Axtarış

The search found 105785 results in 0.065 seconds.

Search results

  1. Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmə

    Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Federal Departamenti arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
    XİN-dən verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, İsveçrə tərəfindən isə bu ölkənin Xarici İşlər Departamentinin dövlət katibinin müavini Kristina Marti Lanq rəhbərlik ediblər.

    Muxalifet3 - 5-03-2019

  2. Deputatdan ŞOK TƏKLİF: Bazar günü iş günü olsun

    Vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

    Muxalifet3 - 5-03-2019

  3. Məşhur qruplaşma başçısının qardaşı saxlanıldı

    Pakistanda "Ceyş-ə-Məhəmməd” qruplaşmasının başçısının qardaşı Abdulla Rauf saxlanılıb.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, Abdulla Rauf və qruplaşmanın liderlərindən biri Xamada Azxar da daxil olmaqla, bu ölkədə fəaliyyət göstərən terror təşkilatlarının 44 üzvü də nəzarət altındadır.
    Xatırladırıq ki, fevralın 14-də “Ceyş-ə-Məhəmməd” qruplaşmasının Cammu və Kəşmir ştatında hərbçilərin yaxınlığında törətdiyi terrorçuluq aktı nəticəsində 45 hərbçi həlak olmuşdu.
     

    Muxalifet3 - 5-03-2019

  4. Əbülfəs Qarayev: Aparılacaq islahatların məqsədi iş yerlərinin azaldılması deyil

    Prezidentin verdiyi sonuncu fərman mədəniyyət sahəsində islahatların daha dərindən aparılmasına xidmət edəcək. 
    Muxalifet.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev deyib. 
    O bildirib ki, ölkə başçısının verdiyi fərman mədəniyyət və turizm sahəsinin inkişafına xidmət edəcək:

    Muxalifet3 - 5-03-2019

  5. AFFA “Neftçi”ni cərimələyib

    AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
    Muxalifet.az xəbər verir ki, ötən həftə AFFA-nın təşkil etdiyi oyunlarda baş verən pozuntulara hüquqi qiymət verilib.
    Premyer Liqanın XIX turunun “Neftçi” – “Sabah” matçında altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibi klub 800 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub daha 200 manat cərimələnib.

    Muxalifet3 - 5-03-2019

  6. Bakı meriyası müxalifətin yürüşünə icazə vermədi

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının yürüşlə bağlı müraciətini cavablandırıb.
    Muxalifet.az-ın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının martın 10-da, saat 15:00-da Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindən yürüş etməklə “Dərnəgül” metrostansiyası yaxınlığında və Yasamal rayonu, Həsən Bəy Zərdabi prospektindən yürüş etməklə İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
    Bu barədə yürüş təşkilatçıları məlumatlandırılıb.
     

    Muxalifet3 - 5-03-2019

  7. Elza Seyidcahan Nazpəri Dostəliyevanı belə BİABIR ETDİ

    "5 ildir ən gözəl anlarımı, günlərimi, yayın istisində, qışın soyuğunda istirahətlərimi qurban verərək "Azərbaycanın səsi" layihəsinə və şərəflə xidmət etdim. Halal xoşları olsun. Bunu özümə hər zaman borc bilirəm. Gözəl tələbələrimi, istedadlı ifaçıları yetişdirdik. Çünki ailəmizdən, müəllimlərimizdən bizə sağlam tərbiyə verilib. Bu layihəboyu incəsənət tariximizə gözəl, pak, uğurlu xatirələr həkk olundu".

    Muxalifet3 - 5-03-2019

  8. İsa Həbibbəylinin oğluna yüksək vəzifə verildi

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə sədr təyinatı olub.  
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də bununla bağlı fərman imzalayıb. 
    Fərmanla Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. 
    Qeyd edək ki, S.Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışırdı. O, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin oğludur. 
     

