Axtarış

The search found 105785 results in 0.04 seconds.

Search results

  1. ABŞ-ın Türkiyəyə qarşı növbəti GTS oyunu

    ABŞ 3.5 milyard dollar dəyərində “Patriot” hava və raketdən müdafiə sistemlərinə cavab olaraq Türkiyənin GTS proqramı çərçivəsində 1.6 milyard dollarlıq mal idxalının qarşısını kəsmək istəyir. Türkiyənin ABŞ-a gömrüksüz ixrac proqramından ən çox istifadə etdiyi 20 məhsul: qızıl boyunbağı, zəncir, daş, mərmər, qənnadı məhsulları, avtomobil ehtiyat hissələri, ov tüfəngi, dizel mühərrikli, radial rezin, səki daşı, meyvə suları,su qurğu borusu, gümüş bilərziklər,sızma zeytun yağı, bayraq və tərəvəzdir.
     

    Muxalifet3 - 6-03-2019

  2. ABŞ-dan Türkiyəyə S-400 və F-35 təzyiqi: Ard-arda iki açıqlama!

    NATO Avropa Müttəfiq Qüvvələrinin (SACEUR) Ali Komandanı, ordu generalı Micheal Scaparrotti ABŞ Müdafiə Nazirliyinin “Pentaqonun” Türkiyənin S-400 hava müdafiə sistemini aldığı təqdirdə F-35 satışının ləğv edilməsini təklif edəcəyini bildirib.
     
     Scaparrotti, "Bir əsgər olaraq ən yaxşı tövsiyəm F-35 müqaviləsini yerinə yetirməmək olar" - deyib.
    NATO komandiri F-35-in bir müttəfiqin Rus hava müdafiə sistemini istifadə etdiyi şəraitdə uçmaması lazım olduğunu söyləyib.
     
    ABŞ XİN-dən də AÇIQLAMA GƏLDİ
     

    Muxalifet3 - 6-03-2019

  3. Cem Uzan Türkiyəyə qayıdır

    10 ildir Fransada yaşayan Cem Uzan Türkiyəyə qarşı qaldırdığı məhkəmədə qalib gəldiyi istiqamətindəki xəbərləri Twitter hesabından bölüşərək Türkiyəyə qayıdacağını deyib.
    2009-ci ildə Türkiyəni tərk edən və 10 ildir ki, Fransada yaşayan Cem Uzan, Twitter hesabından "Qayıdacağam Türkiyəm" mesajını bölüşüb.
    Cem Uzanın Avropa İnsan Haqları Məhkəməsində uşaqlarının dondurulan mal varlıqları ilə bağlı Türkiyəyə qarşı qaldırdığı məhkəməni udduğu bildirilib. Çıxan xəbərlərdən sonra Uzan, Twitter hesabından "Qayıdacağam Türkiyəm" şəklində bir mesaj paylaşıb.

    Muxalifet3 - 6-03-2019

  4. Hillari Klinton 2020-də prezidentliyə namizəd olacaqmı?

     2016 seçkilərində Respublikaçı Partiyanın namizədi Donald Tramp qarşısında məğlubiyyətə uğrayan Demokrat Partiyanın namizədi, keçmiş xarici işlər naziri Hillari Klinton, 2020 seçkilərində namizəd olmayacağını açıqlayıb.
     
    Nyu Yorkda “News 12” televiziyasına açıqlama verən Klinton "Seçki yarışına qatılmayacağam. Nəyə inanıramsa, onlar üçün işləməyə, danışmağa və dəstəkləməyə davam edəcəyəm" deyib.

    Muxalifet3 - 6-03-2019

  5. Rusiya əhalisinin 30 faizi Müsəlman olacaq!

     Rusiya Müftilər Şurasının sədri Ravil Gaynuddin yaxın gələcəkdə Rusiyadakı Müsəlman əhali sayının əhəmiyyətli dərəcədə artacağını bildirib.
     
    Rusiya Dövlət Dumasında keçirilən “Rusiyada İslamın Tarixi: Gələcəyə Baxış” mövzusunda konfransda çıxış edən Rusiya Müftilər Şurasının sədri Ravil Gaynuddin, "Ekspertlərin proqnozlarına görə, 15 il sonra Rusiya əhalisinin 30 faizi Müsəlmanlardan ibarət olacaq" deyib.

