Axtarış
The search found 105779 results in 0.144 seconds.
Search results
Azərbaycanlı kapitan Bosfor boğazını bağlayası olmadı
İstanbulda həbs qoyulmuş “Streamline” gəmisinin azərbaycanlı kapitanı Bəhman Bağırov Bosfor boğazını bağlamaq “qərarından” daşınıb.
Bu barədə “REN TV” məlumat yayıb.
Bağırovun bu qərarından daşınmasını heyət üzvlərinə hər hansı xətər gəlməsini istəmədiyi ilə əsaslandırıb.
“Məni məsuliyyətə cəlb edə bilərlər, ekipaj üzvlərinə xətər dəyə bilər, ona görə bu niyyətimdən daşındım”, - deyə kapitan bildirib.Muxalifet - 13-03-2019
Hamı təngə gəlib: Bakı hücum etsə, Kreml susacaq - Mixaylov
Ötən gün Azərbaycanın işğal olunmuş ərazilərində münaqişənin tarixində ilk dəfə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda münaqişənin həmsədr ölkələrin başçıları tərəfindən 2009-2012-ci illərdə təklif olunan elementlərə əsasən həll olunma zərurəti barədə ATƏT-in Minsk Qrupunun son bəyanatı müzakirə edilib. Bu elementlər sırasında Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağın təhlükəsizlik zəmanəti və özünüidarəetməsini təmin edən müvəqqəti statusu da olub.
Muxalifet - 13-03-2019
"250 manatla ailə saxlayan aktyorlar var"
Aktrisa Ülviyyə Əliyeva teatrdan aldığı maaşı açıqlayıb.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, o bildirib ki, az pul aldığı üçün məcbur iki teatrda çalışır:
"250 manat maaş alırdım. İki teatrda çalışır, xınalara gedirdim. Bizim maaşımız yaxşı olsa, ancaq öz işimizlə məşğul olarıq. Hər aktyora xına da qismət olmur. Ona görə də 250 manatla ailə saxlayan aktyorlar var. İndi maaşlarımız 50 faiz artdı. 400 manata qədər pul alacağıq".Muxalifet - 13-03-2019
Venesueladan Amerikalı diplomatlara 72 saat müddət!
Ölkənin yarısına günlərdir elektrik verilməyən Venesuelada xarici işlər naziri Jorge Arreaza ABŞ-lı diplomatlara ölkəni tərk etməsi üçün 72 saat müddət tanıyıb.
ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun Karakasda qalan son diplomatlarını da çəkmə qərarını açıqlamasın sonra Venesuelanın xarici işlər naziri Jorge Arreaza verərək ABŞ diplomatlarının 72 saat ərzində ölkəni tərk etməli olduğunu bildirib.Muxalifet3 - 13-03-2019
"İsrailin təhdidinə çox sərt cavab verəcəyik" - İranın müdafiə naziri
İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi İsrailin baş naziri Benyamin Netanyahunun İranın neft tankerlərinə dair hədəsini cavablandırıb.
Muxalifet.az ona.az-a istinadən xəbər verir ki, Ə.Hatəmi deyib ki, bu addım beynəlxalq sabitliyin pozulmasına cəhd və piratlıq hesab olunur.
"İran İslam Respublikası bu hədəyə cavab vermək gücünə malikdir. Bu baş verərsə, çox sərt cavab verəcəyik. Bundan başqa, beynəlxalq ictimaiyyət də onların bu addımını qəbul etməyəcək" - deyə nazir qeyd edib.Muxalifet - 13-03-2019
İnanılmaz HADİSƏ: toyuqlar onlara hücum edən tülkünü öldürdü
Fransanın şimal-şərqində bir toyuq fermasında qəribə hadisə baş verib. Hinə girən tülkünü toyuqlar öldürüb.
Fransa mediasında yer alan xəbərə görə, Le Gros Çene kənd təsərrüfatı liseyinin hininə girən tülkü qapılar gecə avtomatik bağlandığından oradan çıxa bilməyib. Səhər tələbələr dərsə gələndə hində ölü tülkü tapıblar.
Verilən açıqlamada bildirilib ki, toyuqlar dimdikləri ilə tülkünü öldürüblər./PublikaMuxalifet - 13-03-2019
Temperatur 8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.Muxalifet - 13-03-2019
Türkiyə “Boeing”dən imtina etdi - 12 təyyarənin uçuşları dayandı
"Türk Hava Yolları” aviaşirkətinə daxil olan 12 ədəd "Boeing 737 MAX” tipli sərnişin təyyarələri ilə həyata keçirilən uçuşlar dayandırılıb.
Bu addımı Türkiyə ile yanaşı bir çox ölkə də atıb. Boeing-dən imtina edən ölkələr: Efiopiya, İndoneziya, Meksika, Brazilya, Hindistan, Argentina, Sinqapur, Vyetnam, Çin, Malayziya, Oman, Cənubi koreya, Monqolustan, Mərakeş, cənubi Afrika, Avstraliya, Almanya ve İngiltərədir.
Qeyd edək ki, Türkiyə Hava Yollarının təyyarə parkında ümumilikdə 12 ədəd "Boeing 737 MAX” tipli hava gəmisi var.Muxalifet - 13-03-2019
Azərbaycanda erməni lobbisinə xidmət edən Əziz Əliyevi kim himayə edir? – FUAD ABBASOV RUSİYADA TƏHDİD OLUNUR, BAKIDA İSƏ ERMƏNİ JURNALİST...
Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov ermənilər tərəfindən təhdid olunması ilə bağı açıqlama verib. Jurnalist Real TV-yə müsahibəsində bildirib ki, ona ermənilər tərəfindən təhdidlər 2016-cı ildən başlayıb: “Bu fəaliyyətləri əvvəl də aparmışıq, yenə də aparacağıq. Burada hər hansı dəstək, kömək, iştirak olsa da, olmasa da, davam edəcəyik. Mənə qarşı təzyiqlər daha çox 2016-cı ildən başlayıb. Təkcə internet təhdidləri deyil. Yolda da üçüncü millətin nümayəndələri qarşımıza çıxıb, bizi təhdid edib”.
Muxalifet4 - 13-03-2019
Saakaşvili Poroşenkonun illərdir gizlətdiklərini açıqladı: Krımın qarşılığında...
“Ukrayna prezidenti Pyotr Poroşenko Krımı vermək qarşılığında NATO və Avropa İttifaqına üzv olmaq istəyib”.
Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.Muxalifet - 13-03-2019
Bakı metrosunda göbəyiaçıq geyimdə olan qızı bu əməlinə görə biabır etdilər - VİDEO
Qız sosial mediada tənqid hədəfinə çevrilib.
Bakı metrosunda cırıq şalvar və göbəyiaçıq geyimdə olan gənc qızın etdiyi hərəkət birmənalı qarşılanmayıb.
Muxalifet.az AzNews.az-a istinadla xəbər verir ki, qatarda rəqs edən qız bu əməlinə görə sosial mediada tənqid hədəfi olub.
Həmin görüntüləri sizə təqdim edirik:
Videonu izləmək üçün şəklə klikləyin:Muxalifet - 13-03-2019
16 mart mitinqi ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin mitinqlə bağlı müraciətini cavablandırıb.
BŞİH-də müraciətə baxılıb, Komitənin martın 16-da Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib./publikaMuxalifet - 13-03-2019
“NATO HƏFTƏSİ” keçirən Ermənistanda müharibə qorxusu: "Qafqazda müharibə başlasa, Türkiyənin qələbəsiylə bitəcək" - TƏHLİL
Aram Amatuni
“1in.am”, Ermənistan, 12 mart 2019-cu il
Ermənistanda start götürən NATO həftəsi çərçivəsində İrəvanda keçirilən mətbuat konfransında təşkilatın Baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay bəyan edib ki, Şimali Atlantika alyansı Qafqaz regionunda sülhün olmasında maraqlıdır və NATO bütün tərəflərə bildirir ki, Dağlıq Qarabağ (mətndə Artsax kimi göstərilib – tərc.) probleminin hərbi həlli yoxdur.
Muxalifet - 13-03-2019
ABŞERONDA ŞOK OLAY: Bələdiyyə sədri işçisini döyüb KOMAYA SALDI
Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu ilə arasında martın 9-da dava baş verib. Bu haqda Ü.Hüseynovun qohumları məlumat verib.
Məlumata görə, davaya səbəb yığılan pulların banka köçürülməsi olub. Bildirilir ki, bələdiyyə sədri yığılan pulların ona verilməməsinə görə müfəttişi nalayiq söyüşlərlə təhqir edərək döyüb.Muxalifet - 13-03-2019
Nigeriyada məktəb binası çöküb - Şagirdlər dağıntılar altında qalıb
Nigeriyanın Laqos şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yüzdən çox insan dağıntılar altında qalıb.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, çökən binanın üçüncü mərtəbəsi məktəb kimi fəaliyyət göstərib. Hadisə də dərs zamanı baş verib.
İlkin məlumata görə, çoxlu sayda şagird dağıntılar altında qalıb. Xilas etmə işləri aparılır.
Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.Muxalifet - 13-03-2019
Sabiq nazirin qardaşının istintaqı qismən təzələnəcək - Müstəntiq dindiriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Əhmədov son söz deyib.
O, elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Ə.Əhmədov məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş edib.Muxalifet - 13-03-2019
Ərdoğandan Netanyahuya sərt cavab: Bizi təhrik etmə…
Türkiyənin prezidenti Ərdoğan Netanyahunun ona yönəlik social mediadakı sözlərinə sərt cavab verib, Ərdoğan, “Ey Netanyahu özünə gəl, sən zalımsan. 7 yaşlı o körpələri öldürən bir zalımsan. 7-dən 70-ə qıyan bir zalımsan. Sən bizim oradakı müqəddəs yerimizi çəkmələri ilə sənin əsgərin, polisin çirkləndirir. Bizi təhrik etməyin, biz bu oyuna gəlməyəcəyik, amma bunun hesabını beynəlxalq aləmdə soruşacağıq” deyib.
Müxalifət.azMuxalifet3 - 13-03-2019
“Dovşan idim, viski içib pələng oldum” - Qacarın evinə oğurluğa girən elmi işçi
Bakıda Qacar nəslinin nümayəndəsi olan akademik, 90 yaşlı Çingiz Qacarın evinə basqın edən, onu və xadiməni öldürməyə cəhd etməkdə təqsirləndirilən Bəkir Rüstəmbəyovun məhkəməsi keçirilib.
Muxalifet - 13-03-2019
İsa Həbibbəyli: “Müəllimlərin maaşı artırılmalıdır”
Komitə sədri təhsil işçilərinin əmək haqqının artırılmasından danışdı.
Muxlifet.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Qanun layihəsi barədə məlumat verən adı çəkilən komitəsinin sədri İsa Həbibbəyli ötən oxunuşlarda qanun layihəsinin müzakirəsi zamanı səsələnən təkliflər barədə məlumat verib.
Onun sözlərinə görə, müzakirələrin nəticəsi olaraq qanun layihəsindən 14 anlayış çıxarılıb:Muxalifet - 13-03-2019
"Divar kartondan deyildi ki, alov dərhal palataya keçsin"- 25 nəfərin öldüyü yanğın işi
25 xəstənin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilir.Muxalifet - 13-03-2019