Axtarış
The search found 105783 results in 0.111 seconds.
Search results
Orduda MÜHÜM YENİLİK: bu, qadağan edildi
Türkiyə Silahlı Qüvvələrində internetdən istifadəyə qadağa qoyulacaq.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, buna səbəb orduda xidmət edən əsgərlərin mövqelərini, şəxsi bilgilərini və fotolarını internetdə paylaşmasıdır.
Hərbi mütəxəssislər bu durumu ciddi təhlükə olaraq dəyərləndirir. Çünki bu bilgilərin paylaşılması düşmən kəşfiyyatına birbaşa xidmət etmək deməkdir.Muxalifet - 7-03-2019
I sinfə sənəd qəbulunun TARİXİ AÇIQLANDI
Bu il Bakı, Sumqayıt, Gəncə və Abşeronla yanaşı, Mingəçevir, Şirvan, Naftalan, Yevlax və Samux rayonlarında I sinfə qəbul elektron qaydada həyata keçirələcək.
Muxalifet.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.
BŞTİ rəsmisi qeyd edib ki, martın 11-də səhər saat 10-da sənəd qəbulu başlayır.
"Məktəbəhazırlıq qruplarında oxumayan uşaqlar üçün sənəd qəbulu mart ayının 13-də start götürəcək. MHQ-nı bitirən uşaqlar üçün isə martın 11-də sistem açıq olacaq", - müdir müavini əlavə edib.Muxalifet - 7-03-2019
ABŞ-ın Azərbaycandakı yeni səfirinin andiçmə mərasimi olub
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Örl Litsenbergerin andiçmə mərasimi olub.
Muxalifet.az xəbər verir ki, tədbir ABŞ Dövlət Departamentində baş tutub.
Xatırladaq ki, ABŞ Senatı Ö.Litsenbergerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiq edib.
Onun sələfi Robert Sekuta ötən ilin mart ayında ölkəmizdəki diplomatik missiyasını başa çatdırıb./reportMuxalifet - 7-03-2019
Türkiyə ilə MÜHARİBƏ HAZIRLIĞI: “Mehmetcik”i bu silahlarla vuracaqlar – ŞOK PLAN
Prezident Donald Tramp vasitəsilə Suriyadan çəkiləcəyini açıqlayan ABŞ, bunun tam əksinə, bölgədəki hərbi varlığını daha da gücləndirir.
“Yeni Şəfəq” nəşri xəbər verir ki, Vaşinqton dəstəklədiyi PKK/PYD terror təşkilatına verdiyi silahların miqdarını artırmaqla yanaşı, silahların nomenklaturasını da əhəmiyyətli şəkildə dəyişdirib.
Muxalifet - 7-03-2019
Müğənni Almazdan QALMAQALLI SÖZLƏR: “Oğlum deyir, müğənni qız almaram” - VİDEO
Müğənni Almaz Saraylı Nadir Qafarzadənin “oğluma müğənni qız almaram” fikrinə haqq qazandırıb. Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, sənətçi özü də oğlunu müğənni qızla evləndirmək istəmədiyini deyib: “Oğlumun 30 yaşı var. O da müğənni qızla evlənmək istəmir. Deyir, heç vaxt elə şey ola bilməz. Mən də razı deyiləm”. “Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik:
Muxalifet - 7-03-2019
İlham Əliyev Şamaxıda - 44 mənzilli binanın təməli qoyuldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonuna səfərə gəliblər.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.***11:50
Muxalifet - 7-03-2019
“Ən yüksək səviyyədə muxtariyyət nə deməkdir?” - Paşinyanın bu sualına Bakının cavabı olacaqmı...
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün ölkə parlamentində keçirilən “hökumət saatında” Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edib. O deyib ki, “səmərəli danışıqların keçirilməsi üçün səmərəli danışıq formatı olmalıdır”. “AzadlıqRadiosu” Erməni xidmətinin məlumatına görə Paşinyan bildirib ki, belə bir format 1994-cü ildən mövcuddur və Dağlıq Qarabağ bu formatda danışıqlar prosesinin bərabərhüquqlu tərəfi kimi tanınıb: “Biz indi cəhd göstəririk ki,bu təsbit edilmiş format ATƏT-in Minsk qrupunun çərçivəsində tammənalı şəkildə işləsin”.
