Axtarış
The search found 105779 results in 0.107 seconds.
Search results
ABŞ “Valkiriya”nın ilk görüntülərini yaydı - Video
ABŞ ordusu Kratos XQ-58 Valkiriya pilotsuz uçuş aparatını sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Defans Nyus” saytı informasiya yayıb.
PUA-nın sınaqları martın 5-də Arizona ştatındakı Yuma poliqonunda keçirilib. İlk uçuş zamanı aparat 76 dəqiqə havada qalıb. Mövcud sınaq mərhələsində daha 5 uçuş keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Valkiriya”lar beşinci nəsil F-35 qırıcılarının müşayiət edilməsi üçün nəzərdə tutulub.
Muxalifet3 - 11-03-2019
Mənim onlara terrorçu dediyimi eşitmisiniz? - Ərdoğan
Mənim Xalqların Demokratik Partiyasına (HDP) səs verən vətəndaşlara terrorçu dediyimi eşitmisiniz? Mən HDP-ni idarə edənlərə terrorçu deyirəm.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hakkaridə vətəndaşlar qarşısında çıxış edərkən bildirib.
"8 Mart Qadınlar Günü dedilər, Taksimə yürüş etdilər. Dərdləri seçki öncəsi ölkəni qarışdırmaqdır. Azan səsini fitə basmaqla yatıran, ədəbsiz plakatlar daşıyan o dəstənin arxasında kim var? - HDP", - Ərdoğan söyləyib.
Muxalifet3 - 11-03-2019
NATO Qarabağ probleminə MÜDAXİLƏ ETDİ: “Yalnız bu yolla...”
Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Ceyms Appaturay Ceyms Appaturay bildirib.
Münaqişənin həllində iştirak etmədiklərini deyən Appaturay regionda sülhün təmin edilməsində maraqlı olduqlarını vurğulayıb:
"Bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyimizi bütün tərəflərin nəzərinə çatdırıram".
Muxalifet3 - 11-03-2019
İndoneziya növbəti dəfə silkələndi
İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, təbii hadisə Sumatra adasının şimalındakı Açe əyalətində qeydə alınıb. İndoneziya Meteorologiya, İqlim və Geofizika İdarəsinin məlumatına görə yeraltı təkanlar 19 kilometr dərinlikdə baş verib. Sunami xəbərdarlığı elan edilməyib. Zəlzələnin fəsadları barədə hələ ki, məlumat yoxdur.
Xatırladaq ki, 2004-cü il dekabrın 26-da İndoneziyada baş verən 9,1 bal gücündə zəlzələdən sonra meydana gələn sunami nəticəsində 230 mindən çox insan həyatını itirmişdi.
Muxalifet3 - 11-03-2019
Ermənistanda rus hərbçini vuran şəxslə bağlı yeni məlumat
Ermənistanın Şirak vilayətinin sakini Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbi qulluqçusuna bıçaqla xəsarət yetirmək şübhəsi ilə tutulub.
Muxalifet.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan sakini 22 yaşlı rusiyalı hərbçini bıçaqla yaralamaqda şübhəli bilinir.Muxalifet3 - 11-03-2019
Qətərdən böyük jest: 55 min ailə...
Qətər hökuməti Qəzzada yardıma ehtiyacı olan 55 min ailəyə maddi yardım göndərib.
Muxalifet.az xəbər verir ki, yardım almaq istəyən yüzlərlə fələstinli Qəzzanın müxtəlif rayonlarında olan bankların qarşısında toplaşıb.
Qeyd edilir ki, hər ailəyə 100 dollar məbləğində yardım göstərilib.
Muxalifet3 - 11-03-2019
Azərbaycanda bu məhsullar ucuzlaşdı - Siyahı
2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz artıb.
Muxalifet3 - 11-03-2019
Trampın 750 milyardlıq planı: Konqresdən tələb
ABŞ Prezidenti Donald Tramp Konqresdən 2020-ci ilin müdafiə büdcəsi üçün 750 milyard dollar tələb edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.
