Axtarış

The search found 105779 results in 0.035 seconds.

Search results

  1. “Gilan Holdinq”ə məxsus daha bir şirkət LƏĞV OLUNUR

    "Gilan Holdinq”ə daxil olan "Beynəlxalq Ticarət Mərkəzi” MMC holdinqin digər üzvü "MKT İstehsalat Kommersiya” MMC-lə qoşularaq ləğv olunduğunu elan edib.
    Muxalifet.az bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
    Məlumata görə, Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95 ünvanına bildirə bilərlər./BakuPost

    Muxalifet - 12-03-2019

  2. “Stratfor” Rusiyanın yeni dünya ekspansiyasından yazır: Moskva Amerikanın marağı olan ərazilərdə Vaşinqtona meydan oxumağa başlayıb – TƏHLİL

    Stratfor (ABŞ), 05.03.2019

    Muxalifet - 12-03-2019

  3. Rusiya hansı halda nüvə silahı tətbiq edəcəyini açıqladı

    Rusiya regional münaqişələrin qarşısının alınması üçün heç zaman nüvə silahından istifadə etməyəcək. 
    Muxalifet.az “Russia Today”ə istinadən xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonda Karneqi Fondunun konfransında bu cür bəyanatla çıxış edib.
    Nüvə zərbəsini vuracaq ilk tərəfin Moskva olacağına dair iddiaları uydurma adlandıran Antonov, Rusiya rəhbərliyinin yalnız hansı halda nüvə silahı tətbiq edə biləcəyinə aydınlıq gətirib. 

    Muxalifet - 12-03-2019

  4. Tatarıstanda məmur qadın “Porshe”dən imtina etdi, bəs bizdə?

    Hüquqşünas: “Ölkəmizdə korrupsiyanın əsas təşəbbüskarı elə qadınlardır”

    Muxalifet - 12-03-2019

  5. ​Sel 12 nəfərin canını aldı

    Braziliyanın ən çox əhalisi olan Sao Paulo şəhərində iki gün davam edən şiddətli yağışlar selə səbəb olub.
    Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 12 nəfərin öldüyü bildirilir.
    Şəhərin Ribeirao Pires bölgəsində şiddətli yağışlar nəticəsində bir ev tamamilə dağılıb. Ağaclar kökündən çıxıb yolları bağladığından avtomobillərin hərəkətində çətinlik yaranıb.

    Muxalifet - 12-03-2019

  6. İsrailin “Şərqi Qüds” planı

     İsrailin baş naziri Netanyahu gələcək beş il ərzində işğal altındakı Şərqi Qüdsdə 23 min yeni mənzilin inşa ediləcəyini açıqlayıb.
     
    İsrailin baş naziri Binyamin Netanyahu sosial media hesabından verdiyi açıqlamada, "Qüdsdə 1 milyard şekel (təxminən 276 milyon dollar) investisiyayla 23 min yeni mənzil inşa edilməsi çərçivəsində bir müqavilə imzaladıq" deyə bildirib.
     Netanyahu açıqlamasında, "Qüdsün bir yaşayış məntəqəsi deyil, əbədi İsrailin paytaxtı və əbədi varlıqlarının 3 min illik bir parçası" olduğunu irəli sürüb.

    Muxalifet3 - 12-03-2019

  7. MOLLA REJİMİ DAHA BİR RƏZALƏTƏ İMZA ATDI: Tanınmış hüquq müdafiəçisinə 38 il həbs və 148 şallaq cəzası verildi

    Tehranda tanınmış insan hüquqları müdafiəçisi Nəsrin Sotoudeh 38 il həbsə və 148 şallaq cəzasına məhkum edilib.

    Ailəsi bildirib ki, Nəsrin Sotoudeh milli təhlükəsizliklə əlaqədar bir neçə cinayətdə ittham edilsə də o, bunların hamısını rədd edib.

