Axtarış
The search found 105785 results in 0.034 seconds.
Search results
Ərdoğan Kəşmir hadisələrindən danışdı: qardaş davası...
Hindistan və Pakistan arasında gərginliyin azaldılması üçün əlimizdən gələni edəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzon şəhərində xalq qarşısında çıxışı zamanı deyib. O qardaş davasına qarşı olduğunu bildirib:
“Gərginliyi artırmağın heç kimə faydası yoxdur. Əlimizdən gələni edəcəyik. İnşallah Türkiyənin səyləri nəticəsində problem həll ediləcək”.
Qeyd edək ki, bir müddət öncə Kəşmirdə Hindistan hərbçilərinə qarşı təşkil edilən teraktdan sonra Hindistanla Pakistan arasında münasibətlər gərginləşib.
Muxalifet3 - 2-03-2019
Əlilliyi olan şəxslər reabilitasiya vasitəsi ilə təmin edilib
Ötən il əlilliyi olan 35 351 nəfər reabilitasiya vasitəsi ilə təmin edilib.
Bu barədən muxalifet.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin fevral 23 fevral tarixli fərmanı ilə nazirliyin əsasnaməsinə edilən dəyişikliklərdən biri kimi reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək də ƏƏSMN-in vəzifələri sırasına daxil edilib.Muxalifet3 - 2-03-2019
Cəbhədə döyüşlər gedir, ölü və yaralılar var – MÜHARİBƏ BAŞLANDI
Hindistan və Pakistan arasında Kəşmirdəki nəzarət xəttində atışma baş verib. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Cümhuriyyət" yayıb. Məlumata görə, atışma nəticəsində 3 hindistanlı, 4 pakistanlı ölüb, 2 pakistanlı isə yaralanıb. Pakistan Ordusunun mətbuat xidməti qarşıdurmanın Kəşmir sərhəd xəttindəki bölgələrdə hind əsgərlərinin ağır silahlarla atəş açmasındən sonra başladığını bildirib. Hind rəsmiləri isə Pakistanın açdığı atəş nəticəsində 3 mülki vətəndaşın öldüyünü bildiriblər.
Muxalifet3 - 2-03-2019
“Problemlərin səbəbkarı məmurlardır” - Afaq Bəşirqızı DANIŞDI
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşdəki çıxışına görə sosial mediada müsbət sözlərlə qarşılanan xalq artisti Afaq Bəşirqızı açıqlama yayıb. Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə İnstaqramda yazıb: "Əzizlərim, çox sağ olun. Ürək sözləriniz və verdiyiniz qiymət çox xoşdur. İncəsənət xadimlərindən, əyalət teatrlarından saysız-hesabsız zənglər gəlir. Mənə minnətdarlıqlarını bildirirlər.Amma bu, mənim vətəndaş borcumdur. Alın tərimlə, səhhətimi qurban vermək hesabına xalq artisti, Prezident təqaüdçüsü və sayılıb-seçilənlərdən oldum.
Muxalifet3 - 2-03-2019
SDQ-dan Rusiyaya: Təklifi dəyərləndirməyə hazırıq
Suriya Demokratik Məclisi Rusiyanın Suriyada normallaşma prosesi üzərində çalışacaq bir qrupun yaradılması təklifini dəyərləndirməyə hazırdır.
Muxalifet.az xəbər verir ki, bunu sputnikə açıqlamasında Suriya Demokratik Qüvvələrinin ABŞ-dakı missiyasının həmsədri Bassam İshaq deyib. O bildirib ki, Rusiya rəsmilərinin hər cür təkliflərini dəyərləndirməyə razıdır:
"Rusiyanın Suriyada önəmli siyasi gücü var. Bir neçə dəfə Moskvaya səfər etdik. Suriya problemi ilə bağlı ABŞ, Rusiya və digər bütün tərəflərlə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik"
Muxalifet3 - 2-03-2019
Bakıda DƏHŞƏTLİ QƏZA: Maşın yox oldu - Ürəyi zəif olanlar baxmasın - VİDEO
Bu gün Bakı şəhərinin Binəqədi rayonunda dəhşətli yol qəzası baş verib.
Muxalifet.az-ın məlumata görə, "Vaz" markalı minik avtomobili qəzaya uğrayıb. Hadisə nəticəsində ölən var. Əraziyə polis və təcili yardım cəlb edilib. Araşdırma aparılır.
