Axtarış
The search found 105779 results in 0.116 seconds.
Search results
QƏTƏRİ BU SƏBƏBDƏN İŞĞAL EDƏCƏKDİLƏR - ABŞ-dan yaşıl işıq gözləyirdilər...
Muxalifet.az xəbər verir ki, Qətər dövlətinin baş nazirininin ikinci müavini Əl-Atıyye, ölkəsini blokadaya salan dövlətlərin niyyətinin dünyadakı ən böyük təbii qaz ehtiyatlarına malik olduğuna görə Qətəri işğal eləmək olduğunu bildirib.
Muxalifet - 12-03-2019
"Bakı bulvarında mazut qoxusundan hərəkət etmək olmur" - DEPUTAT
Bakı bulvarında mazut qoxusundan hərəkət etmək olmur.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Elmira Axundova deyib.
E.Axundova bildirib ki, paytaxt Bakıda ekoloji vəziyyət dözülməzdir: "Bakı bulvarı bərbad gündədir. Mazut qoxusu hər tərəfi bürüyür. Nə üçün həmin ərazi təmizlənmir? "Ağ şəhər" ərazisində də vəziyyət pisdir. Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə daha ciddi işləməlidir".Muxalifet - 12-03-2019
Bakıda 22 yaşlı müəllimə QƏFİL ÖLDÜ: Yeni ailə qurmuşdu - FOTO
Bakıda orta məktəbdə çalışan gənc müəllimə qəfil dünyasını dəyişib.
Hadisə martın 4-də qeydə alınıb. Belə ki, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbində çalışan 22 yaşlı Gülnar Balarza qızı Əliyeva dünyasını dəyişib.
Hadisə səhər saat 4-də 3 saylı Sabunçu xəstəxanasında baş verib. Ondan bir gün əvvəl, martın 3-də Gülnar Əliyevanın dərs zamanı halı pisləşib.Muxalifet - 12-03-2019
Paşinyan əraziləri qaytarmamaq üçün bunu edəcək - SENSASİON PLAN
Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Mins qrupunun həmsədrlərinin son bəyanatından sonra yeni plan üzərində fikirləşir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın “Past” nəşri mənbələrinə istinadən yazıb.Muxalifet - 12-03-2019
Kamil Zeynallı SAXLANILDI
Polis idmançı Kamil Zeynallını saxlayıb.
Muxalifet.az-ın "Report”a istinadla verdiyi məlumata görə, K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.
O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.Muxalifet - 12-03-2019
Paşinyan Qarabağda separatçıların başçısı ilə görüşdü
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Ermənistan Baş naziri Nikol Paşinyan bölgədəki separatçıların başçısı Bako Saakyanla görüşüb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, separatçı görüşdə bölgədəki son vəziyyət və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Nikol Paşinyan Qarabağa martın 11-də gəlib.
Muxalifet4 - 12-03-2019
Ronaldo da "Real"a qayıdır? - Klub prezidenti açıqladı
Zinəddin Zidanın yenidən “Real”ın “sükanı arxası”na keçməsindən sonra Kriştiano Ronaldonun da Madrid klubuna qayıdacağına dair müzakirələr başlayıb.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin prezidenti Florentino Perez “Yuventus”un futbolçusunun qayıdıb-qayıtmayacağına dair məsələyə münasibət bildirib.
O, bunu təkzib edib: “Kriştiano indi olmalı olduğu yerdədir, hər şeyi qaydasındadır”.
Muxalifet4 - 12-03-2019
Melaniya Tramp paylaşımı ilə Türkiyədə GÜNDƏM OLDU
Amerikanın birinci xanımı Melaniya Tramp son paylaşımı ilə Türkiyədə müzakirələrə səbəb olub.
Birinci ledi daha əvvəl ziyarət etdiyi FETÖ məktəbi “DOVE School of Discovery”yə təşəkkür mesajı yayımlayıb və məktəbi tərif edib.
Bu ziyarət və təşəkkür Türkiyədə sərt qarşılanıb.Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd etmişdi. Təşkilatın rəhbəri Fətullah Gülən hazırda ABŞ-dadır./Publika
Muxalifet - 12-03-2019
Dağlıq Qarabağda erməni hərbçi öldü
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi naməlum şəraitdə ölüb. Məlumatı Ermənistan KİV-ləri yayıb.
Bildirilir ki, 2000-ci ildə anadan olan, hərbçi Karen Karapetyan martın 12-də səhər saatlarında aldığı güllə yarasından ölüb.
Hadisənin səbəbi araşdırılır.Muxalifet - 12-03-2019
Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir... – SİRLƏRİ ÖYRƏNİN!
Yol polisi əməkdaşları daha əlində radarla gəzmir. Bu sahədə yeniliklər avtomobillərin sürət həddini aşması haqda tez və operativ məlumat almağa hesablanıb. Radarlarla bağlı bəzi məlumatları təqdim edirik.
Sürücülər, adətən, radar görən kimi tez əyləcə basırlar. Halbuki buna ehtiyac yoxdur. Həm özünüzə, həm də başqalarına təhlükə yaradırsız. Onsuz da radarların böyük imkanları var. Amma həm də müəyyən məsafələrdə radarlar acizdir. Yaxındasınızsa, əyləc köməyə gəlməyəcək, uzaqdasınızsa, radar sizi tuta bilməyəcək. Tələsmədən sürəti azalda bilərsiniz.
Muxalifet4 - 12-03-2019
KƏBİN NƏ ÜÇÜN LAZIMDIR? – Yaxud evli adamın başqası ilə kəbin kəsdirməsi haqda dinimiz nə deyir...
