Axtarış

The search found 105779 results in 0.078 seconds.

Search results

  1. “Türkiyənin Suriyanın şimalında əməliyyat keçirməsinə müsbət baxmırıq” - ABŞ

    Türkiyə ABŞ-a YPG terrorunu bitirmək üçün öz göbəyini özünün kəsəcəyini hər fürsətdə dilə gətirib.
     
    “Reuters”-in ABŞ qaynaqlarına görə, Türkiyənin Suriyanın şimalında keçirmək istədiyi əməliyyatın iki ölkə arasındakı danışıqlarda müzakirə olunmadığı ifadə edilib.
    Mediada yer alan söz-söhbətlərə cavab xüsusiyyətində açıqlama verən ABŞ səlahiyyətlisinə görə, ayrıca bu bölgəyə ediləcək əməliyyatın Türkiyənin təhlükəsizlik narahatlıqlarını aradan qaldırması söz mövzusu deyil.

    Muxalifet3 - 14-03-2019

  2. Xristian Yunanıstanında ölülər yandırılacaq - Dinə zidd davranış

    Yunanıstan Pravoslav Kilsəsinin etirazlarına baxmayaraq Afinada ilk krematoriyanın açılmasına qərar verilib.
     
    Baş nazir Aleksis Çipras ölülərin yandırılmasını "Ən əhəmiyyətli və lazımlı islahatlardan biri" kimi dəyərləndirib. Afinanın bələdiyyə başçısı Corc Kaminis də bu qərarı "dönüş nöqtəsi" adlandırıb.
    2014-cü ildən bu yana Kaminis ölülərin yandırılması üçün krematoriyaların tətbiq olunmasına çalışır: "Dövlət öz vətəndaşlarının əsas hüquqlarına qarşı öz məsuliyyətlərini yerinə yetirməsi üçün çox vacib bir inkişafdır" deyib.

    Muxalifet3 - 14-03-2019

  3. Məşhur komediya ustası Bekhemi ŞOKA SALDI - VİDEO

    Devid Bekhem ABŞ-da heykəlinin açılışı təşkil olunan mərasimə qatılıb. Ancaq o özünə bənzəməyən heykəlini gördüyü zaman şoka düşüb. 
    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki,  keçmiş futbolçu Devid Bekhem, komediya ustası Ceyms Kordenin kamera zarafatının “qurbanı” olub. "Dignity Health Sports Park"a Bekhemin heykəlinin qoyulacağını öyrənən Korden fürsətdən istifadə edib və keçmiş futbolçunu "hədəf" alıb.  Heykəli saxtalaşdıran komediya ustası məşhurun çənəsini və ayaqlarını genişləndirərək saxta açılış mərasimi təşkil edib. 

    Muxalifet - 14-03-2019

  4. İranda DƏHŞƏTLİ PARTLAYIŞ: Ölən və yaralananlar var

    İranın Xuzistan vilayətinin Əhvaz-Mahşəhr magistral yolunun kənarında qaz kəməri partlayıb.
    Partlayış nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.
    Əhvaz rayonunun qubernatoru Camal Aləmi Nisi bildirib ki, partlayış nəticəsində su tankeri və avtobus da yanıb.
    Nisi partlayışın qaz sızması nəticəsində baş verdiyini, hadisədə terror izi olmadığını qeyd edib./Publika

    Muxalifet - 14-03-2019

  5. ​Ramil Usubov daha bir rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT

    Daxili İşlər naziri Ramil Usubov yeni polis rəisi təyin edib.
    General-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Gədəbəy rayon polis şöbəsinin rəisi polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib.Nazirin digər əmri ilə, Mehman Zeynalov Gədəbəy Rayon Polis şöbəsinin rəisi təyin olunub.O, bu təyinata qədər Mingəçevir Şəhər Polis şöbəsinin rəis müavini olub.
    Xəbəri Gədəbəy Rayon Polis şöbəsindən təsdiqləyiblər./unikal

    Muxalifet - 14-03-2019

  6. ​Dollarla bağlı KRİTİK ADDIM: bütün dünya ölkələrinə təsir edəcək

    Çin bütün dünya ölkələrinin iqtisadiyyatına təsir göstəcək bir addım atıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, rəsmi Pekin qlobal iqtisadiyyatdakı risklərdən qaçmaq üçün maliyyə bazasını dollardan qızıla çevirir.
    Çin bu istiqamətdə təkcə fevral ayında 179 milyon dollarlıq qızıl alıb. Bunu Çin Dövlət Valyuta İdarəsi açıqlayıb. Bildirilib ki, Çin Mərkəzi Bankı yanvar ayının sonunda 79 milyard 319 milyon dollar olan qızıl aktivlərini fevral ayının sonunda 79 milyard 498 milyon dollara çatdırıb.

