Axtarış

The search found 105783 results in 0.023 seconds.

Search results

  1. Salyanda güclü yanğın: Yeni məlumat - Video

    Salyan şəhərində ümumi sahəsi 242 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 2 otağın və mətbəxin yanar konstruksiyaları 95 m² sahədə yanıb.
    FHN-dən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

     

    Muxalifet3 - 8-03-2019

  2. Ramil Usubov onları işdən çıxartdı

    Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda kadr islahatları aparıb.
    Muxalifet.az-ın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Ruslan Hüseynov, Dövlət Yol Polisinin əməkdaşları - Loğman İsmayılov və Rəşid Məcidov işdən kənarlaşdırılaraq sərəncama götürülüb.
    İslahatlar davam edir.
     

    Muxalifet3 - 8-03-2019

  3. SON DƏQİQƏ: Lotu Quli həbs edilir? – TÜRKİYƏDƏN ÇIXDI

    Qanuni oğru Nadir Səlifov (Lotu Quli) Dubaya köçüb və bundan sonra fəaliyyətini oradan davam etdirəcək.
    Muxalifetaz qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın rosbalt.ru saytı məlumat yayıb.

    Muxalifet3 - 8-03-2019

  4. Gərginliyi artıracaq durum: Rusiya casusu ələ keçirildi

    Ukraynada Rusiya Kəşfiyyat Xidmətinin agenti həbs olunub.
    Muxalifet.az xəbər verir ki, Rusiyaya işləyən kəşfiyyatçının Ukrayna vətəndaşı olduğu bildirilib.
    Qeyd edilib ki, Ukraynanın gənclər hərəkatı ilə bağlı çoxsaylı informasiya və sənədlər, eləcə də dini qruplar və maliyyə proqramları ilə bağlı məlumatlar Rusiya kəşfiyyatına ötürülüb.
     

    Muxalifet3 - 8-03-2019

  5. “Avroviziya” mahnımız - Video

    Azərbaycanı “Avroviziya”da təmsil edəcək müğənni və mahnının adı açıqlanıb.
    Muxalifet.az-ın məlumatına görə, yarışmada Azərbaycanı Çingiz Mustafayev “Truth” mahnısı ilə təmsil edəcək.
    Çingiz Mustafayev “Palmas” musiqi qrupu təşkil edib və birlikdə çıxış edib. "Yeni Ulduz" musiqili teleyarışmasının qalibidir.
    Qeyd edək ki, "Avroviziya 2019" mahnı müsabiqəsi 14-18 may tarixlərində İsrailin Təl-Əviv şəhərində keçiriləcək.
     

    Muxalifet3 - 8-03-2019

  6. Onlara qarşı Türkiyədə də haqsızlıqlar edilir - Ərdoğan

    Dünyanın bir çox yerində olduğu kimi, ölkəmizdə də qadınlara qarşı çox haqsızlıqlar edilib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfada 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə çıxış edərkən bildirib.
     

    Muxalifet3 - 8-03-2019

  7. Kiyevdə ağır qəza: Ən azı beş ölü var

    Kiyev vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər həlak olub. Hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
    Məlumata əsasən, minik avtomobili idarəetməni itirərək yol kənarına yuvarlanıb. Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 8-03-2019

  8. Mənsimovun təqaüd verəcəyi 100 tələbənin adı - Siyahı

    Beş qitə, yeddi dənizdə fəaliyyət göstərən və dünyanın ilk on daşımaçılıq markasından biri olan “Palmali” Şirkətlər Qrupunun təqaüd verəcəyi 100 azərbaycanlı tələbənin adları bəllidir.
    Muxalifet.az xəbər verir ki, şirkət artıq onların siyahısını dəqiqləşdirib.

    Muxalifet3 - 8-03-2019

  9. ​Bakıda işsiz ata məktub yazıb İNTİHAR ETDİ - “Övladımın yaşayışını təmin edə bilmədiyim üçün...”

