Axtarış
The search found 105783 results in 0.193 seconds.
Search results
DƏHŞƏTLİ QƏZA: 5 nəfər hadisə yerində öldü - FOTO
Kiyev vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər həlak olub. Hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.
Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata əsasən, minik avtomobili idarəetməni itirərək yol kənarına yuvarlanıb. Faktla bağlı araşdırma aparılır.Muxalifet - 9-03-2019
Ukraynada tükürpədən CİNAYƏT: keçmiş polis əməkdaşını öldürüb ondan sup bişirdilər - VİDEO/FOTO
Ukraynada dəhşətli qətl hadisəsi yaşanıb.
Ata ilə oğul evlərinə gələn qonağın başını kəsərək ondan sup hazırlayıblar.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Ukraynanın Xarkov şəhərində baş verən qətl hadisəsi ölkənin gündəmini zəbt edib.
Muxalifet - 9-03-2019
Qəzza bölgəsində GƏRGİNLİK: bir fələstinli öldü, onlarla yaralı var
Qəzza sektoru ilə sərhəddə İsrail hərbçiləri ilə toqquşmalar zamanı bir fələstinli həlak olub, onlarla insan xəsarət alıb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, qarşıdurmalar Rafah şəhərində baş verib.
Bildirilir ki, qarşıdurmalar zamanı ümumilikdə 42 fələstinli yaralanıb. Daha bir nəfər isə aldığı ağır xəsarətdən ölüb.Muxalifet - 9-03-2019
Qaxda KABUS GECƏ: mikroavtobus yük avtomobili ilə toqquşdu və... - FOTO/VİDEO
Qaxda mikroavtobus yük avtomobili ilə toqquşub.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 84-cü kilometrliyində, yolun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində baş verib.Muxalifet - 9-03-2019
LOTU QULİ DUBAYDA “LÖVBƏR SALIB” – Türkiyəni tərk etmək məcburiyyətində qalıb
Rusiya KİV-nin məlumatına görə, Nadir Səlifov yeni mənzil-qərargah məsələsini qəti şəkildə həll edib Rusiya KİV-nə məlum olub ki, «qanuni oğru» Nadir Səlifov (Lotu Quli) Dubayda lövbər salıb və buradan fəaliyyətini davam etdirir. Quli orada özünü müxtəlif ölkələrin, ilk növbədə, Rusiyanın güc strukturlarından tam təhlükəsiz şəraitdə hiss edə bilər. Amma Rusiyada müstəntiqlər ona çoxsaylı suallar vermək istərdilər… Rusiya hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, bir müddət Azərbaycanda olduqdan sonra, Səlifov bu ölkəni tər kedib və hazırda Dubaydadır.
Muxalifet - 9-03-2019
İraqda partlayış törədilib, ölənlər və yaralananlar var
İraqda terror aktı törədilib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Mosulda baş verib. İçində bombanın olduğu avtomobilin partladılması nəticəsində 2 nəfər həlak olub, daha 16 nəfər yaralanıb. Bildirilir ki, ölənlərdən biri polis əməkdaşıdır.
Əraziyə təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib və hadisə ilə araşdırmalara başlanılıb. Hələlik partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.Muxalifet - 9-03-2019
Əlcəzairdə etirazlar zamanı 195 nəfər saxlanılıb
Əlcəzairdə etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 195 nəfər saxlanılıb.
Muxalifet.az "Report"a istinadən bildirir ki, bu barədə "Tsa-Algerie" bildirib.
Nəşrin məlumatına görə, aksiyaların gedişatında 112 polis əməkdaşı xəsarət alıb. Qeyd edilir ki, etirazlar nəticəsində Əlcəzairin paytaxtına da maddi ziyan dəyib.
Küçələrə çıxan etirazçılar prezident Əbdüləziz Buteflikin namizədliyini beşinci müddətə irəli sürməsi qərarına qarşı çıxıblar.Muxalifet - 9-03-2019
Hindli baş nazir Pakistana işləyir - ŞOK İDDİA
Hindistanın aparıcı müxalif partiyası – Hindistan Milli Konqresinin sədri Rahul Qandi ölkənin baş naziri Narendra Modini Pakistanın maraqlarını müdafiə etməkdə ittiham edib.
