Axtarış
The search found 105785 results in 0.022 seconds.
Search results
Böhran yaradacaq “işgəncə” iddiası
Səudiyyə Ərəbistanında ABŞ vətəndaşı bir həkimin nəzarətdə saxlanıldığı zaman işgəncə edildiyi iddia edilib. “New York Times” qəzeti həm ABŞ, həm Səudiyyə Ərəbistanı vətəndaşı olan doktor Walid Fitaihi-nin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir oteldə nəzarətdə saxlanıldığı zaman işgəncəyə məruz qaldığını iddia edib. Fitaihi-nin müalicəsindən xəbərdar olan bir dostuna əsaslandırılan xəbərdə, Harvard Universitetində təhsil alan Fitaihi-nin nəzarətdə saxlanıldığı otaqdan sürüklənərək başqa bir otağa aparıldığı və aparıldığı otaqda Fataihi-yə işgəncə edildiyi irəli sürülüb.
Muxalifet3 - 4-03-2019
"Bir də vurğulayıram: bir ailədən iki nəfər çalışarsa, 180 manatla dolanmaq olar" - HADI RƏCƏBLİ
Deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə sonuncu müsahibəmizin üstündən iki aydan bir az çox vaxt keçmişdi. Ötən ilin dekabrındakı söhbətimizdə sosial sahə ilə bağlı söylədiyi bir sıra arzu-istəkləri, gözləntiləri və təklifləri yeni ilin ilk iki ayında reallaşdı. Prezident tərəfindən imzalanan fərman və sərəncamlarla əhalinin böyük əksəriyyətini əhatə edən addımlar atıldı və islahatların davamlı xarakter daşıyacağı rəsmən bəyan olundu.
Muxalifet4 - 4-03-2019
Avtobus sürücüsü sükan arxasında siqaret çəkir, telefonla danışır- VİDEO
Avtobusda onlarla sərnişin aparan sürücü siqaret çəkir. Bu azmış kimi o hərdən mobil telefonla da danışır. Bu görüntülər elə avtobusda olan sərnişinlərdən biri tərəfindən çəkilərək votsap nömrəmizə göndərilib. Araşdırma zamanı məlum oldu ki, kadrlar paytaxtda metronun 20 yanvar stansiyasından, Müşfiqabad qəsəbəsinə sərnişin daşıyan 114 A saylı marşurut xəttində çəkilib Sürücünün sərnişinlərin həyatını təhlükəyə atmasına paytaxt sakinlərinin münasibəti birmənalıdır.. Məsələ ilə bağlı avtobusun aid olduğu daşıyıcı şirkətlə əlaqə saxladıq.
Muxalifet4 - 4-03-2019
Makqreqor döyüşməkdən imtina etdi - Yalnız Həbib Nurmaqomedov
Qarışıq növlər (MMA) üzrə döyüşçü, irlandiyalı Konor Makqreqor ilə döyüşçülərin mütləq çempionatında (UFC) qələbələrin sayına görə rekordçu, amerikalı Donald Serrone arasında döyüş böyük ehtimalla baş tutmayacaq.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, UFC prezidenti Dan Uayt Konor Makqreqorun Donald Serrone ilə qarşılaşmayacağını bildirib. O, Makqreqorun yalnız Həbib Nurmaqomedovla döyüşmək istədiyini vurğulayıb.
Muxalifet4 - 4-03-2019
Yunanları Türkiyə qorxusu bürüdü! Fransızları çağırdılar
Türkiyənin “Mavi Vətən” hərbi təlimindən sonra qorxuya düşən Yunan Kipri daimi hərbi baza qurmaq istəyən Fransaya "İşləri tezləşdirin" deyə tələb edib.
Şərq Aralıq dənizində fəal olmaq istəyən Fransa, ötən günlərdə Kipr ilə yeni bir müqaviləyə imza atmışdı.
Kiprdə baza yaratmaq istəyən Fransanın tələblərinə isti baxan Kipr, Türklərdən qorunma qarşılığında bütün güzəştləri verməyə hazır görünür.
“Mavi Vətən” təlimindən sonra vahiməyə düşdülər
Muxalifet3 - 4-03-2019
ŞOK İDDİA: ABŞ Suriyaya ağ fosfor bombası atdı...
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın cənub-şərqində yerləşən Baquz kəndinə endirdiyi hava zərbələri zamanı, beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosfor bombası atması nəticəsində dinc sakinlər həlak olublar. Bu barədə yerli dövlət televiziyası məlumat yayıb.
