Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. Hindistan "Kalaşnikov" istehsal edəcək

    Hindistanın Korva şəhərində “Kalaşnikov” avtomatı (AK-203) istehsal edəcək müəssisənin açılışı olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Federal Texniki Əməkdaşlıq qurumunun rəhbəri Dmitri Şuqayev deyib.
    O bildirib ki, yeni müəssisədə 700 mindən çox avtomat istehsal ediləcək.
    Şuqayev istehsalatın gələcəkdə tamamilə yerli imkanlar hesabına həyata keçiriləcəyini əlavə edib.
     

    Muxalifet3 - 3-03-2019

  2. Tramp xüsusi adamını Türkiyəyə göndərir - Müzakirə

    ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri sabah Türkiyəyə səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, Cefrinin Türkiyənin Müdafiə və Xarici İşlər Nazirliklərində mühüm görüşlər keçirəcəyi gözlənilir.
    Görüş zamanı ABŞ-ın Suriyadan çəkilməsi ilə bağlı məsələlərlə yanaşı, S-400 sistemləri haqda da müzakirələr aparılacaq.
     

    Muxalifet3 - 3-03-2019

  3. 18 yaşlı türk futbolçu Almaniyada tarixə düşdü

    Türkiyəli futbolçu Ozan Kabak Almaniya Bundes Liqasında bir oyunda iki qol vuraraq çempionat tarixinə düşüb.
    Muxalifet.az xəbər verir ki, 18 yaşlı futbolçu Almaniya çempionatında bir oyunda iki qol vuran ən gənc türk oyunçu kimi adını Bundes Liqa tarixinə yazdırıb.
    Qeyd edək ki, sözügedən oyunda Ozanın komandası "Ştutqart" öz meydanında "Hannover 96"-nı 5-1 məğlub edib.
     

    Muxalifet3 - 3-03-2019

  4. İran Suriyadan nə vaxt çıxacaq? - Şamxani açıqladı

    Bu gün tərəzinin gözü göstərir ki, regionda sabitliyin pozulmasını istəyən qüvvələr məğlubiyyətdən başqa bir şey qazanmayıblar.
    Muxalifet.az xəbər verir ki, bunu İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.
    "İran qüvvələri Suriya hökumətinin və millətinin dəvəti ilə sabitliyi qorumaq üçün bu ölkəyə gedib. Aydın məsələdir ki, biz Suriya hökuməti istəyənə qədər bu ölkədə qalacağıq. Netanyahunun bəyanatlarının və faydasız səfərlərinin bu məsələyə hər hansı bir təsiri olmayacaq", - Şamxani bildirib.
     

    Muxalifet3 - 3-03-2019

  5. Azərbaycandan 5 milyardı kimlər çıxardıb?

    Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
    Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Vidadi Əliyev şahid qismində ifadə verib. Şahid bildirib ki, onu işə Malik Əliyev dəvət edib:

    Muxalifet3 - 3-03-2019

  6. ABŞ Maduronu belə devirəcək – Trampın adamı açıqladı

    ABŞ Venesuelada hakimiyyəti dəyişmək üçün koalisiya yaratmağa cəhd edir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
    “Korrupsiyalaşmış rejimi dəyişdirmək üçün geniş koalisiyanın yaradılmasını görmək istəyərdim. Biz məhz bunu etməyə çalışırıq”, - deyə Bolton bildirib.
     

    Muxalifet3 - 3-03-2019

  7. Çində qədim “ölümsüzlük iksiri” tapıldı

    Çinin Xenan əyalətində aparılan qazıntılar zamanı eramızdan əvvəl 202-ci ilə aid bürünc kuzə tapılıb.
    Arxeoloqlar kuzənin içərisindəki mayenin o zamanlar istifadə olunan ölümsüzlük iksiri olduğunu bildiriblər.
    Ria Novosti-nin məlumatına görə, 3,5 litlik qabın içərisindəki mayenin tərkibi kalium nitrat və alunitdən ibarətdir. Məzarın o dövrdə yaşamış bir zadəgana aid olduğu güman edilir.
    Məzardan  mis və nefritdən olan bəzək əşyaları da tapılıb.
     

    Muxalifet3 - 3-03-2019

  8. İran XİN ermənilərin yaratdığı plakat qalmaqalına münasibət bildirdi

    "“Ararat” idman kompleksində erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuledilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir". Muxalifet.az bildirir ki, bunu ONA-ya açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib.

