Axtarış
The search found 105779 results in 0.118 seconds.
Search results
Hollivud ulduzunun bu bacarığı dünyaya səs saldı - VİDEO
İngilis əsilli Hollivud ulduzu Kira Naytli dünən bir televiziya verilişində qonaq olub.
Muxalifet.az xəbər verir ki, aktrisa pərəstişkarlarına bu günə qədər bilmədikləri bacarığını nümayiş etdirib.
Cimmi Fellonun şousunda qonaq olan Naytli dişləri ilə musiqi ifa edə bildiyini söyləyib. Hollivud ulduzu əvvəlcə “Raindrops Keep Fallinq On My Head” mahnısını, sonra isə “Despacito”nu ifa edib.Muxalifet - 14-03-2019
Azərbaycana yaz nə vaxt gələcək?
Bu il yaz fəslinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, 2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq.
Bu zaman gecə ilə gündüz bərabərləşəcək.
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.
Muxalifet - 14-03-2019
Həbsdə olan Fədayə Laçının FOTOSU YAYILDI
Həbsdə olan müğənni Fədayə Laçının fotosu yayılıb.
Hazırda Bakı Apellyasiya Məhkəməsində cinayət işi araşdırılan müğənninin məhkəmə zalında çəkilmiş fotosunu ONA əldə edib.
Qeyd edək ki, F. Laçın xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Laçın 5 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən narazı qalan müğənni Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Hazırda F. Laçın və onunla birlikdə həbs olunan digər şəxslərin apellyasiya şikayətinə baxılır.Muxalifet - 14-03-2019
Valideynlərə XƏBƏRDARLIQ: Uşaqlarınıza bu oyuncaqları almayın
Uşaqlarda yaradıcılığın inkişafı üçün adətən onlara çoxlu oyuncaq alınır. Lakin daha çox oyuncaq uşaqlara mənfi təsir göstərir. Uşaqların ən önəmli faəliyyətlərindən biri məhz oyunlardır. Onların həyatında xüsusi rola malik olan oyuncaqların seçimi isə mühüm əhəmiyyət kəsb edir.
Muxalifet - 14-03-2019
Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI
Maliyyə Nazirliyi Azərbaycan Respublikasının xarici dövlət borcunun məbləğini açıqlayaıb.
Muxalifet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 01 yanvar 2019-cu il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 8,927.1 milyon ABŞ dolları (15,176.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.0 faiz (2018-ci il üçün hesablanmış 79,797.30 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.Muxalifet - 14-03-2019
Özcan Deniz və Aslı Enver ölümlə hədələndi
"İstanbullu gelin" serialında cütlüyü canlandıran Özcan Deniz və Aslı Enver İsraildə iki konsertdə iştirak edəcəkdi.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, onlar ölümlə hədələniblər, buna görə də səyahət ləğv edilib.
Bildilir ki, onlar özlərinə və ailələrinə görə hədələnirlər.
Qeyd edək ki, konsertə bir gün içində 22 min bilet satılıb.Muxalifet - 14-03-2019
Azərbaycan və Albaniya prezidentləri görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Metaya Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Forumun beynəlxalq miqyasda iştirakçılarının sayının artdığını bu tədbirin nüfuzunun yüksəlməsinin göstəricisi kimi dəyərləndirdi. Bu Forumun beynəlxalq məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin müzakirəsi üçün geniş imkanlar yaratdığını dedi.Muxalifet - 14-03-2019
Moskva polisi təkzib edir: "Paytaxt bazarlarından 2 milyard müsadirə edilməyib"
“Miqrasiya qanunvericiliyinə əməl edilməsinə nəzarət tədbirləri çərçivəsində paytaxt polisi əcnəbilərin kütləvi çalışdığı obyektlərdə yoxlamalar aparılıb. Aşkarlanan qanun pozuntuları ilə bağlı gərəkli addımlar atılıb”.
Rusiya DİN-in Moskva şəhər Baş İdarəsinin martın 14-də yaydığı xəbərdə belə deyilir. Xəbəri TASS yayıb.Muxalifet - 14-03-2019
İki müsəlman ölkəsi müharibəyə başlayır
İki müsəlman ölkəsi Tacikistan ilə Qırğızıstan arasında ciddi qaqlmaqal müharibə həddinə satıb.
