Axtarış
The search found 105783 results in 0.039 seconds.
Search results
Rusiya və Türkiyədən ABŞ-a qorxudacaq ADDIM
Rusiya və Türkiyə Qara dənizdə birgə hərbi təlimlər keçirib.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Qara dəniz donanmasının rəsmisi Aleksey Rulev bildirib.
Hərbçilər Qara dəniz sularında əməkdaşlıq üzərində çalışıblar və gəmilərin potensial partlayış təhlükəsi zonasından çıxarılması vəzifəsini yerinə yetiriblər.
Qeyd edək ki, türk dənizçiləri 6-8 mart tarixlərində keçirilən “Mavi Vətən-2019” milli təlimləri çərçivəsində Rusiyanın Novorossiysk limanında olublar.Muxalifet - 8-03-2019
Ukrayna siyasətində “YENİ SÜPÜRGƏ”: TV ulduzu, oliqarxla əlaqələri barədə sual verilərkən, özünü gicliyə qoyan Qoqol personajı
Nina Xruşşova
“Project Syndicate”, 07.03.2019
Həyat sənətə bənzəyirsə, sərsəmliyin nə olduğunu çox yaxşı bilən və dəlisov olan Nikolay Qoqol son illərdə yaşanan əsas siyasi hadisələrə aid gözəl bir ssenari yaza bilərdi.
Söhbəti prezidentliyə namizədliyini elan edən və qüsurlarına baxmayaraq, qısa zamanda qələbəyə şanslı bir qadından başlayaq. Amma birdən-birə başqa bir namizəd peyda olur – dövlətdə heç bir vəzifə tutmamış televiziya ulduzu.
Muxalifet - 8-03-2019
Müxalifətçiləri kütləvi edam edən Raisi baş prokuror oldu - XAMENEYİNİ O ƏVƏZLƏYƏCƏK?...
İranın ali rəhbəri ayətüllah Əli Xameneyi çoxsaylı insan haqları pozuntularında ittiham olunan sərt xətt-hərəkət tərəfdarı İbrahim Raisini ölkənin qüdrətli ədliyyəsinin rəhbəri təyin edib.
Xameneyi bu barədə fərmanı martın 7-də imzalayıb.
Ali rütbəli ruhani və uzun müddət prokuror kimi fəaliyyət göstərmiş 58 yaşlı Raisi həm də Astan Qüds Rəzavi təşkilatının rəhbəridir. Bu təşkilat ölkənin bütün müqəddəs şiə ocaqlarına nəzarət edir.
Muxalifet - 8-03-2019
Türkiyədə güclü qar 47 yaşayış məntəqəsini iflic etdi
Türkiyənin Sivas vilayətində aramsız yağan güclü qar fəsadlara yol açıb. Trend-in məlumatına görə, vilayətin 47 yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
Məlumata görə, bu bölgəgə qarın hündürlüyü yarım metrə çatır.
Qeyd edək ki, daha öncə Türkiyənin Ağrı vilayətində güclü şaxta səbəbindən Ankaraya reys təxirə salınmışdı.Muxalifet - 8-03-2019
Hepatit olduğunuzu bildirən 7 əlamət - VİDEO
Bütün dünyada, eləcədə Azərbaycanda hepatit virusunun və bundan qaynaqlanan qaraciyər problemlərinin gündən-günə artdığını nəzərə alaraq medicina.az dəhşətli viruslardan biri olan hepatitin ilkin əlamətlərini toplayıb.
İlkin mərhələdə xəstəliyi aşlarlamağa kömək edəcək bu məlumatı Videodan izləyə bilərsiz.
Muxalifet - 8-03-2019
Paşinyana Suriyada İLK ZƏRBƏ: Putinin tələsinə düşdü
Suriyada humanitar missiya üçün göndərilən erməni hərbçilərindən biri minaya düşüb.
Ermənistan KİV-inin yazdığına görə, martın 7-də baş vermiş hadisə nəticəsində hərbçi yaralanıb.