    Muxalifet - 14-03-2019

  7. Mixail Saakaşvili Ukraya hakimiyyətini tezliklə çamadanlarını toplamağa çağırıb

    Xəbər verildiyi kimi, Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili aprelin 1-də Ukraynaya geri dönəcəyini anons edib.
    Buna görə Ali Radanın vitse-spikeri İrina Geraşşenko onu sərt şəkildə tənqid eidb.
    Geraşşenkonun sözlərinə görə, M.Saakaşvili və tərəfdarları üçün ölkə sərhədi olduqca nisbi anlayışdır. Onun müdafiəçiləri isə sadəcə statist (kütləvi səhnələrdə oynayan aktyorlara deyilir-red.) funksiyasını yerinə yetirirlər.

    Muxalifet - 14-03-2019

  8. Bütün proqnozları çin çıxan alimdən ŞOK XƏBƏRDARLIQ: 3 gün ərzində güclü ZƏLZƏLƏ OLACAQ

    Zəlzələ ilə bağlı verdiyi proqnozlarla bütün dünyada diqqəti üzərinə çəkən hollandiyalı mütəxəssis Frenk Huqerbits daha bir ehtimalı ilə gündəm olub.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, 2019-cu ildə verdiyi bütün proqnozları doğru çıxan mütəxəssis Türkiyədə yaxın tarixdə dəhşətli yeraltı təkanların olacağını açıqlayıb.

    Muxalifet - 14-03-2019

  9. OQTAY ƏSƏDOV İNADLA SUSUR, SÖZÇÜSÜ “DANIŞDI” – Üzrü qəbahətindən betər oldu…

    Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi – 29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı media orqanları xəbərlər tirajlayır.

    Həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialar var.

    Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi qeyd olunan ünvanda “Kapriz” adlı sauna-striptiz klub yerləşır.

    Muxalifet - 14-03-2019

  10. 346 nəfərin qatili: Təyyarə qəzasının 8 ay öncəki şok təfərrüatı ortaya çıxdı

    Bir neçə ay ərzində İndoneziya və Efiopiyada dəhşətli qəzalara və 346 nəfərin ölümünə səbəb olan “Boeing 737 Max 8” təyyarəsi ilə bağlı şok təfərrüat üzə çıxıb.
    Efiopiyadakı qəzadan aylar öncə bir çox amerikalı pilotun təyyarə ilə bağlı şikayət ərizəsi yazdığı aşkarlanıb.

    Muxalifet - 14-03-2019

  11. ​Şamaxıda zəlzələ oldu

    Şamaxı rayonunda zəlzələ olub.
    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 13:36-da qeydə alınıb.
    Maqnitudası 3, dərinliyi 10 km olan zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.

    Muxalifet - 14-03-2019

  12. ​2 mindən çox evə ilk dəfə su veriləcək

    Mərdəkan qəsəbəsi Sergey Yesenin və Hacı Zeynalabdin Tağıyev, Buzovna qəsəbəsi Koroğlu küçələrində, həmçinin Qala qəsəbəsində su şəbəkələrinin tikintisi davam etdirilir.

    Muxalifet - 14-03-2019

  13. Məmmədyarovdan Qarabağ açıqlaması: “Hər şey ola bilər”

    “Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yalnız siyasi iradə qaldı”.
    “RİA Novosti” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.
    Məmmədyarov Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanla görüşün olacağına işarə edib.
    “Əbəs yerə Parisdə Azərbaycan və Ermənistan xalqlarının sülhə hazırlığı ilə bağlı bəyanat verilməmişdi. Hər şey ola bilər, mən ajiotaj yaratmaq istəmirəm”, - deyə Məmmədyarov vurğulayıb./Publika

    Muxalifet - 14-03-2019

  14. Terrorçular Sərhəd Məntəqəsinə gəlib təslim oldular

    Türkiyədə Şırnakın Silopi mahalında 2-si qadın olmaqla, 7 terrorçu təslim olub.
     
