Axtarış
The search found 105779 results in 0.043 seconds.
Search results
ABŞ-dan Türkiyəyə gözlənilən şərt: İmtina etsən, hazırıq
Türkiyə ilə "Patriot" raket sistemlərinin tədarükü barədə danışıqları davam etdirmək üçün Ankaranın S-400 raket əleyhinə müdafiə sistemindən imtina etməsi şərtdir.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.
Nazir köməkçisi Ketrin Vilbarqer Ankaradan müsbət cavab alacaqları təqdirdə danışıqlara hazır olduqlarını bəyan edib.
Muxalifet3 - 13-03-2019
Hərbi Dəniz Qüvvələrində Novruz tədbiri - Foto
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilir. Bayram tədbirlərindən biri də Müdafiə Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində baş tutub.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, təntənəli mərasimdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.Muxalifet3 - 13-03-2019
Azərbaycan əhalisi ən çox nələrə pul xərcləyir?
2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 5,5 milyard manata bərabər olub.
Muxalifet.az xəbər verir ki, ticarət dövriyyəsinin 2,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-fevral aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3 faiz və 3,0 faiz artıb.Muxalifet3 - 13-03-2019
SON DƏQİQƏ: Türkiyə hücuma keçdi: Silah anbarları PARTLADILIR
Türkiyə ordusu İraqın şimalında yerləşən Zap, Metina, Qara, Avaşin-Basyan bölgələrinə hava hücumu təşkil edib. Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Hücum zamanı öncədən müəyyən edilən PKK hədəfləri məhv edilib. Belə ki, terror təşkilatı tərəfindən silah anbarı kimi istifadə edilən sığınacaq vurulub.
Muxalifet3 - 13-03-2019
Qədim Roma xəritəsinə Ermənistan necə düşüb? - Erməni tarixçi
Erməni sosial şəbəkələrin istifadəçilərinin qədimliklərini sübut etmək üçün mənə göndərdikləri “Roma imperiyasının xəritəsi” – XX əsrdə hansısa yezuit-rəssam tərəfindən çəkilmiş rəngli şəkildir.
Muxalifet.az xəbər verir ki, bu barədə Feysbuk səhifəsində ukraynalı tədqiqatçı, tarixçi, erməni əsilli məşhur bloger Filip Ekozyants yazıb.Muxalifet3 - 13-03-2019
AB Türkiyə ilə danışıqları təxirə saldı: Səfirdən dəstək
Türkiyənin Avropa İttifaqında iştirak prosesinə dəstək verəcəyik.
Bu açıqlama ilə Rumıniyanın Ankaradakı səfiri Qabriel Şopanda çıxış edib. Şopanda ölkəsinin hər zaman Türkiyəni AB-nin rəsmi və qeyri-rəsmi toplantılarına dəvət etdiyini bildirib:
"Səsvermə Avropadakı siyasi ayrı-seçkiliyin nəticəsidir. AP-dəki adamlar öz siyasi mövqelərini əks etdirir. Biz də AP-dəki müzakirələri izləyirik. Bu, AP-nin ortaya qoyduğu bir mövqedir".
Muxalifet3 - 13-03-2019
Azərbaycana heyran qaldım - Anna Fotiqa
Azərbaycana səfərim zamanı bu gözəl ölkəyə heyran qaldım. Qürurverici haldır ki, Bakı arxitekturasında polşalı mütəxəssislərin də əl işləri var. Mən Bakıda olanda polşalı mühəndis Pavel Potoskinin məzarını da ziyarət etdim.
Muxalifet.az xəbər verir ki, bu fikirləri Avropa Parlamentinin müdafiə və təhlükəsizlik üzrə alt komitəsinin sədri Anna Fotiqa bildirib.Muxalifet3 - 13-03-2019
Bu ölkələr bizi daha da güclənməyə məcbur edir - İran
Regiondakı qüvvələr nüvə layihələrinə pul yatırır, bu tərz fəaliyyətlər İranı müdafiə strategiyasını daha da möhkəmləndirməyə məcbur edir.
