Axtarış
The search found 105779 results in 0.022 seconds.
Search results
“Nar” 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı
Azərbaycanın ən gənc mobil operatoru “Nar”, 12 il ərzində əldə etdiyi nailiyyətlər və 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında çıxış edən “Azerfon”- un baş icraçı direktoru Qunnar Panke bildirib ki, mobil operator ötən il ərzində bir çox göstəricilər üzrə yüksək nailiyyətlər əldə edib.
Muxalifet4 - 13-03-2019
Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK)Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
BBAK-dan verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək.
Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.Muxalifet - 13-03-2019
Sürücülərə ŞAD XƏBƏR: Azərbaycanda bu cərimə ləğv edilə bilər
Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur.
Muxalifet.az avtosfer-a istinadən xəbər verir ki, Azərbaycandan çıxarılan avtomobillərin 2 il müddətində geri gətirilməməsi ilə bağlı avtomobilin dəyərinin 50-100 faiz arasında tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir.Muxalifet - 13-03-2019
Vətəndaşlara yumurta ilə bağlı SƏRT XƏBƏRDARLIQ: bunu edənlər...
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal edilən yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub.
Agentlikdən verilən məlumata görə, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirilərək “yerli yumurta” adı altında satışa çıxardığı aşkar edilib:Muxalifet - 13-03-2019
Dolların məzənnəsi sabit qaldı
Martın 14-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan verilən məlumata görə, 14.03.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2019-cu il martın 13-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.Muxalifet - 13-03-2019
Zidan "Real"da ilk məşqinə çıxdı - FOTO
"Real Madrid"ın baş məşqçisi Zinəddin Zidan komandaya qayıdışından sonra ilk məşqinə çıxıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, ötən il gözlənilməz şəkildə “Real”dan ayrılan Zidan istefaya göndərilən Santyaqo Solarinin yerinə gətirilib. O, yenidən bu komandada çalışmaq üçün klubdan 350 milyon dollarlıq transfer büdcəsi tələb edib. Zidanın yeni müqavilə müddəti 2022-ci ilin iyununa qədərdir.Muxalifet - 13-03-2019
Repetitorluğun qarşısını almaq üçün nə təklif edilir? - KOMİTƏ SƏDRİ AÇIQLADI
“Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisə 3-cü oxunuş üçün təqdim edilə bilər.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
İ.Həbibbəylinin sözlərinə görə, “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı repetitorluğun qarşısının alınması məsələsi qaldırılıb: “Təklif olunan müddəalardan biri budur ki, repetitorluğun qarşısının alınması üçün müəllimlərin əməkhaqlarının artırılması vacibdir”.Muxalifet - 13-03-2019
"Çıraqqala" abidəsinə 2 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev "Çıraqqala" abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet - 13-03-2019
Azərbaycanda 8 il öncəki cinayətin üstü açıldı
Astarada 8 il əvvəl baş vermiş cinayətin üstü açılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il aprel ayının 18-də rayonun Pensər kənd sakini K.İsmayılovaya məxsus yaşayış evindən 2775 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxs müəyyən edilib.Muxalifet - 13-03-2019
Dünyanın ən yaxşı şəhərlərinin adı açıqlandı: Bakı neçəncidir?
Dünyanın yaşamaq üçün ən əlverişli şəhərlərinin siyahısı açıqlanıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, 231 şəhərin yer aldığı siyahını “Mercer” konsaltinq şirkəti hazırlayıb.
Siyahıya Avstriyanın paytaxtı Vyana başçılıq edir. Vyana artıq onuncu dəfədir ki, bu siyahıya liderlik edir.
İlk üçlüyü İsverçədən Zürix, Kanadadan isə Vankover şəhəri tamamlayır. İlk onluqda Münhen, Okland, Düseldorf, Frankfurt, Kopenhagen, Cenevrə, Bazel şəhərləri sıralanıb. Regiondan isə Bakı 195, İstanbul 130, Moskva isə 167-ci yerdə qərarlaşıb.Muxalifet - 13-03-2019
İlk nüvə partlayışının görüntüsü yayıldı - VİDEO
Sosial şəbəkədə “Triniti” nüvə silahının ilk sınaq görüntüsünün restavrasiya olunmuş variantı yayılıb.
Videoçarx “AtomCentral” “YouTube” kanalında yayımlanıb.
