Axtarış

The search found 105785 results in 0.087 seconds.

Search results

  1. Mübariz Qurbanlı: Azərbaycanda bu sahədə problem yoxdur

    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu və “İqls Vinqs” təşkilatının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
    Muxalifet.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, görüşdə Mübariz Qurbanlı qonaqları salamlayıb.
    M.Qurbanlı qonaqlara Azərbaycan haqqında, o cümlədən rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
    Görüşdə komitə sədri Azərbaycanda din sahəsində mövcud vəziyyət, müxtəlif dini konfessiyaların birgə mövcudluğu haqqında danışıb.

    Muxalifet3 - 4-03-2019

  2. Əsədlə yenidən əlaqə yaratmaq istəyənlərə - Xəbərdarlıq

    ABŞ rəhbərliyi Suriya Prezidenti Bəşər Əsədlə yenidən əlaqə yaratmaq təşəbbüsündə olan Ərəb ölkələrini sanksiyalarla təhdid edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat yayan "Vaşinqton Post" qəzeti Ağ Evin Əsədlə əlaqə yaratmaq cəhdlərinin qarşılığında sanksiya tətbiq edəcəyini bildirib.
    Qəzet iddia edir ki, Vaşinqton bu siyasəti ilə Əsədi siyasi islahatlar aparmağa çalışır.
     

    Muxalifet3 - 4-03-2019

  3. "Camaat ildə bir dəfə prezidenti görüb. Problemlər deyilməlidir..." - Rasim Balayev AÇIQ DANIŞDI

    “Deyirlər ki, preziden İlham Əliyev ilə görüşün siyahısını Mədəniyyət Nazirliyi hazırlayıb. Adımın siyahıda olmama səbəbini bilmirəm, bu haqda düşünmürəm. Heç kim mənə zəng edib, demədi ki, niyə dəvət olunmamışam?”
    Muxalifet.az xəbər verir ki bu sözləri musavat.com saytına açıqlamasında xalq artisti Rasim Balayev deyib.
    O, bildirib ki, tədbirə dəvət olunsaydı, Azərbaycan kinosunun vəziyyəti barədə danışardı: 

    Muxalifet3 - 4-03-2019

  4. Məşhur vokalist Kit Flint intihar etdi

    Böyük Britaniyanın "Prodiqi" elektron qrupunun vokalisti Kit Flint intihar edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat qrupun rəsmi Instagram səhifəsində yayılıb. “Xəbərlər həqiqətə uyğundur. İnana bilmirəm ki, qardaşımız Kit bu istirahət günlərində özünə qəsd edib”, - kollektivin yaradıcısı Liem Houllet sosial şəbəkədə belə yazıb.

    Muxalifet3 - 4-03-2019

  5. Azərbaycandakı narkomanların sayı açıqlandı — STATİSTİKA

    Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb. Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, Səhiyyə Nazirliyindən 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olduğu bildirilib. Narkomanların 26 346 nəfəri dispanser, 50 86 nəfəri profilaktik qeydiyyatdadır.

    Muxalifet3 - 4-03-2019

  6. Bu ölkədə erməni təxribatının qarşısı alındı

    Estoniyada keçirilən kitab sərgisində Ermənistanın həyata keçirmək istədiyi növbəti təxribatın qarşısı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən alınıb.
    Səfirlikdən  bildiriblər ki, Estoniyanın Milli Kitabxanasında keçirilən kitab sərgisində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən yalanla dolu kitablar və xəritələr səfirliyimizin, eyni zamanda, Estoniyadakı Azərbaycan diasporunun nümayəndələrinin səyləri nəticəsində müsadirə edilib. Ermənistanı təmsil edən nümayəndələr bu əməllərinə görə üzrxahlıq ediblər.

    Muxalifet3 - 4-03-2019

  7. ​Əsədə daha bir pis xəbər: Qərb yenidən hərəkətə keçdi

    Avropa Birliyi Suriyaya yeni sanksiya tətbiq edib.
    Muxalifet.az xəbər verir ki, sanksiya siyahısına 7 hökumət rəsmisi daxil edilib.
    Bundan əlavə, sanksiya siyahısına 72 şirkət və 270 nəfərə səfər qadağası tətbiq edilməklə yanaşı, mal varlıqları dondurulub.
     