“Plastik korpusda mina-tələ hadisənin səbəbi olub. Yaralı istehkamçını dərhal hospitala çatdırıblar. Minalardan təmizləmə üzrə işlər”, - mənbə qeyd edib.Muxalifet - 8-03-2019
"Evin ən çirkin qızı olmuşam" - Brilliant Dadaşova
Xalq artisti Brilliant Dadaşova AzTV-də "Səhər" proqramının qonağı olub.
Müğənni özünü çirkin qadın hesab etdiyini söyləyib:
"Özümü heç vaxt gözl hesab etməmişəm. Evin ən çirkin qızı olmuşam. "Zoluşqa" idim. Sədaqət (bacısı, müğənni - red.) ən gözəlimizdir. Səhnəyə çıxanda gördüm ki, elələri özünə gözəl deyir ki... Dedim, mən də gözələm.Muxalifet - 8-03-2019
Bakıda külək ağacları aşırdı
Bakıda güclü külək fəsadlar törətməsə də, ağaclara ziyan vurub.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, külək nəticəsində iki ağac aşıb: "Bir ağac Nizami, digəri isə Yasamal rayonu ərazisində aşıb. Xoşbəxtlikdən ağaclar boş sahəyə aşıb və ətrafa ziyan vurmayıb. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər".Muxalifet - 8-03-2019
İsrailin iddiası Səudiyyəni qarışdırdı: Vəliəhdə sui qəsd...
İsrailin “Makorrishon” xəbər saytına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman özünə yönəlik sui-qəsdi son dəqiqədə əngəlləyə bilib. Məlumata görə, sui-qəsd cəhdindən sonra Məhəmməd bin Salman sui-qəsddən məsul tutduğu Bender bin Salmanı həbs etdirib.
Xəbərdəki iddiaya görə, Məhəmməd bin Salmanın qardaşı Bender bin Salman sui-qəsd üçün seçdiyi kraliyət qoruyucularına 10 milyon rial təklif edib.
Ölkədəki gücünü getdikcə artıran Məhəmməd bin Salmanın sui-qəsd cəhdindən sonra "çeviki müdaxilə qrupu" yaratdığı bildirilib.Muxalifet3 - 8-03-2019
Türkiyə ilə Rusiya arasında yeni “İdlib” anlaşması
Türkiyənin milli müdafiə naziri Hulusi Akar “İdlib üçün Rusiyayla yeni bir anlaşma əldə etdik. Rusiya İdlibdə TSQ-nin xaricində patrul-keşik xidməti yerinə yetirəcək.
Muxalifet3 - 8-03-2019
4 PKK-lı terrorçu təslim oldu
PKK-nın İraqdakı düşərgələrindən qaçaraq Habur Sərhəd Keçid Məntəqəsinə gələn ikisi qadın olmaqla, 4 terrorçu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.
Son 4 PKK terrorçusu da daxil mart ayında Habur Sərhəd Məntəqəsində toplam 10 terrorçu Türk jandarmasına təslim olub. Təslim olan terrorçulardan 5-i yenə də qadındır.
Müxalifət.azMuxalifet3 - 8-03-2019
2 gün sonra ordumuz HƏRƏKƏTƏ KEÇƏCƏK: on min əsgər, yüzlərlə texnika hazır vəziyyətdə
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 11-dən 15-dək müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçiriləcək.
Muxalifet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.Muxalifet - 8-03-2019
Azərbaycanda yeni idxal gömrük rüsumunun tətbiqinə başlanılıb
Bu gündən Azərbaycanda sürücü də daxil olmaqla tutumu 120 nəfərdən çox olan, sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal gömrük rüsumları qüvvəyə minib.
Nazirlər Kabinetinin “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərarına əsasən, bu gündən həmçinin məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad edilib.Muxalifet - 8-03-2019
Bakıda orta məktəbdə ŞOK HADİSƏ: Müəllim şagirdi vəhşicəsinə döydü - VİDEO
Bakının Binəqədi rayonunda orta məktəbdə şok hadisə baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə şəhər sakinləri BAKU.WS-ə şikayət ediblər. Bildirilir ki, 30 saylı orta məktəbin Mehman adlı hərbi hazırlıq müəllimi şagirdlərlə vəhşicəsinə hərəkətlər edir.