Muxalifet4 - 4-03-2019
Daha bir rayonda dərman verilən heyvanlar tələf oldu - VİDEO
Dərman içizdirilən heyvanlar bir neçə saatdan sonra ölməyə başlayıb.
Hadisə Ağdaş rayon Hapıtli kəndində qeydə alınıb. Kənd sakini Qabil Əliyev iddia edir ki,fərdi təsərrüfatında olan qoyunlarına Ləki qəsəbəsindən baytarlıq aptekindən qurd xəstəliyi əleyhinə dərman alıb. Hər şeydəbundan sonra olub.
Onun təsərrüfatında olan90 baş qoynundan 15-i tələf olub, yerdə qalanlar hələdə təhlükəaltındadır.
Muxalifet4 - 4-03-2019
Boltona çətin “diktator” sualı! Cavab verə bilmədi
ABŞ-lı jurnalist Jake Tapper Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Boltona, "ABŞ insan haqlarını pozan Misir, Səudiyyə Ərəbistan və BƏƏ liderləri kimi dünya üzərində çox sayda diktatoru dəstəkləyir. Bu diktatorları dəstəkləyənlərin də bədəl ödəmədən burada gəzməsinə icazə vermək lazımdır" deyə sual edib. Bolton bu suala cavabdan qaçaraq bu ana qədər Venesuela məsələsində bir qismi İspanca olmaqla, 150-dən çox paylaşma etdiyini deyib.
Muxalifet3 - 4-03-2019
“İranda aksiyalar mahiyyətini dəyişib fars rejiminə qarşı çevrilə bilər” - DEPUTAT
Fəzail Ağamalı: “Təbriz stadionunda səslənən çağırış və şüarlar zaman gələcək meydanlarda eşidiləcək”
Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə İranda səfərdə olması gündəmdən düşmür. Fars rejiminin erməni baş naziri isti qarşılanması, hətta İrandakı ermənilərin “Qarabağ Ermənistanındir, son!” yazılan poster qaldırması və Paşinyanın onun önündə şelfi etməsi haqlı olaraq Azərbaycan tərəfin günlərdir davam edən etirazlarına səbəb olub.Muxalifet4 - 4-03-2019
Azərbaycanda siqaret güclü yanğına səbəb oldu – ÖLƏN VAR - TƏFƏRRÜAT/YENİLƏNDİ
Göyçay rayonunda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Muxalifet - 4-03-2019
Məktəblilər hansı yaşdan mobil telefon gəzdirə bilər? -PEDİATRDAN XƏBƏRDARLIQ
“Valideyn uşağa mobil telefon verməsinin fəsadını gələcəkdə görəcək...”
Uşaqlara mobil telefon verilib-verilməməsi məsələsi hər zaman geniş müzakirələrə səbəb olur. Mütəxəssislər bildirirlər ki, uşaqlara mobil telefon verilməsinin fəsadları bu gündən çox, gələcəkdə hiss olunacaq.Muxalifet - 4-03-2019
SON DƏQİQƏ: Tanınmış muğam ifaçısı DÜNYASINI DƏYİŞİ - Foto
Tanınmış xanəndə Camal Dadaşov vəfat edib.
Yaxınlarının kult.az-a verdiyi məlumata görə, tanınmış xanəndənin heç bir xəstəliyi olmayıb. Gecə ailəsi, doğmaları ilə birgə olub. Yatmaq üçün otağına keçərkən qəfil yıxılıb və dünyasını dəyişib.
Qeyd edək ki, Camal Dadaşov 1950-ci ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib, uzun illər Qobustan rayon Musiqi Məktəbində muğam dərsi keçib. Bir çox gənc xanəndənin, o cümlədən Muğam Müsabiqəsi-2007-nin laureatı Abgül Mirzəliyevin ustadıdır.Muxalifet - 4-03-2019
Azərbaycandan çıxarılan 5 milyardın SAHİBİ BİLİNDİ - Gün ərzində 100 milyon...
Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Vidadi Əliyev şahid qismində ifadə verib. Şahid bildirib ki, onu işə Malik Əliyev dəvət edib:
Muxalifet - 4-03-2019
Enerji içkisi gənc qızın SONUNU GƏTİRDİ - VİDEO
Azərbaycanda gənc qız enerji içkilərinin qurbanı olub.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, söhbət bir sıra tədbirlərdə aparıcı kimi çıxış edən Aydan Vəliyevadan gedir.
