abbaszadə küçəsində şəhər sakini U.Məmmədov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən həmyerlisi S.Süleymanovanı vurub.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır. 

    Muxalifet - 28-02-2019

  9. ​"Faiz və dəbbə pulu üzrə də güzəşt olacaq" - ƏKRƏM HƏSƏNOV

    “Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalamaqla böyük və humanist addım atdı və bir daha təsdiqlədi ki, dövlət vətəndaşımızın arxasındadır”.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, bunu bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.

    Muxalifet - 28-02-2019

  10. “Lotu Quli”nin yaxın silahdaşı olan idmançı məhv edildi - DİN-dən ƏMƏLİYYAT

    Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı dəstələri Bakıda kriminal qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.

    Muxalifet - 28-02-2019

  11. ​Deputat Qarabağla bağlı Türkiyə KİV-lərinə səsləndi

    Millət vəkili Qənirə Paşayeva Türkiyənin tanınmış televiziya kanallarında (CNN Türk, NTV, Kanal 24, TVNET) canlı yayımda qonaq olub.
    Muxalifet.az xəbər verir ki, deputat Türkiyə KİV-lərinə Xocalı həqiqətləri, Qarabağ problemi və Ermənistanın işğalçılıq siyasəti barədə danışıb.
    Millət vəkili türk dünyasını Qarabağ həqiqətlərinin yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədə daha fəal olmağa çağırıb.

    Muxalifet3 - 28-02-2019

  12. ​Bakı məktəblərində vakant vəzifələrə namizədlərlə müsahibələrə başlanılıb

    Təhsil Nazirliyinin birbaşa tabeliyində olan (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktor müavinləri və müəllimləri üçün keçirilən təlimlərdə uğur qazanan müdavimlərlə müsahibələrə başlanılıb.
    Muxalifet.az xəbər verir ki, idarədən verilən məlumata görə, təlim iştirakçıları təhsili idarəetmənin hüquqi əsasları, statistika və təhlil, təhsildə keyfiyyətin, maliyyənin idarəolunması və digər mövzular üzrə bilik, bacarıqlarını artırmaq imkanı əldə ediblər.

    Muxalifet3 - 28-02-2019

  13. ​Avtomobillə nənə və nəvənin ölümünə səbəb olan sürücüyə hökm oxundu

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Tərlan İmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    Muxalifet.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
    Məhkəmənin hökmü ilə T.İmanov 5 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəza çəkmə məntəqsində çəkəcək. 

    Muxalifet3 - 28-02-2019

  14. ​Mart ayının “Afişa”sı açıqlandı

    Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq nəşr olunan və pulsuz yayılan “Mədəniyyət” qəzetinin aylıq “Afişa” əlavəsinin mart sayı çapdan çıxıb.

    Muxalifet3 - 28-02-2019

  15. Çavuşoğlu Lavrovla Suriyanı müzakirə etdi

    Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.
    Muxalifet.az xəbər verir ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Suriya münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıb.
    Telefon söhbəti ilə bağlı ətraflı məlumat verilməyib.
     

    Muxalifet3 - 28-02-2019

  16. Tonoyanın çıxışı erməni cəmiyyətinə hesablanıb - Ramaldanov

    David Tonoyanın səsləndirdiyi fikirlər sadəcə olaraq siyasi ritorikanın dəyişməsinə cəhddir. Çünki Ermənistan cəmiyyəti bundan əvvəlki bəyanatları ciddi qəbul etmirdi.
    Bunu D.Tonoyanın Ermənistanın ictimai televiziyasında çıxışı zamanı bu ölkənin hərbi strategiyasının müdafiədən hücuma dəyişdiyini söyləməsi ilə əlaqədar azərtac -a müsahibəsində ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
    Ş.Ramaldanov bildirib:

    Muxalifet3 - 28-02-2019

  17. “Qarabağ Ermənistanındır və son” – Tehranda ŞOK YAZI – FOTO

    Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda çəkdirdiyi selfidə Azərbaycan torpaqlarına qarşı iyrənc iddia yenidən gendəmə gəlib.
    Muxalifet.az xəbər verir ki, Paşinyanın İranın paytaxtındakı “Ararat”idman klubunda çəkdirdiyi selfiyə ermənilərin məkrli niyyətini nümayiş etdirən daha bir yazı düşüb. Qondarma Dağlıq Qarabağ Respublikasına məxsus “bayraq”da “Qarabağ Ermənistanındır və son” yazısı yazılıb.
    Ən ağrılısı isə budur ki, hadisə Xocalı faciəsi ərəfəsində baş verib.

    Muxalifet3 - 28-02-2019

  18. Pakistandan Ərdoğana zəng: Hindistanla münaqişə...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri İmran Xanla telefon danışığı aparıb.
    Muxalifet.az xəbər verir ki, telefon söhbəti Pakistan tərəfinin təşəbbüsü ilə baş tutub.
    Tərəflərin Pakistan və Hindistan arasında son günlər baş verən gərginliyi və regiondakı mövcud durumu müzakirə etdiyi deyilib.
     

    Muxalifet3 - 28-02-2019

  19. Vardan Oskanyan istintaqda dindirildi

    Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 2008-ci il martın 1-i hadisələri çərçivəsində ifadə verib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidməti bu məsələni şərh etməkdən boyun qaçırıb: “Şərh etmirik”.
    Bildirilib ki, martın 1-i hadisəsi çərçivəsində artıq keçmiş prezidentlər Levon Ter-Petrosyan və Serj Sərkisyan artıq ifadə veriblər.
    Qeyd edək ki, 1955-ci ildə Suriyanın Hələb şəhərində doğulan Vardan Oskanyan 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub.
     

    Muxalifet3 - 28-02-2019

  20. Zaxarovadan Türkiyəyə atmaca: icra edilmir

    Soçi razılaşmasından irəli gələn öhdəliklərin icrası tam həyata keçirilmir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərin suallarını cavablandırarkən deyib.
    “Belə desəm diplomatiya dilinə daha uyğun gələr: Razılaşma sonuna qədər icra edilmir”, - deyə XİN sözçüsü bildirib.
    Qeyd edək ki, İdlibin terrorçulardan təmizlənməsini və bölgədə təhlükəsiz ərazinin yaradılması ilə bağlı Türkiyə və Rusiya arasında Soçi razılaşması mövcuddur.
     

    Muxalifet3 - 28-02-2019

Pages