Axtarış

The search found 105779 results in 0.02 seconds.

Search results

  1. Maduro xalqa vəd verdi: Yavaş-yavaş...

    Elektrik enerjisinin verilişi tədricən təmin olunacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib.
    “ABŞ-ın imperialist hökuməti bu hücum əmrini verdi. ABŞ elektrik paylayıcı şəbəkəyə hücum etdi. Məktəblər və digər sosial obyektlər hələ 48 saat fəaliyyət göstərməyəcək. Venesuela xalqını təbrik edirəm. Ölkə yavaş-yavaş toparlanacaq”, - deyə dövlət başçısı bildirib.
    Qeyd edək ki, bir neçə gün əvvəl Simon Bolivar elektrik stansiyasında baş verən qəza səbəbindən ölkənin 24 əyalətindən 22-də elektrik enerjisinin verilişi dayanmışdı.

    Muxalifet3 - 12-03-2019

  2. ​Cocuq Mərcanlıya köçürülmə başa çatdı - İkinci mərhələ

    Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə ailələrin köçürülməsi başa çatıb.
    Bunu Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.
    İcra başçısı vurğulayıb ki, kənddə bütün sosial obyektlər, o cümlədən poçt, səhiyyə, təhsil müəssisələri tam gücü ilə əhaliyə xidmət göstərir.

    Muxalifet3 - 12-03-2019

  3. Tramp dəhşətli qəzadan yazdı

    Təyyarələr daha qarma-qarışıq vəziyyətə salınır. Artıq pilotlara ehtiyac duyulmur, onların yerinə MİT-in (Massaçusets Texnologiya İnstitutu) kompüter mütəxəssisləri var.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda Efiopiyada baş verən təyyarə qəzası ilə bağlı yazıb.

    Muxalifet3 - 12-03-2019

  4. XİN rəhbəri Çilinin diplomatı ilə görüşdü

    Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb.
    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Çili arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb. Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli rol oynadığı vurğulanıb.

    Muxalifet3 - 12-03-2019

  5. Gürcüstanda azərbaycanlı hərbçi döyüldü - İstintaq aparılır

    Gürcüstanda Krtsanisi hərbi hissəsində xidmət edən əsgər Kazım Qəhrəmanovun döyülməsi və ondan pulun tələb olunması faktı üzrə 2 hərbçi müəyyən olunaraq istintaqa cəlb olunub.
    Muxalifet.az report-a xəbər verir ki, bunu Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Baş İdarəsinin rəis müavini İrakli Bazeraşvili keçirdiyi brifinqdə deyib.
    Onun sözlərinə görə, faktla bağlı operativ istintaq tədbirləri həyata keçirilib:

    Muxalifet3 - 12-03-2019

  6. Paşinyan Təhlükəsizlik Şurasını niyə Qarabağda topladı?

    Ermənistan Təhlükəsizlik Şurası (ETŞ) Baş nazir Nikol Paşinyan və TŞ üzvləri ilə birgə öz iclasını Dağlıq Qarabağda keçirib.

    Bu, Ermənistan Təhlükəsizlik Şurasının Qarabağda keçirilən ilk iclasıdır.

    Ermənistan rəhbərliyi iclasın məhz Dağlıq Qarabağda keçirilməsi səbəbini açıqlamayıb.

    Baş verənlərin Ermənistan daxili siyasətindəki proseslərdən qaynaqlandığını düşünən təhlilçilərə görə, Dağlıq Qarabağın iclasın məkanı kimi seçilməsi ilə Nikol Paşinyan "vasitəçilərə öz rəyinin yetərli olmamasını göstərmək istəyir".

    Muxalifet4 - 12-03-2019

  7. Azərbaycanda martın 13-dən 1-ci siniflərə qəbul başlayır - YENİ QAYDALARLA TANIŞ OLUN

    Azərbaycanda martın 13-dən 1-ci siniflərə şagird qəbulu başlayır. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonlarında dövlət ümumi təhsil müəssisələrinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir.

    Muxalifet.az xəbər verir ki, bu haqda Təhsil Nazirliyi bildirib.

