Axtarış

The search found 105785 results in 0.024 seconds.

Search results

  1. ​"MƏNİM VƏHHABİ DOSTLARIM DA VAR " – Allahşükür Paşazadə

    "Mənim xristianlarla da, müsəlmanlarla da dost münasibətim var. Sünnilər, şiələr arasında dostlarım çoxdur. Hətta vəhhabi dostlarım da var."
    Bu sözləri QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O, bu gün keçirdiyi mətbuat konfransında amerikalı jurnalistin sualına cavabında belə deyib.
    Şeyxülislam bildirib ki, Azərbaycanda bütün dini liderlərin toplantısına hazırlıq görülür.
    Qeyd edək ki, Bakıda "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğu" adlı beynəlxalq konfrans keçirilir.

    Muxalifet4 - 5-03-2019

  2. Trampın qərarına Türkiyədən ilk təpki

    ABŞ prezidenti Donald Tramp Türkiyənin inkişaf etmiş iqtisadiyyatını səbəb göstərərək bəzi məhsulların ABŞ-a gömrük rüsumu ödəmədən girişinə imkan saxlayan GTS Proqramından çıxarmaq istədiyi ilə bağlı açıqlamasına Türkiyənin ticarət naziri Ruhsar Pekcan cavab verib.
     
    Nazirin sözlərinə görə, qərar orta ölçülü istehsalçılara və firmalara mənfi təsir göstərəcəkdir.

    Muxalifet3 - 5-03-2019

  3. “Zurabişvilinin ilk səfərini Azərbaycana etməsi çox ciddi siqnaldır”

    “Prezidentə müraciət etdik ki, bizim azərbaycanlı gənclərdən 1-2 nəfər Prezident Adiministrasiyasında təmsil olunsunlar...”

    Muxalifet4 - 5-03-2019

  4. ​Planetin ən varlı qadını – ONUN SƏRVƏTİ...

    "Forbes" jurnalının versiyasına görə dünyanın ən varlı qadını "L`Oreal" kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersdir.
    Onun sərvəti 49,3 milyard dollar məbləğində qiymətləndirilir.
    Betankur-Mayers Dünyanın ən varlı insanlarının ümumi siyahısında 15-ci sıradadır.
    Betankur-Mayers və onun yaxın qohumları "L`Oreal"ın 33%-nə sahibdirlər.

    Muxalifet4 - 5-03-2019

  5. ​Bəy ərəb, gəlin azərbaycanlı – BAKIDA MARAQLI TOY MƏRASİMİ / VİDEO

    Bakıda maraqlı toy mərasimi keçirilib.
    Bu barədə gəlinlik kirayə verən mağazadan məlumat verilib. Bildirilir ki, gəlin azərbaycanlı, bəy isə ərəbdir.
    “Toy bu yaxınlarda keçirilib. Gəlinlə və bəylə bağlı ətraflı məlumat vermək istəmirik”, - deyə məlumat verilib.
    Qeyd edək ki, çox gözəl məclis keçirilib. Gəlinlə bəyin xoşbəxt olduğu bildirilir. Videodan da göründüyü kimi ərəb bəy Azəybaycan dilində danışa bilir və başa düşür. O, gəlini çox sevdiyini bildirib.

    Muxalifet4 - 5-03-2019

  6. ABŞ mətbuatından şok iddia: Tramp Səudiyyəyə...

    ABŞ-ın “New York Times” qəzeti ABŞ-ın Səudiyyə Ərəbistanına nüvə silahı istehsalında istifadə edilmək üçün nüvə reaktoru satmaq istədiyini iddia edib.
     
    Qəzetdəki xəbərdə, ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşnerin Səudiyyə Ərəbistan ziyarətində vəliəhd şahzadə Məhəmməd bin Salman ilə Səudiyyənin nüvə proqramı və ABŞ-ın bu məsələdə yardım etməsinin müzakirə etdiyi qeyd edilib.

