Axtarış
The search found 105779 results in 0.146 seconds.
Search results
Təbriz silkələnir: azarkeşlərin Qarabağ çağırışı - VİDEO
Güney Azərbaycanın Təbriz şəhərinin “Traktor” komandasının azarkeşləri bugünkü qarşılaşmadan 2 saat əvvəl stadiona gələrək, şüarlar səsləndiriblər.
Muxalifetaz axar.az-a istinadən xəbər verir ki, azarkeşlər “Traktor” – “Pədidə” qarşılaşmasının 15-ci dəqiqəsində ana dili probleminə, 27-ci dəqiqəsində isə Qarabağ probleminə diqqət çəkiblər.
Hazırda meydanda olan soydaşlarımız bildirirlər ki, onların arasında sarı geyimli polis əməkdaşları var və onlar hər vəchlə şüarların qarşısını almağa çalışırlar.Muxalifet - 14-03-2019
Nazirlik 700-ə yaxın vəzifəli şəxsi cərimələdi - Azərbaycanda
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ötən ildə aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 7 027,1 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 2 195,3 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
Bu barədə nazirliyin açıqlamasında bildirilir.Muxalifet - 14-03-2019
Ordumuz gücünü göstərdi - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimin niyyətinə uyğun olaraq müxtəlif qoşun növləri silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını məşq ediblər.Muxalifet - 14-03-2019
Prezidentin fərmanı ilə bağlı işçi qrupu yaradıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə bağlı məsələlərin müzakirəsinə həsr olunan müşavirə” keçirilib.
Muxalifet3 - 14-03-2019
SON DƏQİQƏ: Azərbaycanda benzinin qiyməti ucuzlaşacaq? – RƏSMİ CAVAB
Azərbaycanda benzinin və təbii qazın qiymətinin ucuzlaşdırılması, tətbiq olunan qaz limitinin ləğv edilməsi ilə bağlı təkliflər var. Sosial yönümlü islahatların çərçivəsində deputatlar, ekspertlər və sadə vətəndaşlar tərəfindən gündəmə gətirilən bu təkliflər sosial şəbəkələrdə çoxsaylı müzakirələrə, paylaşımlara səbəb olub. Ancaq dövlət rəsmiləri və aidiyyatı qurumlar hələ də məsələyə münasibət bildirməyiblər.
Muxalifet3 - 14-03-2019
Şamaxı və Ağsuda zəlzələ oldu - Yeniləndi
Ağsu rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 18:19-da, Pirqulu stansiyasından 9 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 2,6, dərinliyi 10 km olan zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.
Qeyd edək ki, bundan əvvəl Şamaxı rayonunda 3 bal gücündə zəlzələ baş verib.
Muxalifet3 - 14-03-2019
Bakı-Sumqayıt qatarı yolda qaldı
Bakıdan Sumqayıta gedən elektrik qatarı yolda qalıb.
Report-un məlumatına görə, Bakı Dəmiryol Vağzalından 18:30-da yola düşən nəqliyyat vasitəsi 15 dəqiqə sonra Biləcəri stansiyasında dayanıb.
Sərnişinlər Biləcəri qəsəbəsində düşdükdən sonra qatar yola davam edə bilməyib.
Maşinist bunu texniki problemlə əlaqələndirib. Hərəkət, təxminən, 10 dəqiqə sonra bərpa edilib.
Muxalifet3 - 14-03-2019
Bakıda avtomobillərin qiyməti kəskin bahalaşıb
Bakının avtomobil bazarında orta qiymət 13,27% bahalaşıb və 48,12 min manat təşkil edib.
“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, bu ilin fevral ayında paytaxtın avtomobil bazarında 1,738 min avtomobil satışa çıxarılıb.Muxalifet3 - 14-03-2019
Sənədsiz həyət evi sahiblərinə ŞAD XƏBƏR
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər bir sıra yeniliklər və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı geniş tədbirlər həyata keçirilir.
Muxalifet.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, bununla bağlı “kütləvi çıxarış”, “əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial layihələr reallaşdırılmaqla vətəndaşlara öz ünvanlarında xidmət göstərilir, əmlaklarının qeydiyyata alınması məsələləri təbliğ edilir.Muxalifet3 - 14-03-2019
Netanyahudan Türkiyə barədə skandal sözlər
İsrail Baş naziri Benyamin Netanyahudan sonra onun oğlu Yair Netanyahu Türkiyə dövləti və prezidenti haqqında skandal ifadələr işlədib.
Muxalifet.az xəbər verir ki, Netanyahu Tvitter mikrobloqunda paylaşımında İstanbulun min illər öncə Konstantinopol olduğunu və Bizans imperatorluğunun paytaxtı statusunu daşıdığını bildirib.Muxalifet3 - 14-03-2019
Azərbaycanda yeni sirk binası inşa ediləcək
Azərbaycanda yeni sirk binası inşa ediləcək.
Report xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.
Ə.Qarayev bildirib ki, sirkin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir:
“Azərbaycanda yeni sirk binasının inşası haqqında düşünməyin vaxtı gəlib çatıb. Biz bununla bağlı layihələr hazırlayırıq. Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Bu, yenilik olacaq”.
