Axtarış
The search found 105779 results in 0.021 seconds.
Search results
“OBYEKTLƏRİMDƏ MİNLƏRLƏ AZƏRBAYCANLI ÇALIŞIR…” – Qod Nisanov yoxlamalardan danışdı
Yəhudi əsilli azərbaycanlı iş adamı, “Kievskaya ploşad” şirkətinin Direktorlar Şurasının sədri Qod NisanovMoskvada ona məxsus ticarət mərkəzlərində aparılan yoxlamalar haqda danışıb. O, Oxu.Az-a müsahibəsində dövlət tərəfindən təqib olunması ilə bağlı yayılan şayiələri təkzib edib.
Muxalifet.az Qod Nisanovla müsahibəni təqdim edir:
Muxalifet - 14-03-2019
33 min şagird imtahan verəcək
Martın 17-də 29 şəhər və rayonda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, həmin gün ümumilikdə 33054 şagirdin imtahan verəcəyi nəzərdə tutulurMuxalifet - 14-03-2019
"Amerikalı generallar terrorçubaşı Karayılana silah hədiyyə edib” – Türk nazir
Türkiyənin daxili işlər naziri Süleyman Soylu PKK və Suriya qolu YPG haqda önəmli açıqlama verib. Soylu YPG-nin bir komandirinin hazırda Türkiyənin əlində olduğunu və YPG-nin bundan xəbərinin olmadığını bildirib: “YPG tanınmış bir komandiri əlimizdədir, bundan heç YPG-nin belə xəbəri yoxdur. Onun verdiyi məlumatlarla bağlı bir kitab var.
Muxalifet3 - 14-03-2019
Elnur Məmmədli qəzaya düşdü - Foto
2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb.
Report-un xəbərinə görə, hadisə bu gün səhər saatlarında Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində baş verib.
Belə ki, yüksək sürətlə hərəkətdə olan Rusiya Federasiyasına məxsus B 862 CA 73 qeydiyyat nişanlı VAZ-2108 markalı minik avtomobili Elnur Məmmədlinin idarə etdiyi 90 NT 555 dövlət qeydiyyat nişanlı “KİA Cadenza” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.Muxalifet - 14-03-2019
Paşinyan gözləntiləri doğrultmadı - Nikol savaşı tətikləyən addımlar atır
Ordumuzun genişmiqyaslı təlimləri düşməni vahiməyə salıb; Türkiyədə ziyalılar “Azərbaycan ordusu, Xankəndini vur!” çağırışını etdilər...
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını işğal altındakı Azərbaycan ərazilərində - Xankəndi şəhərində keçirməklə təkcə danışıqlar prosesini pozmağa yönəlik addım atmadı, həm də ölkəsinin işğalçı olduğunu dünyaya nümayiş etdirdi.
Muxalifet - 14-03-2019
Beyləqanda 4 otaqlı ev YANDI: Xəsarət alan var
Beyləqan rayonunun Dünyamalılar kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 14-03-2019
Müsəlmanlar üçün “ölüm düşərgələri”: bir milyon insan... - İLK AÇIQLAMA
Çində “yenidən təhsil mərkəzləri”, "vətənpərvərlik tərbiyəsi düşərgələri”, “ölüm düşərgələri” kimi adlarla adlandırılan və Sintszyan-Uyğur Muxtar Rayonunda müsəlmanların olduğu düşərgələr bağlana bilər.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, “South China Morning Post” nəşrinin yazdığına görə, bu haqda regionun başçısı Şoxrat Zakir bildirib.
“Düşərgələrin, həmçinin onlardakı insanların sayı tədricən azalacaq. Əgər cəmiyyətə belə təlim mərkəzləri daha lazım olmayacaqsa, onlar tədricən yox olacaqlar”, - o deyib.Muxalifet - 14-03-2019
Aysel ittihamlara CAVAB VERDİ: Allaha həvalə edirəm - FOTO/VİDEO
“Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadə ilə bağlı canlı efirdə ittihamlar səsləndirilib. Proqrama çıxan Turanə adlı qadın Aysel Əlizadənin 13 illik ərini əlindən aldığını deyib. Qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta Ayselin idarə etdiyi və mətbuatda çıxan “Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib. Qadın bildirib ki, 48 yaşlı əri iş adamıdır, avtosalonu var və tikinti işləri həyata keçirir. Aysel bütün bu iddialara şəxsi “Instagram” hesabının “Tarix” bölümündə cavab verib.
Muxalifet - 14-03-2019
“Cırtdan” keçmiş Meksika prezidentini məhkəməyə verdi
El-Çapo ("Cırtdan") ləqəbi ilə tanınan meksikalı narkobaron Xoakin Qusman ölkənin keçmiş prezidenti Enrike Penya Nyetoya qarşı cinayət işinin açılması ilə bağlı məhkəmədə iddia qaldırıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Xose Luis Meza açıqlama verib.Muxalifet - 14-03-2019
Amerikalı generaldan Türkiyəyə təhdid
ABŞ-ın Avropa Qüvvələri (EUCOM) komandanı və NATO Müttəfiq Qüvvələrinin Ali Komandanı, ordu generalı Kortis M. Scaparrotti Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinə təqdim etdiyi yazılı ifadəsində, Türkiyənin NATO ittifaqının cənub sərhədlərində mühüm sınaqlarla qarşı-qarşıya qalan strateji bir ölkə olduğunu bildirib. Scaparrotti Türkiyənin YPG ilə PKK-nı eyni təşkilat olaraq gördüyünü və 3,5 milyon qaçqını qonaq edərkən cənub sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışdığını qeyd edib.
