Axtarış

The search found 105779 results in 0.03 seconds.

Search results

  1. Orduya hərbi çevriliş çağırışı etdi

    Venesuelada özünü prezident elan edən Milli Məclisin sədri Guaido paytaxt Karakasın Sanda Monica bölgəsində nümayişçilərlə görüşüb. Xuan Guaido burada etdiyi çıxışında, prezident Nikolas Maduro və hökumətini hədəf alıb.
     
    Ordu, polis və bütün təhlükəsizlik gücləri ilə təmas halında olduğunu iddia edən Guaido, "Prezident postunun qəsb olunmasının sona çatması çox yaxındır. Qısa bir müddət sonra iş ofisinə ehtiyacımız olacaq. Silahlı qüvvələrin dəstəyini alan kimi dərhal Mirafloresə (prezident sarayı) gedib, ofisimə keçəcəyəm" deyib.

    Muxalifet3 - 13-03-2019

  2. İranla sərhəddə YENƏ ATƏŞ SƏSLƏRİ: 6 silahlı, bir ölü...

    Külli miqdarda heroin və tiryək, güclü təsirli psixotrop maddələr və silahlar ələ keçirildi; DSX rəisi İranın sərhəd komissarı ilə görüşdü; üç gün ərzində sərhədin iki müxtəlif istiqamətində baş vermiş qanlı hadisə diqqəti iki mühüm məsələyə yönəldir

    Muxalifet - 13-03-2019

  3. RUSİYA XİN-dən NÖVBƏTİ ANTİ-AZƏRBAYCAN BƏYANATI – Vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görmür

    Rusiya XİN növbəti anti-Azərbaycan bəyanatı ilə çıxış edərək, ölkə vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görməyib. Səbəb kimi Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına ölkəyə girişə icazə verməməsi göstərilir.

    Muxalifet - 13-03-2019

  4. ABŞ-dan Türkiyəyə “Venesuela” təhdidi

     ABŞ Venesueladan diplomatik heyətini çəkməyə hazırlaşarkən Türkiyənin Maduro rejiminə dəstəyi mövzusunda ABŞ Xarici İşlər Nazirliyindən açıqlama verilib. ABŞ-ın Venesuela xüsusi nümayəndəsi Elliott Abrams "Türkiyənin Maduroya verdiyi dəstək ABŞ-ın siyasətinə tərsdir" deyib.
     
    Elliott Abramsa Türkiyənin Maduro rejiminə verdiyi dəstək, iki ölkə arasında qızıl ticarəti soruşulub.

    Muxalifet3 - 13-03-2019

  5. ​Bu ərazilərdə qaz olmayacaq

    Bu gün Sumqayıt və Abşeronun bir hissəsində qaz təchizatında məhdudiyyətlər olacaq.

    Muxalifet - 13-03-2019

  6. Azərbaycan yeni silahları SINAQDAN ÇIXARDI: Lələtəpədən başlayan “Yol xəritəsi”

    Aprel hərbi uğurunun ildönümü, yaxınlaşan seçim anı; havaların istiləşməsi ilə “hərb, yoxsa sülh” dilemmasının “donu” açılır; Kremlin danışmanı: “Konfliktlə bağlı qərar qəbul eləmək zamanı çatıb...”

    Muxalifet - 13-03-2019

  7. Türkiyədən İsrailə sərt təpki

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrail polisinin Məscid-i Aksa-dakı hücumları ilə bağlı açıqlama verib.
     
    Mövlud Çavuşoğlu, " (İsrail polisinin Məscid-i Aksadaki hücumları) Artıq İsrailin bu hədsizliyinə “dur” demək lazımdır. Müqəddəs yerlərimizə bu qədər çəkinmədən hücum etmələrinə biz razı ola bilmərik və bütün dünyanın buna təpki göstərməsi lazımdır" deyib.

    Muxalifet3 - 13-03-2019

  8. ​Bakıda intihara cəhd - Özünü asan qızı anası qurtardı

    Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, 4-cü mikrorayonda M.Cəlal Paşayev küçəsində yaşayan 1990-ci il təvəllüdlü Ə.Rüstəmova özünü yaşadığı evin yataq otağında asıb. Bundan xəbər tutan anası onu xilas edib.
    Qız boğulmuş vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilib.
    Fakt Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırılır.

    Muxalifet - 13-03-2019

  9. “PUTİNİZM” PUTİNDƏN SONRA DA YAŞAYA BİLƏRMİ? – Baş ideoloq Kremlin yeni planlarını açdı

    Rusiya nəinki seçkilərə müdaxilə edir, həmçinin Qərb siyasətçilərinin düşüncələrinə də təsir göstərir. Bununla nəyə nail olunacağı isə bəlli deyil.

    Muxalifet - 13-03-2019

  10. ​Paşinyan Azərbaycana müharibə təklif etdi - istədiyini alacaq

    Ermənistan rəhbərliyinin danışıqları dayandırmaq istiqamətində növbəti təxribatçı addımı; politoloq: “Azərbaycan Qarabağ məsələsinin hansı yolla həll edilməsi qərarını verə bilər...”
    Ötən həftə Avropa İttifaqından və ATƏT-in Minsk Qrupu həmsədrlərindən danışıqların formatının dəyişdirilməsi ilə bağlı iddialarına rədd cavabını alan Ermənistan rəhbərliyi çıxış yolunu növbəti təxribata əl atmaqda gördü. Baş nazir Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə son səfəri və burada şou sərgilməsinə başqa ad vermək mümkün deyil.

