Axtarış
The search found 105785 results in 0.039 seconds.
Search results
Norveç Neft Fondu ziyan etdi, ARDNF isə... - Səbəb
Azərbaycan Respublikası Dövlət Neft Fondu əslində əlində olan, yığılan vəsaitin daha çox qorunmasına xidmət edir, nəinki daha çox pul qazanmasına. Bu, konservativ yanaşmadır və bunu anlamaq olar.
Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az -a iqtisadçı Natiq Cəfərli 2018-ci il üçün investisiya portfelinin lokal valyutada gəlirliliyinin 0,35 faiz olması ilə bağlı ARDNF-nin açıqlamasını şərh edərkən deyib.
N.Cəfərli bildirib ki, ARDNF aşağı gəlirli, amma dayanıqlı investisiyalara üstünlük verir:Muxalifet3 - 6-03-2019
Bakıda 4772 ailə dağıldı: Yasamal birinci, Binəqədi isə...
Ötən il Bakıda 15056 nikah və 4772 boşanma halı qeydə alınıb.
Muxalifet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nikahların sayına görə Binəqədi rayonu birincidir – 1865 nikah.
Boşanmaların sayına görə isə Yasamal rayonu (644) digər rayonları qabaqlayıb. Ən az nikah və boşanma halları Pirallahı rayonunda qeydə alınıb. Belə ki, həmin rayonda 126 cütlük nikaha daxil olub, 32-si isə boşanıb.
Ümumiyyətlə, Bakıda əhalinin hər 1000 nəfərinə təbii artım 7,3, doğulanlar 13,1, ölənlər 5,8, nikahlar 6,6, boşanmalar isə 2,1 təşkil edib.
Muxalifet3 - 6-03-2019
Prezidentin təltif etdiyi Qurbanov kimdir?
Azərbaycan Respublikası Prezidentin İlham Əliyev Fazil Qurbanovla bağlı sərəncam imzalayıb.
Muxalifet.az kult.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə və səmərəli diaspor fəaliyyətinə görə Fazil Səməd oğlu Qurbanov "Şöhrət" ordeni ilə təltif edilib.Muxalifet - 7-03-2019
Bakıda Türkiyə vətəndaşını maşın vurub - VİDEO
Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
ONA-nın xəbərinə görə, hadisə Babək prospektində baş verib.
Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Kırmaz Serkan Mehti yolu keçərkən onu "Nissan" markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə gələn Nizami Rayon Polis İdarəsinin əməkdaşları avtomobil sürücüsü İbrahimov Emin Əli oğlunu saxlayıblar. Avtotexniki ekspertiza təyin edilib.Muxalifet - 7-03-2019
““S-400”dən sonra “S-500”ə başlayacağıq” - Ərdoğandan ABŞ-a gözdağı
““S-400-lə bağlı məsələni bitirdik, bunda geri dönməyimiz mümkün deyil”.
Muxalifet.az “Euronews”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kanal-24”ə müsahibəsində bildirib.
O, müdafiə sistemini gücləndirmək üçün Rusiya ilə birlikdə “S-400” zenit-raket kompleksinin ortaq istehsalının həyata keçiriləcəyini deyib:
“Bilmək olmaz, bəlkə “S-400”dən sonra “S-500”ə başlayacağıq”.
Ərdoğan ABŞ-ın müxtəlif təzyiq vasitələrinə öyrəşdiklərini, buna görə də bütün tıdbirlərin alındığını sözlərinə əlavə edib.Muxalifet - 7-03-2019
Qış Parkında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb
Nəsimi rayonunda 6 nəfər arasında kütləvi dava düşüb.
ONA- nın məlumatına görə, hadisə Qış Parkı kimi tanınan ərazidə baş verib.
Belə ki, 19 yaşlı Eyvazov Muradəli Sidqəli oğlu sevdiyi qıza görə 4 nəfərlə əlbəyaxa dava edib. Davaya M.Eyvazovun qohumu 22 yaşlı Nəsirov Sübhan Sarıbala oğluda müdaxilə etməli olub.