    Muxalifet3 - 4-03-2019

  8. Maduroya pis xəbər: Quaido geri döndü

    Venesuela müxalifətinin lideri Xuan Quaido ölkəsinə geri qayıdıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Tvitter hesabında məlumat yayan Quaido Karakasa getmək niyyətində olduğunu bəyan edib.
    Qeyd edilir ki, müxalifət liderini Fransa, Almaniya, Rumıniya, Niderland, Argentina və Braziliya səfirləri müşayiət ediblər.
     

    Muxalifet3 - 4-03-2019

  9. "Azərbaycana nəinki bir qarış torpaq qaytaracağıq, əksinə...” - Ermənistandan SƏRSƏM AÇIQLAMA

    Muxalifet.az-ın əldə etdiyi son məlumata görə,  Vanetsyan Azərbaycan torpaqlarında olarkən həyasız bəyanatla çıxış edərək bildirib ki, Azərbaycana nəinki bir qarış torpaq qaytarmayacağıq, əksinə,  ermənilərin “öz torpaqları”nda məskunlaşdırılması proqramını davam etdirəcəyik.
     
    O, Dağlıq Qarabağ ətrafındakı  ərazilərin qaytarılmasından söhbət belə gedə bilməyəcəyini açıqlayıb. Artur Vanetsyan bildirib ki, torpaqların Azərbaycana qaytarılacağı haqda deyilənlər “spekulyasiyadır”.  
     

    Muxalifet3 - 4-03-2019

  10. Ali Məhkəmənin hakimindən ŞOK ETİRAF: "Məhkəmə-hüquq sistemində konkret islahat misalı deyə bilmərəm"

    Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə "məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac" olduğunu dedi. İlk dəfədir ki, prezident tərəfindən belə bir bəyanat səslənib.
    Məhkəmə-hüquq sistemi üzrə təhlilçilər hesab edir ki, islahatlar - hakimlərin müstəqilliyi, peşəkar təlimlər, maaş artımı, ittiham sistemi, prokurorluq-hakim münasibətləri sahələrində olmalıdır.
    Deputat Çingiz Qənizadə məhkəmə sistemində "süründürməçiliyin aradan qaldırılmalı" olduğunu deyir.

    Muxalifet4 - 4-03-2019

  11. Ağcabədidə maşın piyadanı vuraraq öldürüb

    Ağcabədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
    Belə ki, yolu keçmək istəyən piyadanı minik avtomobili vurub. Qadın hadisə yerində ölüb. Hadisəni törədən şəxsin və piyadanın kimliyi məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 4-03-2019

  12. Roma Papası Vatikanın məxfi arxivini üzə çıxaracaq

    Roma Papası Fransisk Papa XII Piyin dövründən etibarən Vatikanın gizli arxivlərini açacağını bəyan edib.
    Bu barədə gazeta.ru məlumat yayıb.
    Papa bu qərarı yəhudilərin  Papa Piyin Holokost hadisəsinə göz yumması iddiaları qarşısında qəbul edib. 
    Arxivin 2020-ci il martın 2-də açılacağı bildirilir.
    Qeyd edək ki, XII Piy 1939-cu ildən 1958-ci ilə qədər Papa olub.
    Holokost isə nasistlərin planlı şəkildə yəhudilərin kökünü kəsmək üçün həyatda keçirdiyi planı idi. 1933-cü ildən 1945-ci ilədək ümumilikdə 6 milyon yəhudi bu amasız planın qurbanı olub.
     

    Muxalifet3 - 4-03-2019

  13. Ötən ilin əsas kibertəhdidləri açıqlandı - Hesabat

    “Mikrosoft” korporasiyası “bulud” servislərindən keçən 6,5 trilyondan çox siqnalı təhlil edərək kibertəhdidlər haqqında hesabat açıqlayıb.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, tədqiqata görə, 2018-ci ildə dünyada fişinq hücumlarının sayında 350 faizdən çox artım qeydə alınıb. Orta aylıq fişinq göstəricisi 0,14 faizdən (aylıq 644 milyon məktub) 0,49 faizədək (2,254 milyard) yüksəlib. Korporasiya nümayəndələrinin fikrincə, bu tendensiya gələcəkdə də davam edəcək, çünki cinayət əməlləri texniki boşluqların deyil, insan zəifliyinin axtarışına yönəlib.

    Muxalifet3 - 4-03-2019

  14. CHP Əsədlə ittifaq qurub - Çavuşoğlu

    CHP TİKKO, DHKP-C, PKK, FETÖ və Bəşər Əsəd rejimi ilə ittifaq qurub.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Hatayda xalq qarşısında çıxışında bildirib.