Muxalifet3 - 14-03-2019
7 nəfərin zəhərləndiyi "Köz dönər"dən GÖRÜNTÜLƏR - VİDEO
Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Muxalifet.az REAL-a istinadən xəbər verir ki, onların universitet tələbələri olduğu bildirilir. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, zəhərlənənlərdən ikisi Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.
Muxalifet - 14-03-2019
“Bakıdan zəng vurdular, dedilər arvadın ölüb...” - Təyyarədə dava salıb tutulan azərbaycanlı
Martın 11-də Orenburq-Moskva reysi ilə uçan təyyarədə dava salan və tutulan, barəsində xuliqanlıq və polisə müqavimət maddələri ilə inzibati iş, üstəlik cinayət işi qaldırılan Azərbaycan vətəndaşının hərəkətlərinin motivi üzə çıxıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxs Bakıya həyat yoldaşının dəfninə getdiyi üçün özündə olmadığını, dərdli, əsəbi vəziyyətdə dava saldığını deyib.Muxalifet - 14-03-2019
İtalyan jurnalistdən Türkiyə və Ərdoğan etirafı
İtalyan jurnalist Giuseppe Martin Didonna Avropada aparılan Türkiyə və Ərdoğan əleyhinə kampaniyanı etiraf edib.
Hər fürsətdə "demokratiya və insan hüquqları" bəhanəsi və "Türkiyə iqtisadiyyatı çökür" yalanı ilə beynəlxalq ictimai rəy yaratmaq istəyən Avropa mərkəzli qəzetlərinin nə qədər idarə olunan və konkret korporativ maraqlara xidmət etdiyi bir daha gözlər önünə sərilib. İtalyan jurnalist Giuseppe Martinin "Avropada Türkiyəni tənqid etsəniz məqalələrinizi satmağınız o qədər asanlaşır" deyə yazdığı bu sözlər Avropanın iç üzünü ortaya qoyub.Muxalifet3 - 14-03-2019
Ermənistan ordusunda onlarla hərbçi həbs edilib - RƏSMİ RƏQƏMLƏR
Ötən il Ermənistanda dövlət məmurlarının yol verdikləri dələduzluq hallarına görə 189 material araşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 23,6 dəfə çoxdur.
"Report” "Newsarmenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun 2018-ci ildə korrupsiyaya qarşı mübarizə üzrə illik hesabatında bildirilib.Muxalifet - 14-03-2019
Şəkidə üç azyaşlı dəm qazından zəhərlənib
Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Muxalifet - 14-03-2019
Ekspertdən dollarla bağlı VACİB AÇIQLAMA: Bu il...
Bu ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar və ya 43,4 % çoxdur. Neft Fondu 2018-ci ilin analoji dövründə 663,2 milyon dollar satmışdı.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov dollar tələbatın artmasından danışarkən deyib.
Ekspert bildirib ki, 2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə olunub.Muxalifet - 14-03-2019
Azərbaycana qarşı çirkli oyunlar - İrəvan və Tehran koalisiyasının Quzey Qafqaz üzərindən “antiazərbaycan” strateji hədəfləri
Quzey Qafqazın Dağıstan, Çeçenistan, İnquşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya, Adıgey respublikaları, Krasnodar, Stavropol və Rostov vilayətlərində son 30 ildə dini baxımdan vətəndaşların inanc məsələsinə dövlət səviyyəsində qayğının göstərilməsi müstəsna əhəmiyyət daşıyır. Bununla yanaşı, xalqların miqrasiya prosesi nəticəsində bir sıra problemlər də yaşanılır. Xüsusilə müsəlmanların məscidlərdə xütbənin hansı dildə oxuması çox zaman mübahisələrə səbəb olur. Belə bir durum bəzən sadəcə dini baxımdan deyil, həm də xalqlararası ədavətə də yol açır.
Muxalifet - 14-03-2019
“Boeing”lə uçuşu ermənilər də dayandırdı - Cahangir Əsgərov nə gözləyir?
Martın 10-da Efiopiyada 157 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra Ermənistan da "Boeing B-737-MAX 8 " və "Boeing B-737-MAX” təyyarələri ilə uçuşu müvəqqəti dayandırıb.
"Qafqazinfo”nun xəbərinə görə, qadağa 13 mart-13 aprel tarixlərində qüvvədə olacaq. Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi Feysbuk hesabında məlumat yayıb.
Qeyd edək ki, "Boeing”dən imtina edən ölkələr arasında Böyük Britaniya, Çin, Fransa, Almaniya, Avstraliya, Vyetnam, İndoneziya, Türkiyə, İtaliya, Avstriya, Latın Amerikası ölkələri, Qazaxıstan, Kanada və ABŞ var.Muxalifet - 14-03-2019
"Van Deyk haqda kitab yaza bilərəm" - Yurgen Klopp
Layiqli qələbə qazandıq. "Bavariya"ya qarşı səfərdə oynamaq çətindir. Bu, vacib qələbədir. Futbolçularla fəxr edirəm. Münhendə üç qol vurmaq asan deyil. Nələr edə biləcəyimizi göstərdik. Buna görə çox sevinirəm.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya 3:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.Muxalifet - 14-03-2019
“Nar”-dan gənclərə karyera fürsəti
“Nar” tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək məqsədilə gənclərə dəstək olmaqda davam edir. Mobil operator "ASAN kadr" karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin təşkil etdiyi 2-ci Karyera sərgisində iştirak edib. “Nar” satış, marketinq, müştəri dəyərinin idarəedilməsi, biznesin təhlili üzrə vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib.
Muxalifet4 - 14-03-2019