Axtarış
The search found 105779 results in 0.021 seconds.
Search results
Lavrovun Türkiyəyə səfərinin tarixi dəyişdirilib
Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun Türkiyəyə səfərinin tarixi dəyişdirilib.
Muxalifet.az "TASS"a istinadən xəbər verir ki, səfərin tarixi martın 12-dən 18-nə keçirilib.
Bu haqda Rusiyanın xarici siyasət idarəsi məlumat yyaıb.
Səfər tarixinin dəyişdirilməsinin səbəbi XİN başçısının iş qrafiki ilə əlaqədar olub.Muxalifet - 11-03-2019
Bakıda qardaş bacısını BIÇAQLADI
Bakıda bacısına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, martın 9-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş C.Əzimov evində münaqişə zəminində bacısına bıçaqla xəsarət yetirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib.
38-ci Polib bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əzimov saxlanılıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 11-03-2019
Mehriban Əliyeva Fransada səfərdədir - FOTO
Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 11-də Parisdə “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb.
Muxalifet - 11-03-2019
SAHİBKARLAR UCARIN İCRA BAŞÇISINA ETİRAZ EDİR: “...genosidə bərabər faciə baş verəcək” - VİDEO/FOTOLAR
Ucar rayon sakinləri olan bir qrup sahibkar tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən məktub müəllifləri qeyd edir: “Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradılıb. Biz bu sağlam mühitdən səmərəli istifadə edib, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlətə vergi veririk, ailəmizi, azyaşlı uşaqlarımızı normal dolandırırıq. Bizim sahibkarlıq fəaliyyətimiz sənətkarlqıdan ibarətdir.
Muxalifet4 - 11-03-2019
Avropa Parlamentindən qalmaqal “Türkiyə” qərarı!
Avropa Parlamenti Türkiyəylə bağlı qalmaqal bir qərara imza atmağa hazırlaşır. Parlament üzvləri Türkiyənin ilk atom stansiyası olan Akkuyu nüvə stansiyası layihəsinə qarşı çıxan bir qətnamə layihəsini 13 martda səsverməyə qoyacaq.
Muxalifet3 - 11-03-2019
Gənc şairin imza günü keçiriləcək
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Yazarlar Birliyinin üzvü, gənc şair Ümid Nəccarinin “Qaranlığın fotosu” adlı (sayca üçüncü) şeirlər kitabı işıq üzü görüb.
Kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələri toplanıb.
Sözügedən kitabın ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru Azər Turan, redaktoru Emil Rasimoğlu, məsləhətçisi Səlim Babullaoğlu, korrektoru İlahə Eldarqızıdır.
Muxalifet4 - 11-03-2019
Daha bir təyyarə Bakıda təcili enişə hazırlaşır
Daha bir təyyarənin pilotları Bakı hava limanında təcili eniş üçün icazə istəyiblər.
Virtualaz.org “Militarist” telegram-kanalına istinadən xəbər verir ki, Honkonq-Lüksemburq reysini həyata keçirən “Cargolux” aviaşirkətinə məxsus “Boeing 747-4HQ” yük təyyarəsi Bakıda yerə enməyə hazırlaşır.
Hələlik bu təyyarədə yaranmış problemin mahiyyəti barədə açıqlama verilmir.Muxalifet - 11-03-2019
Qarabağ problemi ilə bağlı YENİ TƏKLİF: “Göyçə, Zəngəzur və İrəvan məsələsi danışıqlar masasına gətirilsin”
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Muxalifet4 - 11-03-2019
İKİQAT QAZANAN BANKLAR VƏ “GÜNAHKAR” VƏTƏNDAŞ – Beynəlxalq Bank talananda susanlar indi niyə xəsislik edirlər?
Banklar bayram edir; 10 min dollardan artıq krediti olanlar isə intihar həddindədir!
Muxalifet - 11-03-2019
AzTV-də mətbuat xidməti ləğv edildi – Yeni şöbə yaradıldı
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam edir.
Daha bir dəyişikliklə Xatirə Qasım AzTV-nin mətbuat katibi vəzifəsindən azad edilib. X.Qasım dəyişikliyi Modern.az-a təsdiqləyərək, yeni vəzifəyə keçirildiyini bildirib: “Televiziya və Radio Akademiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunmuşam”.Muxalifet - 11-03-2019
SON DƏQİQƏ: Prezident BDU-ya yeni rektor təyin etdi - SƏRƏNCAM
Bakı Dövlət Universitetinin (BDU) yeni rektorunun adı bəlli oldu.