    Ötən il elektron qəbul yalnız, Abşeron, Bakı, Gəncə və Sumqayıt məktəblərinə aid idi.

    Muxalifet4 - 12-03-2019

  8. "Boyinq" çətin durumda: Daha bir ölkə imtina etdi

    Efiopiyada baş verən təyyarə qəzası dünyanın aparıcı təyyarə istehsalçılarından olan “Boyinq” şirkətini çətin vəziyyətə salıb. Hazırda dünyanın bir sıra ölkələri və aviaşirkətləri “Boyinq 737 Max 8” tipli təyyarələrin istifadəsini dayandırıblar.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bir sıra Avropa ölkələri kimi, Avstriya da “Boyinq 737 Max 8” tipli təyyarələrin bu ölkənin hava məkanına daxil olmasını qadağan edib. Avstriya Nəqliyyat Nazirliyinin qərarına əsasən, qərar martın 12-dən 13-nə keçən gecədən etibarən qüvvəyə minir.

    Muxalifet3 - 12-03-2019

  9. Qurban Qurbanovun oğlu cərimələndi

    AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.
    Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, komitə "Qarabağ-2"nin futbolçusu Musa Qurbanlını da cəzalandırıb. Oyunçu "Səbail-2" ilə matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün ona 1 oyunluq diskvalifikasiya tətbiq edilib. Klub isə 20 manat məbləğində cərimələnib.
    Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.
     

    Muxalifet3 - 12-03-2019

  10. ​ABŞ-dan Türkiyəyə qarşı XAİN ADDIM – Pentaqon PKK-ya 300 milyon dollar yardım etdi

    ABŞ Müdafiə Nazirliyi (Pentaqon) SDG adı ilə fəaliyyət göstərən YPG/PKK terror təşkilatına 300 milyon dollar yardım edib.
     
    Muxalifet.az teleqraf.com-a istinadən bildirir ki, bu pullar Suriyanın sərhədlərinin mühafizəsi adı altında terror təşkilatına göndərilib.
     
    Qeyd edək ki, ABŞ Konqresi bu gün 2020-ci il üzrə büdcənin detallarını açıqlayıb. Donald Tramp Konqresdən Pentaqon üçün 718,3 milyard dollar vəsait tələb etmişdi.
     

    Muxalifet4 - 12-03-2019

  11. Ərdoğandan azanı fitə basanlara 31 mart mesajı

    Bir bələdiyyə başqanı “Səs yoxdursa, yol da yoxdur” deyərmi? CHP-çidirsə deyər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda çıxışı zamanı deyib.
    “Kameralar qarşısında inanclarına hörmətsizlik edilənlər 31 martı gözləyir. Azanına hörmətsizlik edilənlər 31 martı gözləyir. Bu seçki siyasət dizaynı edənlərlə hesablaşma seçkisidir”, - deyə dövlət başçısı bildirib.
     

    Muxalifet3 - 12-03-2019

  12. Baltikyanı mediası: Azərbaycanın 10 minlik ordusu...

    Baltikyanı ölkələrin aparıcı xəbər agentlikləri və portalları Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimlərindən yazıb.
    Muxalifet.az xəbər verir ki, əsasən "Röyter" agentliyinə istinadən yayılan xəbərlərdə təlimlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər iki ölkə liderlərinin görüşü ərəfəsində keçirilməsinin Ermənistan rəhbərliyini narahat etdiyi bildirilib.

    Muxalifet3 - 12-03-2019

  13. Prezident Apellyasiya Şurasına yeni səlahiyyət verdi

    İcra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər.
    Muxalifet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.