    Muxalifet3 - 6-03-2019

  6. SON DƏQİQƏ: Bakıda yataqxanada GÜCLÜ YANĞIN: Ölən və xəsarət alanlar var - Video/YENİLƏNDİ

    Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
    "Report"un verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda, Malik Məmmədov 12 ünvanında, 23:30 radələrində, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasının 3-cü mərtəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, habelə təcili yardım maşınları cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Muxalifet - 6-03-2019

  7. Vergi Məcəlləsində qəzet kağızı ƏDV-dən azaddır - bəs qanun niyə tətbiq edilmir?

    Əkrəm Həsənov: “Vergi Məcəlləsinə görə bütün ziddiyyətli məqamlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır”; Rəşad Məcid: “Arzu edərdik ki, qəzetlərin belə iqtisadi çətinlik yaşadığı dövrdə kağıza ƏDV tətbiq olunmasın”

    Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

    Sənədə görə, Milli Məclisin deputatları tərəfindən təklif edilib ki, ölkəyə gətirilən qəzet, kağız və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılsın.

    Muxalifet - 6-03-2019

  8. Tramp yenə sözünə naxələf çıxdı: Senatorlara məğlub oldu

    ABŞ prezidenti Donald Tramp Konqresin bir qrup senatorunun Suriyada əsgər saxlanılmasına yönəlik məktubunun üüzərinə "Yüz faiz razıyam. Hamısı yerinə yetirilir" deyə qeyd yazıb.
     
     Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehemin rəhbərliyi altında bir qrup senator tərəfindən imzalanan və 22 fevralda Ağ Evə göndərilən məktubun üzərinə Trampın əl yazısı və imzası ilə yazdığı qeyd ABŞ-ın “NBC News” kanalının əlinə keçib.

    Muxalifet3 - 6-03-2019

  9. Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

    Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.
    Muxalifet.az-ın xəbər verir ki, M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
    Gənc yaşlarında sosial demokratlarla birgə "Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada "İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

    Muxalifet - 6-03-2019

  10. Qərb pul verməyəcək - İrəvan “iki daş” arasında

    Erməni baş nazirin Brüssel blefi, “dəvəquşu siyasəti”; Paşinyan avropalıların “saqqızını” oğurlaya bilmir; Nikol yenə Avropaya pul üçün yalvardı...

    Muxalifet - 6-03-2019

  11. DƏHŞƏTLİ QƏZA: Azərbaycandan gedən mikroavtobus Stavropolda yük maşını ilə TOQQUŞDU - 6 ölü, 5 yaralı

    Rusiyanın Stavropol şəhərində Azərbaycandan hərəkət edən mikroavtobus qəzaya uğrayıb.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycandan Moskvaya sərnişin daşıyan "Mercedes" markalı miniven qarşı yola çıxan "ZİL" markalı yük avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
    Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağırdır.

    Muxalifet - 6-03-2019

  12. “İsrail məhkəmələrini və qərarlarını tanımırıq” – Qüdsdən açıqlama

     Qüds İslami Fondlar Şurasının sədri Şeyx Abdulazim Selheb Məscid-i Aksa-nın Rəhmət Qapısının yenidən bağlanması üçün onlara bir həftə möhlət verən İsrail məhkəməsinə cavab olaraq “Şura olaraq İsrail məhkəmələrini və qərarlarını tanımırıq” deyib.
     
    Şeyx Selheb şura üzvləri ilə işğal olunmuş Şərqi Qüdsdə keçirilən fövqəladə toplantıdan sonra mətbuat nümayəndələrinə verdiyi açıqlamada, "Məscid-i Aksa bəşəri qanunların tətbiq olunacağı bir yer deyil. O ilahi qərarla tikilmiş məsciddir" deyib.

    Muxalifet3 - 6-03-2019

  13. ​Yataqxanada baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

    Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

    Muxalifet - 6-03-2019

  14. Prezident ailə üzvləri ilə Od çərşənbəsini qeyd edib -FOTOLENT

    Prezident İlham Əliyev və ailə üzvləri Od çərşənbəsini qeyd ediblər.

