Axtarış

The search found 105779 results in 0.022 seconds.

Search results

  1. ​Canlı yayımda Telliyə ELÇİ DÜŞDÜLƏR: “Səni özüm alacam” – VİDEO

    Prodüser Tolik Telli Borçalıya ər axtarıb.
    Tolik canlı yayımda xalq artisti Teymur Mustafayevə səslənərək belə deyib:
    “Ay əmi, bir imkanlı, 50 qoyunu, quzusu, 30-40 danası, 200 toyuğu olan halal süd əmmiş oğlan yoxdurmu, Tellini verək bayram günü getsin?”
    Verilişdə qonaq olan Keçəl “Tellini özüm alacam” deyib.
    “Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik:/Yenicag

    Muxalifet - 13-03-2019

  2. Keşişdən azyaşlı oğlanlara qarşı DƏHŞƏTLİ ƏMƏL: 6 il...

    Avstraliya kardinalı Corc Pellin vəzifədə olduğu müddətdə etdiyi dəhşətli əməlləri üzə çıxıb.
    Kardinalın Melburn şəhərində kilsə rəhbəri olduğu zamanda iki azyaşlı oğlana təcavüz etdiyi aşkarlanıb.

    Cinsi təcavüz ittihamı ilə məhkəmə qarşısına çıxarılan din adamı 6 il həbsə məhkum edilib./Publika

    Muxalifet - 13-03-2019

  3. ​Azərbaycanda “rayon” inzibati ərazi vahidi ləğv olunacaq? - Komitə üzvündən AÇIQLAMA

    “Ölkənin hansı ərazi vahidlərinə bölünməsi, bölgələrin rayon, vilayət, qəza və ya quberniya adlandırılması əhalinin sayı, məskunlaşma sıxlığı ilə əlaqələndirilməlidir”.
    Muxalifet.az xəbər verir ki, bunu modern.az-a regionların “rayon” inzibati ərazi bölgüsünün dəyişdirilməsi haqqında səsləndirilən fikirlərə münasibət bildirərkən millət vəkili Tahir Rzayev söyləyib. 

    Muxalifet - 13-03-2019

  4. Pentaqon-Rotşildlər savaşında “AFRİKA DÜYÜNÜ”: Türkiyə Sevakin adasında niyə möhkəmlənir? - ARAŞDIRMA

    Ergün Diler

    “Takvim”, Türkiyə, 12 mart 2019-cu il

    Qaranlıq otaqlarda, dəhlizlərdə, sarayların görünməyən yerlərində önəmli görüşlər olur, təhdidlər, xəbərdarlıqlar edilir. Kimin gücü kimə yetirsə, onu qorxudur.

    Mən dünyada gedən böyük mübarizəni anlatmağa çalışıram. Tərəflərin atdığı kəskin addımları paylaşmağa cəhd edirəm. Və diqqəti onların müxtəlif ölkələrdəki adamları vasitəsilə formalaşdırdıqları iqlimə çəkmək istəyirəm.

    Muxalifet - 13-03-2019

  5. Tibetdə ŞOK ƏNƏNƏ: Böyük qardaş özünə arvad seçir və bütün qardaşları onu... - FOTOLAR

    Fikir var ki, qadınlar monoqamdırlar, (tək partnyorluluğu sevən insan) amma kişilər təbiətcə müxtəlifliyin tərəfdarıdır. Lakin çoxərliliklə bağlı qədimdə olan, eyni zamanda hazırda da dünyanın bəzi yerlərində yaşayan ənənə bu fikirləri alt-üst edir.
    Məsələn, Tibetdə qızı eyni vaxtda bir ailənin bütün qardaşlarına ərə vermək normal qəbul olunan hallardandır. Belə qeyri-adi münasibətlər maddi rifahın təminatçısıdır, çünki oğlan evinin əmlak bölgüsü kimi bir problemi qalmır yaxud qazanılan vəsait eyni nəsilin tərkibində dövr edir, bir ailəyə xərclənir.