    Bakıda iki ailədə faciə yaşanıb. 15 yaşlı qız və 28 yaşlı kişi öz canına qəsd edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən və Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

    Muxalifet3 - 8-03-2019

  10. Almaniya Xəzərdə Azərbaycan qazına göz dikdi

    Alman şirkəti Vista Holding Group AG-ın Direktorlar Şurasının sədri Karl-Henrix Qasser "Transatlantic journal”a müsahibəsində bildirib ki, onun şirkəti təbii qazın Avropaya idxalına böyük investisiyalar qoymağı planlaşdırır və bu barədə Azərbaycanla danışıqlar aparır.
    Muxalifet.az-ın məlumatına görə, şirkətin başçısı bildirib ki, Almaniyanın enerji təchizatının diversifikasiyası problemdir, hansı ki, almanların bir çox nəslinə toxunur. K.Q.Qasser deyib ki, Almaniyanın maye qazdan imtinasını səhv adlandırardı.

    Muxalifet3 - 8-03-2019

  11. Avropa ölkəsindən Türkiyəni əsəbiləşdirəcək qərar

    Belçikada PKK terrorçuları və qurumlarına qarşı aparılan təqiblər dayandırılıb.
    Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropada PKK terrorçularına ən böyük dəstək verən ölkələrdən biri olan Belçika PKK nümayişləri ilə bağlı 30-dan çox şəxs barədə qaldırılan məhkəmə işlərini dayandırıb.
    Belçika hökuməti sözügedən şəxslər barədə hər hansı tədbir görməsi üçün heç bir səlahiyyəti olmadığını bəyan edib.
     

    Muxalifet3 - 8-03-2019

  12. Bu olarsa, Avropa Birliyindən əsla çıxa bilmərik - Mey

    "Breksit" razılaşmasını rədd etsək, Avropa Birliyindən əsla çıxa bilməyəcəyik.
    Muxalifet.az xəbər verir ki, bunu İngiltərə Baş naziri Tereza Mey bildirib.
    "Breksit" razılaşmasını dəstəkləyin, AB-dən çıxaq. Rədd edilərsə, nə olacağını heç kim deyə bilməz. AB-dən aylarla çıxmaya bilərik. Çox ciddi təkliflər oldu, ancaq Brüssellə danışıqlar çətin keçdi", - Mey vurğulayıb.
     

    Muxalifet3 - 8-03-2019

  13. Quaydo Maduroya SON ZƏRBƏNİ vurmağa hazırlaşır - O, hakimiyyəti devirməyə çağırdı

    Venesuela müxalifətinin lideri Xuan Quaydo ölkənin 23 ştatından 21-nə elektrik enerjisinin verilişinin dayandırılmasında hökuməti ittiham edərək, xalqı hakimiyyəti devirməyə çağırıb. 
     
    TASS-ın məlumatına görə, X.Quaydo paytaxt Karakasda mitinqdə çıxışı zamanı elektrik enerjisinin verilişində yaranan problemlərə görə məsuliyyəti hakimiyyətin üzərinə qoyub. Onun sözlərinə görə, bunun nəticəsində ölkə xəstəxanalarında xeyli insan həyatını itirib. 
     

    Muxalifet4 - 8-03-2019

  14. "Sərhədsiz Reportyorlar": dünyada 27 qadın jurnalist həbsdədir

    8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində "Sərhədsiz Reportyorlar" (Reporters Without Borders - RSF) təşkilatı dünya boyunca “dəhşətli şəraitdə” saxlanan 27 jurnalist qadının dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırırb.

    Parisdə mənzillənmiş media gözətçisinin məlumatına görə, hazırda dünyada 334 jurnalist həbsdədir. Onlardan 27-si qadınlardır.

    Qadın jurnalistlər 9 ölkədə məhbus edilib. Təkcə İran və Çin 7 qadın jurnalisti dəmir barmaqlıqlar arxasında saxlayır.