    Muxalifet3 - 3-03-2019

  9. Türkiyəni hədəf taxtasına gətirən nədir? - ANALİZ

    Türkiyədə “Ölkə” TV-nin direktoru Həsən Öztürk “Yeni Şəfəq” qəzetindəki köşəsində, ABŞ və Avropanın Türkiyəni hədəf taxtasına qoyması ilə bağlı bir yazı qələmə alıb. Muxalifet.az həmin yazını tərcümə edərək, oxucularına təqdim edir:

    Muxalifet3 - 4-03-2019

  10. Tramp İsrailin hamisi rolunda! Bu gün birləşir...

    Tramp təpkilərə baxmayaraq ABŞ-ın Qüds Baş Konsulluğu ilə Qüdsə köçürdüyü ABŞ səfirliyinin bu gün birləşdiriləcəyini açıqlayıb.
     
    ABŞ XİN-dən edilən yazılı açıqlamada, "ABŞ-ın Qüds Baş Konsulluğu ilə ABŞ Qüdsdəki əfirliyi tək bir diplomatik missiya olacaq şəkildə 4 mart 2019-da birləşdiriləcək. Bu addım nazir Pompeonun 18 oktyabr 2018-gə iki missiya ilə heyətlərin birləşdirəcəyinə dair məlumatı üzərinə atıldı" deyə bildirilib.

    Muxalifet3 - 4-03-2019

  11. ABŞ-dan Türkiyəyə kritik səfər

     ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri sabah Türkiyəyə gələcək. Cefrinin sabah Ankaraya gəlməsi, çərşənbə günü də xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti və hərbi rəsmilərlə görüşü planlaşdırılır.
     
    Görüşlərdə, ABŞ-ın Suriyadan çəkilmə prosesi və Münbiç yol xəritəsinin həyata keçirilməsi məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.

    Muxalifet3 - 4-03-2019

  12. Açar “brelok” şəklində öldürücü tapança: Ələ keçirildi

    Türkiyənin Malatya şəhərində açar “brelok” şəklində tapança ələ keçirilib.
     
    Alınan məlumata görə, Asayiş Şöbə İdarəsnin əməkdaşları Battalgazi rayonuna bağlı Akpınar məhəlləsində şübhəli görünən M.K.(42) dayandırılıb və  üstü axtarılan zaman üzərindəki çıxan avtomobil açarı şəklində olan “brelok” diqqət çəkib.
    Tədqiqat zamanı, sözügedən cihazın brelok şəklində, 6,35 miqyasında iki gülləsi olan tapança olduğu müəyyən edilib.
    Nəzarətə alınan şübhəlinin polisdəki sorğusu davam edir.

    Muxalifet3 - 4-03-2019

  13. Saakyan da xain Fəxrəddin Abbasov kimi Bakıya gətirilə bilər – ERMƏNİLƏR ÖZ CASUSLARININ MÜDAFİƏSİNƏ QALXDILAR

    Ermənistan agenti, vətən xaini Fəxrəddin Abbasovun Rusiyada həbs olunaraq Azərbaycana gətirilməsi Azərbaycan cəmiyyəti tərəfindən təqdir olunur. Deputat Fazil Mustafa bildirib ki, Azərbaycanımızın dəyəri olan, onun varlığı üçün yüzlərlə şəhid vermiş talış qardaşlarımızın guya haqqını qoruduğunu iddia edərək ermənilərə hər şeyini satmış, vətənə xəyanət etmiş bu cür ünsürlərin xaricdən gətirilərək ədalət mühakiməsi qarşısına çıxarılması çox böyük uğurdur.

    Muxalifet4 - 4-03-2019

  14. Trampdan təcili “dollar” açıqlaması!

     ABŞ prezidenti Donald Tramp ABŞ Mərkəzi Bankına (Fed) yönəlik tənqidlərini təkrarlayıb və Fed-in sıx pul siyasətinin güclü dollara xidmət etdiyini və ABŞ-ın rəqabət gücünə zərər verdiyini bildirib.
     
    “Fed”-də çox güclü dolları sevən bir cənabımız var" deyən Tramp, "Mən də güclü bir dollar istəyirəm, ancaq mən ölkəmiz üçün güclü bir dollar istəyirəm, bizim digər ölkələr ilə rəqabət etməyimizə mane olacaq qədər güclü bir dollar istəmirəm" deyib.