Yaxınlarının verdiyi məlumata görə, enerji içkilərindən çox istifadə etməsi nəticəsində komaya düşən Vəliyeva, ötən gecə dünyasını dəyişib.Muxalifet - 4-03-2019
Məşhur ermənidən ŞOK ETİRAF: ”Qarabağ heç vaxt bizim olmayıb, olmayacaq”
Məşhur erməni müğənnisi Ruben Axverdiyan verilişlərin birində şok açıqlama ilə çıxış edib.
Muxalifet.az sfera.az-a istinadən xəbər verir ki, erməni müğənni aparıcı Hamlet Qusçyanın verilişində Qarabağda yaşayanları erməni adlandırmayıb.Muxalifet - 4-03-2019
Hindistanla Pakistan arasında növbəti TOQQUŞMA: Dünyanın qorxduğu SSENARİ REALLAŞIR
Hindistan və Pakistan hərbçiləri bazar ertəsi Kəşmir regionunda bir-birinin mövqelərini atəş tutublar.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Hindistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik-leytenant Devender Anand bildirib.
“Bu gün səhər saat 3 radələrində Pakistan ordusu heç bir səbəbsiz Aknur sektoru üzrə atəşin dayandırılması rejimini pozdu. Bizim hərbçilərimiz cavab atəşi açdı. Atışma təxminən 06:30-da başa çatdı”, - o dəqiqləşdirib.
Qurbanlar və zərərçəkənlər haqqında məlumat verilməyib.Muxalifet - 4-03-2019
"Azərittifaq"ın sədri Hacıbala Abutalıbovu ittiham etdi - "Satış yerlərimizi sökdürdüyünə görə..."
“Azərittifaq” sovet dövründə, demək olar, özəl sektor kimi fəaliyyət göstərib. Respublikanın bütün rayonlarında əhaliyə ticarət və iaşə xidmətini göstərirdi, kolxoz bazarları “Azərittifaq”ın nəzdində idi, tədarük sahələrimiz vardı, şəhərlərdə kənd təsərrüfatı məhsullarının satışını təşkil edirdik. Təkcə Azərbaycanda deyil, MDB-yə daxil olan dövlətlərin hamısında bu qurum fəaliyyət göstərir. Lakin hazırda fəaliyyət istiqaməti bir qədər fərqlidir”.
Muxalifet - 4-03-2019
Zöhrabın absurd və dolaşıq Qarabağ mövqeyi - PAŞİNYANIN MANDATI YOXMUŞ, AMMA ONUN NAZİRİ DANIŞIQLAR APARIR
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ötən həftə sonu İctimai televiziyaya müsahibəsində rəsmi Yerevanın Qarabağ münaqişəsinə dair danışıqlar barədə mövqeyini izah edib. Mnatsakanyan baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişindən bu yana tez-tez səsləndirdiyi tezisi təkrarlayıb. Onun həqiqətən Dağlıq Qarabağın adından danışmaq üçün “mandata malik olmadığını” deyib.Amma bununla belə əlavə edib ki, danışıqlar ötən ilin yayından bəri heç vaxt dayanmayıb və xarici işlər nazirləri bir neçə dəfə görüşüblər.
Muxalifet - 4-03-2019
Acun Ilıcalıdan boşanan Şeymadan erotik şou - VİDEO
Türkiyənin TV8 kanalının rəhbəri Acun Ilıcalıdan boşanan Şeyma Subaşı yenə erotik şou göstərib.
Muxalifet.az haberler-ə istinadla xəbər verir ki, Şeyma istirahət üçün Venesiyaya yollanıb.
Gecə klublarının birində alt paltarsız, erotik rəqs edən model kameraya düşüb.
Modelin görüntüsü sosial şəbəkələrdə kəskin qınanılıb./milliMuxalifet - 4-03-2019
Paşinyanı tənqid edən blogeri zibil qutusuna atmaq istədilər
Ermənistanda hökuməti tənqid edən blogeri zibil konteynerinə atmaq istəyiblər. “Facebook” sosial şəbəkəsində Nikol Paşinyanın siyasətini və onun tərəfdarlarını tənqid edən “Adekvad” səhifəsində videomateriallar yerləşdirən bloqer Narek Malyan hökumətin himayə etdiyi “Restart” hərəkatının üzvlərinin hücumuna məruz qalıb.
Muxalifet - 4-03-2019