    Muxalifet4 - 8-03-2019

  15. ​Bu ölkədə təyyarə divara çırpıldı

    Trinidad və Tobaqonun beynəlxalq hava limanında təyyarə divara çırpılıb.
    Muxalifet.az xəbər verir ki, qəza zamanı təyyarədə sərnişin olmayıb.
    Təyyarənin "Caribbean Airlines" aviaşirkətinə məxsus olduğu bildirilib.
    Qəza ilə bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 8-03-2019

  16. Stalin Lənkəranda həbsdən qaçdığı zindan - FOTOREPORTAJ

    Azərbaycanda bir çox tarixi memarlıq abidələri haqqında bu günə qədər müxtəlif fikirlər səsləndirilir. Belə abidələrdən biri Lənkəran rayonunda, Sütəmurdov körpüsü yaxınlığında yerləşən tarixi Dairəvi qaladır. Müxtəlif mənbələrin məlumatına əsasən, zamanında bu qalada adını tarixə yazan sovet lideri İosif Stalinlə (İosif Vissarionoviç Cuqaşvili) yanaşı üç minə yaxın məhbus saxlanılıb. Əsaslı təmirə ehtiyacı olan tarixi Dairəvi Qalanın (Zindan) 1747-1786-cı illərdə Lənkəran qalası ilə eyni vaxtda inşa edildiyi yazılır.

    Muxalifet4 - 8-03-2019

  17. ​Problemli krediti olanların NƏZƏRİNƏ! - Videonu diqqətlə izləyin ki…

    Azərbaycanda problemli kreditlərin həllinə yönəlmiş prezidentin məlum fərmanı ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Video icmal” hazırlayıb.
     

    Muxalifet4 - 9-03-2019

  18. PUTİN ƏHALİNİN ETİMADINI SÜRƏTLƏ İTİRİR: 32%

    Rusiyanın İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTSIOM) açıqladığı nəticələrə görə, Rusiya prezidenti Vladimir Putinə etimad 32 faizə düşüb. Bu, 2006-cı ildən bəri ən aşağı göstəricidir.

    Mərkəz dövlət tərəfindən maliyyələşdirlir.

    Eyni qurumun bundan əvvəl yanvarda keçirdiyi rəy sorğusu Putinə etimadı 33,4 faiz səviyyəsində göstərmişdi.

    Bu rəy sorğusunun fevralın 25-i ilə martın 5-i arasında, Putinin fevralın 20-də etdiyi illik ənənəvi xalqa müraciətindən sonra keçirildiyi vurğulanır.

    Muxalifet4 - 9-03-2019

  19. Yüz illərdir sirri çözülməyən MÖCÜZƏLƏRDƏN BİRİ: Babilistanın məşhur Asma Bağçaları… - VİDEO

    Babilistanın asma bağçaları deyəndə göz önünə itirilmiş rəngarəng gözəlliklər gəlir. Bağçaların harada yerləşdiyi, ya da ümumiyyətlə belə bağçaların olub-olmadığı barədə müzakirələr davam etdiyi bir vaxt, alimlərin on illərdir apardığı tədqiqatların nəticələri iki milyon yarım il əvvəl mövcud olan bu bağçaların görünüşünü müəyyən etdiyini göstərib. Dünyanın ən gözəl bağçaları kimi tanınan bu bağçalar krallığın yoxa çıxmış zənginliyinin sinonimidir. Bu animasiyada Babilistanın asma bağçalarının demək olar ki, eynisi olduğu deyilir.

    Muxalifet4 - 9-03-2019

  20. Sibel Can Bakıda möhtəşəm konsert verdi - FOTOLAR

    Türkiyənin məşhur müğənnisi Sibel Can Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edir.

    Musavat.com xəbər verir ki, "Liatris holding"in rəhbəri, iş qadını Ruhi Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan gecəyə ifaçı "Səndən başqa kimsem yok" mahnısı ilə start verib. Daha sonra qonaqları salamlayan ifaçı Bakıda olmaqdan məmnun olduğunu deyib:

    Muxalifet4 - 9-03-2019

Pages