     

    Muxalifet - 13-03-2019

  6. Azərbaycanda insan orqanlarının alqı-satqısı leqallaşır - MİLLİ MƏCLİS QANUN LAYİHƏSİNİ MÜZAKİRƏ EDİR

    Azərbaycanda insan orqanlarının alqı-satqısını leqallaşdıran qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin dünəndən etibarən müzakirə etdiyi qanun layihəsinə əsasən donor olmaq üçün artıq pasiyentlə birinci dərəcədən qohumluq əlaqəsinə malik olmaq məcburi deyil. Yəni qohum olmayanlar da öz orqanlarını başqalarına verə bilər. Bu, Azərbaycanın adının son illərdə dəfələrlə beynəlxalq orqan alveri mafiyasının işi üzrə hallanmasından sonra baş verir.

    Muxalifet - 13-03-2019

  7. Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

    Əbu Turxanın gözəl bir deyimi var- "Bütün üzvləri eyni cür düşünən cəmiyyət inkişaf edə bilməz"...

    Muxalifet4 - 13-03-2019

  8. ŞOK STATİSTİKA: Azərbaycanda "batan" banklar il ərzində müştərilərdən 1,7 milyard manat faiz gəliri əldə edib

    “Dövlət Neft Fondu 2018-ci ildə yeni rekorda imza atıb və bununla da sözün həqiqi mənasında şok yaşadıb. 38,5 milyard dollarlıq maliyyə vəsaitlərinin idarəçiliyindən vur-tut 0,35% gəlir əldə eləyib Dövlət Neft Fondu. Belə yerdə deyiblər ki, aldım qoz, verdim qoz!…”.

    Muxalifet4 - 13-03-2019

  9. Netanyahudan “Ərdoğan” açıqlaması! Türkiyədən sərt təpki

     İsrailin baş naziri Binyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alaraq "Türkiyənin diktatoru Ərdoğan İsrail demokratiyasına söz uzadır" - deyib.
     

    Muxalifet3 - 13-03-2019

  10. Həbsdə olan Kamil Zeynallı ilə bağlı YENİ XƏBƏR

    Həbsdə olan idmançı Kamil Zeynallı apellyasiya şikayəti verib.
    Bu barədə Onun vəkili Aygül Rəfiyeva məlumat verib.
    Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qaldıqları üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib: "Biz hesab edirik ki, birinci instansiya məhkəməsi düzgün qərar çıxarmayıb. Müvəkkilimin azadlığa buraxılmasını istəyirik".
    Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

    Muxalifet - 13-03-2019

  11. ​Zabit Səmədov Ərdoğanla görüşdü - FOTO/VİDEO

    "Mauqli" ləqəbli tanınmış azərbaycanlı kikboksçu Zabit Səmədov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, o, bu barədə instaqramda məlumat verib. Prezidentlə şəkillərini paylaşan idmançı ürək sözlərini belə ifadə edib:
    “Rəcəb Tayyip Ərdoğanla tanış olmaq şərəfinə nail oldum. Allah ondan razı olsun”, - deyə Zabit paylaşımına yazıb.

    Muxalifet - 13-03-2019

  12. DAHA BİR QARŞIDURMA: Çeçenlər yenə Moskvada azərbaycanlılara HÜCUM ETDİ

    Ötən gün martın 12-də axşam üç naməlum şəxs Moskvanın Krasnıy Zor küçəsində şin montajı emalatxanasının əməkdaşlarına hücum edib.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, hücum edənlər iki azərbaycanlıya bıçaqla zərbələr endiriblər və qaçıb gizləniblər. Habelə silah səsləri eşidilib. Hücumun motivi bəlli deyil.

    Muxalifet4 - 13-03-2019

  13. Cahangir Əsgərov yüzminlərlə insanın həyatını niyə təhlükəyə atır? – “Boeing” BİABIRÇILIĞI

    Ötən həftə Efiopiyadan havalanan "Boeing 737 Max 8” tipli təyyarənin qəzaya uğraması və 165 nəfərin ölməsindən sonra dünyanın əksər ölkələri dərhal bu təyyarəni aviaşirkətlərində yasaqladı. 
    Son 5 ayda iki dəfə qəzaya uğrayan "Boeing 737 Max 8” təyyarəsinin kod sistemində problem olduğuna görə havalandıqdan az sonra yerə düşdüyü müəyyən olunduğu üçün bu tipli təyyarələrdən istifadə dayandırılıb. 

