Axtarış
The search found 105785 results in 0.023 seconds.
Search results
PKK-da böyük təlaş! Terror yuvası Qəndil ilə rabitə kəsildi
Türk Silahlı Qüvvələri terror təşkilatı PKK-ya ağır zərbələr endirməyə davam edir. Böyük zərbə alan terrorçuların sözdə yüksək səviyyəli rəhbərlər ilə əlaqə saxlaya bilmədiyi müəyyən olunub.
Terrorçuların 5 aydır ki, Qəndillə ünsiyyət yarada bilmədiyi üzə çıxıb.Muxalifet3 - 6-03-2019
Məhkəmə Mübariz İbrahimovu tənqid edən psixoloqla bağlı qərar verdi
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu barədə oxu.az-a vəkil Ramil Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iş baxılması üçün yenidən Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası yaxın vaxtlarda məlum olacaq.Muxalifet - 6-03-2019
Azərbaycan gəncliyi uğrunda mübarizə - Müasir gənclər niyə öz gələcəyi uğrunda "savaş"da silahsız qalıb?
Azərbaycan gəncləri nə istəyir? Bu sual 28 illik müstəqillik dönəmimizdə, bu gün olduğu qədər heç bir zaman aktual olmamışdı. Ən əsası ona görə ki, bu gün Azərbaycanda gənclər istər say, istərsə də düşüncə və savad baxımından çoxşaxəli tərkibə malikdir. Belə demək mümkündürsə, müasir gənclərimiz müstəqil Azərbaycanın ortaya çıxardığı müstəqil düşüncəyə malik nəsildir. Bütün bunlarla yanaşı, bu günki gənclik Azərbaycan tarixində ciddi formada siyasiləşməyə məruz qalmış nəsildir. Bəs, bu sayasiləşmə meylləri Azərbaycan gəncinə nə vəd edir?
Muxalifet4 - 6-03-2019
“Dəhşətli səhnə idi. O, qadını 2 metrlikdən güllələdi...” - İŞİD-IN SON QALASINDA BAŞ VERƏNLƏR
Terrorçu “İslam Dövləti” (İŞİD) silahlı qruplaşması son nəfəsində də təşkilatlanmış və qəddar olaraq qalır. Suriyada əllərində qalan sonuncu məkanda belə onlar tərəfdarlarına ərzaq və pul paylayır, dini polis və döyüşçüləri isə qorxu və qəddarlıq idarəçiliyini davam etdirirlər.
Bu haqda “The Associated Press” agentliyi yazır.
Agentlik qeyd edir ki, qruplaşma son bir neçə həftə ərzində 10 mindən artıq yorğun və yaralı tərəfdarının köçürülməsini təmin edib, görünür, uzunmüddətli perspektivdə salamat qalmağı, münaqişəni davam etdirməyi gözə alırlar.
Muxalifet - 6-03-2019
Akif Nağı Qarabağ Komitəsindən UZAQLAŞDIRILDI - Sabir Rüstəmxanlı komitəyə gəldi
Muxalifet4 - 6-03-2019
"Yanan binanın sakinləri kirayə evlərlə təmin olunacaq" - "Qaçqınkom" sədri
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev Bakının Nərimanov rayonunda yataqxanada baş verən yanğın nəticəsində dünyasını dəyişənlərin hüzr mərasimində iştirak edib.
Muxalifet.az-ın "Report"a istinadən xəbərinə görə, komitə sədri dünyasını dəyişənlərin ailəsinə başsağlığı verib. O, hüzr mərasimində iştirak edən məcburi köçkünlərin problemlərini dinləyib.Muxalifet - 6-03-2019
Əcnəbi vətəndaş Bakıdakı evində öldü
Bakıda xarici ölkə vətəndaşı qəfil ölüb.
Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, martın 5-də Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 3 ünvanında yaşayan, 1930-cu il təvəllüdlü Birləşmiş Krallıq vətəndaşı Joan Margaretin yaşadığı ünvanda ailə üzvlərinin yanında ölməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.Muxalifet - 6-03-2019
Ermənilər AYAĞA QALXDI: yollar bağlandı
Ermənistanda insanlar avtomobil yolunu bağlayıb.
Martın 6-da Armavir vilayətinin Qriboyedov kəndinin sakinləri martın 6-da Eçmiadzin-Marqara yolunu kəsiblər.
Etirazçılar kənddaxili yolun və Qriboyedovla başqa kəndləri birləşdirən avtomobil yollarının asfaltlanmasını tələb edirlər.Muxalifet - 6-03-2019
Pakistan ilə Hindistan arasında daha bir qarşıdurma
Pakistan və Hindistan qoşunları bir-birlərini Kəşmirdə nəzarəti altındakı əraziləri ayıran Nəzarət Xəttinin digər tərəfindən top və digər artilleriya atışları ilə günahlandırıb. Digər tərəfdən, əsgərlərin bir-birilərinə sərhəddə yüngül silahlarla təcavüz atəşi açdığı bildirilib.
Açıqlamalarda, artilleriya və yüngül silahlarla açılan atəşlərlə hər hansı bir can itkisi və yaralanma olmadığı bildirilib.Muxalifet3 - 6-03-2019
"Polkovnik olduğu üçün qaçmağı özünə sığışdırmayıb" - Keçmiş nazirin qardaşı zərərçəkənlərlə barışdı
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı növbəti dəfə hakim qarşısına çıxarılıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1965-ci il təvəllüdlü Əhmədov Əvəz Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində məlum olub ki, hər iki zərərçəkmiş barışıq ərizəsi yazıb.