    Muxalifet3 - 5-03-2019

  9. Tibbdə nadir hadisə - Britaniyada İİV xəstəsi sağaldı

    Böyük Britaniyada tibb tarixində ikincə dəfə İnsanın İmmunçatışmazlığı Virusu (İİV) olan şəxsin müalicə nəticəsində sağalamsı faktı qeydə alınıb.
    İnterfaks xəbər verir ki, xəstəyə İİV-ə qarşı dayanılqı olan donorun iliyi köçürülüb. 3 il ərzində aparılan bütün analizlər xəstənin artıq İİV daşıyıcısı olmadığını göstərib. 

    Muxalifet3 - 5-03-2019

  10. Şahmat millimiz dünya çempionatına məğlubiyyətlə başladı

    Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatına kişi millimiz məğlubiyyətlə başlayıb.
    Muxalifet.az xəbər verir ki, yığmamız son dünya çempionu Çinə 0,5:3,5 hesabı ilə uduzub.
    Sonuncu lövhədə mübarizə aparan Nicat Abbasov heç-heçə edib. Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli isə məğlub olub.
    İlk turun digər görüşlərində Hindistan İsveçi, Rusiya İranı, ABŞ Misiri və İngiltərə Qazaxıstanı məğlub edib.
     

    Muxalifet3 - 5-03-2019

  11. Türkiyə ŞOKDA: Tramp Ərdoğanı “kürəyindən vurdu”

    ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Oklahama ştatında FETÖ məktəbini ziyarət edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə M.Tramp İnstaqram səhifəsində məlumat yayıb.
    O, paylaşımında məktəb rəhbərliyini də tərifləyib.
     

    Muxalifet3 - 5-03-2019

  12. Anarxistlər polis bölməsinə hücum etdi

    Afinada anarxistlər Akropol muzeyi yaxınlığındakı polis bölməsinə hücum ediblər.
    Muxalifet.az xəbər verir ki, 40 nəfərdən ibarət anarxist qrupu karnaval maskaları taxaraq polis bölməsinə molotov koktelləri atıblar.
    Hadisə nəticəsində bölməyə və yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəyib. Polis 10 nəfəri həbs edib. İstintaq aparılır.
    Qeyd edək ki, hücum polisin martın 2-si Eksarxiya rayonunda apardığı reydə cavab kimi qiymətləndirilir.
     

    Muxalifet3 - 5-03-2019

  13. ABŞ səfiri tezliklə Bakıya gələcək

    ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberq tezliklə Bakıya gələcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi Feysbuk səhifəsində məlumat verilib.
    Qeyd edək ki, ABŞ Senatı ötən ilin dekabrında diplomat Li Litzenberqin Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib.
     

    Muxalifet3 - 5-03-2019

  14. İrəvanın bəyanatları danışıqlara ciddi zərbə vurur - Nazir

    Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarovla nazir Miroslav Layçak arasında keçirilən təkbətək görüşdən sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.

    Muxalifet3 - 5-03-2019

  15. Türkiyədən ABŞ-a: Orada PKK olmasın!

    Türkiyə Milli Müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrini qəbul edib.
    Muxalifet.az xəbər verir ki, tərəflər Menbiç və Fəratın şərqi də daxil olmaqla, Suriyada son dönəmlər yaşanan prosesləri müzakirə ediblər.
    H.Akar Fəratın şərqində yaradılan bölgədə PKK/YPG qruplaşmasının olmamasını və təhlükəsizliyin Türkiyə tərəfindən təmin edilməsinin vacibliyini qeyd edib.
     