Muxalifet.az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bildirib.
ABŞ, İsrail və Səudiyyə Ərəbistanını qlobal təhlükəsizlik üçün təhlükə kimi göstərən Şamxani İranın nüvə proqramının heç kimi təhdid etmədiyini, Ali dini lider Ayətullah Xameneinin də nüvə silahlarına qarşı mövqeyini ortaya qoyduğunu vurğulayıb.
Muxalifet3 - 13-03-2019
Bakıda beynəlxalq elmi konfrans keçiriləcək
İyunun 19-dan 23-dək Bakıda “Qloballaşma dövründə Azərbaycan və ümumtürk tarixinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, konfransın təşkilatçıları AMEA-nın Rəyasət Heyəti, Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.Muxalifet3 - 13-03-2019
Türkiyənin bu türk ölkəsi ilə hərbi əməkdaşlıq planı...
Qazaxıstan ilə Türkiyə arasında bu ilə dair hərbi əməkdaşlıq planı imzalanıb.
Muxalifet.az xəbər verir ki, iki ölkənin müvafiq nazirliklərinin nümayəndələri Astanada Qazaxıstan Respublikasının Birinci Prezidenti adına Milli Müdafiə Universitetində bir araya gəliblər.
Görüşün sonunda tərəflər bu il üçün hərbi kəşfiyyat, döyüş hazırlığı, sülh gücü fəaliyyəti, kibertəhlükəsizlik və digər məsələlərdə 17 tədbiri əhatə edən hərbi əməkdaşlıq planına imza atıblar.
Muxalifet3 - 13-03-2019
Dünyanın yaşamaq üçün ən yaxşı və ən pis şəhəri - Siyahı
Avstriyanın paytaxtı Vyana şəhəri onuncu dəfə “dünyanın ən yaşamalı şəhəri” seçilib.
Muxalifet.az xəbər verir ki, insan resursları üzrə beynəlxalq konsaltinq mərkəzi olan “Merser” tərəfindən tərtib edilən ümumdünya reytinqində şəhərlər həyat keyfiyyəti standartlarına görə sıralanırlar. Builki dünya şəhərlərinin yeni siyahısında ilk onluqda yenə də Avropa şəhərləri üstünlük təşkil edir. Həmin siyahıda Sürix 2-ci yeri tutub, Almaniyanın Münxen, Kanadanın Vankuver və Yeni Zelandiyanın Oklend şəhərləri 3-cü yeri bölüşdürüblər.Muxalifet3 - 13-03-2019
Türkiyədə PKK əməliyyatı: Saxlanılanlar var
Türkiyənin Qars şəhərində PKK-ya qarşı əməliyyat keçirilib.
Muxalifet.az xəbər verir ki, əməliyyat nəticəsində PKK təbliğatı aparan 8 nəfər yaxalanıb. 1 nəfər isə terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılıb.
Qars Valiliyindən verilən məlumata əsasən, terrorçulara qarşı əməliyyat davam etdiriləcək.
Muxalifet3 - 13-03-2019
Feysbuk, Votsap və İnstaqram çökdü
Feysbuk, Votsap və İnstaqram sosial şəbəkələrində problem müşahidə olunur.
Muxalifet.az xəbər verir ki, Votsap və İnstaqramda foto və səsli mesaj göndərmək, Feysbuk sosial şəbəkəsində isə məlumat paylaşmaq, həmçinin məlumat və fotoları götürmək mümkün deyil.
Problem artıq 3 saatdır ki, davam edir. Hələlik, sosial şəbəkələrin heç biri hər hansı rəsmi açıqlama yaymayıb.
Muxalifet3 - 13-03-2019
Bakının təzyiqi, Nikolun müraciəti - Qarabağda nələr olur?
