Axtarış
The search found 105783 results in 0.122 seconds.
Search results
Azərbaycanlı siyasətçinin Rusiyanı FƏLAKƏTƏ SÜRÜKLƏMƏK PLANI: Ərazilər necə qaytarılacaq?
Prezident seçkilərinə hazırlaşan ukraynalıların əsas problemlərindən biri Donbasdakı müharibə və Krımın Rusiya tərəfindən ilhaqıdır. Son ayların bütün sosioloji tədqiqatları tezisi də təsdiq edir: Donbasda müharibə və Krımın qayıdışı qarşıdakı seçkilərin top-mövzusu olaraq qalır. Belə ki, “Reytinq” qrupunun məlumatına görə, 2018-ci ilin dekabrında ukraynalıların 39 faizi Donbas probleminin həllini gələcək prezident üçün prioritet mövzu hesab edirdilər Bəs, prezidentliyə namizədlər nə təklif edirlər.
Muxalifet - 7-03-2019
Pis ruhları belə qovurlar - VİDEO
Bolqarıstan xalqı Kukerlandia adlı antik dövrdən qalma bir ənənə zamanı qış aylarında gələn pis ruhları qovduğuna inanırlar.
Bolqarıstanın Yambol şəhərində həyata keçirilən Kukerlandia festivalında xalq qışda ortaya çıxan pis ruhları yazın gəlişi ilə qovmağa çalışırlar.
Frakiya, Bolqarıstan və Yunanıstanda yaşayan traklar Tunca çayı yaxınlığındakı şəhər parkına yığılaraq qorxunc maskalar və zəng səsləri sayəsində pis ruhların uzaqlaşacağına inanırlar.
İştirakçılar "kuker” adı verilən əl işi maskalarla şouları münsiflərə bəyəndirməyə çalışırlar.Muxalifet - 7-03-2019
ABŞ-ın qadın senatoruna orduda təcavüz ediblər
ABŞ-ın Arizona Ştatının Respublikaçı senatoru Martha Maksalli ordudakı xidmət zamanı yüksək səviyyəli bir zabit tərəfindən təcavüzə uğradığını açıqlayıb.
Senator Maksalli Senatın Silahlı Xidmətlər Alt Komitəsinin "orduda cinsi təcavüzlər" üzrə iclasında, özünün də bir təcavüz qurbanı olduğunu açıqlayıb.
TƏCAVÜZ QURBANI OLDUĞUNU AÇIQLAYIB
Muxalifet3 - 7-03-2019
Oğlunu öldürüb arvadı ilə yaşayan ata - Azərbaycanın ən səs-küylü qətlləri
Azərbaycanda elə cinayət hadisələri baş verib ki, onlar böyük səs-küyə səbəb olub, cinayətin detalları isə insanın qanını donduran tipdən olub.
Muxalifet.az ölkə.az-a istinadən bu gün oxuculara baş verən ən səs-küylü cinayət hadisələrini təqdim edir.
Oğlunu öldürdüb gəlini ilə eşq yaşayan ata - 13 il 8 aydan sonra üstü açılan cinayət.
Dəhşətli cinayət hadisəsi Quba rayonunda baş verib.Muxalifet - 7-03-2019
Avropa Məhkəməsindən İlkin Rüstəmzadə və Hüseyin Abdullayevlə bağlı QƏRAR - 25 min avro kompensasiya ödəniləcək
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, martın 7-də NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə və keçmiş deputat Hüseyn Abdullayevlə bağlı qərarlarını açıqlayıb.