    Lent.az-ın xəbərinə görə, prezidentin qızı Leyla Əliyeva bununla bağlı şəkilləri özünün “instagram” səhifəsində paylaşıb.

    Leyla Əliyeva hər kəsin bayramını təbrik edib, hamıya möhkəm can sağlığı, xoşbəxtlik və sevgi arzu edib.

    Qeyd edək ki, Od çərşənbəsi Novruzun ikinci çərşənbəsidir. Qədim Azərbaycan adətlərinə görə, Od çərşənbəsində hər evdə ocaq qalanar, ailə üzvləri ocağın ətrafına toplaşıb, xoş arzularını çatdırarlar. 

     

    Muxalifet4 - 6-03-2019

  15. ​Gülnarə Kərimova haqqında MƏHKƏMƏ QƏRARI DƏYİŞDİ

    Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova Daşkənddə həbs olunub.
    Bu barədə Lenta.ru ölkənin Baş prokurorluğuna istinadən məlumat yayıb.
    Qeyd olunur ki, onun barəsində seçilmiş azadlığın məhdudlaşdırılması qətimkan tədbiri ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə ilə əvəzlənib.
    2017-ci ilin dekabr ayında Gülnarə Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilsə də, yarım ildən sonra onun cəzası yüngülləşdirilərək beş il müddətinə azadlığın məhdudlaşdırılması (ev dustaqlığı) ilə əvəzlənmişdi.

    Muxalifet - 6-03-2019

  16. Siyasilər Vidadi İsgəndərlinin çıxışına SƏRT REAKSİYA VERDİ - “Fransa üçün vuruşmağa hazır olan...”

    Fransada yaşayan Vidadi İsgəndərli videoçıxışında deyib ki, "mən bu gün Fransa ordusunun əsgəri olub Fransanı qorumağa hazıram, amma sabah İlham Əliyev Qarabağ müharibəsi elan etsə, mən əlimdə avtomat Qarabağa yox, İlham Əliyevin üzərinə gedəcəyəm".

    Vidadi İsgəndərlinin bu fikirləri Azərbaycan cəmiyyətində narazılıqla qarşılanıb. Sosial şəbəkədə onu hətta vətən xaini adlandıranlar da var.

    Muxalifet4 - 6-03-2019

  17. Ombudsman parlamentdə hesabat verdi - cəzalandırılmış hakimlər, əfv olunmuş məhkumlar...

    Deputatlar Elmira Süleymanovanı xarici ölkələrdə söyüş söyənlərə qarşı mübarizəyə, təzyiqlərə məruz qalan jurnalistləri və Gürcüstan azərbaycanlılarını müdafiəyə çağırdılar

    Martın 5-də Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. İclasın gündəliyinə 18 məsələ daxil edilmişdi.

    Muxalifet - 6-03-2019

  18. ​Türkiyənin yeni spikeri Azərbaycana gəldi

    Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Azərbaycan Respublikasına səfərə gəlib.
     
    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
    Heydər Əliyev Beynəlxalq Aeroportunda Mustafa Şentopu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
     

    Muxalifet4 - 6-03-2019

  19. “UKRAYNANIN RƏSUL QULİYEVİ” PREZİDENTİ ÜSTƏLƏDİ – Komik namizəd isə yenə birincidir

    Ukraynada prezident seçkiləri yaxınlaşdıqca, sorğu mərkəzlərinin aktivliyi də artır.

    “AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, martın 31-də keçiriləcək seçki öncəsi namizədlərin reytinq sıralamasında dəyişiklik baş verib.

    Muxalifet - 6-03-2019

  20. Türk general ABŞ-ın Suriya təmsilçisinə nələri deyib?

    Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffreyi qəbul edib.
     
    Akar-Jeffrey görüşündə, Münbiç və Fəratın şərqi başda olmaqla, Suriyada son dövrdə baş verən proseslər müzakirə olunub.
    Məsələ ilə bağlı Milli Müdafiə Nazirliyindən açıqlama verilib. Açıqlamada, görüşün gündəliyinə dair detallar paylaşılıb. Nazirlikdən edilən açıqlamada bu sözlər yer alıb:
     
    NAZİRLİK AÇIQLAMASI
     

    Muxalifet3 - 6-03-2019

Pages