Muxalifet.az teleqraf.com-a istinadən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:
- Tofiq bəy, Paşinyanın son addımları, Ermənistan Təhlükəsizlik Şurasının son toplantısını Xankəndində keçirməsini necə şərh etmək olar?Muxalifet3 - 13-03-2019
ABŞ ali məktəblərində rüşvət qalmaqalı
ABŞ Federal Təhqiqatlar Bürosu Hollivud aktyorlarının və məşhur iş adamlarının övladlarını rüşvətlə ölkənin nüfuzlu ali məktəblərinə düzəldən mütəşəkkil dəstəni ifşa edib.
Meduza-nın xəbərinə görə, 50 nəfərə qarşı ittiham irəli sürülüb
Saxlanılanlar arasında olan tanınmış Hollivud aktrisası Felisiti Haffman böyük qızının giriş imtahanındakı cavablarının yenidən yazılması üçün 15 min dollar məbləğində rüşvət verib. Los-Anceles şəhərindəki evində saxlanılan Haffman istintaqla əməkdaşlıq edəcəyini bildirəndən sonra 250 min dollarlıq girov müqabilində sərbəst buraxılıb.Muxalifet3 - 13-03-2019
Ankaradan Avropa Parlamentinin “Türkiyə qərarı”na sərt reaksiya - YENİLƏNİB
Hakim Ədalət və İnkişaf Partiyası Avropa Parlamentinin Türkiyə ilə müzakirələrin təxirə salınması haqda qərarına münasibət bildirib.
Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, partiyanın sözçüsü Ömər Çelik bildirib ki, Türkiyə tərəfi qəbul olunan qərarı dəyərsiz, hökmsüz və nüfuzu olmayan bir qərar kimi qiymətləndirir.
Ömər Çelik həmin qərarla Avropa Parlamentinin demokratik inkişafa açıq olan və onu dəstəkləyən qərar verməkdən uzaq olduğunu, dünyaya dar pəncərədən baxdığını bildirib.
* * *21:20
Muxalifet4 - 14-03-2019
RƏSMİ BAKIYA TƏZYİQLƏR ARTIR: "Azərbaycan hökuməti insan haqlarını pozan rəsmiləri..."
"Azərbaycan hökuməti insan haqlarını pozan rəsmilərin əksəriyyətini nə təqib edir, nə də cəzalandırır - cəzasızlıq problem olaraq qalır". Bu haqda ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycanla bağlı hissəsində qeyd edilir.
Muxalifet4 - 14-03-2019
Marsa ilk olaraq qadın gedəcək - NASADAN AÇIQLAMA
Marsa ilk ayaq basan insan qadın ola bilər.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) açıqlayıb.
NASA prezidenti Ceyms Bridenştin qonaq olduğu bir radio verilişində bu barədə danışıb. O bildirib ki, həmin insanın kimliyi hələ dəqiqləşməyib, amma proqramda qadınlara üstünlük veriləcək.
Qeyd edək ki, NASA bu ayın sonunda ilk dəfə bir qadına kosmosa səfər şansı tanımağa hazırlaşır. (publika.az)
Muxalifet4 - 14-03-2019
“Facebook” və “Instagram”ın işində problem bütün dünyada yaranıb - YENİLƏNİB
Bu axşam “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində yaranan problemlərlə bağlı müxtəlif ölkələrdən çoxlu sayda şikayətlər daxil olur.
Demək olar ki, dünyanın yarıdan çox ölkəsində eyni problem yaşanmaqdadır.
Nasazlıqlar ABŞ-ın şərq sahili vaxtıyla saat 11:56- dan etibarən (Bakı vaxtı ilə 17:56) qeydə alınmağa başlayıb.
“Instagram”da isə problemlər saat 12:01-dən (Bakı vaxtı ilə 18:01) başlayıb.
Muxalifet4 - 14-03-2019
Azərbaycan neftinin qiyməti yenə bahalaşdı
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 67,94 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,4 dollar/barel çoxdur.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.
Muxalifet4 - 14-03-2019