Rusiya mətbuatı xəbər verir ki, Tacikistan Qırğızıstan ərazisindəki Voruh kəndindəki taciklər və qırğızlar arasında kütləvi davada 2 nəfər öldürülüb, 23 nəfər isə ağır yaralanıb.
Əraziyə polis yeridilib. Hər iki ölkə sərhədləri bu davadan sonra bağlayıb. Verilən məlumata görə bu gərginlikdən sonra Tacikistan hökuməti Qırğızıstana nota verib./SferaMuxalifet - 14-03-2019
ŞOK: Cavid Qurbanovun qardaşı Türk müğənniyə 120 min dollar ödədi - CƏMİ BİR NEÇƏ SAAT OXUMASI QARŞILIĞINDA
Bir müddət öncə məşhur türk müğənnisi Demet Akalın Bakıya sünnət toyuna gəlib.
Muxalifet4 - 14-03-2019
Broyler toyuğu və qaraciyəri almayın, yeməyin - Pediatrdan antibiotik xəbərdarlığı
Broyler toyuqlarının necə yetişdirilməsi, tərkibində hormonal preparatlar və antibiotiklərin olması və bütün bunların insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə xəbərdarlıq xarakterli materiallar yazılıb.
Muxalifet.az medicina.az-a istinadən xəbər verir ki, pediatr həkim Vaqif Qarayev də broyler toyuğu və ayrıca satılan toyuq qaraciyərinin təhlükəli olması barədə açıqlama verib.
" Toyuğu antibiotiklərdən təmizləmək üçün bu qaydalara əməl olunmalıdır.
1.Toyuğu qaynatdıqdan sonra bulyonu mütləq atılmalıdır.Muxalifet - 14-03-2019
Yenilənmiş “CavanNar”-a qoşul, ikiqat internet əldə et!
Ölkənin ən gənc və innovativ mobil operatoru olan “Nar” yenilənmiş “CavanNar” tarifini təqdim edir. Artıq bundan sonra “CavanNar” ilə abunəçilər daha çox internetdən istifadə edə və daha çox ünsiyyət qura biləcək. Yenilənmiş “CavanNar” 2 müxtəlif paketdə təqdim olunur. Belə ki, “CavanNar 9”-a qoşulmaq istəyənlər aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə əldə edəcəklər. “CavanNar 6” isə istifadəçilərə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir.
Muxalifet4 - 14-03-2019
Zidan ilk arzusunu gerçəkləşdirdi: 50 milyonluq transfer
Yenidən “Real Madrid”ə qayıdan Zinəddin Zidan ilk transferini gerçəkləşidirib.
Madrid klubu 21 yaşlı Eder Militaonu “Porto”dan almaq üçün razılığa gəlib.
Futbolçu ilə 6 illik müqavilə imzalanıb. O, yay transfer pəncərəsində “kral klubu”na qatılacaq.
Futbola “Sao Paulo”da başlayan ve mövsümün əvvəlində 7 milyon avro qarşılığında “Porto”ya keçən Militao üçün “Real” 50 milyon avrosundan keçib.
Eder Militao bu mövsüm “Porto” ilə 34 matça çıxıb, 3 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub.Muxalifet - 14-03-2019
Rusiya İdlibi vurdu: Terrorçular həbsxanadan qaçdı
Etibarlı yerli mənbələrdən alınan məlumata görə, dünən axşam keçirilən Rus hava hücumunda İdlib şəhər mərkəzindəki həbsxananın bir hissəsi zərər görüb.
Hücumdan sonra içində oğurluq, adam qaçırma kimi cinayətlər səbəbilə saxlanılanların və İŞİD terrorçularının da olduğu çox sayda məhkum həbsxanadan qaçıb.