Kadrlarda yer alan partlayış 1945-ci ildə ABŞ-ın Nyu-Mexiko ştatının Alamoqordo poliqonunda həyata keçirilib.
Partlayışın gücü təxminən 21 kiloton trotilin partlayışına bərabər olub. Partlayışdan episentr yaxınlığındakı “qüllə” yoxa çıxıb, ətrafda olan asfalt örtüyü əriyərək, qum halına gəlib.Muxalifet - 13-03-2019
İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb.
Muxalifet - 13-03-2019
Azərbaycanda tornado olacaq? - Rəsmi
Tropik enliklərdə okean akvatoriyaları üzərində yaranan siklonlarda olan küləkləri ən təhlükəli adlandırmaq olar.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-in Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bildirib.Muxalifet3 - 13-03-2019
"Məqsəd bu yolla qadınların statusunu artırmaqdır"
Azərbaycanda qadınlar arasında sahibkarlıq sahəsinə maraq geniş yayılıb. Ölkəmizdə sahibkarlıq sahəsinə dövlət səviyyəsində çox böyük diqqət var.
Muxalifet.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.Muxalifet3 - 13-03-2019
Nəcməddin Sadıqov Moskvada
Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik N.Sadıkov martın 14-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.
Muxalifet3 - 13-03-2019
“Ermənilər və azərbaycanlılar sülh içində yaşamalıdır...” – Zurabişvilidən AÇIQLAMA
Ermənilər və azərbaycanlılar Gürcüstanda sülh içində yaşamalıdır.
Muxalifet.az Nyus.am-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili erməni həmkarı Armen Sərkisyanla görüşdən sonra deyib.
“Yaşadığımız regionda sülh və stabillik həlledici rol oynayır. Bu, regionun və ölkələrimizin iqtisadi inkişafı üçün əsas şərtdir”, - deyə S.Zurabişvili vurğulayıb.Muxalifet3 - 13-03-2019
Braziliyada məktəbdə atışma: şagirdlər öldürüldü
Braziliyanın Sao Paulo əyalətində məktəblərdən birində silahlı insident yaşanıb.
Muxalifet.az xəbər verir ki, atışma zamanı 6 nəfər öldürülüb. Ölənlərdən 5-i şagird olub.
Rəsmi şəxslər, iki silahlı şəxsin də öldürüldüyünü bildirib.
Muxalifet3 - 13-03-2019
Türkiyə iqtisadiyyatı üçün mənfi hesabat... - "Fitç"
Türkiyə iqtisadiyyatının potensial inkişaf dərəcəsi 4.3 faiz geriləyib.
Muxalifet.az xəbər verir ki, bu barədə "Fitç" Beynəlxalq Reytinq Agentliyinin yaydığı hesabatda bildirilib.
Agentliyin yaydığı məlumata əsasən, Türkiyə iqtisadiyyatının inkişaf tempinin geriləməsinə səbəb mənfi investisiya mənzərəsinin təsir etməsidir.
Muxalifet3 - 13-03-2019
Sisiyə qarşı İngiltərə niyə hələ də susur? - Devid
Misir Prezidenti Əbdülfəttah Sisi rejiminin cinayətləri barədə İngiltərə niyə hələ də susur?
Muxalifet.az xəbər verir ki, bunu ingiltərəli dünyaca məşhur vəkil Reys Devid bildirib.
"Bəziləri Avropa Briliyindən çıxmağı dəstəkləyənlərə qarşı qəzəblərini göstərərkən İngiltərə də daxil olmaqla, AB ölkələri hakimiyyəti çevrilişlə ələ keçirib, qüsurlu qərarları ilə müxalifləri edam etdirən Sisi ilə görüşlər keçirir", - Devid söyləyib.
Muxalifet3 - 13-03-2019
Con Batçelor: “Azərkosmos” auditoriyama maraqlıdır
“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev ABŞ-ın geniş auditoriyaya malik olan, məhşur “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelora müsahibə verib.
ASC-dən bildirilib ki, ötən ilin avqust ayında “Azərkosmos”un fəaliyyəti və idarəçiliyində olan peyklər barədə məlumatı geniş kütləyə çatdıran amerikalı jurnalistə bu dəfə “Azərkosmos”un son yarım ildə gördüyü işlərdən, xüsusilə artıq kommersiya fəaliyyətinə başlayan “Azerspeys-2” peyki və onun üstünlüklərindən bəhs olunub.Muxalifet3 - 13-03-2019