Axtarış
The search found 105783 results in 0.039 seconds.
Search results
Sərnişin gəmisi balina ilə toqquşub - 87 nəfər yaralanıb
Yaponiyada Sado adasına doğru irəliləyən sürətli sərnişin gəmisinin balina ilə toqquşması nəticəsində 87 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Muxalifet.az “Kiodo” agentliyinə istinadən xəbər verir ki, yaralılardan 5-nin vəziyyəti ağırdır.
Qeyd olunub ki, insident zamanı gəminin göyərtəsində ümumilikdə 121 sərnişin və 4 ekipaj üzvü olub. Balina ilə toqquşma zamanı gəminin quyruq hissəsində 15 santimetr dərinliyində çat əmələ gəlib və sualtı qanadları zədələnib.Muxalifet - 9-03-2019
“Real” mənim evimdir” – Marselo təkzib edir
“Real” futbolçusu Marselo komandadan ayrılacağı haqda yayılan xəbərlərə reaksiya verib.
Qol.az xəbər verir ki, braziliyalı müdafiəçi Madrid klubundan ayrılmaq fikrində olmadığına işarə vurub. O, şəxsi İnstaqram hesabında “Real”ın son məşqindən olan şəklini paylaşaraq “Bura mənim evimdir” yazıb.
Qeyd edək ki, İspaniya və İtaliya mətbuatı Marselonun “Yuventus”la razılıq əldə etdiyini və mövsümün sonunda Turin klubuna keçəcəyini yazıb.Muxalifet - 9-03-2019
Problemli kreditlərin həlli üzrə yeni elektron resurs yaradıldı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədi yeni elektron resurs (http://iqtisadiislahat.org/pk/) hazırlayıb.
Mərkəzdən verilən məlumata görə, elektron resursun ilk bölümündə qanunvericilik bazası yer alıb. Hazırda həmin bölümdə Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı Fərman yerləşdirilib.Muxalifet3 - 9-03-2019
Kütləvi dava: Azərbaycanlılar və ermənilər yaralandı
Ukraynanın Odessa şəhərində baş vermiş kütləvi davada Azərbaycan və Ermənistan vətəndaşı olan 4 nəfər yaralanıb.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, davada 8 nəfər iştirak edib. İştirakçılardan 4 nəfəri qırılmış şüşə parçaları ilə yaralanıb.
Yaralananlar ikisi Azərbaycan, ikisi Ermənistan vətəndaşıdır.
Davanın səbəbləri gizli saxlanılır.
Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.Muxalifet3 - 9-03-2019
Həmsədrlərdən növbəti “növbətçi” Qarabağ bəyanatı
"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır".
Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) yaydıqları bəyanatda vurğulanıb.Muxalifet3 - 9-03-2019
570 milyon dollar oğurlandı
KXDR-dən olan hakerlər kiber hücumlar hesabına 2017-ci ilin yanvarından 2018-ci ilin sentyabrınadək 570 milyon dollara yaxın pul, o cümlədən kriptovalyuta oğurlayıblar.
Nikkei qəzeti xəbər verir ki, bu barədə məlumatlar BMT Təhlükəsizlik Şurasının KXDR-ə sanksiyalar üzrə komitəsinin hesabatında yer alır. Komitə ekspertlərinin fikrincə, son iki ildə Pxenyan Asiyanın müxtəlif ölkələrində kriptovalyuta birjalarına azı beş uğurlu hücum reallaşdırıb.Muxalifet3 - 9-03-2019
“Wi-Fi”-dan istifadə ilə bağlı XƏBƏRDARLIQ - Bank hesablarınıza girə bilərlər...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ictimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə edərkən diqqətli olmağa çağırıb.
Muxalifet3 - 9-03-2019
“Jurnalistlərin təhlükəsiz işləməsinə zəmanət verin”! - RATİ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) martın 8-də jurnalistlərə, habelə etiraz aksiyasının qadın iştirakçılara qarşı polis zorakılığını pisləyib.
RATİ KİV nümayəndələrinə və dinc aksiyanın iştirakçılarına qarşı kobud güc tətbiq etmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarını və təxribatçıları cəzalandırmağa çağırıb.
Bir qrup feminist qadın tərəfindən təşkil edilmiş, Beynəlxalq Qadınlar Gününə həsr olunmuş aksiya zamanı polis və bir qrup mülki geyimli şəxs plakatları cırıb, qadınları təhqir edib və döyüb.Muxalifet3 - 9-03-2019
Rusiyadan Ermənistanda əsgərinin vurulmasına - Reaksiya
Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasında qulluq edən Şimali Qafqaz mənşəli 22 yaşlı əsgər bir kafedə ermənilərlə mübahisə zəminində iti alətlə kürəyindən vurulub və xəstəxanaya aparılıb. Hazırda onun hərbi bazanın hospitalında müalicə olunduğu bildirilir.
Muxalifet3 - 9-03-2019
Laricanidən Qarabağla bağlı Bakıya - Dəstək
İrana rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, nazir Elmar Məmmədyarov Azərbaycan Respubikasının Milli Məclisinin sədri Oqtay Əsədovun səmimi salamlarını İslam Şurası Məclisinin sədri Əli Laricaniyə çatdırıb. Öz növbəsində Əli Laricani təşəkkürünü bildirərək, onun salamlarının Azərbaycanlı həmkarına çatdırılmasını xahiş edib.Muxalifet3 - 9-03-2019
Xərçəngə qarşı möcüzəvi peyvənd
Kuba həkimləri xərçəng xəstəliyinə qarşı yeni peyvənd icad ediblər.
Muxalifet.az xəbər verir ki, Türkiyənin ATV telekanalının reportyoru Kuba xəstəxanasından özəl süjet təqdim edib.
