Axtarış

The search found 105783 results in 0.148 seconds.

Search results

  1. Ərdoğandan azanı fitə basanlara mesaj: Öləcəyik, amma...

    Azana hörmət etməyənlər, bayrağa da hörmət etməz.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersin mitinqində çıxışı zamanı deyib.
    “Azana sahib çıxmayanlar düşmən qapıya gələrkən 15 iyuldakı kimi onları alqışlar. Bunlar heç İstiqlal marşımızı da oxumayıblar. Bunların tək dərdi azan və bayraq düşmənçiliyidir. Biz bu bayraq altında doğulduq, bu bayraq altında da öləcəyik. Bayrağımıza göz dikənlərə qarşı son damla qanımıza qədər mübarizə aparacağıq”, - deyə dövlət başçısı bildirib.

    Muxalifet3 - 10-03-2019

  2. "Neftçi" faciədən döndü: Buludov son anlarda...

    Bu gün Topaz Premyer Liqasında 20-ci tura yekun vurulub.
    Muxalifet.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Səbail”i Ceyms Adeniyinin qolları ilə 2-0 məğlub edib.
    Turun son oyununda isə "Sumqayıt" “Neftçi” ilə üz-üzə gəlib. "Ağ-qaralar" bu görüşdə məğlub olsaydılar, "Qarabağ” çempionatın yeni lideri olacaqdı.

    Muxalifet3 - 10-03-2019

  3. Dəhşətli qəzada deputatın arvadı və övladları öldü - Yeniləndi

    Qəzaya uğrayan təyyarədə Slovakiya parlamentinin deputatı Anton Qrnkonun həyat yoldaşı, oğlu və qızı da həlak olub.
    Bu barədə deputatın özü Feysbuk səhifəsində məlumat paylaşıb.
    Ümumilikdə isə 35 ölkə vətəndaşının dəhşətli olayda dünyasını dəyişdiyi deyilir.
     

    Muxalifet3 - 10-03-2019

  4. Türkiyə HÜCUMA KEÇDİ: İraq darmadağın edildi

    Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçu mövqelərinə aviazərbələr endirib.
    Muxalifet.az xəbər verir ki, Avaşin-Basyan bölgəsində yerləşən terrorçu hədəflərinə təşkil edilən əməliyyat nəticəsində PKK-ya məxsus atəş nöqtələri, sığınacaqlar və silah anbarları darmadağın edilib.
    Əməliyyatı uğurla həyata keçirən Türkiyə hərbi təyyarələri heç bir maneə ilə üzləşmədən bazaya qayıdıblar.
     

    Muxalifet3 - 10-03-2019

  5. Arvadı Paşinyanın ev paltarında fotosunu paylaşdı

    Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ərinin ev paltarında fotosunu sosial şəbəkələrdə paylaşıb.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Anna Akopyan bazar günü həyat yoldaşının evdə olmasını nadir hadisə kimi xarakterizə edib.
    Fotoşəkildə Paşinyan və qızlarının kitab oxuduğu əks olunub.
     

    Muxalifet3 - 10-03-2019

  6. ​Azərbaycanla bağlı konfransı kim ləğv edib? - Gizli məktub

    Konfrans İran Prezidenti Həsən Ruhaninin birinci müşaviri Hüsaməddin Aşenanın göstərişi ilə ləğv olunub.
    Bu barədə Mühəqqiq Ərdəbili Universitetinin “Xətayi dərnəyi”nin Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, konfransın başlanmasına bir neçə dəqiqə qalmış Prezidentin müşaviri Hüsaməddin Aşena Elm, Tədqiqat və Texnologiya Nazirliyinə gizli məktub göndərib və bundan sonra nazirliyin Mühəqqiq Ərdəbili Universitetinə təzyiqi ilə tədbir ləğv olunub.
     

    Muxalifet3 - 10-03-2019

  7. Aldığınız yağa DİQQƏT: Bu halla rastlaşsanız qaynar xəttə ZƏNG EDİN - VİDEO

    Mağazadan alınan yağ evdə əridilərkən fərqli mənzərə ortaya çıxıb.
    Muxalifet.az xəzər xəbər-ə istinadən məlumatına görə, Bakı sakini Azər Qaçayev iddia edir ki, dünən mağazadan aldığı kərə yağı evdə əridilərkən qatılaşıb və rəngini dəyişib.
    O, mütəmadi olaraq həmin yağdan alırmış. Ancaq indiyə qədər belə bir mənzərə ilə qarşılaşmayıb.