    Muxalifet3 - 5-03-2019

  7. ​ŞOK QƏRAR: Məktəbdə valideynlərdən işıq pulu qəbzinin kodu tələb olunur

    Bu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodu tələb olunur. Muxalifet.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, şagird qəbulunun 13 martdan etibarən başlanıldığını xatırladıb və deyib ki, bu ildən tətbiq edilən texniki yeniliklər valideynlərdə müəyyən qədər narahatlıq yaradır. “Bunlardan biri də qeydiyyatdan keçən zaman valideynlərdən elektrik enerjisi qəbzinin kodunun tələb olunmasıdır.

    Muxalifet4 - 5-03-2019

  8. ABŞ-ın kəşfiyyat məlumatları saxta çıxdı: Rusiyadan ŞOK İDDİA

    ABŞ adi ticarət peyklərindən şəkilləri göstərərək Rusiyanın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni pozduğunu sübut etməyə çalışırdı.
    Muxalifet.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə vəziyyətlə tanış mənbə bildirib.
    Agentliyin həmsöhbəti dəqiqləşdirib ki, kadrlarda raketin özü deyil, stasionar işəsalma qurğusuna oxşar hansısa yerüstü obyekt görünürdü.

    Muxalifet - 5-03-2019

  9. ​ŞOK: Bakının mərkəzindəki "çay evi"ndə striptiz klub - VİDEO

    Bakının Nəsimi rayonunun bir qrup sakini yaşadıqları ərazidəki fəaliyət göstərən klubdan şikayətçidir. Sakinlərdən Bakupost.az-a daxil olan müraciətdə bildirilir ki, Nəsimi rayonu, Azadlıq prospekti 64 fəaliyyət göstərən klub illərdir binada yaşayanları narahat etsə də, dövlət qurumları bu barədə heç bir tədbir görmür. Sakinlər deyir ki, yaşadıqları binanın altında fəaliyyət göstərən "Elita klub” səs effektləri ilə ətrafda yaşayan hər kəsi narahat edir: "Heç kəs bunlarla bacara bilmir. Hər yerə şikayət eləmişik, icra hakimiyyətinə, polis idarəsinə, 102 "Qaynar xətt”inə.

    Muxalifet - 5-03-2019

  10. İran XİN rəhbərinin istefa səbəbi rəsmi açıqlandı

    İranın Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasımi Suriya rejiminin rəhbəri Bəşər Əsədin İrana səfəri haqqında heç bir məlumat sahibi olmadığını söyləyib.
     
    Əsədin İrana səfəri ilə bağlı Xarici İşlər Nazirliyindən etdiyi yazılı açıqlamada, Kasımi nazirliyin bu ziyarətlə bağlı məlumatlandırılmadığını bildirirək bu cür davranışı tənqid edib.

    Muxalifet3 - 5-03-2019

  11. Stalinin sevimlisi, Xruşovun xəyanətkar kadrı, Brejnevin düşməni – DTK sədrliyindən peşə məktəbinə nəzarətə

    O, digər həmkarlarından fərqli olaraq fikirlərini açıq söyləməyi bacarıb, cavan olmasına baxmayaraq, riskli addımlardan çəkinməyib, hətta ən təcrübəli və yaşlı siyasətçilər onun çox qısa bir müddətdən sonra ölkənin birinci kürsüsünə sahib olacağını da istisna etməyiblər. Artıq 34 yaşında SSRİ komsomoluna başçılıq edən Aleksandr Şelepin Kremldə özünə kifayət qədər müsbət siyasi imic formalaşdırmağa nail olub...

    Muxalifet - 5-03-2019

  12. Pakistandan diqqət çəkən “Hindistan” qərarı

    Pakistanın Konstitusiya Məhkəməsi indiyə qədər ölkə televiziyalarında hind məzmunlu bütün verilişlərin yayımlanmasının dayandırılmasına qərar verib.
     