Otelə bənzər xəstəxanada müalicə almış şəxslərdən biri əfsanəvi futbolçu Maradona olub. Həkimlərin sözlərinə görə, bu peyvəndin fərqi heç bir əks təsirinin olmamasıdır.
Bundan əvvəl də ağciyər xərçəngi ilə bağlı Kuba peyvəndi barədə məlumat verilmişdi. Həmin ağciyər peyvəndi ömrü 2-3 ay uzadır.
Bir çox ölkələrdən Kubaya xərçənglə mübarizə üçün gedənlər var.Muxalifet3 - 9-03-2019
Azərbaycanda polislər bu səbəbdən işdən AZAD EDİLİR
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda kadr islahatları aparıb.
Muxalifet.az-ın minval.info-ya istinadən məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Ruslan Hüseynov, Dövlət Yol Polisinin əməkdaşları – Loğman İsmayılov və Rəşid Məcidov işdən kənarlaşdırılaraq sərəncama götürülüb.
Məlumata görə, polislər kök olduqları üçün normativləri yerinə yetirə bilməyiblər.Muxalifet3 - 9-03-2019
ABŞ hava limanında uçuşlar dayandırıldı
ABŞ-ın Nyuark hava limanında növbəti əmrə qədər uçuşlar dayandırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Hüriyyət" yayıb.
Uçuşların hansı səbəbdən dayandırıldığı barədə məlumat verilməyib.
Qeyd edək ki, bir müddət sonra isə hava limanının rəsmi sosial media hesabından uçuşların açılması haqqında məlumat paylaşılıb.
Muxalifet3 - 9-03-2019
ABŞ-ın səfirlik əməkdaşının baqajından bomba çıxdı
ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşı Şeremetova hava limanında baqajında bomba ilə yaxalanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Agentlik səfirlik əməkdaşının vəzifə müddətinin başa çatdığı üçün Rusiyadan ayrıldığını bildirib. Həmçinin o da bildirilib ki, partlayıcısı olmayan bombanı şəxsi kolleksiyası üçün aparan səfirlik əməkdaşından bomba götürülüb, ancaq onun Nyu Yorka gedişinə icazə verilib.
Muxalifet3 - 9-03-2019
Bakı və Tehran İŞİD-ə qarşı... - Foto
İrana rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İran Ali Milli Təhlükəsizik Şurasının katibi Əli Şamxani ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, görüşdə ikitərəfil əlaqələrin gündəliyində duran məsələlər ilə yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılıb.
Həmçinin bölgədə təhlükəsizlik, əməkdaşlıq və inkişafa dair ətraflı fikir mübadiləsi olub.Muxalifet3 - 9-03-2019
CHP-nin seçki mərkəzinə silahlı hücum: yaralılar var
Türkiyənin İzmir şəhərinin Bayraqlı mahalında CHP-nin Seçki Koordinasiya Mərkəzinə silahlı hücum olub.
Muxalifet.az xəbər verir ki, mərkəzə avtomobildən açılan atəş nəticəsində 2 nəfər yaralanıb.
Hücum zamanı partiyanın üzvləri Batuxan Gül ayağından, Hakkı Poladın isə dirsəyindən yaralandığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 9-03-2019
Hindistanın Pakistandan tələbi: Konkret addımlar at!
Hindistan Pakistandan terror təşkilatlarına qarşı konkret addımlar atılmasını tələb edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Raveeş Kumar açıqlama yayıb. O, Pakistanda təhlükəsizlik qüvvələrinin terrorçu qruplaşmalara qarşı apardığı əməliyyatların yetərli olmadığını bildirib.
Pakistanın İnformasiya naziri Favad Çaudri isə fəaliyyəti qadağan edilmiş qruplara qarşı hərəkətə keçdiklərini, ölkə torpaqlarından terrorizm məqəsədilə istifadə edilməsinə icazə verməyəcəklərini açıqlayıb.Muxalifet3 - 9-03-2019
Bu açıqlama Ermənistana verilən bir siqnaldır - XİN
Xarici İşlər Naziriyinin mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qarşıdan gələn görüşü barədə bəyanatını şərh edib.
Muxalifet.az xəbər verir ki, Leyla Abdullayeva Azərbaycanın danışıqlar prosesinə sadiq və substantiv danışıqlara hər zaman hazır olduğunu qeyd edib:Muxalifet3 - 9-03-2019
"Qarabağ" şansını əldən verdi
Azərbaycan Premyer Liqasında XX tura start verilib.
Muxalifet.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Zirə" ilə görüşüb.
Görüşdə hesab açılmayıb. Heç-heçəyə rəğmən, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv xallarını 42-yə çatdıraraq, ən azı bir günlük liderliyə yüksəlib. "Zirə" isə 19 xalla 7-ci pillədə qalıb.
Muxalifet3 - 9-03-2019
Sevinc həmişə yol üstədir...
(Şair Elməddin Nicata məktub)
Gülnar Səma,
AMEA-nın doktorantı
Poeziya ruhumuzun şeirləşməsidir. “Qəlbi, ruhu daş adama, Nəsə həkk eləmək olmur”. Amma qəlbinin döyüntüsünü poetikləşdirən şair dostumuz, Elməddin Nicat, “Sənə şəkk eləmək olmur”. Niyəsini bu yaxınlarda işıq üzü görən “Dağlar, yuxunuz çin olsun” adlı kitabına münasibət bəsləyərək təsdiqləyə bilərik. Müxtəlif mövzulu və müxəlif janrlı şeirlərinlə düşüncələrimizi əsarətdə saxlamağı bacarmısan.Muxalifet4 - 9-03-2019