    Muxalifet3 - 4-03-2019

  15. ABŞ neft şirkətlərinin Xəzərdən çəkilməsi Bakını çətin duruma salır - TƏHLİL

    Fevralın 19-da Petroleum Economist saytında Ceyms Qavinin ABŞ neft şirkətlərinin Xəzərdən çəkilməsi Bakını çətin vəziyyətə salıradlı məqalə dərc olunub. ​Məqalədə Chevron və ExxonMobil şirkətlərinin Azərbaycanı tərk etməsindən sonra ölkənin yeni sərmayelər cəlb etmək imkanlarının məhdudlaşacağından bəhs edilir.
     

    Muxalifet4 - 4-03-2019

  16. Medvedyev bu ölkə ilə danışıqlar üçün Rusiyanın şərtini açıqladı

    Avropa Komissiyasından etibarlı təminat alsaq, Bolqarıstanla "Türk axını" layihəsi ilə bağlı dialoq davam etdiriləcək.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedyev bildirib.
    "Avropa Komissiyası gələcəkdə bu layihənin dayandırılmaması barədə etibarlı təminat verməlidir. Ümid edirəm ki, bolqar dostlarımız da bunu anlayır və bununla bağlı iş aparır", - Medvedyev söyləyib.
     

    Muxalifet3 - 4-03-2019

  17. Siyasi məhbuslar siyahısına 133 nəfərin adı daxil edilib - YENİ SİYAHI

    Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq martın 4-də siyasi məhbusların yeni siyahısını elan edib. Siyahıda 133 nəfərin adı var. Siyasi məhbuslar 11 qrupda təsnif edilib.

    Bu barədə ittifaqın koordinatoru, hüquq müdafiəçisi Elşən Həsənov bildirib.

    "Jurnalistlər və blogerlər" kateqoriyasında 8 nəfər, "Yazıçılar və şairlər" kateqoriyasında 1 nəfər, "hüquq müdafiəçiləri" kateqoriyasında 1 nəfər, "gənc fəallar" qrupunda 4 nəfər var.

    Muxalifet4 - 4-03-2019

  18. Türkiyə S-400 alarsa, bunun ağır nəticələri olacaq - Pentaqon

    Ankara Moskvadan S-400 alarsa, bunun Türkiyə üçün mühüm nəticələri olacaq.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Erik Pahon çıxış edib.
    "Türkiyənin havadan müdafiə sistemini möhkəmləndirmək arzusunu anlayırıq, ancaq Türkiyənin Rusiya S-400 sistemlərini satın alması ABŞ ilə Türkiyənin müdafiə sahəsində əməkdaşlığı üçün ağır nəticələr doğuracaq", - Pahon qeyd edib.
     

    Muxalifet3 - 4-03-2019

  19. ​Afət Fərmanqızına ev bağışladılar

    "Mənə heç kim qadağa qoymayıb. Hazırda Rusiyadayam, bir şəhərdən başqa şəhərə məclisə gedəcəyəm. İnsanlar gün keçdikcə daha çox məni arzulayır".
    Bu sözləri müğənni Afət Fərmanqızı musavat.com saytına açıqlamasında deyib. O bildirib ki, hind musiqisi üzərində oxuduğu "Pencu şeş" mahnısına telekanallarda qadağa qoyulması haqqında yayılan xəbərlər yalandır:

    Muxalifet - 5-03-2019

  20. ​Məşhur serialın aktyoru dünyasını dəyişdi

    “Beverly Hills,90210” serialında Dilan Makkey obrazı ilə tanınan aktyor Lyuk Perri 52 yaşında dünyasını dəyişib.
    Muxalifet.az “TMZ”yə istinadən xəbər verir ki, insult keçirən aktyor fevralın 28-də Kaliforniyanın Berbank şəhərində xəstəxanaya yerləşdirilmişdi. Lyuk xəstəxanada qohumlarının və dostlarının əhatəsində dünyasını dəyişib. 
    Qeyd edək ki, Lyuk perri 1966-cı ildə Ohayo ştatında doğulub. O, karyerasına 1980-ci illərdə başlayıb. Ona dünya şöhrətini isə “Beverly Hills, 90210” serialındakı Dilan rolu gətirib.

    Muxalifet - 5-03-2019

Pages