Axtarış
The search found 105785 results in 0.088 seconds.
Search results
Rüşvət almaqda ittiham olunan vəzifəli şəxs həbs olundu - FOTO
Azərbaycanda rüşvət alma və təhrikçilikdə ittiham olunan vəzifəli şəxs həbs olunub. Muxalifet.az xəbər verir ki, "Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Zaqatala Rayon Məhkəməsinin katibi Allahverənov Şahid Allahverən oğlu həbs olunub. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ş.
Muxalifet4 - 3-03-2019
Türkiyəli müğənni “Böyük saray”a sünnət toyuna gəlib - VİDEO / FOTOLAR
Türkiyəli müğənni Demet Akalın Bakıda toy məclislərindən birində iştirak edib. “Qafqazinfo” xəbər verir ki, kiçik toy mərasimi “Böyük Saray”da baş tutub. Müğənni özünün instagram hesabından gözəl qarşılanmaya görə ev sahibinə təşəkkürünü bildirib. Qeyd edək ki, türkiyəli məşhurla yanaşı, mərasimdə yerli müğənnilərdən Röya, Elşad Xose və Zamiq də ifa edib. Tədbirin aparıcıları isə Afaq Gəncəli və İlkin Həsənli olub.
Muxalifet4 - 3-03-2019
Şəhid oğlunun ayrılığına DÖZƏ BİLMƏDİ - Aprel şəhidimizin anası vəfat etdi / FOTO
2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Təbriz Əsgərovun anası Kifayət xanım vəfat edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Aida Eyvazlı paylaşıb.
Muxalifet4 - 3-03-2019
Hollandiyada məscidə hücum: peyğəmbər təhqir edildi
Hollandiyada PEGİDA hərəkatının üzvləri Haaqa şəhərindəki məscidə hücum edib.
Muxalifet.az xəbər verir ki, hərəkat üzvləri As Soennah məscidinin girişinə Məhəmməd peyğəmbərə qarşı təhqir dolu ifadələr yazılmış plakat və maketlər yerləşdirib.
Hücum məscidə toplaşan çoxlu sayda müsəlmanı qəzəbləndirib. Məscid rəhbərliyinin sözlərinə görə, bir çox ərazilərdən müsəlmanlar baş verənlərdən məyusluğunu ifadə edir və bu vəziyyətdə nə etməli olduqlarını soruşur.
Muxalifet3 - 3-03-2019
Enerji içkiləri bahalaşdı - Yeni qiymətlər
Enerji içkilərin qiyməti artırılıb.
Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, aksiz vergisi səbəbindən qiymətlərdə 2 dəfə artım olub.
Belə ki, "Red Bull" enerji içkilərinin 250 ml-i 3 manat, 355 ml-i 4 manat, 473 ml-i isə 5 manat olub. Digər enerji içkilərinin qiyməti isə müvafiq həcmə uyğun olaraq 2, 3 və 4 manat civarındadır.
Qeyd edək ki, 2 gün öncə enerji içkilərinin topdansatışı dayandırılmışdı.Muxalifet3 - 3-03-2019
Dünya ulduzları Bakıda avtoqraf payladılar
“Bakı 2019: Ulduzlar Finalı” adlı oyun üçün Azərbaycana gələn məşhur futbolçular - türkiyəli Nihat Kahveci və portuqaliyalı Dekunun iştirakı ilə imza mərasimi keçirilib.
Muxalifet.az xəbər verir ki, paytaxtdakı "28 Mall"da təşkil olunan tədbirdə iki ulduz vətəndaşlarla yanaşı, turistlərə də imza paylayıblar.
Qeyd edək ki, “Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar. Oyun qərblilərin 11:10 hesablı qələbəsi ilə başa çatıb.
Muxalifet3 - 3-03-2019
Medianın yox, meydanın nə dediyi önəmlidir - Ərdoğan
Bizim üçün medianın yox, meydanın nə dediyi önəmlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsunda vətəndaşlar qarşısında çıxışı zamanı deyib.
Dövlət başçısı eyni zamanda bildirib ki, seçkilərə 27 gün qalmasına baxmayaraq müxalifət hələ də siyahını müəyyənləşdirə bilməyib:
“Millətin dərdini dinləmək onlar üçün böyük yükdür”.
Muxalifet3 - 3-03-2019
İndoneziyada növbəti zəlzələ: Bu dəfə...
