Axtarış

The search found 105779 results in 0.181 seconds.

Search results

  1. ​Buraxılış imtahanının keçiriləcəyi TARİX AÇIQLANDI

    Martın 17-də Mingəçevir şəhərində, Ağcabədi, Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Cəlilabad, Füzuli, Gədəbəy, Göyçay, Hacıqabul, İsmayılllı, Lerik, Masallı, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Qusar, Salyan, Siyəzən, Şəmkir, Tovuz, Ucar, Xızı, Xocavənd, Yardımlı, Zaqatala rayonlarında, həmçinin, Bakı şəhərində yerləşən internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, cəzaçəkmə müəssisələrində olan məktəblərdə və Çilov adasında yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhə

    Muxalifet - 11-03-2019

  2. Rusiyada neftayırma zavodu yanır

    “Rosneft”ə məxsus olan Xabarovsk diyarındakı Komsomolsk neftayırma zavodundan yanğın başlayıb.
    Rusiya FHN-nin regional idarəsi yanğın haqqında yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə 06:50) məlumat daxil olduğunu bildirib.
    Hazırda yanğının söndürülməsi üçün hadisə yerində 14 texnika və 50 yanğlnsöndürən çalışır.
    Zərərçəkənlər barədə məlumat yoxdur.
    Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə qatarı göndərilib./Axar

    Muxalifet - 11-03-2019

  3. Hacı Məmmədovun qəbrə APARDIĞI SİRLƏR - “Qara kəmər” əməliyyatından 14 il keçdi

    Məşhur “Qara kəmər” əməliyyatından 14 il ötdü. 2005-ci il martın 10-da MTN-in (ləğv edilib) keçirdiyi əməliyyat nəticəsində Hacı Məmmədov və onun bandası ifşa olundu. Hacı Məmmədov törətdiyi cinayətlərə görə ömürlük həbsə məhkum olunmuş şəxs kimi Qobustan həbsxanasına göndərilmədi.

    Muxalifet - 11-03-2019

  4. Trampdan 8,6 milyard dollarlıq tələb

    ABŞ prezidenti Donald Trampın Konqresə təqdim edəcəyi 2020-ci il büdcəsi çərçivəsində, ABŞ-Meksika sərhədinə divar və 8,6 milyard dollarlıq digər xərcləri istəyəcəyi iddia edildi.
     
    İddialara toxunan Nümayəndələr Palatasının sədri Nanci Pelosi və Senatdakı Demokratların lideri Çarles Schumer büdcə təklifinin məqbul olmadığını söyləyib.

    Muxalifet3 - 11-03-2019

  5. Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar ARASINDA ATIŞMA – VİDEO

    Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma olub.
    Bu barədə "bloknot Volqoqrada” portalı məlumat yayıb. Verilən məlumata görə, hadisə Volqoqrad yaxınlığındakı Frolovo şəhərində qeydə alınıb.
    Bildirilir ki, martın 10-da gecə saatlarında erməni və azərbaycanlılara məxsus mağazaya basqın olub. Basqın dağıstanlılar tərəfindən təşkil edilib.
    İnsident zamanı dağıstanlılar silaha əl atıblar. Açılan atəş nəticəsində mağazanın sahiblərindən biri ölüb. Bundan başqa, 3 nəfər də ağır yaralanıb. Yaralılardan 3-ü dağıstanlıdır.

    Muxalifet - 11-03-2019

  6. Rusiya Britaniya sahillərində yeni silahı sınaqdan keçirdi - ÜRƏKBULANMA, KORLUQ, QALLUSİNASİYA YARADIR...

    Ötən gün martın 10-da Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Qorşkov” freqatı Şotlandiyanın Hərbi Hav Qüvvələrinin yeganə bazasının yaxınlığında yeni silahı sınaqdan keçirib.
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu silah insanlarda ürəkbulanma, korluq və qallusinasiya yaradır.
    “5P-42 Filin” vizual-optik siqnal qarışdırma stansiyası ilə təchiz edilmiş gəmini izləmək üçün Böyük Britaniya donanması öz hərbi gəmisini və üç köməkçi gəmini göndərib.