    Muxalifet3 - 10-03-2019

  8. Azərbaycanlı reperlə bağlı xəbər yalan çıxdı - Yeniləndi

    İfaçının evinin qarət edilməsi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.
    Bu barədə Rusiyanın “Komsomolskaya Pravda” qəzeti reperin meneceri Vladimirə istinadən məlumat yayıb.
    “Həmişəki kimi qarışdırıblar. Yazırlar ki, Bəxtiyar Veernoyda ev kirayələyib. Bu, belə deyil. Heç kim onun evindən milyonları oğurlamayıb”, - deyə Vladimir bildirib.
    O qeyd edib ki, evi oğurlanan şəxs Bəxtiyarın dostudur və məşhur artistlərdən biridir:
    “Onun adını açıqlaya bilməyəcəyəm”.
     

    Muxalifet3 - 10-03-2019

  9. Futbol zamanı stadiona ildırım düşdü: 1 ölü, 4 yaralı

    Malayziyanın Şah Alam şəhərində futbol matçı zamanı stadiona ildırım düşüb.
    Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.
    Yaralılardan birinin vəziyyətinin ağır olduğu, xəstəxanaya yerləşdirildiyi bildirilib.
     

    Muxalifet3 - 10-03-2019

  10. Azərbaycan millisinə 23 futbolçu çağırılacaq

    Azərbaycan milli komandasının Xorvatiya ilə 2020-ci il Avropa çempionatının seçmə oyunu və Litvaya qarşı keçirəcəyi yoldaşlıq görüşünə 23 futbolçu çağırılacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə jurnalistlərə yığmanın baş məşqçisi Nikola Yurçeviç bildirib. Xorvatiyalı mütəxəssis dəvətlilərdən 3-nün qapıçı, 20-nin isə meydan oyunçusu olacaqlarını bildirib. 53 yaşlı mütəxəssis heyətdə bir neçə yeni oyunçunun olacağını istisna etməyib. Yurçeviç heyəti növbəti həftə ərzində - Azərbaycan Premyer Liqasının XXI turunadək açıqlayacağını da əlavə edib.

    Muxalifet3 - 10-03-2019

  11. Ermənistan ŞOKDA: Ərazilər Azərbaycana geri qaytarılır?

    Dağlıq Qarabağ istənilən halda, Azərbaycan ərazisi olaraq qalacaq
    ATƏT-in Minsk Qrupunun həmsədrləri İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutacaq ilk rəsmi danışıqlar barədə birgə bəyanatı Ermənistanı şoka salıb. 
    İstiPress-in məlumatına görə, Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) tərəfindən martın 1-də verilomiş bəyanat dünən demək olar ki, əksər KİV-ləri tərəfindən dərc olunub və bu, Paşinyan komandasına tərs şillə kimi dəyərləndirilib.   

    Muxalifet3 - 10-03-2019

  12. Qonşu ölkədə yeni partiya yaradıldı

    Gürcüstanda yeni “Qanun və hüquq” adlı, qərbyönümlü, sağ mərkəzçi siyasi partiya yaradılıb.
    Muxalifet.az azərtac-a xəbər verir ki, martın 10-da Tiflisdə partiyanın təsis qurultayı keçirilib. Qurultayda 11 siyasi partiyanı özündə birləşdirən “Güc birlikdədir” blokunun və digər siyasi partiya və hərəkatların üzvləri iştirak ediblər.
    Partiyanın sədri Tako Çarkviani çıxışında deyib: “Məqsədimiz ölkəni düşdüyü ağır vəziyyətdən xilas etməkdir. Bunun üçün elə edəcəyik ki, bütün siyasi partiyalar bizim sıralarımıza qoşulsunlar”.

    Muxalifet3 - 10-03-2019

  13. Mahmud Abbas yeni baş nazir təyin etdi

    Fələstin Prezidenti Mahmud Abbas yeni baş nazir təyin edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə FƏTH-in mətbuat xidmətindən məlumat verilib.
    Məhəmməd Ştaye Fələstinin yeni baş naziri olub.
     