Bu iş İ.Rüstəmzadənin 2013-cü ildə açılan cinayət işi çərçivəsində barəsində seçilən həbs-qətimkan tədbiri və həbsdə saxlama müddətinin uzadılmasından verdiyi şikayətlə bağlıdır.Muxalifet - 7-03-2019
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin etdi
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 7-də Türkiyənın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.Muxalifet3 - 7-03-2019
Qadınlar niyə kişilərdən dərin basdırılır? - Qəribə SƏBƏB - VİDEO
Şəriətə görə ölünü üzü qibləyə, iyi-qoxusu bayıra çıxmayacaq dərəcədə dərinliyə dəfn etmək lazımdır. Lakin burada Qiyamət gününün dirilişinə aid olan bir məsələ vardır ki, islam aləminin müxtəlif məmləkətlərində, hətta ölkəmizin bəzi bölgələrində qadının qəbri boğazına qədər, kişinin qəbri qurşağına qədər qazılır. Hətta keçmiş zamanda bu ölçünü qamışla edərmişlər. Həm kəfən parçasını, həm də qəbrin boyunu müəyyən etmək üçün. Hətta bölgələrimizdə bir qarğış növü də var: "Boyuna qəmiş ölçüm" deyə. Bu dərinlik fərqini indi müxtəlif cür izah etməyə çalışırlar.
Muxalifet3 - 7-03-2019
Ərdoğanın S-500 açıqlamasına Rusiyadan cavab
Şübhəsiz ki, Türkiyə və Rusiya arasında hərbi-texniki əməkdaşlıq müəyyən razılaşmalar çərçivəsində həyata keçirilir.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Yuri Şvitkin deyib.
O bildirib ki, əməkdaşlıq qarşılıqlı mənfəətlərə söykənir:
“ABŞ hərbi-texniki sahədə hər cür rəqabət aparır. Lakin S-400, eləcə də gələcəkdə bazara çıxarılacaq S-500 ABŞ-dakı analoqlarından çox üstündür”.
Şvitkin həmçinin qeyd edib ki, Türkiyəyə yerləşdiriləcək S-400 tamamilə müdafiə məqsədlidir və heç kimi hədəf almır.Muxalifet3 - 7-03-2019
Baş polis idarəsindən feministlərlə bağlı - Açıqlama
Bakı Şəhər Baş Polis İdarəsi özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran şəxslərin səsləndirdikləri çağırışlarla bağlı məlumat yayıb.
İdarədən daxil olan məlumatda bildirilir:
“Sosial şəbəkələrdə azsaylı üzvləri olan, özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran şəxslər “8 Marş - zorakılığa qarşı get” “ivent”i yaradıb, paytaxt ərazisində 8 marş yürüşü keçirmək barədə çağırış edirlər.Muxalifet3 - 7-03-2019
DİQQƏT: Prezidentdən kreditlərlə bağlı daha bir MÜHÜM FƏRMAN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Muxalifet3 - 7-03-2019
Azərbaycanda şöbə müdiri işdən çıxarıldı
Biləsuvar rayon Təhsil şöbəsinin müdiri işdən azad edilib.
Muxalifet.az-ın report-a istinadən məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Biləsuvar rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov vəzifədən çıxarılıb.
Vəzifənin icrası Biləsuvar rayon Təhsil şöbəsinin əməkdaşı Anar Xammədova həvalə olunub.
Qeyd edək ki, B.Kazımov bu vəzifəyə 2010-ci ildə təyin edilmişdi.
Muxalifet3 - 7-03-2019
SON DƏQİQƏ: Azərbaycan əsgərləri qar uçqunu altında qaldı - ADLAR
Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
Muxalifet3 - 7-03-2019
Zakir Həsənov Kaspşiklə görüşdü - Foto
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.
Muxalifet3 - 7-03-2019
Azərbaycandan Rusiyaya ETİRAZ – Məmmədyarov rus səfiri çağırdı və...
Azərbaycan XİN Bakının Moskvada "Lazerev klubu"nun Qarabağ separatçılarının da iştirakı ilə keçirilən iclası ilə bağlı Rusiya tərəfə narazılığını bildirib. Azərbaycanın mövqeyi bu gün Rusiyanın Bakıdakı səfiri Sergey Bratçikovun diqqətinə çatdırılıb.