Müxalif lider eyni zamanda Modini keçmiş pakistanlı həmkarı Nəvaz Şərifi sanki uzun illərin dostu kimi qucaqladığına görə də qınayıb.
Qandi həmçinin 2016-cı ildə Pathankot aviabazasına təşkil edilən hücumun araşdırılmasını da tələb edib.
Qeyd edək ki, Rahul Qandi İndira Qandinin nəvəsidir./AxarMuxalifet - 9-03-2019
Türkiyənin “Mavi Vətən” hərbi təlimi dünyaya hası mesajı verdi?
Türkiyə tarixinin ən böyük dəniz təlimi olan “Mavi Vətən-2019” hələ də bölgədə müzakirə predmetidir. Yunanıstanın Beynəlxalq Əlaqələr üzrə eksperti Nikolas da bu hərbi təlimlə bağlı öz fikirlərini bildirib. Nikolas Türkiyənin bu təlimlə bir çox istiqamətə mesaj verdiyini qeyd edib.
Muxalifet3 - 9-03-2019
Ərdoğan ermənicə başsağlığı verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun erməni patriarxı, arxiyepiskop Mesrop Mustafyanın ölümü ilə bağlı Tvitter mikrobloqunda başsağlığı mətni yayımlayıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, diqqətçəkən məqam başsağlığı mətninin erməni dilində olmasıdır.
“Erməni patriarxı Mesrop Mustafyanın ölümü ilə bağlı dərin təəssüf hissi keçirdim. Bu səbəbdən onun ailəsinə, yaxınlarına və erməni vətəndaşlarımıza başsağlığı verirəm”, - deyə bildirilib.
Qeyd edək ki, M.Mustafyan 10 illik komadan sonra axır ki, ölüb.Muxalifet - 9-03-2019
Venesuelada həyat dayandı! Madurodan kritik təlimat
Venesuelanın 23 vilayətindən 22-də elektrik kəsintisi 20 saat davam edib. Prezident Nikola Maduro təxminən 20 saat ərzində təsirli olan bir elektrik kəsilməsi nəticəsində məktəblərin və dövlət qurumlarının bağlanmasına əmr verib. O, iş yerlərinin açılmamasına əmr etməklə onların qarət edilməməsinin qarşısını alıb. Bu günə qədər heç bir problemin olmadığı bildirilən paytaxt Karakas şəhərinin bəzi sahələri tədricən elektriklə təmin olunub.
Muxalifet3 - 9-03-2019
Fırıldağın beləsi: "Ölkənizin ən böyük pulu necədir?" - Dələduz İran vətəndaşları saxlanılıb
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində vətəndaşın etibarından sui-istifadə edilərək pulu dələduzluq yolu ilə əlindən alınıb.
Muxalifet - 9-03-2019
SON DƏQİQƏ: Binəqədidə yaşayış binası YANIR - FOTO
Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında yanğın baş verib.
Trend-in məlumatına görə, yanğın binanın 3-cü mərtəbəsində başlayıb.
Yanğınla əlaqədar bina sakinlərin təxliyə olunub. Hazırda hadisə yerində yanğınsöndürmə briqadası çalışır.Muxalifet - 9-03-2019
Qan donduran xəbər: 50 qadın öldürüldü!
Suriyadakı İŞİD terror təşkilatı Bağoz-dakı son qalada, 50 Yezidi qadını qətl edib.
Suriyada terror təşkilatının İŞİD-ın olduğu Bağozda Yezidilər xilas edilib və bir çox Yezidilər də terrorçular tərəfindən öldürülüb. Bagozda toplu bir məzarlıq aşkar edilib. Məzarlıqda yaxın günlərdə dəfn edilmiş 50 Yezidi qadının cəsədləri müəyyən olunub.