    Muxalifet - 13-03-2019

  14. “Hökumət məcburdur ki, idarəetməsini dəyişsin…”

    “Bunun səbəbi ölkədə əvvəlki kimi idarəetmənin mümkün olmamasını başa düşməkdir”

    Muxalifet4 - 13-03-2019

  15. Ermənistanda daha bir hərbçi öldü

    Ermənistan silahlı qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət keçən 2000-ci il təvəllüdlü hərbi qulluqçu Hamlet Avaqyan ölüb. 
    Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb.
    Onun sözlərinə görə, Ermənistan ordusunun hərbi quluqçusu sərhəddin şimal-şərq hissəsindəki hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən naməlum səbəbdən ölüb. Ovannisyan məsələ ilə bağlı aidiyyatı qurumların tezliklə bəyanat verəcəklərini deyib./Azvision 

    Muxalifet - 13-03-2019

  16. ABŞ-da rüşvət QALMAQALI: Siyahıda Hollivud ulduzları da var

    ABŞ-da aralarında məşhur insanların da olduğu 50 nəfər övladlarının ölkənin prestijli universitetlərində təhsil ala bilmələri üçün milyonlarla dollar rüşvət verdikləri üzə çıxıb.
    Muxalifet.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, siyahıda məşhur iş adamları ilə yanaşı bir sıra Hollivud ulduzları da var.

    Muxalifet - 13-03-2019

  17. SUSMAQ QIZILDIR, AMMA... – Azərbaycanda erməni əsilli şəxs necə toxunulmaz olub?

    Tanınmış hüquqşünas Aslan İsmayılov sosial şəbəkədəki profilində “Sputnik Azərbaycan”ın şef redaktoru Mətin Yaşaroğlunun işdən azad olunması ilə bağlı status paylaşıb. Həmin statusu olduğu kimi dərc edirik:

    Muxalifet4 - 13-03-2019

  18. ​Milyonçu balalarına da uşaq pulu verilməlidirmi? - VİDEO

    Son bir neçə gündür ölkədə uşaq pulu ilə bağlı məsələ gündəmdədir.
    Bəziləri uşaq pulunun bərpa edilməsinin tərəfdarı olsa da, bəziləri buna qarşı çıxır. Uşaq pulunun bərpasına birmənalı yanaşmayanlardan biri də deputat Hadı Rəcəbli olub. 
    O, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaq pulu verilməsinin doğru olmadığını dilə gətirib.

    Muxalifet - 13-03-2019

  19. ​Sahil Babayevdən məşğulluqla bağlı AÇIQLAMA: "Çox önəmli qərarlar qəbul edilib"

    “Azərbaycanda qeyri-formal məşğulluqla mübarizə çərçivəsindən çox önəmli qərarlar qəbul edilib. Təqdim olunan böyük həcmli vergi güzəştləri, inzibati tədbirlərin təkmilləşdirilməsi nəticəsində artıq bu ilin ilk aylarından müsbət nəticələr əldə edilib”.
    Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.
    Nazir bildirib ki, təkcə iki ayda bu sahədə 50 mindən çox artım qeydə alınıb:

    Muxalifet - 13-03-2019

  20. ​Tahir Kərimli: “Qanuna səs verdim, nə yazıldığını başa düşmədim”

    Milli Məclisdə bəlkə də qrammatika şöbəsinin yaradılmasına ehtiyac var, çünki bir sıra qanunların dilini başa düşmək olmur.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məlisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Tahir Kərimli bildirib.
    T. Kərimli deyib ki, keçən dəfə parlamentdə tibblə bağlı bir qanun qəbul edilib: "Mən o qanuna səs verdim, ancaq qanunda nə yazıldığını tam başa düşmədim. Bu məsələyə diqqət artırılmalıdır".

    Muxalifet - 13-03-2019

Pages