İndoneziyanın Sulavesi adasında bu dəfə 5,1 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin Metereologiya, İqlim və Geofizika qurumu məlumat yayıb.
Yeraltı təkanların episentri Siqi bölgəsindən 23 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatın olmadığı, sunami təhlükəsinin elan edilmədiyi bildirilib.
Muxalifet3 - 3-03-2019
Biri hadisə yerində, digəri polis maşınında öldü — Ucarda faciə
Ucarda yolu keçmək istəyən piyadaları minik maşını vurub.
Muxalifet.az bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kənd ərazisində qeydə alınıb.
Avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Piyadanın biri aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Digər yaralı əraziyə gələn YPX əməkdaşları tərəfindən xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Hazırda ölənlərin və hadisəni törədən sürücünün şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma apatılır.
Muxalifet3 - 3-03-2019
PKK-dan inanılmaz hiylə: türk hərbçilərindən ağıllı gediş
Türkiyə təhlükəsizlik qüvvələri Diyarbəkirdə PKK-ya qarşı əməliyyat keçirib. Muxalifet.az xəbər verir ki, əməliyyat nəticəsində terror təşkilatına məxsus 19 sığınacaq məhv edilib, xeyli silah-sursat, partlayıcı maddə ələ keçib. Məlumata görə, PKK türk hərbçilərinin burada əməliyyat keçirəcəyini bildiyi üçün əvvəlcədən partlayıcılarla tələ qurub. Lakin hərbçilərin sayıqlığı nəticəsində təşkilatın bu niyyəti baş tutmayıb.
Muxalifet3 - 3-03-2019
"Füzuliyə raket zərbəsi endirilsin, müharibə başlamasın..." - GÖZLƏNİLMƏZ AÇIQLAMA
1949-cu il Cenevrə Konvensiyasına görə, işğalçı qüvvə işğal etdiyi ərazilərdə məskunlaşa bilməz, ora öz mülki əhalisini gətirə bilməz.
Muxalifet.az xəbər verir ki, bu sözləri ermənilərin Füzulidə yeni kəndin inşasına başlamasına münasibət bildirən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, əgər məlumat doğrudursa, həmin o kəndin inşa olunduğu yerə xəbərdarlıq ediləndən 24 saat sonra dərhal raket zərbəsi endirilməlidir:Muxalifet3 - 3-03-2019
Təbriz ziyalılarından Zərifə Qarabağ müraciəti
Təbrizin 60-a yaxın tanınmış ziyalısı Tehranda “Ararat” klubunun iclasını qınayaraq, İran xarici işlər nazirinə açıq məktub ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, Təbrizin bir qrup mədəniyyət, incəsənət və KİV nümayəndəsinin imzaladığı məktubda İranın Qarabağla bağlı siyasəti, Ali dini rəhbərin iştirakı ilə keçirilən görüşdə baş verən hadisələr və Paşinyanın erməni icması ilə görüşünə toxunulub və sonuncu olay qınanılıb.
Bəyanatı imzalayanlar Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğu və həmin ərazilərin Ermənistan tərəfindən işğal edildiyini vurğulayıb:Muxalifet3 - 3-03-2019
Əfqanıstanda 20 nəfəri sel apardı, itkin düşənlər var
Əfqanıstanın Qəndahar əyalətində şənbə günü baş verən daşqınlar nəticəsində azı 20 nəfər həlak olub.
Muxalifet.az xəbər verir ki, daşqın nəticəsində uşaqlar da daxil olmaqla azı 10 nəfər itkin düşüb, 2 minə yaxın evə ziyan dəyib.
Qəndahar əyalətinin qubernator müavini Əbdul Monibin sözlərinə görə, bu son 7 ildə baş vermiş ən güclü təbii fəlakətdir.
Ordu 400 ailəni daşqın bölgəsindən təxliyə edib. İtkin düşənlərin axtarışları davam edir.
Muxalifet3 - 3-03-2019
ABŞ zirehli maşınlar üçün lazer silahı yaradır
Pentaqon “Stryker” adlı zirehli avtomobil üzərində yerləşəcək yüksək energetik lazer silahı modulları hazırlamağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, sifariş ABŞ Silahlı Qüvvələri Strateji Komandanlığı yanında kosmik və raket əleyhinə müdafiə idarəsi tərəfindən daxil olub.Muxalifet3 - 3-03-2019
Hindistan narkoman tutuquşuların hücumuna məruz qalıb - VİDEO
Hindistanın Madxa-Pradeş ştatında fermerlər narkoman tutuquşuların müntəzəm hücumlarından əziyyət çəkirlər.