Hüquqşünas Bəhruz Bayramov: “Dünyəvi dövlət olduğumuzdan, burda kəbin heç bir hüquqi qüvvəyə malik deyil”
Hacı Akif Heydərli: “İnqilabdan əvvəlki dövrdə bizdə rəsmi nigahdan çox molla kəbininə üstünlük verilib”
Muxalifet4 - 12-03-2019
Azərbaycan-İran sərhədində atışma: İki nəfər ölüb - YENİLƏNİB
Son 3 gündə Azərbaycanın İranla sərhədində iki silahlı insident qeydə alınıb. Nəticədə iki nəfər öldürülüb, bir nəfər yaralanıb.
Muxalifet3 - 12-03-2019
ƏRƏBLƏR BU ÖLKƏYƏ HÜCUM ETDİ: 23 nəfər həlak oldu, 20 nəfər yaralandı
Yəmənin “Əl Masirah” televiziya hanalı Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələrinin dünən, Haccada yerləşən Kuşar məntəqəsinə qarşı hava hücumu həyata keçirdiyini bildirib.
Muxalifet4 - 12-03-2019
Azərbaycan prezidenti ABŞ səfirini qəbul etdi - YENİLƏNİB
Prezidenti İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunmuş səfiri Li Litzenberqerin etimadnaməsini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi internet səhifəsində məlumat yayılıb.
Etimadnamənin qəbulundan sonra prezident İlham Əliyevlə səfir Litezenberqer arasında görüş olub.
Hələlik görüşün detalları açıqlanmayıb.
Bundan öncə, yanvarın 11-də xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın yeni səfirini qəbul edib.Muxalifet3 - 12-03-2019
Tramp ətrafındakı qalmaqallar Uotegeyti xatırladır
Prezident Donald Trampın uzun zaman vəkili olmuş Maykl Kohenin Konqres qarşısında verdiyi ifadələri prezidentlə bağlı təhqiqatların aparıldığı vaxta təsadüf edib. Kohenin ölkə gündəminin diqqət mərkəzində olması bəzilərinə 1970-ci illərdə prezident Riçard Niksonun vəzifədən getməsi ilə nəticələnən Uotergeyt qalmaqalını xatırladır.
Konqres qarşısında ifadə verən Donald Trampın sabiq vəkili Maykl Kohen bir zamanlar əvəzinə güllələnməyə hazır olduğunu söylədiyi insanın, yəni prezidentin əleyhinə ifadələr səsləndirib.Muxalifet3 - 12-03-2019
Prezidentdən həmsədrlərin Qarabağ bəyənatına münasibət
"Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır".
Bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edərkən deyib.Muxalifet3 - 12-03-2019
Sarkisyan Qarabağdan İrəvana qayıtmadı
Artıq bir həftədir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan işğal altında olan Qarabağdadır.
Erməni KİV-ləri xəbər verir ki, işğal altında olan Qarabağda keçirilən Vazgen Sarkisyanın 60 illik yubiley tədbirlərində iştirak etdikdən sonra Serj Sarkisyan hələ də Ermənistana qayıtmayıb.
Ehtimallara görə, Sarkisyan, Paşinyanın iştirakı ilə keçiriləcək "təhlükəsizlik şurası"nın iclasına birbaşa qatılmasa da, bununla bağlı bir sıra qapalı müzakirələrə qoşulacaq.
Qeyd edək ki, Sarkisyan İrəvana dünən qayıtmalı idi.Muxalifet3 - 12-03-2019
"Kamil adamöldürən, xuliqan deyil" - Gülay Zeynallı
Xəbər verdiyimiz kimi, idmançı Kamil Zeynallı polis tərəfindən saxlanılaraq Nərimanov Rayon Məhkəməsinə aparılıb. İdmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı Axşam.az-a açıqlamasında məsələ ilə bağlı danışıb. O, Kamilin hazırda azadlıqda olduğunu deyib: "Bayaqdan telefonum susmur. Hazırda tədbirdəyəm. Kamil isə qızımızla birlikdədir. Kamili niyə polis saxlasın ki? Kamil adamöldürən, adamdöyən, xuliqan deyil ki...". Gülay ərinin hazırda azadlıqda olduğunu desə də, Kamilin telefonuna zəng çatmır. Qeyd edək ki, xəbərdə Kamilin hazırda məhkəmədə olduğu bildirilib.
Muxalifet4 - 12-03-2019
Vahid Ələkbərov: “Sanksiyalar “Lukoyl”un işinə mənfi təsir göstərib”
“Rusiyanın neft-qaz sektoruna qarşı tətbiq olunan texnologiya sanksiyaları “Lukoyl”un işinə, ümumilikdə isə sözügedən sektora mənfi təsir göstərib, lakin bununla belə məhdudiyyətlərə uyğunlaşmaq mümkündür”.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Lukoyl”un rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov Hyustonda “CERAWeek” neft-qaz konfransında çıxışı zamanı bildirib.
Muxalifet4 - 12-03-2019
ABŞ-da Azərbaycan muğamlarını dinləyən həkim
Bu dəfəki söhbətimi gənc həkimlərə xoş müjdəylə başlamaq istəyirəm. ABŞ hökumətinin xüsusi rezidentura proqramı var ki, universitetlərə, xəstəxanalara xaricdən tələbələr cəlb etmək göstərişi verilib. Tələb olunan imtahanlardan müvəfəqiyyət qazanan gənclərin rezidenturada təhsili ödənişsizdir. Və hətta rezidentlərə hər ay maaş da veriləcək. Bunun üçün nə tələb edilir, sualına cavab olaraq bildirmək istəyirəm ki, ilk addım kimi www.ecfmg.org saytına daxil olub, qeydiyyat hesabı yaradaraq müsabiqəyə qoşulmaq lazımdır. Müsabiqə ödənişlidir.
Muxalifet3 - 13-03-2019