    Muxalifet - 11-03-2019

  7. Ordumuz bu gündən genişmiqyaslı təlimlərə başlayır - Ermənistan təşvişdə

    Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.
    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlər martın 11-dən 15-dək davam edəcək.

    Muxalifet - 11-03-2019

  8. Əsəd sükutu pozdu: “Müharibə yeni bir ölçü qazandı”

    2011-dən bu yana yüz minlərlə öz insanını qətlə yetirən Bəşər Əsəd, "Suriyaya qarşı müharibə, kökündə blokada və iqtisadi müharibənin olduğu yeni formalar almağa başlayıb" deyib.
     

    Muxalifet3 - 11-03-2019

  9. Bakıda İNSANI SARSIDAN OLAY: Atanın diqqətsizliyindən 3 yaşlı qızı öldü

    Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
    Binəqədi qəsəbəsində Soltanlı Fərid Bəhmən oğlu özünə məxsus olan “Mercedes” markalı, 50 DC 902 dövlət qeydiyyat nişanlı avtomobili həyətdə saxlayıb. Bir qədər sonra avtomobil hərəkətə gəlib və Fərid Soltanlının 2016-cı ildə nadan olmuş qızı Fəridə maşının təkərləri altında qalıb. Körpə qız aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.
    İlkin araşdırma zamanı avtomobilin əl əyləcinin qoşulmadığı məlum olub.
    Faktla bağlı araşdırma aparılır./Publika

    Muxalifet - 11-03-2019

  10. ​RƏİSİN BİABIRÇI GÖRÜNTÜLƏRİ YAYILDI: İşçisilə arasında... - VİDEO

    Sosial şəbəkədə Astara Elektrik Şəbəkəsinin rəisi Aqverdi Həsənovun işçilərə qarşı qanunsuz hərəkətlər etdiyi iddia edilən görüntülər yayılıb.
    Görüntülərdə adıçəkilən rəislə işçi arasında mübahisə yaranıb. Həmin mübahisə bir müddət sonra davaya çevrilib./interpress.az/
    Videonu təqdim edirik:

    Muxalifet - 11-03-2019

  11. Ramil Usubov bu idarəyə rəis müavini təyin etdi

    Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində kadr dəyişikliyi olub.
    Muxalifet.az Azadinform-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polkovnik-leytenant Mirhəşimov Anar Böyükağa oglu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini - Təhqiqat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.  
    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Vüqar İsmayılov sağlamlığında yaranan problemlə əlaqədar öz raportu əsasında təqaüdə göndərlib.

    Muxalifet - 11-03-2019

  12. AZƏRBAYCANDA DAHA BİR İHTİHAR: 27 yaşlı vəzifəli şəxs özünü asdı

    Martın 11-də səhər saatlarında Xırdalan şəhərində intihar hadisəsi baş verib. 
    Muxalifet.az xəbər verir ki, hadisə Xiradalan Şəhəri 26-cı məhəllədə yaşayan Göyçay sakini Yusifli Paşa Rasim oğlu qaldığı evdə özünü asıb. 
    İntihar edən 27 yaşlı oğlan "Almarket”də satış müdiri işləyirmiş. Onun hansı səbəbdən intihar etdiyi hələ ki bilinmir. 
    Faktla bağlı araşdırma aparılır. 

    Muxalifet - 11-03-2019

  13. ​Yeni xəbər kanalı açılır – Bu gündən sənəd qəbulu başladı

    Bu gündən Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başlayıb.
    Sənəd qəbulu martın 11-dən aprelin 11-dək davam edəcək.
    müsabiqə Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursu üzrə aparılır.

    Muxalifet - 11-03-2019

  14. Yəhudilərdən varlanmağın möhtəşəm üsulları

    Hamımızın içində varlanmaq hərisi yatır, hər kəs maddi mənafe uğrunda kölə olur. Bəzilərində alınır, digərləri isə elə səfillik içində ömrünü başa vurur.
    Odur ki, publika.az yəhudilərin varlanmaq üsullarını təqdim edir.
    Heç vaxt cibinizdə çoxlu pul saxlamayın. Bu sizi daha çox pul xərcləməyə təhrik edəcək. Pulu dəyərsiz kağız kimi sağa-sola xərcləsəniz, özü küsüb sizdən uzaqlaşacaq.