Muxalifet.az-ın ren.tv-yə istinadən məlumatına görə, artıq tiryək asılılığı yaranmış quşlar lalə becərən fermerlərin təsərrüfatları üçün ağır təhdidə çevriliblər.
Yerli sakinlər səsgücləndirici qurğular və partlayış səsləri ilə quşları qorxutmağa çalışırlar.
Fermerlərin sözlərinə görə, bir tutuquşu gün ərzində 40 çiçək yeyir ki, onların da tərkibində 20-25 qram tiryək olur. Quşlar yemeklə qalmayıb, çiçəkləri qoparıb özləri ilə aparırlar.Muxalifet3 - 3-03-2019
Son 7 ilin ən güclü daşqını: 20 nəfər öldü
Əfqanıstanın Qəndahar əyalətində baş verən daşqınlar nəticəsində azı 20 nəfər həlak olub.
Muxalifet.az xəbər verir ki, daşqın nəticəsində Qəndahar şəhərinin bir hissəsini, həmçinin ətraf rayonları su basıb.
“Azı 10 nəfər itkin düşüb. 2 minə yaxın evə ziyan dəyib”, - deyə məlumatda bildirilib.
Qeyd edilir ki, bu, son 7 il ərzində ən güclü daşqındır.
Muxalifet3 - 3-03-2019
Bu binalardan mənzil ala bilməyəcəksiniz
Dövlət reyestrində qeydiyyata alınmayan binalarda mənzillərin satışı sakinlərin müxtəlif problemlərlə üzləşməsinə səbəb olur. Buna görə də, belə binalarda mənzillərin satışına qadağa qoyulmalıdı. Bu təklif Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.
Ekspertlər də bildirir ki, belə binalardan mənzil alan vətəndaşlar bir neçə problemlə qarşıla bilər.Muxalifet3 - 3-03-2019
Ələkbərovun şirkəti Venesuelada əməliyyatları dayandırdı
Venesuela yaxın aylarda ciddi yanacaq böhranı ilə üzləşəcək.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Almaniyanın “Handelsblatt” qəzeti Latın Amerikasının konsaltinq şirkəti “Ecoanalitica”nın təhlillərinə əsasən yazır. Nəhəng neft ehtiyatlarına malik olan ölkənin tezliklə benzin və dizel qıtlığı ilə üzləşə biləcəyinin səbəbi isə ABŞ-ın Nikolas Maduronun rejiminə qarşı tətbiq etdiyi sərt iqtisadi sanksiyalardır.Muxalifet3 - 3-03-2019
"Ona demişdik ki, planlarımıza daxil deyilsən" - Samir Abasov
"Çox şey demək olmur. Qalib gəlməyi hədindən artıq istəyirdik. Sevindiricidir ki, uduzmadıq. Həm də heyf ki, uda bilmədik. Yaxşı imkanlarımız da oldu. Bizim adımıza ən pisi qolu özümüzün vurmasıdır".
Muxalifet.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 19-cu turunda evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.Muxalifet3 - 3-03-2019
Əlikram Hümbətov Ermənistandan separatçı Fəxrəddin Abbasovu dəstəklədi – Azərbaycanı HƏDƏLƏYƏN BƏYANAT
Muxalifet.az turan.az-a istinadən xəbər verir ki, Niderlandda yaşayan azərbaycanlı siyasi mühacir Əlikram Hümbətov "Talış Milli Hərəkatının bəyanatı" adlı məktub yayıb. Sənədin altında onun öz imzasından başqa imza yoxdur. Ə.Hümbətovun məktubu Yerevanın Lragir.am saytında dərc edilib. Məlum olduğu kimi, Ermənistan Azərbaycanda istənilən etnik separatizmi dəstəkləyir və onu qızışdırmağa çalışır. Martın 1-də Bakıya ekstradisiya edilmiş Fəxrəddin Abbasov (Aboszoda) (Ə.Hümbətovun keçmiş müavini) Yerevanda konfransda olarkən Azərbaycan əleyhinə bəyanatlar yayıb.
Muxalifet3 - 3-03-2019