Muxalifet.az xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Səfəralı oğlu Babayev təyin edilib.
Prezidentin digər sərəncamı ilə Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.
Xatırladaq ki, Elçin Babayev Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.Muxalifet - 11-03-2019
İsrail prezidentindən Netanyahunun sözlərinə təpki
İsrailin prezidenti Reuven Rivlin baş nazir Binyamin Netanyahunun “İsrail yalnız yəhudilərin dövlətidir” şəklindəki sözlərinə təpki göstərərək “İsraildə ikinci sinif vətəndaş yoxdur” deyib.
Qərbi Qüdsdə məruzəçi kimi iştirak etdiyi bir konfransda, Rivlin ad vermədən Netanyahunu tənqid edib.
Rivlin çıxışında, "İsrail dövlətinin tam mənada yəhudi və demokratik dövlət olduğuna inananlar bütün vətəndaşların İsraildə bərabər hüquqlara malik olduğunu xatırlamalıdırlar. Bu ölkədə birinci dərəcəli, ikinci dərəcəli seçici yoxdur" deyib.Muxalifet3 - 11-03-2019
Bakıda 4 maşın toqquşdu, xəsarət alan var - FOTO
Bakıda yol qəzası olub.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Yüksək sürətlə idarə olunan BMW markalı avtomobil “Ford” markalı maşına çırpılıb. Daha sonra idarəetməni itirən BMW yolun əks istiqamətinə çıxaraq həmin yolda hərəkətdə olan “VAZ-21074” və “Saipa” markalı maşınlara dəyib.
Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 11-03-2019
Türkiyədən S-400 açıqlaması: “3-cü bir ölkəyə satılmayacaq”
AK Partiyanın sözçüsü Ömər Çelik Pentaqonun S-400 təhdidlərinə cavab verib. "F-35 təyyarələrini verməyə bilərik" açıqlamasının absurd olduğunu bildirən Çelik, ABŞ-ın bu münasibətlə dünyada müttəfiq ölkə tapmayacağını söyləyib. Çelik ABŞ-ın Patriot məsələsində Rusiyanın göstərdiyi texnologiya transferi və kredit məsələsindəki münasibəti göstərdiyi təqdirdə Patriot-un alına bilinəcəyini deyib.
Muxalifet3 - 11-03-2019
Azərbaycan Ordusu hərəkətə keçdi: 10 min əsgər, 500 zirehli texnika, 300-dək artilleriya qurğusu ilə - VİDEO
Martın 11-də Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.
Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Təlimlər martın 15-dək davam edəcək.Muxalifet - 11-03-2019
“Bəzi qadınlar üçün natamam iş günü müəyyən edilməlidir” – Nazirlik
Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.
Muxalifet - 11-03-2019
Rusiyada yol qəzasında xəsarət alan daha bir azərbaycanlı xəstəxanada öldü
Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan 3 azərbaycanlıdan biri dünyasını dəyişib.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində ağır xəsarət alan azərbaycanlı, 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu bu gün günorta saatlarında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib:Muxalifet - 11-03-2019
Türkiyədə bələdiyyə seçkilərinə 13 partiya qatılacaq
Türkiyədə bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək. Bu barədə Türkiyə Ali Seçki Komissiyasına istinadən məlumat verir.
Seçkilərə hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Müstəqil Türkiyə Partiyası (Bağımsız Türkiye Partisi), Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Böyük Birlik Partiyası, Azad Mübarizə Partiyası (Hür Dava Partisi), Demokrat Partiya, "İYİ Parti", Xalqların Demokratik Partiyası və Demokratik Solçu Partiyası qatılacaqlar.Muxalifet - 11-03-2019
Bayramadək daha 1928 vərəsəyə birdəfəlik ödəmə veriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanının icrası istiqamətində mühüm addım olaraq Novruz bayramına qədər 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək.
Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında həmin şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib.Muxalifet - 11-03-2019
Zidan “Real”a qayıtmaqdan imtina edib
İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Zinəddin Zidan Madrid təmsilçisinə qayıtmaqdan imtina edib.
Cari mövsümdə uğursuz çıxış edən paytaxt təmsilçisinin prezidenti Florentino Peres fransalı mütəxəssislə danışıqlara başlamaq barədə göstəriş verib.
Lakin Zidan onunla əlaqə saxlayan “Real” nümayəndələrinə təklifi mənfi yanaşdığını bildirib. Bu, mütəxəssisin İtaliya “Yuventus”unun “sükanı arxası”na keçməyə yaxın olması ilə izah edilir.Muxalifet - 11-03-2019