Muxalifet3 - 2-03-2019
Xoşbəxt o sənətkardır ki... - Xalq artisti
Xoşbəxt o sənətkardır ki, onu həm xalq sevir, həm də dövlət. Biz xoşbəxt insanlarıq ki, bu gün dövlətimizin qayğısı ilə əhatə olunmuşuq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bunun bir daha şahidi olduq.
Muxalifet.az xəbər verir ki, bu sözləri azərtac -a Xalq artisti Səkinə İsmayılova deyib.Muxalifet3 - 2-03-2019
Bu ölkə prezidenti reanimasiyaya yerləşdirildi
İsveçrənin Cenevrə şəhərində müalicə alan Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın vəziyyəti kritikdir. Muxalifet.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Agentliyə danışan mənbə 81 yaşlı dövlət başçısının Cenevrə Universitet Xəstəxanasının reanimasiya şöbəsində müalicə aldığı, ailəsinin də xəstəxanada gözlədiyini bildirib. Qeyd edək ki, bundan əvvəl Əlcəzair Prezident Adminstrasiyası Ə.Buteflikanın normal qaydada səhhətini yoxlatdırmaq üçün İsveçrəyə getdiyini açıqlayıb.
Muxalifet3 - 2-03-2019
Akar növbəti əməliyyatın anonsunu verdi: Təhlükə...
Fəratın şərqi üçün hazırlıqlar görülüb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Müdafiə naziri Hulusi Akar yayıb.
"Zamanı gələndə lazım olan ediləcək. Heç kimin şübhəsi olmasın, ölkəmizi təhlükəyə atmayacağıq", - nazir bildirib.
Muxalifet3 - 2-03-2019
Xərçəng diaqnozu qoyulan kimi atılmalı 5 addım — Alimdən MƏSLƏHƏT
Amerikalı həkim Mark Hayman xərçəng diaqnozu tapılacağı halda xəstənin əməl etməli olduğu 5 qaydanı bölüşüb. Muxalifet.az medicina.az-a istinadən bildirir ki, onun fikrincə bu qaydalar xəstəliyə qalib gəlmək üçün vacib şərtlərdir. 1.Şəkər, qənddən imtina et Şəkər xərçəng hüceyrələrini qidalandıran maddədir və onları artırır. İl ərzində orta statistik insan 70 kq şəkər yeyir. Əgər xərçənglə uğurlu mübarizə aparmaq istəyirsənsə, şəkər, qənd və şirin qidaları minimuma endirəcəksən. 2. Qlütenə yox de 35 % amerikalılar qlütenə qarşı həssasdırlar. Amma onlar un məmulatı yeməkdən əl çəkmirlər.
Muxalifet3 - 2-03-2019
Cabir İmanov prezidentin böyük jestindən danışdı
“Planet Parni iz Baku" KVN teatrının üzvü, əməkdar artist Cabir İmanov ötən gün mədəniyyət xadimləri ilə baş tutan görüşlə bağlı prezidentə təşəkkür edib. Muxalifet.az xəbər verir ki, Cabir İmanov İnstaqram hesabında görüşlə bağlı təəssüratlarını bölüşüb: “Ötən gün Heydər Əliyev mərkəzində ölkə başçısı cənab İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşərək mədəniyyət sahəsində olan müxtəlif problem və təklifləri dinləyib, onları yerindəcə həll edib.
Muxalifet3 - 2-03-2019
Babək prospektində yol qəzası baş verib
Bakının Xətai rayonu ərazisində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az report-a istinadən bildirir ki, Babək prospekti ilə hərəkətdə olan "90-MK-085" dövlət qeydiyyat nişanlı "Kia" markalı minik avtomobili "YY-976-VY" Gürcüstan dövlət qeydiyyat nişanlı BMW ilə toqquşub.
Qəza nəticəsində maşınlara ziyan dəysə də, xəsarət alan olmayıb.
Muxalifet3 - 2-03-2019
Putinlə Ərdoğanın birləşməsi təhlükəlidir - Erin
Ankaranın Moskvadan S-400 raketlərini alması Vaşinqtona atılmış bir yumruqdur.
Muxalifet.az xəbər verir ki, bu barədə “Vaşinqton Eksaminer” qəzetinin jurnalisti Erin Dann qeyd edib .
Tükiyənin Rusiya raketlərini almasının ittifaqın birləşmiş müdafiə sistemini təhlükəyə salacağını bildirən jurnalist bu raketin NATO sistemləriylə uyğun gəlmədiyini vurğulayıb. Həmçinin o qeyd edib ki, Moskva NATO-nun öz üzvlərini qorumasının lazım olduğu düşməndir və ABŞ-la NATO Türkiyənin Rusiya ilə razılaşmadan imtina edərək "Patriot" raketlərini alacağına ümid edir.