    Muxalifet - 11-03-2019

  15. ​Firəngiz Mütəllimovaya “Sənətkar medalı” verildi - FOTO

    Xalq artisti Firəngiz Mütəllimova 10 Mart Milli Teatr günündə təltif olunub.
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, sənətçiyə Teatr xadimlər ittifaqının "Sənətkar medalı" verilib.
    Aktrisa tədbirdən olan fotoları İnstaqram hesabında paylaşaraq "Məni fərqli şəkildə alqışlayan bütün həmkarlarıma təşəkkür edirəm" sözlərini yazıb

    Muxalifet - 11-03-2019

  16. İran tarixində bir ilk: Qasım Süleymaniyə...

    İran İnqilab Mühafizəçilərinin komandiri və eyni zamanda, Suriyada həyata keçirdiyi qətliamlarla tanınan və Hələb Qəssabı kimi məşhurlaşan Qasım Süleymaniyə Zülfüqar Cəsarət Ordeni verilib.
     
    İranın dini lideri Xamneyinin Twitter hesabı üzərindən paylaşdığı mesajda, "Qasım Süleymaniyə Zülfüqar Cəsarət Ordeni verildi" deyə qeyd olunub.
    Hələb Qəssabı kimi tanınan Qasım Süleymaniyə mükafat doğum günündə verilərkən, eyni zamanda, sözügedən mükafatın 40 illik İran İslam Respublikası tarixində ilk dəfə verildiyi qeyd olunub.

    Muxalifet3 - 11-03-2019

  17. Problemli kreditlərin həcmi açıqlandı

    2019-cu il fevralın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 569,4 mln. manat və ya bütün kreditlərin 12,2%-ni təşkil edir.
    Ümumilikdə Azərbaycanda kredit portfelinin həcmi yanvar ayında 1,04% azalıb və 12 mlrd. 884,7 mln. manata düşüb.
    Kreditlərin 2 mlrd. 62,4 mln. manatı dövlət payına malik olan banklar tərəfindən verilib və bu bankların kredit portfelindəki azalma 1,7% təşkil edir.

    Muxalifet - 11-03-2019

  18. Akif Çovdarovdan zərər çəkən MTN zabiti hakim qarşısında - qızıl alverçisi olub

    Daha bir MTN əməkdaşı növbəti dəfə hakim qarşısına çıxarılıb. O, dələduzluqda ittiham edilir.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
    Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
    Xatırladaq ki, Tofiq Rəcəbovun işi ötən ilin iyul ayında məhkəməyə göndərilmişdi.

    Muxalifet - 11-03-2019

  19. GÖMRÜKDƏ SAHİBKARLARA “ANBAR TƏLƏSİ” – “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

    İllər uzunu sahibkarların ən çox haqsızlıqla üzləşdikləri və şikayət etdikləri əsas iki dövlət qurumunun Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) olduğu mübahisə doğurmur. Siyasi hakimiyyətin qərarından və bu 2 qurumun rəhbərliyindəki dəyişiklikdən sonra vəziyyət əhəmiyyətli şəkildə dəyişdi. Xüsusən də Fazil Məmmədovun vergilər naziri postundan uzaqlaşdırılması və yerinə Mikayıl Cabbarovun təyin edilməsindən sonra vergi orqanında müsbətə doğru ciddi dəyişikliklərin olduğu şəksizdir.

    Muxalifet - 11-03-2019

  20. Uşaq pulu bərpa edilir - Hökumətə TƏKLİF VERİLDİ

    "2019-cu ildə ilk iki ayında sosial sahədə qəbul edilən qərarlardan sonra ən çox verilən sual daha hansı addımların atılmasına ehtiyacın olması ilə bağlıdır. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) hər zaman sosial islahatlar ilə bağlı təkliflərini hökumətə təqdim edir və onların reallaşmasına çalışır. Problemli kreditlərə kompensasiyanın verilməsi ilə bağlı təkliflərimiz dəfələrlə hökumət qurumlarında müzakirə olunmuşdu və nəhayət reallaşdı”. Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov özünün feysbuk səhifəsində yazıb.

    Muxalifet - 11-03-2019

Pages