Muxalifet - 7-03-2019
Gəncədə iki qardaş bıçaqlandı
Gəncə şəhərində iki qardaş bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon sakini, 1989-cu il təvəllüdlü Ramil Asif oğlu Musayev şəxsi münaqişə zəminində kəsici-deşici ailətlə 1973-cü il təvəllüdlü Rafiq Kərəm oğlu Əsgərova və onun qardaşı, 1978-ci il təvəllüdlü Kənanın bud nahiyəsinə daxilə keçməyən xəsarət yetirib. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb, onlara lazımi tibbi yardım göstərilib və vəziyyətlərinin normal olduğu bildirilir.
Hadisəni törədən şəxs saxlanılıb.Muxalifet - 7-03-2019
Beşqat dünya çempionun işində beşbarmaq sübuta yetirilmir - Qayınata narazıdır
“Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi, prezident mükafatçısı Ehram Məcidov hakim qarşısına çıxarılıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.Muxalifet - 7-03-2019
Bakıda yüzminlərlə insanı kimlər zəhərləyir? – Dövlət Agentliyi susur
Xəbər verdiyimiz kimi, Bakıda marketlərdə Vyetnamdan idxal edilən və sağlamlıq üçün olduqca təhlükəli balıqlar satılır. Panqasius və ya basa balığı adlanan bu balıq növünün tərkibindəki kimyəvi maddələr, bakteriyalar, hormonlar və ağır metallar sağlamlıq üçün çox təhlükəlidir.
Sözügedən balıq əsasən Vyetnamda yerləşən və dünyadakı ən çirkli çaylardan biri sayılan Mekonq çayında yetişdirilir. Bu çaya kimyəvi zavodların tullantıları, kanalizasiya suları və s. axıdılır. Sahibkarlar isə yetişdirdikləri balıqları süni, geni dəyişdirilmiş qidalarla qidalandırırlar.Muxalifet - 7-03-2019
Prezident və nazirin olduğu toplantıya hücum!
Əfqanıstanın paytaxtı Kabildə Şiə lider Əbdül Əli Mazarinii anma mərasimi zamanı şiddətli bir partlayış baş verib. İclasda keçmiş prezident, müşaviri və xarici işlər naziri də iştirak edib.
Anma mərasimində, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai, xarici işlər naziri Salahuddin Rəbbani və keçmiş prezident müşaviri Hənif Atmar da olub.
“TOLO News” paytaxt Kabildəki proqramda ən azı 10 partlayışın meydana gəldiyini bildirib.Muxalifet3 - 7-03-2019
“İSTƏYİRDİM TEZ BÖYÜYƏM, POLİS OLAM...” – Azərbaycanın xanım polisi
“Hər gün atam işdən gələndə onun furajkasını başıma qoyub, kitelinə bürünəndə sevincimin həddi-hüdudu olmurdu. Uşaqlıqda hərə bir arzu ilə yaşayır. Elə istəyirdim ki, mən də tez böyüyüm, atamın xidmət yolunu davam etdirim”.
Muxalifet.az xəbər verir ki, bu haqda Azərbaycanın polis xanımlarından biri, Aygül Zalıyeva açıqlama verib.
“Polis olmağın çətinliklərini bilirdim, amma mənim bu peşəyə sevgim tamam başqa idi. Artıq arzuma çatmışam və sevinirəm ki, polis sıralarında xidmət edirəm” – detən A.Zaıliyev vurğulayıb.Muxalifet4 - 7-03-2019
Türkiyədən S-400 açıqlaması! - BU TARİXDƏ TƏHVİL ALINACAQ...
Türkiyə prezidentinin müavini Fuad Oqtay Rusiyadan S-400 raket sisteminin qəbulu ilə bağlı, "Türkiyə S-400 ilə bağlı maraqları nəyi tələb edirsə, o yöndə öz qərarını verir, öz seçimini edir" - deyib.
Muxalifet3 - 7-03-2019
İlham Əliyev Ağsuda şikayətləri şəxsən qəbul edir - "HAMISINA BİR-BİR BAXILACAQ...",+VİDEO
Xəbər verildiyi kimi dünən Prezident İlham Əliyev Ağsuya səfər edib və yerli sakinlərlə görüşüb. İlham Əliyev fevralın 5-də və 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün görülən işlərlə tanış olub. Dövlət başçısı Ağsuda vətəndaşların şikayət məktublarını da şəxsən qəbul edib.
“Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim. Mənə verilən məktubların hər birinə baxılacaq, narahat olmayın. Mənim işim sizə xidmət etməkdir”, - dövlət başçısı deyib.
Muxalifet4 - 7-03-2019
Türkiyənin əbədiyyəti niyə söz mövzusudur? - PKK-nın iki hədəfi - TƏHLİL
Haber7.com-un müəllifi Taha Dağlı PKK-lıların CHP-İP-SP ittifaqı çərçivəsində apardığı seçki işlərinə dair, "Qırmızı bülletenlə axtarılan PKK evində seçki çalışması! Nə üçün əbədiyyət söz mövzusudur" adlı bir köşə yazısı qələmə alıb.
“Dəniz Sürgüt qırmızı bülletenlə axtarılan bir PKK-lıdır.
Ədliyyə Nazirliyinin haqqında qırmızı bülleten çıxardığı bu PKK-lı, Fransanın Strasburq şəhərində terror fəaliyyətlərinə davam edir.Muxalifet3 - 7-03-2019
“Lazım olsa, onu xaricə göndərərik” - PREZİDENT
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Ağsuda zəlzələ nəticəsində zərərçəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, sakinlərdən biri prezidentdən nəvəsinin gözlərinin müalicə olunması üçün kömək istəyib: “29 yaşı var. Atası, anası rəhmətə gedib. Onu mən saxlamışam. İndi gözlərinin biri tutulub. O biri də 3 faiz qalıb. Deyirlər ki, ona donor göz lazımdır. Mən də qalmışam belə. Gücüm çatmır”.
Muxalifet4 - 7-03-2019
AZƏRBAYCANDA CAVABI TAPILMAYAN SUAL... - Ölkədə neçə siyasi məhbus var?
Azərbaycanda beynəlxalq və yerli hüquq "siyasi məhbus" məsələsinə görə bir sıra Avropa qurumları tərəfindən tənqid olunsa da, ortada vahid siyahı yoxdur. Daha doğrusu, bir neçə siyahı var və oradakı say fərqi iki dəfədən çoxdur.
Məsələn, siyahıların birində 53, digərində 127, başqa birində isə 137 nəfərin adı qeyd olunub. Bəs bu qədər siyahıya ehtiyac varmı və bunlardan hansı əsas götürülməlidir?
BBC News Azərbaycanca bu yazıda ortaya çıxan suallara cavab axtarıb.
Muxalifet4 - 7-03-2019
Avtomobil naməlum kişini vurub öldürdü - FOTO
Martın 5-də gecə saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Volvo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.
Həmin kişinin əlamətləri belədir: yaşı 50-55 arası, boyu 160-170 sm, orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi şabalıdıdır. Əynində qara gödəkcə, tünd boz köynək və qara şalvar olub.Muxalifet4 - 7-03-2019
Avropa Məhkəməsindən hakimiyyət əleyhinə QƏRAR - İlkin Rüstəmzadəyə 22500 avro kompensasiya tələbi...
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM)NİDA Vətəndaş Hərəkatının üzvü,gənc fəal İlkin Rüstəmzadənin Azərbaycana qarşı işi üzrə qərarını elan edib.
Bu iş İlkin Rüstəmzadənin 2013-cü ildə açılan cinayət işi çərçivəsində barəsində seçilən həbs qətimkan tədbiri və həbsdə saxlama müddətinin uzadılmasından verdiyi şikayətinə aiddir.
Muxalifet4 - 7-03-2019
Tehranı Suriyadan çıxardacaqlar: Rusiya İranı İsrailə satdı – Təhlil
İsrailin Rus təyyarəsini salmasına baxmayaraq Putin İsraillə yaxınlaşdı. Suriyada Tehranın nüfuzunu azaltmaq istəyən Moskva, İsrailin yenidən İran bazalarını vurmasına göz yumarkən, iki ölkə Suriya ilə bağlı işçi qrupu yaradıb. Məqsədləri də bütün xarici qüvvələri ölkədən çıxarmaqdır. Rusiya beləliklə yenidən inşa adıyla Suriyanı sağacaq.
Suriyada davam etmək üçün üçün daxili müharibədə rollar və tərəflər yenidən qurulur. Əsəd rejimini dəstəkləyən və ayaqda qalmasını təmin edən Rusiya və İran, aşkar olmasa da yollarını ayırıb.Muxalifet3 - 7-03-2019