Sözügedən vəsaitin 544 milyardı əsas büdcə, 9 milyardı fövqəladə vəziyyət fondu üçün, 165 milyard dollar isə müharibə fondu üçün nəzərdə tutulub. Bundan əlavə, büdcəyə dair hər hansı məlumat verilməyib.
Bildirilir ki, Pentaqon müdafiə büdcəsi ilə bağlı sabah ictimaiyyətə açıqlama verəcək.
Muxalifet3 - 11-03-2019
"Uşaq pulu tətbiq olunacaqsa, sosial yardımdan imtina etməliyik”- Deputat
“Bir çox ölkələrdə uşaq pulu tətbiq olunur. Bəzilərində isə yalnız ünvanlı sosial yardım proqramı işləyir. Bizdə hazırda ünvanlı sosial yardım proqramıdır. Uşaq pulu tətbiq olunacaqsa, onda ünvanlı sosial yardım proqramından imtina etməliyik”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, uşaq pulu tətbiq edəndə çoxuşaqlı ailələrin çoxunda ehtiyac meyarının səviyyəsi yuxarı olacaq:Muxalifet3 - 11-03-2019
Lavrov Çavuşoğlu ilə görüşünü ləğv etdi - Səbəb
Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlunun fevralın 12-də Antalyada keçirilməsi nəzərdə tutulan görüşü təxirə salınıb.
Muxalifet.az xəbər verir ki, Moskva bu addımı rusiyalı nazirin iş qrafikinin gərgin olması ilə izah edib.Muxalifet3 - 11-03-2019
Zidan geri qayıdır - Rəsmi
İspaniyanın “Real Madrid” klubu sabiq baş məşqçisi Zinəddin Zidanı geri qaytarıb.
Muxalifet.az xəbər verir ki, qərar Madrid təmsilçisinin idarə heyətinin iclasından sonra elan edilib.
Fransalı mütəxəssisin rəhbərliyi ilə ilk məşq martın 12-də və ya 13-də nəzərdə tutulur.
Zinəddin Zidan 2016-2018-ci illərdə “Real Madrid”ə rəhbərlik edib. “Kral klubu” onun rəhbərliyi ilə ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının və bir dəfə İspaniya La Liqasının qalibi olub. Hazırda “Real Madrid” 27 turdan sonra 51 xalla üçüncü pillədə qərarlaşıb.
Muxalifet3 - 11-03-2019
ABŞ-dan Rusiyaya daha bir sanksiya: Bu dəfə hədəf...
ABŞ Rusiyanın mərkəzi banklarından olan "Avrofinans Mosnarbank"a sanksiya tətbiq edəcəyini bəyan edib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik Rusiya bankının Venesuelanın dövlət neft şirkəti PDVSA-ya dəstək verdiyi üçün sanksiyaya məruz qalacağını bildirib. Qadağaya əsasən, sözügedən bankın ABŞ-dakı bütün hesabları dondurulacaq, ABŞ vətəndaşları və şirkətlərinin bu bankdan istifadəsinə qadağa tətbiq ediləcək.
Muxalifet3 - 11-03-2019
Səudiyyədə daha bir ilk yaşanır - Şeyx açıqladı
Səudiyyə Ərəbistanı ölkədə ilk konservatoriya binasını inşa etməyi planlaşdırır. Bunu Krallığın Əyləncələr üzrə Baş İdarəsinin direktoru Turki Əl əş-Şeyx bildirib.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, o, “Əl-Ərəbiyyə” telekanalının efirində deyib: “Mən təbəələr üçün qeyri-adi sürprizi elan etmək istərdim. Mədəniyyət Şurası konservatoriyanın tikintisinə və açılışına tezliklə icazə verilməsi imkanlarını öyrənir”. Doğrudur, Turki Al əş-Şeyx layihənin müddətini və dəyərini açıqlamayıb.Muxalifet3 - 11-03-2019
Daha bir ölkədən Qarabağa dəstək - Foto
Xarici işlər naziri Elmar Məmmədyarov Xalid Əl-Uteybinin rəhbərlik etdiyi Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Muxalifet3 - 11-03-2019
Müharibə başlasa, ABŞ ağır şəkildə məğlub olacaq - RAND
Rusiya və Çin ilə nüvə silahı olmadan müharibə başlayarsa, ABŞ itirən tərəf olacaq.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Düşüncə Təşkilatı RAND-ın eksperti Devid Okmanek bildirib.