    Muxalifet3 - 12-03-2019

  14. Britaniya parlamentindən “Brexit” qərarı

     İngiltərə Parlamenti yeni ciddi araşdırılmış “Brexit” müqaviləsini da rədd edib. Parlamentdəki səsvermədə, müqavilənin lehinə 242, əleyhinə isə 391 səs verillərək müqavilə layihəsi rədd edilib.
    Müxalifət.az

    Muxalifet3 - 13-03-2019

  15. Gündəmə bomba kimi düşən iddia! Tramp ikisini də qovdu!

     Amerikalı jurnalist Vicky Ward yazdığı və yaxında bazara çıxacaq kitabında, ABŞ prezidenti Donald Trampın qızı Ivanka Tramp və kürəkəni Jared Kuşnerin Ağ Evdən uzaqlaşdırılması üçün keçmiş özəl qələm müdiri Con Kelli-yə təlimat verdiyi irəli sürülüb.
     
    ABŞ-ın “New York Times” qəzetinin xəbərinə görə, jurnalist Vicky Ward-ın qələmə aldığı və gələcək həftələrdə bazara çıxacaq "Kushner Inc" adlı kitabda, Trampın qızı və kürəkəni ilə əlaqəsi haqqında ciddi iddialar yer alıb.
     
    KELLİ-yə GÖSTƏRİŞ VERİB
     

    Muxalifet3 - 13-03-2019

  16. ​Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib

    Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq niyyətində olduğunu bildirib.
    Muxalifet.az RİA "Novosti"yə istinadən xəbər verir ki, o, aprelin 1-də Kiyev hava limanında olacağını deyib.
    Saakaşvili əlavə edib ki, bu qərar Ukrayna prezidenti Petr Poroşenkonun ikinci müddətə prezident seçkilərində iştirak edə bilməməsi ilə əlaqədardır.
    O artıq təyyarəyə bilet də aldığını diqqətə çatdırıb./report

    Muxalifet - 13-03-2019

  17. Türkiyədən F-35 açıqlaması

    Türkiyənin Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Ş-bəsinin zabiti mayor Nadir Şəbnəm Aktop F-35 təyyarələrinin təhvil verilib verilməyəcəyi məsələsinə qısa münasibət bildirib. Akto, F-35-lərin təhviliylə bağlı bir suala, bu məsələdə bu an üçün bir problemin olmadığını söyləyib.
    Qeyd edək ki, ABŞ rəhbərliyi S-400-lərin Rusiyadan alındığı təqdirdə F-35 təyyarələrinin Türkiyəyə təhvil verilməyəcəyini açıqlayıb.
    Müxalifət.az

    Muxalifet3 - 13-03-2019

  18. S-400 təlimi üçün ilk dayanacaq Azərbaycan olacaq

     ABŞ və Türkiyə arasında hər keçən gün daha da yüksələn bir gərginliyə səbəb olan S-400-lərlə bağlı qarşılıqlı bəyanatlar bir yana, Milli Müdafiə Nazirliyi S-400 sistemləri üçün təlim alacaq hərbi heyətin yol xəritəsinin son vəziyyətini hazırlaması üçün intensiv şəkildə işləməyə davam edir. Türk hərbçilərinin birbaşa Rusiyaya getməyəcəyi, qrupun ilk dayanacağının Azərbaycan olacağı iddia edilib. Buna görə Türk nümayəndə heyəti əvvəl Azərbaycana gedərək S-300 PMU2-ni araşdıracaq, sonra yay aylarında Rusiyaya gediləcək və yekun təlim başlayacaq.

    Muxalifet3 - 13-03-2019

  19. “Eynşteynin mənim pilotum olmasını istəmirəm” - Tramp

    ABŞ prezidenti Donald Tramp Efiopiyada bazar günü qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı "Təyyarələr səyahət üçün çox mürəkkəb hala gəlir. Pilotlara artıq ehtiyac duyulmur, bunun əvəzinə MİT-dən kompüter mütəxəssisləri var" deyib.
     
     Tramp bu sözləri Twitter hesabından verdiyi açıqlamada bildirib.

    Muxalifet3 - 13-03-2019

  20. ​Ramil Usubov məhkəmə sədrinin oğlunu rəis təyin etdi

    Daxili işlər orqanlarında yeni təyinat olub.
    Bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ruslan Zeyqəm oğlu Hüseynov yeni vəzifəyə təyin edilib.
    Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə R. Hüseynov Bakının Nərimanov Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

    Muxalifet - 13-03-2019

Pages