    Nəsrin Sotoudeh hicab taxmağı rədd edən qadınları təmsil etməsi ilə tanınıb.

    Hüquq müdafiə qrupları mükafat qazanmış hüquq müdafiəçisinə qarşı "gözlənilməz" hökmü sərt tənqid edib.

    Muxalifet4 - 12-03-2019

  8. Sürücülərə NƏZƏRİNƏ - Bu yolda hərəkət məhdudlaşdırılır

    Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 12-dən 13-nə keçən gecədən etibarən 14-ü axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Muxalifet - 12-03-2019

  9. İlham Əliyevdən daha bir VACİB TAPŞIRIQ: uşaqlara verilən müavinətlər artırılır

    “Azərbaycanda son iki ay ərzində inqilabi addımlar atılıb. Bunlar hamısı xaqılın güzəranının yaxşılaşdırılmasına xidmət edir”.
    Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

    Muxalifet - 12-03-2019

  10. "Mənim axırım necə olacaq?" - İŞİD-in ATA-ANASIZ QOYDUĞU HƏMZƏ

    Həmzə Casim el-Əlinin kiçik və qorxulu bir dünyası var. 12 illik həyatı boyu Fərat çayının sahillərindən cəmi 40 km uzaqlaşıb.

    İraqın Əl-Qaim şəhərindən başlayan həyat yolu indi onu "İŞİD xilafəti" kabusunun ən qaranlıq yerinə gətirib çıxarıb. 12 yaşındakı uşaq dözə bilməyəcəyi qədər çox ölüm görüb.

    İndi o, kiçik dünyasının mərkəzi olan çaydan çox uzaq bir səhrada, küləklərin silkələdiyi çadırın içində, onu heç tanımayan yaşlı bir qadınla yaşayır.

    İŞİD-in nəzarəti altında yaşamağın necə olduğunu soruşuram.

    Gülümsəyir, "Yaxşıydı" deyir.

    Muxalifet4 - 12-03-2019

  11. Bakıda OLAY: Sevgililərin hamamda meyiti tapıldı

    Bakıda 2 nəfər dəm qazından boğularaq ölüb.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bahar bağları”nda qeydə alınıb. Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Həbib Mehman oğlu Hüseynli və 1985-ci il təvəllüdlü Əntiqə Vidadi qızı Əzimova həmin evin həyətində yerləşən hamamda dəm qazından boğularaq ölüblər.

    Muxalifet - 12-03-2019

  12. İranda evlilik təklif etdi: Həbs olundu

    İranda ictimai yerdə evlilik təklifi edən sevgililər həbs olunub.
     
    Sosial mediada yayılan bir video  ajiotaja səbəb olub. Videonun İranda çəkildiyi bildirilib. Sosial mediada qısa müddətdə yayılan videoda, bir nəfər ictimai yerdə ürək formasında gülləri sevgilisinə təqdim edərək evlilik təklif edib. Qadın da təklifə razılıq verərək evlilik təklifini qəbul edib və nişan üzüklərini taxıblar.

    Muxalifet3 - 12-03-2019

  13. ​“Bunlar İlham Əliyevin gördüyü işlərə kölgə sala bilmir” – Hadı Rəcəbli: “...çox eybəcər addımlar atılır”

    “Bu gün çox eybəcər elektron müharibə gedir, eybəcər addımlar atılır. Bütün bunlar Prezident İlham Əliyevin gördüyü işlərə kölgə sala bilmir”.

    Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.
     
    Komitə sədri deyib ki, cəmiyyət bütün imkanlardan istifadə edərək sabitliyi qorumalıdır: “Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Bununla gələcəkdə görüləcək işlərə möhkəm bönüvrə yarada bilərik”.

