Axtarış
The search found 105779 results in 0.099 seconds.
Search results
“13 illik ərimi əlimdən aldı” - Aysel Əlizadəyə şok ittiham / VİDEO
Aparıcı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadə ilə bağlı ilginc ittiham səsləndirilib.
Teleqraf.com xəbər verir ki, proqrama çıxan Turanə adlı qadın Aysel Əlizadənin 13 illik ərini əlindən aldığını iddia edib.
Qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta əri Ayselə “Porsche” markalı avtomobil də hədiyyə edib.
İttihamlarla bağlı müğənni heç bir açıqlama verməyib.
Muxalifet4 - 14-03-2019
Poroşenko yüksək dəqiqlikli raket silahını hazırlamağı tapşırdı - RUSİYA SƏRHƏDLƏRİNDƏ...
Ukrayna yeni raketlərinin sınaqlarını Çerniqov vilayətində keçirəcək.
Publika.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
Poroşenko daha əvvəl ölkənin müdafiə müəssisələrinə böyük hərəkət radiusu olan yüksək dəqiqlikli raket silahını hazırlamağı tapşırıb. O həmçinin qeyd edbi ki, Ukrayna yaxın vaxtlara qədər Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə əlaqədar müxtəlif məhdudiyyətlərə tərəfdar olmağa məcbur idi.
Muxalifet4 - 14-03-2019
Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI - VİDEO
Hamımızın içində varlanmaq hərisi yatır, hər kəs maddi mənafe uğrunda kölə olur. Bəzilərində alınır, digərləri isə elə səfillik içində ömrünü başa vurur.
Odur ki, Publika.az yəhudilərin varlanmaq üsullarını təqdim edir:
Heç vaxt cibinizdə çoxlu pul saxlamayın. Bu, sizi daha çox pul xərcləməyə təhrik edəcək. Pulu dəyərsiz kağız kimi sağa-sola xərcləsəniz, özü küsüb sizdən uzaqlaşacaq.Muxalifet - 14-03-2019
Marneulinin sabiq azərbaycanlı meri bələdiyyədən 7 aylıq maaşını tələb edib
Gürcüstanın Marneuli şəhərinin keçmiş meri, əslən azərbaycanlı olan Temur Abazov həbsdə olduğu müddət ərzində ala bilmədiyi 32 min lari əmək haqqını tələb edir. Bələdiyyə Məclisi bu təklifi bu gün keçirilmiş iclas zamanı arayış qismində qəbul edib.
Muxalifet - 14-03-2019
ÇL: “Liverpul” “Bavariya”nı, “Barselona” “Lion”u mübarizədən kənarlaşdırıb - VİDEO
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. ONA-nın məlumatına görə, cavab oyunları çərçivəsində son iki matç keçirilib.
Münhen və Barselonada baş tutan qarşılaşmalardan sonra 1/4 finala son vəsiqələrin sahibləri bəlli olub.
İspaniyanın Çempionlar Liqasındakı sonuncu təmsilçisi “Barselona” öz meydanında “Lion”u qəbul edib. Fransa səfərində qolsuz heç-heçə edən kataloniyalılar “Nou Kamp”da doğma azarkeşlərini sevindirməyə müvəffəq olublar.Muxalifet - 14-03-2019
“Brexit dalana girdi”: İngilis Parlamenti təklifi qəbul etdi
İngilis Parlamenti Avropa Birliyindən (Aİ) müqaviləsiz ayrılmağı hər şərtdə rədd edən təklifi qəbul edib.
Parlamentin alt qanadı Avam Palatasında keçirilən səsvermədə ölkənin Aİ-dən müqaviləsiz ayrılmasını hər şərtdə rədd edən təklif 308- səsə qarşı 312 səslə qəbul edilib.
Bu nəticə təklifə qarşı olan baş nazir Theresa Mey üçün yeni bir məğlubiyyət oldu.Muxalifet3 - 14-03-2019
Trampa böyük zərbə: Müharibədən çəkil!