Muxalifet3 - 14-03-2019
4 uşaq anası su çənində boğuldu
Astarada 34 yaşlı qadın su çənində boğulub.
Bədbəxt hadisə axşam saatlarında, rayonun Artupa kəndində baş verib.
Kənd sakini 1984-cu il təvəllüdlü Xəyalə Ədalət qızı Kazımova evdən çıxaraq, yaxınlıqdakı çəndən su gətirməyə gedib. Bir müddət keçməsinə baxmayaraq, geri qayıtmayan qadının ailə üzvləri onun ardınca gediblər.
Məlum olub ki, X.Kazımova yer səviyyəsindən bir-neçə metr aşağıda olan çənə əyilərək, vedrəni doldurmaq istəyib. Lakin, ehtiyatsızlıqdan çənin içərisinə yıxılıb. Köməksiz halda qalan qadın suda boğulub.Muxalifet3 - 14-03-2019
Maliyyə Nazirliyinin yoxlamasının nəticəsi: İşlərin həcmi əsassız olaraq artıq yazılıb
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında 7 milyon 27 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib. Təqsirkar şəxslər hesabına həmin vəsaitin 2 milyon 195 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
Muxalifet3 - 14-03-2019
Rusiyadan "Boinq"lə bağlı qərar
Rusiya dövləti də Efiopiyada baş verən dəhşətli qəzadan sonra hava məkanını “Boinq 737 MAKS 8 və “Boinq 737 MAKS 9” təyyarələrinə qapalı elan edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Rostaviatsiya”nın məlumatında deyilir.
Qadağanın müvəqqəti xarakter daşıdığı bildirilib.
Qeyd edək ki, bundan öncə də bir çox ölkələr eyni addımı atmışdı.
Muxalifet3 - 14-03-2019
"Bacarıqsız" oğrular kameraya düşdü - Anbaan VIDEO
Martın 11-də Nizami rayonu ərazisində oğurluğa cəhd olunub. Belə ki, iki nəfər şəxs gecə saatlarında Qara Qarayev prospekti 106 ünvanında yerləşən “Elvin” marketin giriş qapısının qıfılını açmağa çalışıblar. Oğurluğa gələn şəxslərin üzləri qapalı olduğundan onları görmək mümkün olmayıb. Həmin anları marketin ətrafında quraşdırılmış təhlükəsizlik kameraları qeydə alıb.
Muxalifet3 - 14-03-2019
Qar uçqununda 3 alpinist öldü
Britaniyanın ən yüksək dağı olan Ben Nevisdə baş verən qar uçqunu zamanı üç alpinist həyatını itirib.
Muxalifet.az xəbər verir ki, həyatını itirən üç alpinistdən ikisi Fransa, biri isə İsveçrə vətəndaşıdır.
Fransalı alpinistlərin 41 və 32 yaşlarında, isveçrəli alpinistin isə 43 yaşında olduğu bildirilir.
Muxalifet3 - 14-03-2019
Türkiyənin tələbi ilə İnterpol hərəkətə keçdi - Qaşıqçı cinayəti
İnterpol Türkiyənin tələbi ilə Səudiyyə Ərəbistanının 20 təbəəsinin həbsinə dair order verib.
Muxalifet.az xəbər verir ki, onlar səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində günahlandırılır.
Sözügedən 20 nəfərin Qaşıqçını öldürümək üçün təşkil edilən qrupda yer aldığı deyilib.
Muxalifet3 - 14-03-2019
Dodon Azərbaycanla münasibətlərdən danışdı
Moldova ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli əlaqələr, o cümlədən iqtisadi, diplomatik münasibətlər qurulub.
Muxalifet.az xəbər verir ki, bu sözləri Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Prezident xatırladıb ki, ölkələrimiz arasında bir sıra sazişlər imzalanıb. Moldova və Azərbaycan beynəlxalq miqyasda, həmçinin MDB çərçivəsində keçirilən tədbirlərdə fəal əməkdaşlıq edir.Muxalifet3 - 14-03-2019
Pakistanda terror: ölənlər var
Pakistanın Pandjqur dairəsində, bazarlardan birində terror aktı törədilib.
Muxalifet.az xəbər verir ki, baş verən partlayış nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.
Yaralananlardan üçünün vəziyyətinin ağır olduğu deyilib.
Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Muxalifet3 - 14-03-2019
Bakıya 395 yeni avtobus gətirildi
2018-ci ildə Bakıya 395 yeni avtobus gətirilib.
Muxalifet.az-ın trend-ə istinadən məlumatına görə, daşıyıcılar tərəfindən il ərzində ümumilikdə dövlət büdcə vəsaiti hesabına 300 və daşıyıcılar tərəfindən isə 95 yeni avtobus alınıb.
Bundan əlavə 1 nəqliyyatın mübadilə mərkəzi və 1 yeni avtobus parkı istifadəyə verilib.
İl ərzində daha 5 marşrut xətti nağdsız ödəniş sisteminə keçirilib və bununla da bu sistemlə işləyən marşrutların sayı 20-dən 25-ə qaldırılıb.
Nağdsız ödəniş sistemi tətbiq edilən avtobusların sayı 503-ə çatdırılıb.
Muxalifet3 - 14-03-2019