    Muxalifet3 - 10-03-2019

  14. İran qonşu ölkə ilə vizanı ləğv edə bilər - Zərif

    İraqlı qardaşlarımıza vizanın ləğv edilməsini və ya ödənişsiz olmasını təklif etmişik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
    "Əgər bu iki variant olmasa, viza rüsumunun daha ucuz olması üçün danışıqlar aparacağıq. Müzakirələr davam edir. Sabah bu məsələ ilə bağlı gözəl xəbərlər eşidəcəyimizə ümid edirəm", - Zərif bildirib.
     

    Muxalifet3 - 10-03-2019

  15. Rusiya ilk dəfə göstərdi: düşməni kor edən silah

    “Zvezda” telekanalı “Filin” vizual-optik stansiyasının sınağı ilə bağlı video yayımlayıb.
    Muxalifet.az xəbər verir ki, sözügedən silah gecə vaxtı 5 km-yə qədər məsafədə hədəfləri, gecəgörmə qurğularını, tank əleyhinə idarə olunan raket sistemlərini neytrallaşdıra qabiliyyətinə malikdir. Belə ki, ilk növbədə gəmidə güclü projektor işə salınır. Daha sonra müdaxilə rejiminə çevirilir ki, bu da düşməni kor edə, hətta onda hallusinasiya halı yarada bilər.
    Məlumata görə, qurğu artıq bir neçə Rusiya gəmisində quraşdırılıb.

    Muxalifet3 - 10-03-2019

  16. Güney Azərbaycanda zəlzələ baş verdi

    Təbriz şəhərinin 149 km şimal-qərbində, Türkiyə ilə sərhəddə 3,8 bal gücündə zəlzələ olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
    Təkanlar yerin 21 km dərinliyində qeydə alınıb.
    Təbii fəlakət nəticəsində dağıntıların olub-olmadığı hələlik məlum deyil
     

    Muxalifet3 - 10-03-2019

  17. Ruhani sabah İraqa gedir

    İran Prezidenti Ruhani 11 martda İraqa 3 günlük rəsmi səfərə yola düşəcək.
    Muxalifet.az xəbər verir ki, İRNA Bağdadda Ruhaninin İraq prezidenti və baş naziri ilə görüşəcəyini yazıb. İkitərəfli münasibətlər və regional vəziyyət müzakirələrin əsasını təşkil edəcək.
    Yaxın Şərqdə təhlükəsizlik məsələləri, həmçinin iki ölkə arasında sosial-iqtisadi əlaqələrin gücləndirilməsi nümayəndə heyətinin keçirdiyi görüşlərdə ön planda olacaq.
     

    Muxalifet3 - 10-03-2019

  18. ​Türkiyədən nazirin öldüyü dəhşətli qəza haqda AÇIQLAMA

    Efiopiyada baş vermiş dəhşətli təyyarə qəzası nəticəsində həlak olan insanların ailələrinə, yaxınlarına başsağlığı diləyirik.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop sosial şəbəkə hesabında yazıb.
     
    "Türk xalqının efiopiyalı dostlarımızın üzüntü və kədərini paylaşdıqlarını bildirmək istəyirəm", - Şəntop qeyd edib.
     

    Muxalifet4 - 11-03-2019

  19. ​Necati Şaşmaz atası qəzaya uğradı – MƏŞHUR AKTYOR HADİSƏ YERİNƏ GƏLDİ VƏ...

    Türkiyənin məşhur aktyoru, daha çox Polad Ələmdar kimi tanınan Necati Şaşmazın atası Əbdülqədir Şaşmaz avtomobil qəzasına uğrayıb.
     
    Muxalifet.az kult.az-a istinadən xəbər verir ki, qəza zamanı avtomobilə ziyan dəysə də, Əbdülqədir Şaşmaz xəsarət almayıb. Qəzada yer alan digər sürücünün də vəziyyətinin yaxşı olduğu bildirilib.
     
    Məlumata görə, Necati Şaşmaz olaydan dərhal sonra qəza baş verən yerə gələrək, atasını şəxsi maşını ilə evə aparıb.

    Muxalifet4 - 11-03-2019

  20. Azərbaycan mafiyasının böyük oyunları - NARKOTİK BİZNESİ...

    “Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov Rusiyanın böyük obyektlərindən biri hesab olunan "Food City" aqroklasterinə nəzarəti ələ keçirməsilə bağlı məlumat verilmişdi.

    "Food City" daha öncə 2016-cı ildə Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranskinin əmisi oğlu Zaur Əhmədovun nəzarəti altında idi.

    Muxalifet4 - 11-03-2019

Pages