ABŞ rəhbərliyinin Yəməndə davam edən müharibəyə daxil olan, ya da müharibə edən bütün hərbi ünsürlərin 30 gün ərzində geri çəkməsini nəzərdə tutan qanun layihəsi Senatda qəbul edilib.
ABŞ Senatının Baş Məclisində keçirilən səsvermədə 46 əleyhinə, 54 lehinə olmaqla qəbul edilən layihə ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı siyasətinə mühüm qarşı çıxış kimi səciyyələndirilib.Muxalifet3 - 14-03-2019
Rusiyaya 5 ay vaxt verildi: QİYAMƏT SSENARİSİ işə düşür
ABŞ bu il Orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında Müqaviləylə qadağan edilmiş 30-dan çox raketin sınağını keçirməyi planlaşdırır.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “Washington Post” bildirib.
Qəzetin həmsöhbətlərinin məlumatına görə, avqustda gəmilərdə və ya mobil komplekslərdə minlərlə kilometr hərəkət radiuslu qanadlı raketlərin işə salınması planlaşdırılır, noyabrda isə 3-4 min kilometr hərəkət radiuslu ballistik raketlərin sınaqları gözlənilir.Muxalifet - 14-03-2019
Feysbuk və İnstaqram yenə çökdü
Feysbuk və İnstaqram istifadəçiləri sosial şəbəkələrdə yenə nasazlıq olduğunu bildiriblər. Muxalifet.az Trend-ə istinadən bildirir ki, dünyanın bəzi ölkələrində problemlər yaranıb.
Facebook sosial şəbəkəsi ilə bağlı daha çox ABŞ və Filippində, Avropa (Böyük Britaniya, Niderland və digər ölkələr) və Latın Amerikası ölkələrində şikayət edirlər.
Facebook və İnstaqram sosial şəbəkələri ilə problemlərin Azərbaycanda da müşahidə edildiyi bildirilib.Muxalifet - 14-03-2019
Ərdoğandan çox önəmli mesajlar
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan 5-ci Beynəlxalq Yaxşılıq Mükafatları mərasimində iştirak edib. Ərdoğan tədbirdəki çıxışında önəmli mesajlar verib.
Ərdoğanın çıxışından sətir başları:
DÜNYA YAXŞI İNSANLARIN ÜZÜ SUYU HÖRMƏTİNƏ AYAQDA DURUR
Muxalifet3 - 14-03-2019
Qaraciyəri artıq yağlardan təmizləyən içkilər - Siyahı
Qaraciyərin yağlanması indi gəncləşən xəstəliklərdəndir və bu problem getdikcə qaraciyərin normal fəaliyyətinin pozulmasına səbəb olacaq.
Muxalifet.az Medicina.az-a istinadən qaraciyəri detoks edən, artıq piy və yağlardan təmizləyən 3 effektiv içki reseptini təqdim edir:Muxalifet - 14-03-2019
Terrorçuların sement xəttinə basqın
“Fərat Qalxanı” bölgəsində çox sayda TIR-a Münbiçə sement daşıdıqları şübhəsi ilə basqın edilib.
Muxalifet3 - 14-03-2019
Tramp açıqladı: “Tələsmirik, olmazsa, etməyəcəyik”
ABŞ prezidenti Donald Tramp Çin ilə ticarət müqaviləsini tamamlama məsələsində tələsmədiklərini, müqavilənin Pekini fikri mülkiyyət hüququ kimi sahələrdə edəcəyi struktur islahatlarını da əhatə etməsini istədiklərini deyib.
Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada, "İşlərin çox yaxşı getdiyini düşünürəm. Tələsəcək yerimiz yoxdur. Doğru bir müqavilə olmasını istəyirəm. Bu səbəblə tələsmirəm. Bizim üçün yaxşı bir müqavilə olmalıdır, əgər olmazsa, bu müqaviləni bağlamayacağıq" deyə söyləyib.Muxalifet3 - 14-03-2019
İdlibə intensiv hava hücumları davam edir
Suriyada "İdlib Gərginliyi Azaltma Bölgəsi" sərhədləri içərisindəki mülki mövqelərə aparılan intensiv hava hücumlarında 6 nəfər həyatını itirib, ən azı 40 nəfər yaralanıb.