    Muxalifet4 - 12-03-2019

  14. ​Sərnişin uşağını unutdu, təyyarə geri döndü

    Səudiyyə Ərəbistanında südəmər körpəsini unutmuş sərnişinə görə təyyarə aeroporta geri dönüb.
    Bu barədə “RİA Novosti” məlumat yayıb.
    İnsident Ciddə şəhərində Kral Əbdül Əziz adına beynəlxalq hava limanında qeydə alınıb.
    Yerli KİV-də “Saudi Arabian Airlines” hava yolları şirkətinin komandiri ilə dispetçer arasında gedən danışıqların səs yazısı yayılıb.
    Dispetçer təkrar-təkrar pilotun hansı səbəbə təyyarəni geri qaytardığını soruşub. Sonuncu isə qəzəbli şəkildə sərnişinlərdən birinin uşağını terminal binasında unutduğunu bildirib.  

    Muxalifet - 12-03-2019

  15. Azərbaycan-İran sərhədində NÖVBƏTİ ATIŞMA - ÖLƏN VAR

    Martın 12-də saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 6 nə­fər silahlı naməlum şəxslər müşahidə olunub.

    Muxalifet4 - 12-03-2019

  16. Rusiya təyyarəsi bu salfet parçasına görə Bakıya təcili enmişdi... - FOTO

    Xəbər verdiyimiz kimi, dünən Bakı vaxtı ilə saat 14:56-da Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinə məxsus, Bəhreyndən Moskvanın “Domodedovo” hava limanına uçan “Airbus A321” sərnişin təyyarəsi Heydər Əliyev Hava Limanında təcili eniş edib.

    O da bildirilirdi ki, enişə səbəb təyyarənin tualetində tapılmış və üzərində hava gəmisində bomba olduğu yazılmış kağız parçası olub.

    Muxalifet4 - 12-03-2019

  17. BDU-nun yeni rektorundan İLK AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Elçin Babayevi BDU-ya yeni rektor təyin edib.
     
    Muxalifet.az xəbər verir ki, baş tutan təyinatla bağlı bizimyol.info saytı BDU-nun yeni təyin olunan rektoru Elçin Babayevlə əlaqə saxlayıb. O, sayta ekskulizv açıqlamasında hər zaman mətbuata açıq olacaqlarını bildirib.
     
    "Mən diqqət üçün minnətdaram. Əvvəlcə cənab prezidentə mənə böyük etimad göstərdiyinə görə təşəkkürümü bildirirəm. Bu təyinat üzərimə böyük məsuliyyət qoyub.
     

    Muxalifet4 - 12-03-2019

  18. Azərbaycan neftinin qiyməti kəskin artdı

    Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı xam nefti bahalaşıb.n 1 barelinin qiyməti artıb

    ONA xəbər verir ki, Azərbaycan neftinin qiyməti 1,66 ABŞ dolları və ya 2,52% artaraq 67,52 dollara bərabər olub.

    Muxalifet4 - 12-03-2019

  19. Şimali Koreya diktatorunun bacısı deputat oldu

    Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon martın 10-da keçirilən parlament seçkilərinin yekunu üzrə 14-cü çağırış Ali Xalq Məclisinin deputatı seçilib.

    Muxalifet.az trend-ə istinadən xəbər verir ki, səsvermədə seçicilərin 99,99 faizi iştirak edib.

    K.Y.Çjon Şimali Koreya rəhbərinin doğma bacısıdır, onun ən yaxın məsləhətçilərindən biri və ölkədə ən nüfuzlu qadındır. Koreya Əmək Partiyasının Təbliğat və təşviqat bölməsi sədrinin birinci müavini vəzifəsində çalışır.

    Muxalifet4 - 12-03-2019

  20. Bakıda mütəşəkkil qruplaşma zərərsizləşdirilib

    Bakıda avtomobilləri kütləvi olaraq, qeyri-adi üsulla talamaqda, bank plastik kartlarının məxfi informasiyalarını öyrənməyə cəhdə şübhəli bilinən mütəşəkkil qruplaşma üzvləri müəyyən olunaraq tutulub.

    Muxalifet - 12-03-2019

Pages