    Muxalifet - 13-03-2019

  11. Pentaqonu çətinə salan sual

    Terror təşkilatı YPG-ni qorumaq üçün 300 milyon dollar büdcə ayıran ABŞ, fondun sonrakı dövrlərdə nizamlanacağını açıqlayıb.
     
    Pentaqon büdcəsinin detallarının açıqlanmasından sonra Müdafiə Nazirliyinin rəsmisi Elaine Mccusker ilə ABŞ Baş Qərargah rəsmisi general-polkovnik Entoni R. Lerardi birgə mətbuat konfransı keçirib.

    Muxalifet3 - 13-03-2019

  12. SON DƏQİQƏ: Daha bir avtobus qəzası - VİDEO

    Sabunçu rayonunda avtobus və minik avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.
    Muxalifet.az-ın ONA-ya istinadən veriyi məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. 
    “107” nömrəli sərnişin avtobusu hərəkətdə olan zaman “Mersedes” markalı avtomobil onun arxa hissəsinə çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin və sürücü xəsarət alıb. 
    Hazırda hadisənin dəqiq təfərrüatları araşdırılır. 

    Muxalifet - 13-03-2019

  13. ​DİM-dən magistr olmaq istəyənlərə GÜZƏŞT

    Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticəsi həmin mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştirak etmək imkanı veriləcək.
    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanın II mərhələsində onlar dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, müsabiqə zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.

    Muxalifet - 13-03-2019

  14. Trampdan “Transseksualları ordudan çıxarın” əmri

    Pentaqon ABŞ prezidenti Donald Trampın transseksualların orduya alınmasını qadağan edən prezident fərmanının icrasına yönəlik qüvvə komandanlığına direktiv verib.
     
    Direktivə görə, sözügedən əmr 30 gün ərzində qüvvəyə minəcək və transseksual əsgərlər ancaq doğulduqları cinsiyyətlə vəzifələrinə davam edə biləcəklər. Digər tərəfdən, qüvvə komandanlığının baş katibləri bəzi fərdi güzəştləri tanıya biləcək.
    Qeyd edək ki, Tramp vəzifəyə gəldikdən sonra transseksualların orduda işlərinin olmadığını, buna imkan verməyəcəyini ifadə etmişdi.

    Muxalifet3 - 13-03-2019

  15. Türkiyə təyyarəsi Sofiyada qəza enişi etdi

    Brüssel-İstanbul aviareysi ilə uçan “Türk Hava Yolları” şirkətinə məxsus “Airbus A321” sərnişin təyyarəsi Sofiyada qəza enişi edib.
    Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, təyyarədə texniki nasazlıq yarandığından pilotlar təcili eniş etməyə qərar veriblər. Eniş zamanı xəsarət alan olmayıb./Azvision

    Muxalifet - 13-03-2019

  16. Sosial müavinətlər nə vaxtdan artımla veriləcək?

    Aprelin 1-dən müharibə əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanların sosial müavinət və təqaüdləri artacaq. 
    Bu artımlar Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli sərəncamı əsasında həyata keçirilir. 

    Muxalifet - 13-03-2019

  17. ​Xərçəngin müalicəsi tapıldı - Türk alimdən İNQİLABİ ADDIM

    Türkiyənin KTO Karatay Universiteti Tibb Fakültəsinin professoru Mutlu Dəmiray xərçəngin müalicəsində inqilaba imza atmaq üzrədir.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, professor sarıkökdən əldə edilən “curcumin” molekulundan dərman hazırlayıb.
    Mutlu Dəmirayın məqsədi təbii və ənənəvi üsullarla yeni texnologiyanın gücünü birləşdirmək, bu yolla xərçəngin müalicəsini tapmaq və böyük dərman firmaları ilə rəqabət aparmaqdır:

    Muxalifet - 13-03-2019

  18. ​Tonqaldan tullanarkən 9 nəfər yandı - Yel çərşənbəsində

    Yel çərşənbəsi ilə əlaqədar yandırılan tonqallara düşən 9 nəfər Yanıq Mərkəzinə gətirilib.
    Bu barədə Muxalifet.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, hər bir xəstəyə ilkin tibbi yardım göstərilib: "Xəsarətləri ağır olmadığına görə evə buraxılıblar".

    Muxalifet - 13-03-2019

  19. ​I sinfə sənəd qəbulu başladı - VİDEO

    Bu gündən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. Bu barədə Hurriyyet.org Təhsil Nazirliyinə istinadən xəbər verir.
    Məlumata görə, təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.

    Muxalifet - 13-03-2019

  20. ABŞ-da tarixin ən böyük qalmaqalı

    ABŞ-ın Ədliyyə Nazirliyi aralarında iki Hollywood ulduzunun da olduğu ən azı 50 nəfər haqqında milyardlarla dollarlıq rüşvət əməliyyatı başladıb. Bu əməliyyat ölkə tarixinin ən böyük qalmaqalların birinin ortaya çıxarılması kimi görünür. ABŞ-da dünyanın ən yaxşı universitetləri arasında yer alan Corctaun, Yel, Stanford, Texas, Cənubi Kaliforniya və UCLA-ya aldıqları rüşvət müqabilində zəngin şəxslərin uşaqlarını saxta hesabatlarla yerləşdirdikləri ortaya çıxan şəxslərin nəzarətə alındıqları və istintaqın daha da dərinləşəcəyi qeyd olunub.

    Muxalifet3 - 13-03-2019

Pages