Muxalifet3 - 2-03-2019
Yeni kanalla bağlı müsabiqə elan edildi: Şərtlər...
Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan olunan müsabiqədə iştirakın şərtlərini açıqlayıb.
MTRŞ-dən muxalifet.az-a verilən məlumata görə, şura "Tеlеviziya və radiо yayımı haqqında" Azərbaycan Rеspublikası Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna müsabiqə elan edir.Muxalifet3 - 2-03-2019
Bakıda sülh qeydə alındı, "Neftçi"dən darmadağın
"Neftçi" doğma azarkeşlər önündə debütant "Sabah" komandasını qəbul edib. Görüş flaqmanın böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0.
Paytaxt təmsilçisinin heyətində Canluka Samsone (9), Emin Mahmudov (24) və Baqali Dabo (79) fərqləniblər.
Matçın 84-cü dəqiqəsində "Neftçi" klubunun yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Muxalifet3 - 2-03-2019
Hizbullah terror təşkilatı adlandırılsın - Çağırış
Bəhreynin Xarici İşlər naziri Şeyx Xalid bin Əhməd Avropa Birliyini Livandakı Hizbullahı terror təşkilatı siyahasına daxil etməyə çağırıb.
Muxalifet.az xəbər verir ki, o, AB-dən və digər ölkələrdən İngiltərə kimi Hizbullahı terror təşkilatı adlandırmağı istəyib.
"İran dövləti terroru tətbiq edir. Bəhreyn və bir çox İslam ölkəsi İranın dəstəklədiyi Hizbullahın teraktlarından əziyyət çəkir. Hizbullahın siyasi qanadı da, hərbi qanadı da terrorçudur".
Qeyd edək ki, bir neçə gün əvvəl İngiltərə hökuməti Hizbullahı terror təşkilatı elan etdiyini bəyan edib.
Muxalifet3 - 2-03-2019
Latviyada təhsil alan azərbaycanlılar çətinliklə üzləşəcək
Gələn dərs ilindən Latviyanın bütün ali təhsil ocaqlarında rus dilində təhsil qadağan olunacaq. Bunun əvəzinə ingilis dilındə təhsilin həcmi artırılacaq.
Muxalifet.az xəbər verir ki, artıq proses başlayıb və yanvarın 1-dən etibarən heç bir sənədləşdirmə rus dilində aparılmır. Universitet müəllimləri hesab edirlər ki, bu qaydanın tətbiq olunması Azərbaycan, Özbəkistan, Qazaxıstan, Rusiya, Belarus kimi ölkələrdən gələn rusdilli abituriyentlər üçün ciddi çətinliklər yaradacaq.Muxalifet3 - 2-03-2019
Azərbaycanın su ehtiyatları azalır
İqlim dəyişikliyi ölkəmizə də öz təsirini göstərir. Elə bunun nəticəsidir ki, Azərbaycanın su ehtiyatları azalır.
Muxalifet.az xezerxeber.az-a istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.
Onun sözlərinə görə, hazırda ölkəmizdə təhlükəli vəziyyət müşahidə edilməsə də, çay sularında azalma baş verir.Muxalifet3 - 2-03-2019
10 min dollardan çox olan problemli kreditlər nəzərə alınmalıdırmı? - EKSPERTLƏR FƏRQLİ DÜŞÜNÜR
Prezident İlham Əliyevin cümə axşamı günü fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həllilə bağlı verdiyi fərman birmənalı qəbul edilməyib. Fərmana görə, 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödəniləcək. Bəs 10 min dollardan çox krediti olan vətəndaşlar nəzərə alınmalıdırmı?
Muxalifet4 - 2-03-2019
Bu nadir balıq alimləri çaş-baş qoyub - FOTO
Cənub yarımkürəsinin isti sularında yaşayan günəş balığı ABŞ-ın Kaliforniya ştatındakı çimərlikdə aşkar olunub.
Santa-Barbara şəhəri sahilində uzunluğu 2.1 m. olan balığın tapılması alimləri çaş-baş qoyub.
Onlar yalnız ilıq sularda yaşayan canlının ekvatoru aşaraq Şimali Amerikaya necə gəlib çatdığını anlamağa çalışırlar.
Kaliforniyadakı Coal Oil Point qoruğunun ərazisində nadir balığı yerli universitetin bioloqu aşkar edib.
O, dəniz canlısının hansı növə məxsus olduğunu öyrənmək üçün onun şəkillərini sosial mediada paylaşıb.
Muxalifet4 - 2-03-2019