    Alınan məlumatlara görə, terror təşkilatı PKK-nın düşərgələrindən qaçaraq Silopinin yaxınlığındakı İraqla sərhəddə yerləşən Habur Sərhəd Keçid Məntəqəsində 2-si qadın olmaqla, 7 terrorçu Türkiyənin təhlükəsizlik güclərinə təslim olub.
    7 terrorçu ədliyyə nəzarətinə alınıb.
    Müxalifət.az

    Muxalifet3 - 14-03-2019

  15. ABŞ qadağan olunmuş raketləri sınaqdan keçirəcək

    Pentaqon Orta və Kiçik Mənzilli Raketlərin Ləğv Olunması Müqaviləsinin (OKMRLM) qadağan etdiyi raketlərin sınağını keçirmək niyyətindədir.
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” Pentaqondan olan məlumatlı mənbəyə istinadən informasiya yayıb.
    Söhbət təsir radiusu min kilometrə yaxın olan qanadlı raket, həmçinin, uzaqmənzilli (3-4 km) ballistik raketdən gedir. Qeyd olunur ki, sınaqlarda raketlərə nüvə başlıqları qoyulmayacaq. İlk raketin sınağının avqustda, ikincinin isə noyabrda keçirilməsi planlaşdırılır.

    Muxalifet - 14-03-2019

  16. ​Qadın paltarı geyinmiş makiyajlı İŞİD-çilər ələ keçdilər - VİDEO

    Sosial şəbəkədə İŞİD qruplaşmasına aid döyüşçülərin qurtulmaq üçün qadın cildinə girdiyini əks etdirən görüntü yayılıb.
    Videogörüntünü Belçikadan olan müstəqil jurnalist Sotiri Dimpinudi “Twitter” səhifəsində paylaşıb.
    Kadrlarda saxlanılan makiyajlı kişilərin qadın paltarı və üzərindən çarşab geyindiyini görmək olur.
    Müəllifin dediyinə görə, terrorçular Fərat vadisində İŞİD-in nəzarətində olan sonuncu şəhər - Baquzadan qaçan zaman kürd döyüşçülər tərəfindən yaxalanıb.

    Muxalifet - 14-03-2019

  17. ABŞ-ın parlayan ulduzu! Seçkilərdə Trampa dişli rəqib

    ABŞ-da keçmiş Nümayəndələr Palatasının üzvü Beto O'Rourke 2020-ci il prezident seçkisində namizəd olacağını açıqlayıb.
     
    ABŞ-ın xəbər kanalı “CNN International” bu haqda məlumat verib.
    Senat seçkilərində Texasda Ted Cruza qarşı göstərdiyi fəaliyyətlə diqqət çəkən O'Rourke, ABŞ siyasətinin "yüksələn ulduzu" kimi görünür.
    Müxalifət.az

    Muxalifet3 - 14-03-2019

  18. Əlil gənc Türkiyəyə müalicəyə aparıldı - Prezident “Lazım olsa, xaricə göndərərik” demişdi

    Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Ağsuya səfəri zamanı Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış olub. Bu zaman nənə ölkə başçısından valideynlərini itirmiş gənclə bağlı xahiş edib. Qadın bildirib ki, 29 yaşı olan Zamanov Murad Adil oğlunun bir gözü tam görmür, digər gözü isə çox zəifdir.

    Muxalifet - 14-03-2019

  19. Rusiya “Boeing” təyyarələrindən imtina etdi

    Rusiyada “Boeing 737 MAX 8” və “MAX 9” tipli sərnişin təyyarələrinin uçuşları dayandırılıb.
    Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Aleksandr Neradko bildirib. Onun sözlərinə görə, qadağa “Rosaviasiya”nın müvafiq qərarı qəbul edilənə qədər qüvvədə olacaq. 
    Xatırladaq ki, martın 10-da Efiopiyada “Boeing 737 Max 8” sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həlak olub. Bu hadisədən sonra bir sıra ölkələr “Boeing” təyyarələri ilə uçuşları dayandırıblar./Azvision

    Muxalifet - 14-03-2019

  20. Aİ-dən Türkiyə açıqlaması! 1.5 milyard avro verəcəyik

     Aİ-nin Ali Nümayəndəsi Mogherini "Türkiyədəki Suriyalılar üçün ikinci 3 milyard avronun 1.5 milyardını köçürəcəyimizi təsdiq etmək istəyirəm” deyib.
     
    Federica Mogherini Türkiyədəki Qaçqınlar üçün Maliyyə Yardımı Proqramı çərçivəsində Ankaraya 1.5 milyard avro göndərəcəklərini açıqlayıb.
    Suriya Donorlar Konfransında açılış çıxışı edən Mogherini, Türkiyədəki qaçqınlara yardım məqsədilə Aİ-nin Türkiyədəki Qaçqınlar üçün Maliyyə Yardımı Proqramı çərçivəsində Ankaraya iki dilim olaraq 1.5 milyard avro verəcəklərini bildirib.

    Muxalifet3 - 14-03-2019

Pages