Dünən axşam başlayan hava hücumları gün boyu davam edib. İdlibin şəhər mərkəzi, Xan Şeyxin və Serakib rayonları ilə Əl Huveyn, Um Cəlal kəndlərinə intensiv quru və hava hücumu təşkil olunub.
Mülki müdafiə mənbələrinə görə, hava hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla, 6 mülki vətəndaş ölüb, ən azı 40 nəfər yaralanıb.Muxalifet3 - 14-03-2019
Bakıya qarşı de-marş, yoxsa erməni “barmağı”...
Erməni əsilli Rusiya vətəndaşlarını israrla Azərbaycana göndərib “siyasi bazarlıq” predmetinə çevirmək istəyənlərin əsas hədəfi; Lavrov-Zaxarova cütlüyünə direktiv haradan gəlir?..
Rusiya XİN növbəti anti-Azərbaycan bəyanatı ilə çıxış edib. Bu dəfə həm də yazılı şəkildə. Sergey Lavrovun idarəsi ölkə vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görməyib. Səbəb kimi Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına ölkəyə girişə icazə verməməsi göstərilir.
Muxalifet - 14-03-2019
ABŞ yenə də təəccübləndirmədi! İkili standart
Amerika Birləşmiş Ştatlarının açıqladığı 2018 İnsan Hüquqları Hesabatında, Camal Qaşıqçı cinayətilə əlaqədar detallar da gözdən qaçmayıb. ABŞ yenə həmişəki kimi özünə düşmən saydığı ölkələri avtoritarizm və insan hüquqlarının tapdanması ilə ittiham edərkən, geosiyasi maraqları olan və müttəfiq saydığı bir çox despotik ölkə rəhbərliyinin əməllərini yenə də görməzdən gəlib.
Muxalifet3 - 14-03-2019
“RABİTƏ BANK”DAKI DEPOZİTLƏR “ƏRİYİR” – Müştərilər bankdan milyonlarla manatı geri çəkiblər
Əhalinin ölkə banklarına inamının idealdan çox-çox uzaq olduğu şübhəsizdir. Burada kreditlərin soyğunçu faizlərlə verilməsindən tutmuş, devalvasiyalardan sonra vətəndaşlarla banklar arasında yaranmış bir çox problemlərə qədər çoxlu sayda səbəb var. Bütün bu səbəblər müştərilərin banklara münasibətində mənfi mənada özünü biruzə verməkdədir.
Muxalifet - 14-03-2019
Ermənilər ötən gecə rayonlarımızı atəşə tutdu
Ermənistan ordusu ötən sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.
Muxalifet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 14-03-2019
ABŞ-dan yeni bir qalmaqal! Golan Təpələrini İsrailə verdilər
ABŞ Xarici İşlər Nazirliyi 2018 İnsan Haqları Hesabatında Suriyaya məxsus Golan Təpələri üçün "İsrail nəzarətindəki region" ifadələrinə yer verərək böyük bir qalmaqala imza atıb.
ABŞ rəhbərliyi 2018 İnsan Haqları Hesabatının İsrail hissəsində, daha öncə "işğal altında" şəklində xarakterizə etdiyi Golan Təpələri üçün ilk dəfə “İsrail nəzarətindəki" ifadəsini istifadə edib.
ABŞ Xarici İşlər Nazirliyinin hər il açıqladığı insan haqları hesabatının builki İsrail hissəsi, Orta Şərq tarazlıqları baxımından yeni bir mübahisəyə qapı açıb.Muxalifet3 - 14-03-2019
Həbsdən azad edilmiş şəxslər barədə vacib - QƏRAR
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiqlənib və işçilərinin say həddi müəyyənləşdirilib.
Bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiq edilib və işçilərinin say həddi 42 vahid müəyyən olunub.
Mərkəzin strukturu aşağıdakı kimidir:Muxalifet - 14-03-2019