Rusiya mətbuatında yayımlanan xəbərlərə görə, İŞİD Tərəfindən Qaçırılanların Xilasetmə Təşkilatının sədri Hüseyn Əl Kaidi Bagozda 50 Yezidi qadının başlarının kəsilərək öldürüldüyünü söyləyib.Muxalifet3 - 9-03-2019
Cəbhədə dünən gecə nə baş verib?
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 9-03-2019
Türkiyədə hərbi xidmətə getməməyin qiyməti açıqlandı
Türkiyədə əvəzli (ödənişli) hərbi xidmətin qiyməti 31 min 343 lirə (təxminən 9810 manat) təyin edilib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Milli müdafiə naziri Hulusi Akar məlumat verib.
Onun sözlərinə görə, məbləğ hər 6 ayda bir dəfə artırılacaq.
H.Akar bildirib ki, əgər əvəzli hərbi xidmətə müraciət tələbdən çox olarsa, onların arasından tələb olunan say püşkatma yolu ilə seçiləcək.Muxalifet - 9-03-2019
İngilislər həddini aşdı: Ərdoğana alçaq S-400 çağırışı
İngiltərənin “The Times” qəzeti bu günkü manşetində Türkiyənin Rusiyadan təhvil alacağı S-400 raketdən müdafiə sistemi ilə əlaqədar gəlişmələri təhlil edib.
Türkiyəyə bu yöndə xəbərdarlıq edən qəzet, "Türkiyənin Rus raket sistemini satın alması NATO-nun təhlükəsizliyini təhlükəyə atacaq və Qərbin parçalanmasına səbəb olacaq" deyə yazıb.
Qəzet prezident Rəcəb Tayyib Ərdoğanı "S-400 müqaviləsini yenidən düşünməyə" çağırıb.
Türkiyənin geosiyasi əhəmiyyətinə vurğu
Muxalifet3 - 9-03-2019
Pensiyaçılara ŞAD XƏBƏR: yeni konsepsiya hazırlanır
Ümumilikdə islahatlar prosesi, o cümlədən pensiya təminatı sahəsində islahatlar yüksək səviyyədə davam edir və Azərbaycanın dövlət siyasəti çərçivəsində həyata keçirilmiş vacib addımlar bunun bariz nümunəsidir.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, il ərzində yeni Konsepsiya hazırlanacaq və bu Konsepsiya 2030, 2040, 2050 və sonrakı illər üçün Azərbaycanın pensiya sistemini proqnozlaşdıracaq:Muxalifet - 9-03-2019
Azərbaycanı “Eurovision 2019”-da Çingiz Mustafayev təmsil edəcək
Azərbaycanı “Eurovision 2019”-da Çingiz Mustafayev təmsil edəcəkAzərbaycanı “Eurovision 2019”-da Çingiz Mustafayev təmsil edəcək
İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı gənc müğənni və bəstəkar Çingiz Mustafayev təmsil edəcək.
Muxalifet.az İctimai Televiziya və Radio Yayımları Şirkətinə istinadən xəbər verir ki, müğənni səhnəyə bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun “Truth” adlanan əsəri ilə çıxacaq.Muxalifet - 9-03-2019
Avropa Birliyindən Böyük Britaniyaya Brexit təklifi
Avropa İttifaqı Böyük Britaniyaya Brexit-dən sonra bir tərəfli Gömrük İttifaqından çıxmaq hüququ verə bilər.
Avropa İttifaqı (AB) Böyük Britaniyanın Breksit-dən sonra birtərəfli olaraq Gömrük İttifaqından çıxa biləcəyi hüququnun verilə biləcəyini, lakin İrlandiya ilə Şimali İrlandiya arasında fiziki sərhəd tətbiq edilməməsi lazım olduğunu bildirib.
AB-nin Brexit üzrə baş müzakirəçisi Michel Barnier Brüsseldə keçirilən bir yığıncaqdan sonra 27 AB üzvü ölkənin səfirləri ilə etdiyi müzakirələri Twitter hesabından şərh edib.Muxalifet3 - 9-03-2019