Lakin mübahisə qanlı sonluqla bitib. M.Eyvazov və S.Nəsirov bədənlərinin müxtəlif nahiyələrindən bıçaqlanıb. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 7-03-2019
DNT analizinin nəticəsi AÇIQLANDI: Ayşən Hüseyn Dəryanın övladı deyil? - VİDEO
Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin DNT (atalıq testi) analizinin nəticəsi bəlli olub.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, Zaur Baxşəliyev nəticəni "Bizimləsən"in canlı yayımında oxuyub. Analiz zamanı Ayşənin Hüseyn Dəryanın qızı olduğu təsdiqini tapmayıb.Muxalifet - 7-03-2019
ABŞ-dan PKK-ya havadan müdafiə sistemi
Türkiyənin cənubundakı təhdid ABŞ dəstəyiylə böyüyür. Trampın "çəkilirik" vədinin əksinə terror təşkilatı PKK / PYD-yə verilən silahların miqdarı artdı, mahiyyəti dəyişdi. Sonuncu TIR-larda qabaqcıl hava müdafiə sistemlərinin olduğu bildirilir. Beləcə "Türkiyəsiz təhlükəsiz bölgə" planları həyata keçirilmək istənilir.
Muxalifet3 - 7-03-2019
ABŞ-dan yeni Maduro qərarı
ABŞ-ın vitse prezidenti Mayk Pens Venesuela prezidenti Nikolas Maduronun yaxınlığında olan 77 səlahiyyətlinin və valideynlərinin vizalarının ləğv ediləcəyini açıqlayıb. ABŞ-dakı minlərlə adam keçmiş Venesuela prezidenti Hugo Çavezin qızı Maria Gabriela Çavezin deportasiya edilməsinə dair müraciət edib.
Muxalifet3 - 7-03-2019
“İRAN SİYASƏTİMİZİ CİDDİ ŞƏKİLDƏ DƏYİŞMƏLİYİK” – “Bir ildir nazirdir, deyir işi yavaş-yavaş öyrənirəm…”
Ermənistan Baş naziri Nikol Paşinyanın Xocalı soyqırımının ildönümü ərəfəsində İrana səfəri və burada keçirdiyi görüşlərdə yaşanan bəzi olaylar Azərbaycanda birmənalı qarşılanmadı. Bir çox politoloqlar görüş zamanı yaşananları Azərbaycana verilmiş mesaj kimi qiymətləndirdi və sərt mövqe ortaya qoydular.
Bəs, adında Azərbaycanın bütövlüyü prinsipini daşıyan BAXCP bu barədə nə düşünür? Azərbaycan hər iki dövlətin bu psixoloji təcavüz siyasətinə necə cavab verməlidir?
Muxalifet - 7-03-2019
Lavrov açıq şəkildə təhdid etdi: Cavab verəcəyik!
Rusiyanın xarici işlər naziri Sergey Lavrov "ABŞ qadağan olunmuş bölgələrdə nüvə raketləri yerləşdirsə, biz cavab verəcəyik" deyib.
Lavrov, “ABŞ INF-dən geri çəkildikdən sonra qadağan olunmuş bölgələrdə raket yerləşdirməyə başlarsa, Moskvanın cavab vermə haqqı var” deyib.
Lavrov ABŞ-ın müqaviləni pozduğu təqdirdə Rusiya prezidenti Putinin Rusiyanın da qadağan edilən bölgələrdə raket yerləşdirməyi əmr etdiyini bildirib.
Müxalifət.azMuxalifet3 - 7-03-2019
Venesueladan Avropanı sarsıdan hərəkət: Ölkəni tərk et!
Venesuelanın xarici işlər naziri Xorxe Arreaza Almaniyanın Karakasdakı səfiri Daniel Krienerin ölkəsinin daxili işlərinə qarışdığı və Venesuelanı tərk etmək üçün 48 saat verdikləri səbəbiylə "arzuolunmaz şəxs" elan edilib.
Venesuelanın xarici işlər naziri Xorxe Arreaza bu qərarı sosial media hesabı Twitter-dən açıqlayıb.
Qərara görə, Almaniyanın Venesueladakı səfiri Daniel Krienerə “persona non qrata" tətbiq ounaraq ona ölkəni tərk etmək üçün 48 saat verilib.Muxalifet3 - 7-03-2019
“ABŞ Türkiyəyə qarşı son “kozır”ını masaya qoyub” – Rus ekspert
ABŞ Xarici İşlər Nazirliyinin Türkiyənin Rusiyadan S-400 raket müdafiə sistemləri aldığı təqdirdə müxtəlif sanksiyaların tətbiq oluna biləcəyi yönündəki açıqlamasını analiz edən Rus ekspert Vladimir Fitin, Vaşinqtonun Türkiyə və Rusiya arasındakı yaxınlaşmanı baltalamaq üçün əlindən gələni etməyə çalışdığını ifadə edib.