Həbsxanadan qaçan bir çox İŞİD-çıları özəklərin yerləşdiyi evlərə basqın keçirməklə ələ keçiriblər.Muxalifet3 - 14-03-2019
Avropa Şurasının sədri: “Üzvlərdən xahiş edəcəyəm”
Avropa İttifaqı Şurasının sədri Donald Tusk Böyük Britaniyadakı səsvermədə Breksit tarixinin təxirə salınması qərarı veriləcəyi təqdirdə, Avropa İttifaqının üzvlərindən qərarı qiymətləndirməyi tələb edəcəyini söyləyib. Tusk deyib: “Birləşmiş Krallığın Breksit strategiyasını yenidən nəzərdən keçirməyi istəyəcəyi təqdirdə, qərarı Avropa İttifaqının 27 nəfər üzvünə təqdim edəcəyəm”.
Avropa İttifaqının liderləri Breksit məsələsini müzakirə eləmək üçün 21-22 mart tarixlərində birgə görüş keçirəcəklər.Muxalifet - 14-03-2019
Hüseyn Dəryanın qəbri açılacaq - VİDEO
Hüseyn Dəryanın qəbri açılacaq.
Bu tələblə mərhum reperin qızı Ayşə “Bizimləsən” verilişində çıxış edib.
O, atasının digər evliliyindən dünyaya gələn Cahangirlə bacı-qardaş olmasını təsdiqləmək üçün qarşı tərəfin DNT analizi vermələrini istəyir.
Ayşə Cahangirin anasına müraciət edərək belə deyib: "Sona xanım, atamın ruhuna hörmətsizlik etməyin. Gəlin, hər şeyi açıqlayın. Mən və bibilərim Qəbrin açılmasına qədər gedib çıxacağıq. İndi Türkiyəyə gedirəm, qayıtdıqdan sonra bibilərimlə birlikdə məhkəməyə gedib, o yolla Sona xanımdan DNT tələb edəcəyik".Muxalifet - 14-03-2019
İvanişvili Saakaşvilini hakimiyyətə QAYTARIR - eks-spiker
Gürcü Arzusu Partiyası bir neçə ildir böhrandadır.
Muxalifet.az xəbər verir ki, bunu “Sputnik Gürcüstan”a açıqlamasında Gürcüstanın eks-spikeri Nino Burcanadze deyib.Muxalifet - 14-03-2019
"Azərbaycan müharibədə qalib gəlsə belə..." - Erməni analitiklər irimiqyaslı müharibəyə ehtimal vermirlər
“Azərbaycan Dağlıq Qarabağda irimiqyaslı müharibəyə getməz. Lakin münaqişə zonasında lokal konfrontasiyaların baş verməsi mümkündür”.
Musavat.com erməni mətbuatına istindən xəbər verir ki, yerli siyasi ekspertlərin Azərbaycanın keçirdiyi hərbi təlimlərlə bağlı ümumi rəyi belədir.Muxalifet - 14-03-2019
Rusiyadan digər ölkələrə XƏBƏRDARLIQ: “Hazırlaşın, sizə “vor zakonlar” gəlir...”
Bu gün Rusiya Dövlət Duması cinayətkar aləmdə yüksək iyerarxiyaya daxil olan şəxslər, yəni “vor zakon”lar üçün cinayət məsuliyyətini sərtləşdirən və prezident Vladimir Putin tərəfindən irəli sürülən qanun layihəsini qəbul edib. Qanun imkan verəcək ki, “vor zakon” statusu daşıyan cinayətkar aləm nümayəndələri bu statuslarına görə uzunmüddətli həbs cəzalarına məhkum edilsinlər. Vaxtilə bu metodikadan Gürcüstanda Mixail Saakaşvili istifadə etmişdi və nəticədə “vor zakon”lar ölkəni kütləvi tərk etməli olmuşdu.
Muxalifet - 14-03-2019
4 uşaq anası su quyusuna düşərək boğuldu
Astarada qadın su quyusuna düşərək boğulub.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, rayonun Artupa kənd sakini, 1984-cü il təvəllüdlü Kazımova Xəyalə Ədalət qızı yaşadığı evin yaxınlığındakı su quyusuna düşərək boğulub. Dörd uşaq anası olan X.Kazımovanın ehtiyatsızlıqdan su quyusuna yıxıldığı ehtimal olunur.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 14-03-2019