Okmanek ABŞ-ın ağır şəkildə rəqiblərinə məğlub olacağını, Rusiya və Çinin raketlərinə qarşı müdafiəsiz qalacağını qeyd edib:
"Rusiya və Çin ABŞ-ın müttəfiqlərini də həm Baltikdə, həm də Tayvanda məğlub edəcək gücdədir".Muxalifet3 - 11-03-2019
Kütləvi etirazlar: Hökumət istefaya getdi
Əlcəzair hökuməti kütləvi etirazların fonunda istefaya gedib.
Muxalifet.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ölkə prezidenti Əbdüləziz Buteflikanın prezident seçkilərində iştirakına qarşı fevralın 22-dən etibarən kütləvi etirazlar səngimir.
Buteflika da öz növbəsində prezident seçkilərinin təxirə salınacağını, növbəti dəfə bu mübarizədə iştirak etməyəcəyini bəyan etmişdi.
Muxalifet3 - 11-03-2019
Paşinyan TŞ iclasını Azərbaycanda niyə keçirir?
Paşinyan danışıqlar formatını dəyişdirə bilməsə də, bildiyini edir.
Ailehekimiklinikasi.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirməsi barədə xəbərlərə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Baş nazir Nikol Paşinyan artıq Xankəndidədir:Muxalifet3 - 11-03-2019
ABŞ-dan Venesuela ilə əməkdaşlığa görə Rusiyaya sanksiya
ABŞ-ın Xəzinə Nazirliyi Maduro hökumətinə və Venesuela dövlət neft şirkətinə dəstək verdiyi və bu səbəblə də Rusiya mərkəzli bir banka sanksiya tətbiq edəcəyini açıqlayıb.
ABŞ rəhbərliyi Maduro hökumətinə dəstək verdiyi və bu səbəblə də Rusiyanın “Evrofinance” bankına sanksiya tətbiq edəcəyini bəyan edib.
Maduro hökumətinin qeyri qanuni olduğunu qeyd edən ABŞ Xəzinə Nazirliyi Rus bankına tətbiq edilən sanksiyanı Maduro hökumətini dəstəkləməklə əsaslandırıb.Muxalifet3 - 12-03-2019
İngilis hökumətindən “Brexit” açıqlaması
İngiltərənin baş nazirinin müavini David Liddington ölkəsinin Avropa Birliyi ilə (Aİ) davam edən müzakirələrdə mübahisəli “tədbir maddəsiylə” bağlı qanuni bağlılığı olan dəyişikliklər əldə etdiyini bildirib.
İngilis parlamentinin alt qanadı Avam Palatasında çıxış edən Liddington, “Brexit” müqaviləsində qanuni bağlılığı olan dəyişikliklər əldə etdiklərini deyib.Muxalifet3 - 12-03-2019
Doğu Perinçek Türkiyədəki seçkidə məğlubları açıqladı
Türkiyədə 31 mart bələdiyyə seçkilərinə günlər qalmış Vətən Partiyasının sədri Doğu Perinçek seçkinin nəticələri ilə bağlı açıqlama verib.
Doğu Perinçek bu millətin PKK ilə əməkdaşlıq edənlərə dəstək verməyəcəyini söyləyərək seçkidə məğlub olanları açıqlayıb.
Bu seçkinin bir əbədiyyət məsələsi olduğunu qeyd edən Perinçek, “Vətənin təhlükəsizliyi təhlükə altındadır və bu seçkilər əbədiyyət məsələsinə çevrildi. CHP, İP və SP-nin ağlını başına alması lazımdır” deyib.Muxalifet3 - 12-03-2019