Rusiya Strateji Araşdırmalar İnstitutu Yaxın Şərq Araşdırmaları Mərkəzinin rəhbəri Vladimir Fitin, Sputnik-ə verdiyi müsahibədə, ABŞ-ın Türkiyə və Rusiya arasındakı əməkdaşlığın güclənməsinə qarşı çıxdığını ifadə edib:Muxalifet3 - 7-03-2019
SON DƏQİQƏ: Xaçmazda GÜCLÜ YANĞIN: ata və oğlu DİRİ-DİRİ YANDI
Xaçmaz rayonunun Yalama kəndində ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
FHN-dən Muxalifet.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.Muxalifet - 7-03-2019
Deputat kasıbları TƏHQİR ETDİ: “alkaş və tüfeyli”...
Rusiyanın Volqoqrad vilayəti Dumasının hakim "Vahid Rusiya” partiyasından deputatı, azərbaycanlı Həsən Nəbiyev pensiyasının azlığından şikayət edən aztəminatlı şəxsləri "alkaş” və "tüfeyli” adlandırıb. Deputatın bu çıxışı ciddi qalmaqal yaradıb, o cümlədən "Vahid Rusiya” partiyasının rəhbərliyi Nəbiyevin çıxışını pisləyiblər.
Muxalifet - 7-03-2019
ABŞ senatorundan Səudiyyə vəliəhdinə “mafiya” bənzətməsi
ABŞ-lı Respublikaçı senator Marko Rubio Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Camal Qaşıqçı cinayətindən sıyrılmağa çalışmaqla və "mafiya kimi davranmaqla" günahlandırıb.
Səudiyyə vəliəhdini sərt tənqid edən senator Rubio, Ər-Riyadın Qaşıqçı cinayətindən sıyrılmaq üçün hər yolu sınadığını söyləyib. Rubio, Səudiyyə vəliəhdinə istinadən, "O qəddar biridir. Bunun bu gənc adamla əlaqədar ədalətsiz bir şərh olduğunu düşünənlər onun son iki ildə etdiklərinə bir baxsın. Olanlar sanki James Bond filmindən hissələr kimidir" deyib.Muxalifet3 - 7-03-2019
Qarabağ ətrafında təhlükəli oyun – Bakıdan İrəvana kritik xəbərdarlıq
Azərbaycan, ATƏT və Avropa Birliyi İrəvanın məkrli arzusunu gözündə qoydu; separatçı rejimi danışıqlara qoşmaq istəyən Paşinyan Brüsseldə pərt edildi – Bakının antiterror əməliyyatına “yaşıl işıq”?..
Muxalifet - 7-03-2019
Baş nazirdən Göygöllə bağlı QƏRAR
"Göygöl Milli Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında qərar qəbul olunub.
Muxalifet.az xəbər verir ki, müvafiq sənədi baş nazir Novruz Məmmədov imzalayıb.
Göygöl Milli Parkının sanitariya-mühafizə zonası Göygöl rayonu üzrə 303,58 hektar, Goranboy rayonu üzrə 73,2 hektar, Daşkəsən rayonu üzrə 80,04 hektar olmaqla, ümumilikdə 456,82 hektar sahədə təsdiq edilib.Muxalifet - 7-03-2019
Konqresmen Müsəlman qadına ABŞ-da “Sionizm” əleyhdarı Yəhudilərdən dəstək
Sionizm əleyhdarı Ortodoks Yəhudiləri ABŞ Konqresinə gedərək İsrail açıqlamaları səbəbiylə təzyiqlərə məruz qalan Nümayəndələr Palatasının Müsəlman üzvü Ilhan Omara dəstək ziyarəti edib.
“Neturei Karta" adlı sionizm əleyhdarı ortodoks Yəhudi camaatının lideri Ravvin Dovid Feldmen, Omara etdikləri dəstək ziyarətinə dair Anadolu Agentliyini açıqlama verib.Muxalifet3 - 7-03-2019
Ürək xəstələri üçün məktəb yaradılıb - VİDEO
Ürək xəstəliyi ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi məqsədilə məktəb yaradılıb.
Məlumata görə, Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində fəaliyyət göstərən məktəbə xroniki ürək çatışmazlığından əziyyət çəkən xəstələr və onların qohumları cəlb edilir.
Layihənin müəllifi olan Nazim Abdullayevin sözlərinə görə, məktəbdə keçirilən dərslər zamanı həm xəstələrə, həm də onların yaxınlarına xəstəlik və qidalanma ilə bağlı məlumatlar verilir.Muxalifet - 7-03-2019