Muxalifet4 - 7-03-2019
Türkiyəli oyunçu ömürlük futboldan uzaqlaşdırıldı
“Amed Sportif Faaliyetler” komandasının oyunçusu Mənsur Çalar ömürlük olaraq futboldan uzaqlaşdırılıb.
Muxalifet.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası belə qərar verib.
Buna səbəb 33 yaşlı yarımmüdafiəçinin "Sakaryaspor"la oyun vaxtı rəqiblərinə ülgüclə xəsarət yetirməsidir.
Federasiya kluba bir matçlıq azarkeşsiz oynamaq cəzası da verib.
Qeyd edək ki, “Amed Sportif Faaliyetler” – “Sakaryaspor” 1:1 hesabı ilə başa çatıb. Görüş ərzində iki komandanın futbolçuları arasında bir neçə dəfə mübahisə düşüb.
Muxalifet3 - 7-03-2019
Pxenyandan amerikalılara XƏBƏRDARLIQ
ABŞ və Cənubi Koreyanın “Don Menq” (Qardaş) adı altında təşkil etdiyi birgə dəniz hərbi təlimləri Vaşinqton-Pxenyan arasında əldə edilən razılmaşlara ziddir.
Muxalifet.az xəbər verir ki, bu barədə rəsmi Pxenyanın bəyanatında deyilib.
“Bu, Koreya xalqının və beynəlxalq ictimaiyyətın yarımadada sülh və sabitliklə bağlı gözlənti və ümidlərinə birbaşa meydan oxumaqdır”, - deyə bildirilib.
Muxalifet3 - 7-03-2019
Bakıda ən yüksək əməkhaqqı alan kimlərdir?
Bakıda 2018-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,3 faiz artaraq 788,1 manat olub.
Muxalifet.az-ın məlumatına görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.Muxalifet3 - 7-03-2019
Sibel Can “Mir Mövsüm Ağa” ziyarətgahına getdi
Bu gün Türkiyənin məşhur müğənnisi Sibel Canın Bakıya gəlməsi barədə məlumat vermişdik.
Müğənni Bakıya gələn kimi ilk olaraq “Mir Mövsüm Ağa” ziyarətgahına baş çəkib. Bu barədə o, öz Instagram hesabında məlumat verib, ziyarətgahın fotolarını paylaşıb.
Müğənni müqəddəs “3 ayların” başlaması və bu gecə keçiriləcək Rəqaib qəndili münasibəti ilə izləyicilərini təbrik edib.
Sibel Can martın 8-də Bakı Konqress Mərkəzində solo konsertlə çıxış edəcək.
Muxalifet3 - 7-03-2019
Məzarlığı qazan polislər şoka düşdü
Peruda qeyri-adi və bir o qədər də tükürpədən olay yaşanıb.
Muxalifet.az xəbər verir ki, qəbiristanlıq nəzarətçisi məzarlardan birindən səs gəlməsi ilə bağlı polisə məlumat verib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarətçinin işarə etdiyi qəbiri qazmağa başlayıblar.
Məzar açıldıqdan sonra onlar gözlərinə inana bilməyiblər.
Belə ki, məzardakı insanın sağ olduğu müəyyən edilib.
Onun ifadə verməsi üçün polis bölməsinə aparıldığı deyilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Muxalifet3 - 7-03-2019
Putindən polis qadınlara 8 mart sürprizi
Rusiya dövlət başçısı Vladmir Putin 8 mart – Beynəxalq Qadınlar Günü münasibətilə Moskvada atlı polis qadınların xidmət etdiyi I polis alayını ziyarət edib.
Muxalifet.az xəbər verir ki, Kreml rəhbəri polislərin dəvəti ilə ata minib və 16 atdan ibarət qrupa başçılıq edərək ərazidə müəyyən sıra ilə irəliləyib.
Putinin tünd qəhvəyi rəngli atda, polis qadınların isə ağ atlarda olması diqqət çəkib.
Daha sonra prezident özəl gün münasibəti ilə qadınları təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Muxalifet3 - 7-03-2019