    Muxalifet3 - 4-03-2019

  15. Banklar faiz dərəcələrini aşağı salacaq? – Natiq Cəfərli: “Hətta 1.5 faizlə kredit...”

    Azərbaycan prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı iqtisadçı ekspertlər, o cümlədən geniş ictimaiyyət tərəfindən müsbət qarşılandı. Kredit borcundan əziyyət çəkən insanlar bu fərmanla yükdən azad oldular. Eyni zamanda iqtisadçı ekspertlərin sözlərinə görə, bu prosesdən banklar da qazancla çıxdılar və onların durumları getdikcə düzələn xətt üzrə inkişaf edəcək. Azərbaycanda insanları narahat edən məsələlərdən biri də ölkədə bank faizlərinin yüksək olmasıdır.

    Muxalifet4 - 4-03-2019

  16. Ölkəyə geri qayıdır! Ortalığı qarışdıracaq

     Venesuelada özünü müvəqqəti prezident elan edən Milli Məclisin sədri Xuan Guaido 23 fevralda ayrıldığı Venesuelaya qayıdacağını, bazar ertəsi və çərşənbə axşamı günü bütün ölkədə aksiyalar təşkil edəcəklərini açıqlayıb.
     
    Guaido sosial media hesabından verdiyi açıqlamada, Ekvadordakı təmaslarından sonra xarici qadağaya baxmayaraq tərk etdiyi Venesuelaya geri dönəcəyini bildirib.

    Muxalifet3 - 4-03-2019

  17. İmanov qardaşları “Məhəllə 3”ü təqdim etdi - VİDEO

    Dünən Heydər Əliyev Sarayında "Məhəllə 3" filminin təqdimatı keçirilib.

    Kult.az xəbər verir ki, filmin prodüserləri əməkdar artistləri Tahir və Cabir İmanovlar, rejissoru isə İsmayıl Zeynalovdur.

    Filmdə tanınmış aktyorlar - Dilarə Əliyeva, Bəhram Bağırzadə və gənc simalar yer alıb.

    “Sovetski” məhəlləsinin sökülməsi ilə başlanan film mövzusu daha sonra oğurlanan bahalı xalça ətrafında cərəyan edir. Film yumor və gülüş səhnələri ilə zəngindir.

    Film nümayişindən öncə çıxış edən aktyor heyəti "Məhəllə”nin davamının olacağını bildirib.

    Muxalifet4 - 4-03-2019

  18. Tovuzda qiymətli daşlar tapan Luvrun arxeoloqu maraqlı faktları açdı: Bir gün mumiyalar oyanıb...

    Deyirlər, arxeologiya gələcəyin elmidir. Dünyamızın hər bir canlısı da onun inkişafı üçün əlindən gələni edir. Təsəvvür edirsiniz, gün keçəcək, il ötəcək, əsr dolaşacaq, torpağa qarışan bizi gələcəyin bəlkə də yarı robot arxeoloqları keçmişin qalığı kimi qazıb çıxardacaq, sonra da muzey köşələrində saxlayacaq. Bəs tarixin bir parçası kimi sevib qoruyacaqlarmı? Çətin ki... Bunun üçün insan ürəyinin hərarəti robot dəmirinə qarışmamalıdır.

    Muxalifet4 - 4-03-2019

  19. Rusiya XİN-dən AÇIQLAMA: Bu ölkədəki səfirimiz KQB casusudur...

    Britaniyanın bulvar qəzetləri Skripal olayının ildönümündə yanlış fikir formalaşdırmağa çalışırlar.
     
    Muxalifet.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sosial şəbəkə hesabında yazıb.
     
    "Bu qəzetlərdə ən önəmli nüans isə sovet-rus casusunun tapılmasıdır. Həmin casus Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenkodur", - Zaxarova kinayə ilə bildirib.
     

    Muxalifet4 - 4-03-2019

  20. "Krımın geri qaytarılması mümkünsüzdür” - ALMAN SİYASƏTÇİ

    Krımın statusu məsələsi Qərb ölkələrində müzakirə mövzusundan çıxır. Beynəlxalq ictimaiyyət yeni Rusiya regionunun inteqrasiya prosesinin dönməz olduğunu anlayır.

    Bu sözləri alman siyasətçi, Kvakenbrük (Almaniyada şəhər) məclisində sol fraksiyanın rəhbəri Andreas Maurer deyib.

    “Ukraynanın hazırki siyasətçilərinin Krımın geri qaytarılması ilə bağlı açıqlamaları Qərbdə artıq ciddi qəbul edilmir. Bunun mümkünsüz olduğunu anlayırlar”, - deyə siyasətçi bildirib.

    Muxalifet4 - 4-03-2019

Pages