    Muxalifet3 - 5-03-2019

  16. Dünyanın ən bahalı avtomobili təqdim olundu FOTO - VİDEO

    Fransanın lüks avtomobillər istehsal edən “Bugatti Automobiles SAS” şirkəti 110 illik yubileyi münasibətilə “La Voiture Noire” (qara avtomobil) adlı hiperkapı  təqdim edib.
    Muxalifet.az-ın məlumatına görə, şirkət bu modelin dünyadakı ən bahalı avtomobil olduğunu bildirib. Yalnız bir ədəd buraxılan hiperkapın qiyməti 11 milyon avro təşkil edir.
    2017-ci ildə “Rolls-Royce” yeganə nümunə olan şüşə tavanlı “Sweptail”ı 12,8 mln. dollara satışa çıxarmışdı.
    2018-ci ildə “Zonda HP Barchetta” modeli isə 15 milyon dollara öz sahibini tapmışdı.

    Muxalifet3 - 5-03-2019

  17. Ukraynada dörd azərbaycanlı saxlanılıb

    Ukraynanın Luqansk sərhəd xidmətinin əməkdaşları dörd nəfər Azərbaycan vətəndaşını saxlayıb. 
    Muxalifet.az-ın ostro.org-a istinadən məlumatına görə, onlar Ukrayna vətəndaşı ilə birlikdə Trotsk qəsəbəsində yaxalanıblar. 
    Bununla bağlı Ukraynanın Dövlət Sərhəd Xidmətinin Şərq İdarəsi məlumat yayıb. 
    Bildirilib ki, azərbaycanlıların üzərində lazımı sənədlər olmayıb, ukraynalı isə onları şəxsi avtomobilində qanunsuz yolla sərhəddən keçirməyə çalışıb. 
    Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır.
     

    Muxalifet3 - 5-03-2019

  18. İş adamı qızı ilə evlənəcək şəxsə 314 min dollar verəcək

    Tailandda iş adamlarından biri qızını ərə vermək üçün müsabiqə keçirir.
    Muxalifet.az xəbər verir ki, meyvə satışı ilə məşğul olan 58 yaşlı Arnon Rodhonq sosial şəbəkələrdə yazdığı statusunda 26 yaşlı qızına ideal bir həyat yoldaşı tapmaq niyyətində olduğunu ifadə edib.
    İş adamı qızı ilə evlənəcək adama 314 min dollar hədiyyə edəcəyini açıqlayıb
    "Əgər birinin gəlib qızımla evlənməsini gözləsəm, bu, çox vaxt aparar. Ona görə də indidən gəlməsini istəyirəm”, - deyə o əlavə edib.

    Muxalifet3 - 5-03-2019

  19. ​"Türkiyə buna israr edərsə, ABŞ sazişdən imtina etməlidir"

    Türkiyə S-400-dən əl çəkmədiyi müddətdə bu ölkəyə F-35 hərbi təyyarələri satılmamalıdır.
    Muxalifet.az xəbər verir ki, bunu NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti bildirib.
    "Türkiyə Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri almamalıdır. Mənim üçün ən uyğun tövsiyə Rusiya ilə birgə çalışan bir müttəfiqə hər hansı raket satmamaqdır. Əgər Türkiyə S-400 üçün israr edərsə, ABŞ 3.5 milyard dollarlıq "Patriot" raketləri ilə bağlı müqavilədən imtina etməlidir", - Skaparrotti qeyd edib.
     

    Muxalifet3 - 5-03-2019

  20. Melania Trampın ziyarəti Türklərin təpkisinə səbəb oldu!

     ABŞ prezidenti Donald Trampın xanımı Melania Trampın FETÖ ilə əlaqəli olan bir məktəbi ziyarət etməsi sosial mediada təpkiyə səbəb olub.
     
    ABŞ prezidenti Trampın xanımı Melania Tramp Oklahomaya həyata keçirdiyi səfər zamanı bir FETÖ məktəbini ziyarət edib.
    Birinci ledinin bu səfəri beynəlxalq mətbuat təşkilatları tərəfindən təqib edilib. Məktəb haqqında FETÖ məktəbinin idarəçilərindən məlumat alan Melania Tramp, sinifləri də ziyarət etməklə şagirdlərlə vaxt keçirib.

    Muxalifet3 - 6-03-2019

Pages