    Konstitusiya Məhkəməsi bu yayımları qeyri-müəyyən müddətə qədər dayandırıb. Məhkəmə qərarı ilə televiziyada nümayiş etdirilən hind seriyaları, filmləri və əyləncə proqramlarının televiziya ilə yayılmasını qadağan etməklə bərabər, mətbuat orqanlarında hind məzmunlu yazıların da televiziyada yayınlanması da qadağan edilib.
    Müxalifət.az

    Muxalifet3 - 5-03-2019

  13. ​SON DƏQİQƏ: Orta məktəbdə ATIŞMA: 5 nəfər…

    Rusiyanın Krasnodar vilayətində 14 yaşlı yeniyetmə məktəbdə pnevmatik tapançadan atəş açıb.
    Bu haqda “İnterfaks” agentliyinə mənbə bildirib.
    İlkin informasiyaya görə, beş nəfər zərər çəkib./Publika

    Muxalifet - 5-03-2019

  14. ​Azərbaycanda bu şəxslər HƏBS EDİLƏCƏK

    Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili cinayət əməli hesab ediləcək. Bununla bağlı Cinayət Məcəlləsinə əlavələr edilir. Həmin əlavələrə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qanunsuz qoşulmaqla beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili əhəmiyyətli dərəcədə zərərvurmaya səbəb olduqda azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

    Muxalifet - 5-03-2019

  15. Məzahir Pənahovdan qəzəbli REAKSİYA: “Nə istəyirsiz, əl çəkin məndən”

    Ötən həftə Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahovun sürücüsünün qayda pozması haqda xəbər yayılmışdı.
    Yayılan xəbərdə paytaxtın “Azadlıq” prospektində sürücünün yolu protiv hətəkət etməsi ilə bağlı görüntülər yayılmışdı. Həmin görüntülərlə bağlı qrumdan heç bir açıqlama verilməmişdi.

    Muxalifet - 5-03-2019

  16. ​Ermənistan ordusuna BÖYÜK ŞOK: 7 ÖLÜ

    Ermənistan ordusu son 21 gün ərzində 7 itki verib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi ordudakı itkilərin sayını gizlədir.
    “Tert.am” saytı Ermənistanın Müdafiə Nazirliyinə sorğu göndərərək, 2019-cu ilin son iki ayı ərzində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ölən əsgərlərin siyahısını tələb edib.

    Muxalifet - 5-03-2019

  17. ​Nazir "Planet Parni iz Baku"ya qoyulan qadağadan danışdı: "Müdaxilə edə bilmərəm"

    ""Planet Parni iz Baku"nin fəaliyyəti daim nazirliyin diqqətindədir. Bütün konsertlərin təşkili üçün Heydər Əliyev Sarayında şərait yaradılır". 
    Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, özəl şirkətlər tərəfindən KVN-ə qadağalar qoyulmuşdu: 
    "Özəl kanalların fəaliyyətinə birbaşa müdaxilə edib hansısa tapşırıq verə bilmərəm. Mən onlara tövsiyə, məsləhət verə bilərəm. Ötən günlərdə onların yeni filminin təqdimatı oldu".

    Muxalifet - 5-03-2019

  18. Ev tikmək istəyənlərin nəzərinə: məcəlləyə dəyişiklik edildi

    Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
    Bildirilib ki, bundan sonra tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödəniləcək.

    Muxalifet - 5-03-2019

  19. 8 Mart havası AÇIQLANDI

    “Mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq”.
    Muxalifet.az xəbər verir ki, bu barədə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
    “Arabir güclənən şimal küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq  ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir. Ümid edirik ki, xanımlarımızın təbəssümü günəş şəfəqləri kimi ətrafı  isidəcək”.

    Muxalifet - 5-03-2019

  20. Bu vergi borcları SİLİNƏCƏK

    Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin martın 1-dək olan əmlak və torpaq vergiləri üzrə borclarının bir hissəsi silinəcək.
    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

    Muxalifet - 5-03-2019

Pages