Rəşad Tahirov məhkəməyə təqdim etdiyi ərizəsində bildirib ki, ona dəymiş 140 min dollar tam şəkildə ödənilib.Muxalifet - 6-03-2019
MTRŞ sədri “Planet Parni iz Baku”ya efir qadağasından danışdı: "Kimləri öz efirində görmək istəyi onların şəxsi işidir"
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli televiziyalar tərəfindən "Planet Parni iz Baku” KVN Teatrının əməkdaşlarına efir qadağası ilə bağlı iddialara münasibət bildirib.
Muxalifet - 6-03-2019
ABŞ-dan “Ərdoğan” açıqlaması!
ABŞ-lı yüksək səviyyəli səlahiyyətli Türkiyə ilə ABŞ arasında yaşanan böhrana dair açıqlama verib. Amerikalı səlahiyyətli, "Tramp özünü Ərdoğana yaxın hiss edir, rəğbət bəsləyir, çox sevir. Ünsiyyət qurmaqdan kef alır" deyib.
Türkiyə ilə ABŞ arasında son günlərdə yaşanan problemləri aşmaq üçün bir sıra təmas qurulur.Muxalifet3 - 6-03-2019
ŞAD XƏBƏR: tıxac aradan qalxacaq
"Bu məsələnin şəhərdə tıxacın aradan qaldırılması kontekstində müsbət tərəfləri olacaq”
Muxalifet.az xəbər verir ki, sfera.az-a açıqlamasında bunu Bakı Nəqliyyat Agentliyi (BNA) şəhərdə iş saatlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə etdiyi müraciətinə münasibət bildirərkən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib.
Həmsöhbətimiz bununla bağlı təcrübənin də olduğunu diqqətə çatdırdı:Muxalifet - 6-03-2019
İran İnqilabı Keşikçiləri: “Zərifə məlumat verilməməsi Ruhaninin diqqətsizliyidir”
İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandirinin köməkçisi İsmayıl Kaani Suriya prezidenti Bəşər Əsədin İrana Qüds Qüvvələrinin vasitəsi ilə gəldiyini, xarici işlər naziri Məhəmməd Zərifə məlumat verilməməsinin prezident Həsən Ruhaninin diqqətsizliyi olduğunu bildirib: “Bəşər Əsədi Tehrana Qüds Qüvvələri gətirdi. Prezidentin xəbəri var idi. Zərifə deyilməməsinin diqqətsizlik üzündən baş verdiyini zənn edirəm. Bu, hökumətin diqqətsizliyidir”.
Muxalifet - 6-03-2019
Rəqqasə Zaurun başına tava çırpıb
Rəqqasə Fatimə Fətəliyeva "5/5" verilişinin qonağı olub.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal sənətçi ilə bağlı maraqlı məqamı açıqlayıb. Zaur bildirib ki, Fatimə çəkilişdə tavanı onun başına çırpıb, hələ də yeri qalıb.
Fatimə isə aparıcıdan istədiyi intiqamı aldığını etiraf edib:
"Zaur məni verilişində hind rəqsi oynatdı. "Zita və Gita" filmindən bir fraqmenti göstərdik. Zaur gəldi oradakı kimi mənə sillə vurdu. Amma elə sillə vurdu ki, gözümdən od çıxdı. Mən də dedim ki, bunun acığını alacam".Muxalifet - 6-03-2019
Bayıl sakinləri Mehriban Əliyevadan onların hüquqlarını müdafiə etməsini xahiş edir - MÜRACİƏT
Paytaxtın Səbayel rayonunda Ə.Hüseynzadə küçəsi, 8 ünvandakı evin sakinləri birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktubla müraciət edərək onların hüquqlarını müdafiə etməyi xahiş ediblər.
“Turan” bildirir ki, həmin ünvanda yaşayan 20-dən çox ailə "Sabah Residence" tikinti şirkətinin hərəkətinə etiraz edir: "500 manat nizamnamə kapitalı olan şirkət bizim qəza vəziyyətində olmayan 6 mərtəbəli binanı sökmək qərarına gəlib.Muxalifet4 - 6-03-2019
Qaradağ sakinlərinin NƏZƏRİNƏ: Su kəsiləcək
Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 06 mart 2019-cu il tarixində gecə saatlarınadək Bakı şəhəri Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq.
Muxalifet.az xəbər verir ki, yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.Muxalifet - 6-03-2019
Çavuşoğlundan ABŞ-a S-400 təpkisi!
Rusiyada S-400-lərin alınmasına qarşı çıxan ABŞ və NATO-ya təpki göstərən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Türkiyə ehtiyac hiss etdiyi hər şeyi istədiyi yerdən alar. Heç kim də buna qarışa bilməz" deyib.
Muxalifet3 - 6-03-2019
Bu ölkədə gecə reysləri ləğv edilir - Səbəb
Budapeştin Bələdiyyə Şurası ətraf rayonların əhalisinin məruz qaldığı səs-küyü azaltmaq məqsədilə gecə yarısından səhər saat 5-dək Ferents List adına Budapeşt Beynəlxalq Aeroportuna bütün hava daşımalarını qadağan etmək təklifini irəli sürüb.
Muxalifet.az xəbər verir ki, bu məlumatı Macarıstan paytaxtının meri İştvan Tarloş verib.Muxalifet3 - 6-03-2019
RƏSMİ: Prezidentdən qadınlara 8 Mart hədiyyəsi - SİYAHI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az-ın xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar müəllim”
Namazova Sevda Nadir qızı
Rüstəmova Məlahət Oruc qızı
Salmanova Larisa Parfenevna
“Əməkdar həkim”
Mirzəyeva Xatirə Əbdülrəhim qızıMuxalifet3 - 6-03-2019