Müəllim şagirdləri döyür və təhqir edir. Məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin hərəkətlərini çəkib.Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir.Muxalifet - 8-03-2019
Sumqayıt sakini əmisini öldürdü - İzi itirmək üçün mənzilə od vurdu
Xırdalan şəhərində baş vermiş dəhşətli yanğının təffərüatı məlum olub.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyti aşkarlanıb.Muxalifet - 8-03-2019
ABŞ təyyərəsini İFLİC EDƏN SİLAH Azərbaycan Ordusunda - İrəvan QORXU İÇİNDƏ
Belarusun Azərbaycana “KB Radar” şirkətinin istehsalı olan “Qroza-S" radioelektron mübarizəsi üzrə ən yeni kompleksini satması ermənilərdə böyük qorxu yaratdı.
“news.am” saytına danışan erməni hərbi eksperti Van Ambartsumyanın sözlərinə görə, “Qroza-S” istənilən növ pilotsuz uçuş aparatının idarəetməsinin ələ keçirilməsi üçün nəzərdə tutulub.Muxalifet - 8-03-2019
Bakıda feministlər aksiya keçirməyə cəhd edib - polis aksiyanın qarşısını alıb - VİDEO - FOTO
Azərbaycanda feminist qadınlardan ibarət təşəbbüs qrupu 8 Mart tarixi gününə əsl mahiyyətini geri qaytarmaq məqsədi ilə "8 MARŞ" yürüşü keçirməyə cəhd ediblər.
Yürüşün məqsədi qadın qətllərinə, qadınlara qarşı zorakılığın bütün növlərinə diqqəti çəkmək və bunların aradan qaldırılmasına çalışmaqdır.
Aksiya keçirənlərin arasında hüquq müdafiəçisi Xədicə İsmayıl da olub.
Muxalifet - 8-03-2019
Döyüş təyyarəsi düşdü: İlk görüntü
Hindistan-Pakistan sərhədində Hindistana məxsus MİG-21 tipli döyüş təyyarəsi qəzaya uğrayıb.
Hindistan Hava Qüvvələrinə məxsus MiG-21 tipli döyüş təyyarəsi Pakistan sərhədində yerləşən Bikaner şəhərinə düşüb.
Təyyarənin pilotunun xilas edildiyi bildirilib.
Təyyarənin düşmə səbəbinin məlum olmadığı, ordu tərəfindən istintaq başladıldığı qeyd edilib.
Müxalifət.azMuxalifet3 - 8-03-2019
Almaniya Xəzərdəki Azərbaycan qazına göz qoydu
Alman şirkəti Vista Holding Group AG-ın Direktorlar Şurasının sədri Karl-Henrix Qasser “Transatlantic journal”a müsahibəsində bildirib ki, onun şirkəti təbii qazın Avropaya idxalına böyük investisiyalar qoymağı planlaşdırır və bu barədə Azərbaycanla danışıqlar aparır.
Virtualaz.org-un məlumatına görə, şirkətin başçısı bildirib ki, Almaniyanın enerji təchizatının diversifikasiyası problemdir, hansı ki, almanların bir çox nəslinə toxunur. K.Q.Qasser deyib ki, Almaniyanın maye qazdan imtinasını səhv adlandırardı.
Muxalifet4 - 8-03-2019
Səudiyyə Ərəbistanının vəliəhdinə qarşı sui-qəsd cəhdi
Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin-Salmana qarşı sui-qəsd cəhdi olub.
Bu barədə İsrailin “Makorrishon” xəbər saytı məlumat yayıb.
Bildirilir ki, Məhəmməd bin-Salman sui-qəsdin qarşısını son anda ala bilib. Bu cinayəti törətməkdə şübhəli bilinən Bəndər bin-Salman tutulub.
Məlumata görə, Bəndər bin-Salman vəliəhdin qardaşıdır. Bildirilib ki, o, krallığın mühafizə dəstəsi üzvlərindən birinə bu məqsəd üçün 10 milyon rial (2 milyon 666 min 471 dollar) pul təklif edib.(“Report”)
Muxalifet4 - 8-03-2019